logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 iyun 2017

avatar

Adnan Oktar

Türkiyənin tənha qoyulmasının qarşısını almaq üçün ən gözəl həll yolu, mövhumatçı zehniyyətin yaratdığı təxribatın aradan qaldırılması və müasir İslam anlayışının dünyaya göstərilməsidir. Bu zaman Qərbdəki Türkiyə əleyhinə olan vəziyyət sürətlə bitər.
A9 TV; 14 iyun 2017
1917
avatar

Adnan Oktar

İslam aləmində hər camaatdan, hər təriqətdən, hər məzhəbdən olan insan birləşib zəncir yaratsınlar, biz hər yerdə birlikdəyik deyə. Fotoşəkil çəkdirib ictimaiyyətə çatdırsınlar. Bu zaman dəccaliyyətin İslam aləmi üzərindəki planları puç edilmiş olar. Lakin həmişə bir-birinə nifrətlə danışan, bir-birini düşmən görən anlayış davam edərsə dəccaliyyət müsəlmanları asanlıqla bir-birinə qırdırar Allah qorusun.
A9 TV; 14 iyun 2017
avatar

Adnan Oktar

Sevgisiz, məlumatsız insanlar bilərəkdən və ya bilməyərəkdən insanları İslamdan uzaqlaşdırırlar.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Mömin malı, mülkü və zənginliyi Allah üçün istəyər. Allah yolunda xidmət etmək üçün istəyər.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Möminlərin qafil insanların təsirinə düşməsi çox böyük səhv olar. Allahı unudanların çox olması heç kimi yanıltmamalıdır.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Hər təsviri yaradan Allahdır. Bəyəndiyimiz hər şey, sevdiyimiz hər şey Allaha məxsusdur. İnsanların qəflət içində Allahı unutması möcüzədir.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Millət olaraq İngiltərə dərin dövlətinin əsaslı həmləsi ilə üz-üzəyik. Qətərə istiqamətli əməliyyatın ardından da Türkiyəni hədəf almaq istəyirlər.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Millət olaraq Tayyib hocamın ətrafında birləşsək İngiltərə dərin dövlətinin bütün oyunlarını puç edərik inşaAllah.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Rəhmətlik Başbuğ Türkeş çox dindar insan idi və bütün camaatları, təriqətləri sevgi ilə qucaqlayardı. Həqiqi ülkücü ruhu budur.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Türkiyə hər zaman məzlumların yanındadır. Qətərin yanındayıq. Səudiyyə Ərəbistanı ilə Qətər də qardaşdır, qardaşları barışdıracağıq inşaAllah.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Tayyib hocama sahib çıxmağın milli məsələ olduğunu bəziləri hələ görməyib. Türkiyə və bölgə baxımından Tayyib hocama sahib çıxmaq və şəxsinin dəstəklənməsi çox əhəmiyyətlidir, bəziləri bunun vacibliyini tam qavraya bilmədilər. Şəxsi qarşıdurmalar deyil, ölkə mənfəətləri əsasdır, buna görə də, Tayyib hocamı hər təbəqənin dəstəkləməsi lazımdır.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Hər hansı qarşılıq gözləyərək deyil, içdən gələrək, səmimi və Allah üçün edilən dua əhəmiyyətlidir.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Türkiyə ultra müasir ölkə olsun. Keyfiyyətli cəmiyyət modelini hər yerdə görməyimiz lazımdır.
A9 TV; 13 iyun 2017
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) bir an belə özü üçün yaşamamışdır. Həyatın bütün yönlərindən çəkilərək hər anında təkcə Allah üçün yaşamışdır.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

Allah hər insana həm pisi, həm də bu pisdən xilas olmağın yolunu öyrətmişdir.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

İsa Məsihi gördüyümüz zaman müasir, yaraşıqlı bir dəliqanlı olaraq görəcəyik. Yaşı çox olmasına baxmayaraq, çox gənc, gümrah və atletik olacaq. İsa Məsih, hz. Mehdinin vəfatından qısa müddət sonra vəfat edəcək. Ondan sonra cəmiyyətdə çox sürətli pozulma başlayacaq.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

