Önsöz: Müsəlmanların Tövrat və İncilə Münasibətləri Ilə Əlaqədar Vacib Izahlar
Önsöz: Müsəlmanların Tövrat və İncilə Münasibətləri Ilə Əlaqədar Vacib Izahlar
|
Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir! ( Ali-İmran surəsi, 3-4)
Bir başqa ayədə Tövrat üçün belə bildirilir:
Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla hökm edərdilər. Onlar ona şahiddirlər. İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! (Maidə surəsi, 44)
Oxumaqda olduğunuz bu kitabda da Tövrat və İncildə bəhs olunan axır zaman əlamətləri araşdırılmış və yalnız Qurana və peyğəmbərimizin (s.ə.s.) hədislərinə uyğun açıqlamalardan istifadə edilmişdir.
|