Allah sevgisi və Allah qorxusu Quranı diqqətlə həyata keçirməkdir.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

Mömin hər anında ən Uca Sevgilisi olan Allaha hər vəsilə ilə sevgisini ifadə etmək istəyər. Bu da möminə gümrahlıq və şövq verər.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

Uşaqlara bir mövzunu hörmət edərək, dəyər verərək izah etmək lazımdır. Uşaqdır bu, deyərək hörmət göstərməyən üslub işlətmək doğru olmaz.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

Möminin axirətdəki sorğu-sualı da çox asandır. Küfr əhli üçün isə çox detallı çətin sorğu-sual olacaq.
A9 TV; 12 iyun 2017
avatar

Adnan Oktar

İnsan ölüm anından etibarən yeni aləmə keçər. Mömin ölüm vaxtı heç bir qorxu, narahatlıq və ya sarsıdıcı hadisə yaşamaz. Ölüm yuxu kimi olan bu təsvirin çox aydın təsvirə çevrilməsidir. Küfr əhli ölüm anından etibarən əzab yaşamağa başlayar, mömində əzab olmaz.
A9 TV; 12 iyun 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ənənəçi ortodoks İslam anlayışının olduğu yerdə qadına hörmət göstərilməz. Çünki qadın döyülməsi lazım olan potensial cinayət ünsürü kimi görülür. Ənənəçi ortodoks İslam anlayışında qadın, insanın başını bəlaya salan çox təhlükəli varlıq kimi görülür. Bu zaman qadına hörmət göstərilmir. Sitatlar
Mömin malı, mülkü və zənginliyi Allah üçün istəyər. Allah yolunda xidmət etmək üçün istəyər. Sitatlar
Allah insanların Ona yaxınlaşması üçün əziyyətlər, dərdlər, xəstəliklər verər. Bütün bunlar səmimi qullar üçün nemətdir. Sitatlar
Hürufu-müqəttə, hz. Xızırın etməsi lazım olan işlərdə Qurandan aldığı bir məlumat, bir sirr sistemi ola bilər Allahualəm. Sitatlar
Hər hansı qarşılıq gözləyərək deyil, içdən gələrək, səmimi və Allah üçün edilən dua əhəmiyyətlidir. Sitatlar
Allah zər aləmində bütün bəşəriyyəti yaratmışdır. Sonra insanları ata-ana vəsiləsi ilə dünyaya göndərmişdir. Zər aləmində təkamül yoxdur. Sitatlar
Darvinizm elmi düşüncə deyil. Keçmiş bütpərəst dinlərdə olan bütpərəst inancdır. Gənclərə elm olaraq öyrədilməsi doğru deyil. Sitatlar
Heyvan sevgisinin çoxalması çox gözəl oldu. Heyvanların qorunması üçün də çox qətiyyətli davranırlar. Heyvanların rahat olması gözəllikdir. Sitatlar
Şiə-sünni əleyhinə olanlar sanki təqva əlamətiymiş kimi göstərirlər. Müsəlmanların qardaş olduğunu unudurlar, buna görə də, İslam Birliyi olmur. Sitatlar
Təkcə Qurana tabe olan insan tam mənası ilə azaddır. Sitatlar
Tayyib hocam bütün gəncliyini çətin həyat yaşayaraq, Allah üçün çalışaraq keçirdi, hələ də əziyyət çəkir. Tayyib hocamı öz aləmində tənqid edənlərin ədalətli olması, dağıdıcı deyil, yaradıcı və müsbət cəhətdən tənqid etməsi lazımdır. Tayyib hocam Allah üçün var gücü ilə səy göstərir, dünyadan istəyi olmadığı da açıqca görünür. Sitatlar
Qadınlara qarşı bəzi yerlərdə mərhəmətsiz qaydalar tətbiq olunur. Qadınlara lazım olan hörmət və dəyərin verilməsi mehdiyyətlə mümkün olacaq. Sitatlar
Mənim üçün ən yaxşı insan Allahın rizasına ən çox tabe olan insandır. Sitatlar
Şans Allahın taledə o insana məxsus yaratdığı imkanlar və ya çətinliklərdir. Kortəbii təsadüf mənasında olan şans yanlışdır. Hər şey taledədir. Sitatlar
Bir insan təhsil almamış ola bilər, lakin arif olar. Arif olan insan müəyyən mənada alimdir, ağlı ilə hadisələri çox yaxşı dəyərləndirər. Sitatlar
Mehdiyyətə qarşı olanlara baxmayaraq, musəvilər, xristianlar, müsəlmanlar və bütün dünya hz. Mehdini həyəcanla gözləyir. Sitatlar
Sevgisizliyin bütün dünyaya yayılmış fəlakət olduğu görünür. Eqoistlik dünyanı darmadağın edir. Bir çox insan mərhəmətsizliyi normal görür. Sitatlar
İnsanların yaradılış səbəbi olan gözəllik, yəni sevgi, əllərindən alındı. Sevgini dünyaya yaymaq üçün böyük həmlə etmək lazımdır. Sitatlar
İngiltərə dərin dövləti Qətərin zənginliyinə göz qoymuş görünür. İslam aləminin birliyinin təmin edilməsi əhəmiyyətlidir. Müsəlmanlar bu oyuna düşməsin. Səudiyyə Ərəbistanı da, Qətər də təmiz müsəlmandır. Türkiyə bu iki qardaşın arasının düzəlməsini təmin edə bilər. Səudiyyə Ərəbistanı İngiltərə dərin dövlətinin oyununa düşməsin, Qətərə yönəlmiş hərbi fəaliyyət bütün İslam aləminə mənfi təsir edər. Sitatlar
Putin zəkalı və dəliqanlı insandır. Hər insan kimi onun da səhvləri ola bilər, lakin dünyaya baxdığımız zaman səmimi olduğunu görürük. Sitatlar
İslam Birliyinin, mehdiyyətin, Quran müsəlmanlığının yolunu açan Atatürkdür. Atatürkə dil uzadan insan bu çirkin rəftarının altında qalar. Sitatlar
İslam Birliyi hər an qapıdadır. İslam Birliyi olduğu zaman qadınlar azad olacaq, bütün inanclara hörmət görəcək, bütün ictimai təzyiqlər aradan qalxacaq, ictimai ədalət tam hakim olacaq, hər yer bağ-bağçalıq olacaq, terror və anarxiya bitəcək. Bu mövzuda, bu gözəlliyi tələb edən hər düşüncəyə, inanca sahib insanla həmfikirik. Sitatlar
Böyük İslam alimlərinin hamısı hz. Mehdinin bu illərdə vəzifə başında olacağını və İstanbuldan çıxacağını söyləmişdir. Sitatlar
Hörmətli Kılıcdaroğlunun demokratiyanı, ədaləti müdafiə edən, öz qənaətinə görə zərər çəkmiş gördüyü şəxsləri müdafiə edən üslubu normaldır. Sağlam müxalifət budur. Güclü müxalifət olması demokratiyanın sağlam olduğunu göstərər. Müxalifətdən narahat olmamaq lazımdır. Sitatlar
İslam aləmində hər camaatdan, hər təriqətdən, hər məzhəbdən olan insan birləşib zəncir yaratsınlar, biz hər yerdə birlikdəyik deyə. Fotoşəkil çəkdirib ictimaiyyətə çatdırsınlar. Bu zaman dəccaliyyətin İslam aləmi üzərindəki planları puç edilmiş olar. Lakin həmişə bir-birinə nifrətlə danışan, bir-birini düşmən görən anlayış davam edərsə dəccaliyyət müsəlmanları asanlıqla bir-birinə qırdırar Allah qorusun. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur