Tövratda Və Digər Yəhudi Qaynaqlarında Mehdiyə (Ə.S.) Işarələr
Tövratda Və Digər Yəhudi Qaynaqlarında Mehdiyə (Ə.S.) Işarələr
|
Hz. Mehdinin gəlişini inkar edənlərin vəziyyəti isə yəhudilərin müqəddəs qaynaqlarından Mişnada belə açıqlanır:
Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən bir adam bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı, Tövratı və müəllimimiz Musanı da inkar etmiş olur. (Maimonides, Mişna Tora, Kralların qanunları, 11:1)
Həmçinin yəhudilərin hər gün üç dəfə etdikləri “Shmoneh Esrei” adlı duada hz. Mehdinin gəlişinin yaxın olması üçün dua edilir. Bu dua din əxlaqının gərəyi olan ədalətin yenidən bərpası, əxlaqsızlığın, günahın və pisliyin sona çatması, doğruluğun hakim olması üçün hz. Mehdi arzusu ilə edilir. Kitabın bu hissəsində isə Tövratın Quran və Peyğəmbərimizin (s.ə.s.) hədisləri ilə uyğun olan hissələrində Mehdiyə (ə.s.) işarə edən qisimlərindən bəhs olunacaq.
Yəhudi Qaynaqlarında Mehdinin (Ə.S.) Çıxışından Əvvəlki Dövr
Yəhudilərə görə Mehdi gəlmədən əvvəlki dövrdə dünyaya dinsizlikdən qaynaqlanan əxlaqi tənəzzül hakim olacaq. İnsanlarda utanma hissi azalacaq, zülm və qürur artacaq, mərhəmətli insan qalmayacaq, dindarlar çox az olacaq, küfr və fitnə yayılacaq, digər tərəfdən fəlakətlər, zülm və müharibələr bir-birini izləyəcək, torpaqların bərəkəti azalacaq, bahalılıq, qıtlıq və yoxsulluq artacaq.
Yəhudilər tərəfindən müqəddəs qəbul edilən qaynaqlarda hz. Mehdinin çıxışından əvvəlki dövrün xüsusiyyətlərindən bəziləri belə bildirilir:
1. Axır Zamanda ƏlamətlərinMeydana Çıxması:
... bütün millətləri və dilləri bir yerə yığacağım vaxt gəlir və gəlib. Mənim izzətimi görəcəklər. Və aralarına bir əlamət qoyacağam. (Yeşaya, 66:18-19)
|
2. Ateizmin Yayılması:
Peyğəmbər də, kahin də Allahsızdır, məbədimdə belə pis əməllərini gördüm-deyir Rəbb. (Yeremya, 23:11)
| |
| -1- Hürriyet, 7 Haziran 2009 | -3- Bugün, 13 Mart 2009 |
4. Dindarların Xor Görülməsi:
... pis əməllərdən uzaq olan adam özünü ov edəcək... Pisliyi tərk edən adamı öz xalqı lağa qoyacaq. (Talmud, Sanhedrin 97a)
5. Pis insanların Təqdir Olunması:
... sizlər ki, yaxşıdan nifrət edərsiniz və pisi sevərsiniz... (Mika, 3:2)
6. Dini Təhsildən Uzaqlaşmaq:
... şagirdlərin (Allahın sözünü öyrənənlərin) sayı azalmadıqca (Mehdi) gəlməyəcək... (Talmud, Sanhedrin 97a)
7. Ölkə Idarəçilərinin Din Əxlaqından Uzaqlaşması.
8. İdarəçilərin İşinin Əhli Olmaması:
Uşaqları onlara idarəçi təyin edəcək, kiçik uşaqlar onlara hakim olacaq. (Yeşaya, 3:4)
| |
| -1- Pakistan Eski Başbakanı, Benazir Butto | -4- Amerika Birleşik Devletleri'nin Dışişleri Bakanı, Hillary Clinton |
9. Qadın Idarəçilərin Artması:
... Uşaqlar onları əzir, qadınlar onu idarə edir... (Yeşaya, 3:12)
10. Liderlərin Öz Mənfəətlərini Düşünməsi:
(Mehdinin) gələcəyi nəsil... bu nəslin liderləri itlər kimi davranacaq... (Talmud, Sanhedrin 97a)
... öndərləri axşam gəzən ac qurdlar kimi səhərə bir şey saxlamazlar. (Sefanya, 3:3)
| |
| -1- Milliyet, 04 Eylül 2007 | -2- http://halfdone.wordpress.com/2009/07/20/ |
| Ya yolsuzluk azalsın ya da gözlerimizi yumalım | |
11. Pislərin Iqtidar Sahibi Olması:
... Pislik edənləri gücləndirdiklərinə görə, heç kim pisliyindən dönmür... (Yeremya, 23:14)
... izlədikləri yol pisdir, güclərindən haqsız yerə istifadə edirlər... (Yeremya, 23:10)
İdarəçiləri nərildəyən aslanlar (kimi)... (Sefanya, 3:3)
|
12. Ədaləti Qoruyanların Qalmaması:
... (Mehdi) bütün hakimlər və idarəçilər gedənə qədər gəlməyəcək... (Talmud, Sanhedrin 98a)
13. Bahalığın Artması.
14. Kasıblığın Artması.
| |
| -1- Ortadoğu, 11 Aralık 2008 | -3- Yeni Asya, 29 Mart 2008 |
15. Haqsız Qazancın Artması:
... Evləriniz kasıblardan zorla götürdüyünüz malla dolu... Nə haqla... kasıbı soyursunuz? (Yeşaya, 3:14)
| |
| -1- Tercüman, 16 Mayıs 2006 | -3- Zaman, 2 Şubat 2007 |
16. Aclıq və Qıtlığın Olması.
| |
| -1- Akşam, 7 Aralık 2004 | -4- Dokuz Sütun, 20 Nisan 2008 |
| |
| -1- Evrensel, 20 Mart 2007 | -3- Günboyu, 28 Mart 2007 |
17. Torpaqların Bərəkətinin Azalması:
... yığılası meyvə tapılmayacaq. Gözəl tarlalar, məhsuldar asma bağlar, xalqımın tikan və kol bitmiş torpaqları üçün, şən şəhərdəki xoşbəxtlik dolu evlər üçün sinənizi döyün... (Yeşaya, 32:9-13)
Toxumlar kəsəklərin altında çürüdü, taxıl yox oldu, anbarlar boş qaldı, anbarlar yıxıldı... alov otlaqları yox etdi, bütün ağacları qovurdu... (Yoel, 1:17, 19)
Tarlalar xarab oldu, torpaq acı çəkir. Çünki taxıl məhv oldu... Arpa, buğda üçün döyünün... çünki tarlaların məhsulu yox oldu. (Yoel, 1:10-11)
18. Təmiz Su Qaynaqlarının Azalması:
... (Mehdi) xəstə üçün bir balıq tapılmayanadək gəlməyəcək, çünki yazılmışdır ki, o zaman suları dərinlərdə axıdacağam və çayların yağ kimi axmasına səbəb olacağam... (Talmud, Sanhedrin 98a)
... axar sular qurudu... (Yoel, 1:20)
19. Quraqlığın Olması:
Dünya quruyub büzülür, dünya solub büzülür... (Yeşaya, 24:4)
... Otlaqlar qurumuş... (Yeremya, 23:10)
... asmalar solmuş idi... (Yeşaya, 24:7)
Asmalar qurudu, əncir ağacları quru idi. Nar, xurma, alma, bütün meyvə ağacları qurudu... (Yoel, 1:12)
| |
| -1- Ortadoğu, 27 Haziran 2008 | -4- Dokuz Sütun, 14 Nisan 2004 |
|
| "O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır." (Nəhl Suresi, 12) "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır." |
| |
| -1- Türkiye, 14 Şubat 2006 | -4- Posta, 13 Mart 2006 |
|
| 29-30 Nisan 1991'de Bangladeş'te meydana gelen sel felaketinde 139.000 insan ölmüştür. Yaklaşık yarım milyon hayvan da telef olmuştur. |
20. Heyvanların Tələf Olması:
Heyvanlar necə də inləyir! Mal sürüləri çarəsiz... Qoyun sürüləri pərişan oldu... Yabanı heyvanlar belə sənə səslənir. (Yoel, 1:18-20)
... bütün heyvanlar - at, qatır, dəvə, ulaq bənzər bir bəlaya düşəcək. (Zəkəriyya, 14:15)
21. Çətin Dövr Olması:
... ən igid əsgər belə fəryad edəcək... Acı və çətinlik, dağıntı və fəlakət, zülmət bir gün olacaq. Buludlu, qapqaranlıq bir gün. (Sefanya, 1:14-15)
... getdikləri yol onlar üçün sürüşkən olacaq, qaranlığa düşəcək və orada sürüşüb yıxılacaqlar... (Yeremya, 23:12)
(Mehdi) gəlsin... Bir kimsə tarlaya çıxıb gözətçi ilə qarşılaşdığında sanki bir aslanla qarşılaşmış kimidir. Şəhərə girib vergi yığan birinə yanaşdığında sanki bir ayı ilə qarşılaşmış kimidir. Evinə girib qızlarını və oğullarını aclıq sıxıntısı içində görəndə sanki bir ilan tərəfindən vurulmuş kimidir...
doğum sancısı çəkən bir kimsə gördünmü? Buna görə, hər insanın sanki doğum sancısı çəkən bir qadın kimi əlləri bellərində və üzləri saralmış olacaq... (Talmud, Sanhedrin 98b)
22. Bəlaların Ard-arda Gəlməsi:
(Mehdinin) gələcəyi nəsildə... imtahan arxasınca imtahan gələcək... (Talmud, Kethuboth 112b)
... lənət dünyanı yeyib bitirdi... (Yeşaya, 24:6)
Dəhşət xəbərindən qaçan çuxura düşəcək, çuxurdan çıxan tələyə düşəcək... (Yeşaya, 24:18)
23. Fitnənin Artması:
... (Mehdinin) gəldiyi nəsildə... Təxribatçılıq törədən qərarlar daima qüvvədə olacaq... (Talmud, Sanhedrin 97a)
... sənə yol göstərənlər səni yoldan azdırır. (Sefanya, 3:12)
... Amma hər cür pisliyi etməyə hazır görünürlər. (Sefanya, 3:7)
| |
| -1- Türkiye Gazetesi, 29 Ekim 2006 | -3- Önce Vatan Gazetesi, 3 Ekim 2006 |
24. Ümidsizliyin Hakim Olması.
25. Fahişəliyin Yayılması:
... Fahişələrə ödəniş olaraq oğlanları verdilər... (Yoel, 3:3)
... ölkə zina edənlərlə dolu... (Yeremya, 23:10)
| |
| -1- Gözcü, 28 Mart 2006 | -2- Yeni Mesaj, 31 Aralık 2003 |
| ||
| -1- Bugün, 7 Ocak 2007 | -3- HO Tercüman, 18 Ocak 2007 | -5- Hürriyet, 20 Haziran 2006 |
| Ahir zamanda görülen ahlaki çöküşün en açık örneği, hiç kuşkusuz her türlü ahlaksızlığın ve sapıklığın hayasızca yaşanmasıdır. Günümüzde de eşcinselliğin kimi çevreler tarafından takdir edilerek yaşanması, hatta eşcinsellere bazı ülkelerde resmi evlilik hakkı tanınması, bu ahlaki sapkınlığın toplumda ne denli derinleştiğinin açık bir delilidir. | ||
26. İnsanlarda Utanma Hissinin Azalması:
(Mehdinin) gələcəyi nəsil... atası özünü danladığına görə oğlu utanmayacaq... (Talmud, Sanhedrin 97a)
... (Mehdinin) dövründən əvvəlki dövrdə... oğul Rəbbi qarşısında utanmayacaq... (Talmud, Sota 49:2)
... Gənc yaşlıya, sadə insanlar üstün əxlaq sahiblərinə pis münasibət göstərəcək. (Yeşaya, 3:5)
27. Əxlaqsızlığın Artması:
... hamısı Sodom kimi... Qomorro kimi oldu... (Yeremya, 23:14)
| |
| -1- Dünden Bugüne Tercüman, 31 Temmuz 2004 | -5- Milli Gazete, 8 Eylül 2007 |
| |
| -1- Kelebek, 19 Mayıs 2004 | -3- Star, 17 Nisan 2007 |
28. Yalan və Saxtakarlıqların Artması:
... yalan arxasındadılar... (Yeremya, 23:14)
İnsan insana, qonşu qonşuya haqsızlıq edəcək... (Yeşaya, 3:5)
29. Üzlərin Zillətli Olması.
30. Mərhəmət, Şəfqət Duyğularının Korlanması:
... (Mehdinin) dövründən əvvəlki dövrdə... heç kimin onlara yazığı gəlməyəcək... (Talmud, Sota 49:2)
| |
| -1- Posta, 16 Şubat 2001 | -5- Posta, 27 Ağustos 2009 |
31. Hörmətsizliyin Artması:
... (Mehdinin) dövründən əvvəlki dövrdə nalayiq davranışlar çox olacaq... (Talmud, Sota 49:2)
32. Üsyankarlığın Artması:
... (Mehdinin) gələcəyi nəsildə... qızı anasına üsyan edəcək, gəlini qaynanasına üsyan edəcək... (Talmud, Sanhedrin 97a)
... (Mehdinin) dövrü gəlmədən əvvəl... oğul atasına, gəlin qaynanasına qarşı olacaq... (Talmud, Sota 49:2)
33. Ailəvi Bağların Zəifləməsi:
(Mehdinin) dövrü gəlmədən əvvəl... insanın ailəsi öz düşməni olacaq... (Talmud, Sota 49:2)
34. Münafiqlərin Artması:
... Xainlər xainliklərini davam etdirir. Bəli, xainlər davamlı xainlik edirlər. (Yeşaya, 24:16)
35. Elm Adamlarının Sayının Azalması:
(Mehdinin) gəldiyi nəsildə alimlər az olacaq... (Talmud, Sanhedrin 97a)
| |
| -1- Hürriyet, 15 Şubat 2009 | -5- Posta, 7 Aralık 2004 |
|
| "O, ölüdən diri, diridən də ölü çıxardır; yeri ölümündən sonra dirildir. Siz də qəbirlərinizdən belə dirildilib çıxardılacaqsınız." |
| "Allahın sizi torpaqdan xəlq etməsi, Onun dəlillərindəndir. Sonra da siz bir insan kimi yer üzünə yayıldınız." |
36. Elm Adamlarının Korlanması:
(Mehdinin) gəldiyi nəsildə alimlər muhakimə olunacaq... (Talmud, Kethuboth 112b)
... Kahinləri (dini liderləri) müqəddəs olanı pozub, Qanunu (Allahın hökmlərini) təhrif edərlər. (Sefanya, 3:4)
37. Müharibələrin Artması:
... döyüşmələri üçün bütün xalqları bir yerə toplayacağam... evlər qarət olunacaq, qadınlara təcavüz ediləcək. Şəhərdə yaşayanların yarısı sürgünə göndəriləcək... (Zəkəriyya, 14:2)
... göylərdə və yerdə əlamətlər göstərəcəyəm; qan, alov və tüstü dirəkləri. (Yoel, 2:30)
38. Orta Şərqdə Qan Tökülməsi:
... (Mehdi) nə vaxt gələcək?... Bizə bir işarə söylə... - Paneas* mağarasının suları qana dönüncə... (Talmud, Sanhedrin 98a)
*Paneas: İordaniya çayı ətrafında, Qüdsə 200 km uzaqlıqda qədim bir şəhər adıdır.
39. Orta Şərqdə Dağıntının Olması:
... (Mehdinin) dövrü gəlmədən əvvəl... Cəlilə* dağıdılacaq və Qablan* bölgəsi tərk ediləcək... (Talmud, Sanhedrin 97a; Sota 49:2)
* Cəlilə: İordaniya çayının qərbində qalan bölgə. Müasir İsrail və qədim Fələstin torpaqlarını meydana gətirən bölgə.
** Qablan: Bu günkü Golan təpələrinin bir qismini əhatə edən, Şimal-qərbi İordaniya və Cənub-qərbi Suriyadakı bölgə.
|
| Referans, 5-6 Nisan 2008 |
| |||
| -1- Ortadoğu, 24 Aralık 2004 | -3- Birgün, 1 Ağustos 2006 | -5- Star, 20 Marta 2006 | -7- Hürriyet, 9 Ağustos 2008 |
40. Günahsız İnsanların Öldürülməsi:
... Günahsız insanların qanı töküləcək. (Yoel, 3:19)
41. Mühacirlərin Artması
... (Mehdinin) dövrü gəlmədən əvvəl... sərhəddəki insanlar kimsənin onlara yazığı gəlmədən şəhər-şəhər gəzəcəklər... (Talmud, Sota 49:2)
| |
| -1- Önce Vatan, 20 Ağustos 2007 | -2- Posta, 20 Ağustos 2009 |
42. Üsyanların, Qiyamların Artması:
... Üsyanların ağırlığı altında çökəcək və bir daha qalxa bilməyəcək. (Yeşaya, 24:20)
| |
| -1- Halka ve Olaylara Tercüman, 10 Ağustos 2006 | -2- Posta, 3 Ağustos 2006 |
43. Qarətlərin Olması:
Dünya tamamilə qarət olunub viranəyə çevriləcək... (Yeşaya, 24:3)
... evlər soyulacaq... (Zəkəriyya, 14:2)
| |
| -1- Birgün, 13 Haziran 2006 | -2- Halka ve Olaylara Tercüman, 29 Haziran 2006 |
44. Gənclərin Tez Yaşlanması.
| |
| -1- Birgün, 16 Haziran 2006 | -2- Yeni Çağ, 2 Eylül 2005 |
45. Haqqa Qarşı Çıxanların Bədənlərində Əlamət Olması:
... döyüşən bütün xalqları Rəbb bu bəla ilə cəzalandıracaq: daha sağ ikən bədənləri, gözləri, dilləri çürüyəcək. (Zəkəriyya, 14:12)
... Çünki söylədikləri də, etdikləri də Rəbbə qarşı... Üzlərindəki ifadə onlara qarşı şahidlik edər. Sodom kimi günahlarını açıq söyləyir, gizlətmirlər... (Yeşaya, 3:8-9)
46. İnsanların Bədbəxt Olması:
... vaxtilə sevincli olanların hamısı inləyir. (Yeşaya, 24:7)
... İnsanın sevinci yox oldu. (Yoel, 1:12)
... Sevincdən əsər qalmadı, dünyanın coşğusu yox oldu. (Yeşaya, 24:11)
... Əylənənlərin səs-küyü dayandı... (Yeşaya, 24:8)
47. Din adamlarının Ümidsizlik İçində Olmaları:
... Rəbbə xidmət edən kahinlər yas tutarlar. (Yoel, 1:9)
Ey kahinlər, yas tutun. Ey xidmət edənlər, ağı deyin... (Yoel, 1:13)
48. Şərabın Qiymətli Sayılması:
(Mehdinin) gələcəyi nəsildə... şərab qiymətli olacaq... (Talmud, Sanhedrin 97a)
49. Günəş və Ay Tutulmalarının Olması:
... Günəş və ay qaralır və ulduzlar işıqlarını gizlədirlər... (Yoel, 3:14-16)
Göydəki ulduzlar işıldamayacaq. Doğan günəş qaralacaq, Ay işığını verməyəcək. (Yeşaya, 13:10)
Ayın üzü qızaracaq. (Yeşaya, 24:23)
50. Zəlzələlərin Olması:
Dünyanın təməlləri sarsılacaq. Dünya tamamilə çatlayıb yarılacaq, sarsıldıqca sarsılacaq. Dünya... yırğalanacaq, bir daxma kimi yellənəcək... (Yeşaya, 24:18-20)
... Göy və yer sarsılacaq... (Yoel, 3:16)
Bundan ötrü göyləri titrədəcəyəm və... dünya yerindən oynayacaq. (Yeşaya, 13:13)
O zaman dünya sarsılıb titrədi. Dağların təməlləri də sarsıldı... Suların dərinlikləri göründü və dünyanın təməlləri açıldı. (Məzmurlar, 18:7, 15)
| |
| -1- Tercüman, 27 Aralık 2004 | -2- Akşam, 14 Ocak 2010 |
51. Təbii Fəlakətlərin Artması:
... göylərdə və yerdə əlamətlər göstərəcəyəm... (Yoel, 2:30)
... Göylərin qapaqları açılacaq. (Yeşaya, 24:18)
| |
| -1- Habertürk, 30 Haziran 2009 | -3- Vatan, 6 Temmuz 2009 |
52. Bir Yerdə Sel Olarkən, Digər Bir Yerdə Quraqlıq Olması:
... (Mehdinin) gələcəyi yeddi illik dövrün sonunda, ilk ildə bu ayə reallaşacaq: Bir şəhərə yağış yağdırarkən, digərinə yağış yağdırmayacağam... (Talmud, Sanhedrin 97a)
53. Məhsullara Çəyirtkə Daraşması:
Gənc çəyirtkədən qalan məhsulu yetkinləşmiş çəyirtkə yedi, ondan qalanı yumurtadan yeni çıxan çəyirtkə yedi, ondan qalanı da bala çəyirtkələr yedi... Güclü və sayıla bilməyəcək qədər böyük çəyirtkə ordusu hücum etdi... (Yoel, 1:4-6)
54. Ətraf Mühitdə Natəmizliyin Artması:
Dünyada yaşayanlar onu çirklətdi... (Yeşaya, 24:5)
| |
| -1- Evrensel, 12 Kasım 2004 | -4- Yeniçağ, 5 Haziran 2006 |
55. Hz. İlyasın Hz. Mehdinin Qabaqcılı Kimi Gəlişi:
... (Mehdinin) doğum sancıları, “o gün” burada yazılıdır; bu, yazılarkən Allahın böyük və dəhşətli günü gəlmədən əvvəl İlyas peyğəmbəri göndərəcəyəm... (Talmud, Shabbath, 118a)
Rəbbin böyük və qorxunc günü gəlmədən əvvəl sizə peyğəmbər İlyası göndərəcəyəm. (Malaki, 4:5)
56. İnsanların Ruhən Qocalmış Olmaları.
57. İraq Torpaqlarında Müharibə Olması.
57.1. Uzaq Ölkələrdən Olan İraq Torpaqlarında Müharibəyə Getmək:
... Yeşayanın Babillə* bağlı məlumatı... uzaq bir ölkədən, dünyanın o biri ucundan bütün ölkəni yerlə bir etmək üçün gəlir. (Yeşaya, 13:1, 5)
*Babil: Müasir İraq torpaqlarında olan qədim bir şəhər adıdır.
|
| -1- Aksam, 21 Mart 2003 |
57.2. Uşaq və Gənclərin Ölməsi:
Oxları ilə gəncləri parçalayacaq, körpələrə yazıqları gəlməyəcək. (Yeşaya, 13:18)
57.3. Evlərin Qarət Olunması:
... evləri soyulacaq... (Yeşaya, 13:16)
57.4. Çoxlu Qan Axıdılması:
Tutulanın bədəni deşik-deşik ediləcək, ələ keçən qılıncdan keçiriləcək. Balaları gözləri qarşısında parçalanacaq... (Yeşaya, 13:15-16)
| |
| -1- Günboyu, 28 Mart 2007 | -2- Tercüman, 21 Mart 2003 |
57.5. Xalqın Qorxu və Əzab Içində Olması:
Hər kəsi dəhşət bürüyəcək, hamı əzab və iztirab içində boğulacaq. (Yeşaya, 13:18)
57.6. Xalqın Qonşu Ölkələrə Qaçması:
Hər kəs qovulan ceyran kimi, çobansız qoyunlar kimi, xalqına dönəcək, ölkəsinə qaçacaq. (Yeşaya, 13:14)
|
| Yeni Asya, 2 Mayıs 2007 |
57.7. Müharibədən Sonra Şəhərlərin Kimsəsizləşməsi:
... orada (Babildə) çölün yabanı heyvanları yatacaq və onların evləri bayquşlarla dolu olacaq və orada dəvə quşları yerləşəcəklər və yabanı keçilər orada oynaşacaqlar. Və saraylarında qurdlar və çaqqallar ulayacaq... (Yeşaya, 13:21-22)
| |
| -1- Milli Gazete, 16 Nisan 2007 | -2- Yeni Asya, 13 Aralık 2006 |
57.8. İraq Şəhərlərinin Yerlə Bir Olması:
... Krallıqların ən gözəli olan Babili də yerlə bir edəcəyəm. (Yeşaya, 13:19)
58. Yəcuc və Məcuc Qövmünün Ortaya Çıxması:
... (Mehdinin) doğum sancıları, “o gün” burada yazılıdır... Yəcuc və Məcuc döyüşləri, “o gün” burada yazılıdır. Bu yazılarkən o gündə Məcuc gələcək. (Talmud, Shabbath, 118a)
(Dünyadakı zamanın)... bir qismi Yəcuc və Məcuc ilə döyüşərək (keçəcək) və geri qalan (dövr)... (Mehdi) dövrü olacaq... (Talmud, Sanhedrin 97b)
58.1. İzdihamlı Ordu Olmaları:
... toplanmış böyük izdihamla birlikdə... (Yezekel, 38:7)
... ölkəni əhatə edən bir bulud kimi... (Yezekel, 38:16)
... hamısı qılıncdan istifadə edən böyük kütlə... (Yezekel, 38:2, 4)
|
| "Allahla bağladığınız əhdi ucuz qiymətə satmayın. Əgər bilirsinizsə, Allah yanında olan savab sizin üçün daha xeyirlidir." |
| "Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik." |
| |
| -1- Radikal, 29 Eylül 2002 | -4- Yeni Asya, 13 Aralık 2006 |
58.2. Çoxmillətli Ordu Olmaları:
... hamısı atlı və bir çox xalqdan ibarət olan böyük bir izdiham... (Yezekel, 38:15)
... bütün əsgərlərin və səninlə olan xalqların çox hissəsi: qasırğa kimi gələcəksiniz... (Yezekel, 38:9)
58.3. Silahlı Böyük Bir Orduya Sahib Olmaları:
... bütün ordusu; atları, tam bəzənmiş atlıları, kiçik-böyük qalxanlı, hamısı qılınclı olan böyük kütlə... (Yezekel, 38:4)
... hamısı atlı böyük bir izdiham, güclü bir ordu... (Yezekel, 38:15)
|
58.4. Şimali Asiyadan (Orta Şərqin Uzaq Şimalından) Çıxmaları:
... uzaq şimaldan gələcəksiniz. (Yezekel, 38:15)
... Səni uzaq şimaldan çıxarıb... (Yezekel, 39:2)
58.5. Təxribatçılıq Törətmələri:
... pis nizamlar hazırlayacaqsan. (Yezekel, 38:10)
Deyəcəksən ki... sağlamlıq və təhlükəsizlik içində yaşayan insanların üstünə gedəcəyəm. (Yezekel, 38:11)
... Hər kəs bir-birinə qılınc çəkəcək. (Yezekel, 38:21)
58.6. Təcavüzkar, Soyğunçu bir Ordu Olması:
Deyəcəksən ki... Viran olmuş şəhərlərdə yaşayan xalqı soyub malını qarət edəcəyəm... (Yezekel, 38:12)
... (Xalq) “Soymaq üçünmü gəldin? Soyğun malı yığmaq, qızıl, gümüş daşımaq, heyvan, mal aparmaq, bol qənimət əldə etmək üçünmü bu kütləni yığdın?” - deyəcək. (Yezekel, 38:13)
58.7. Dağlarda Döyüşmələri:
Bütün dağlarımda Qoqa qarşı qılınc qaldıracağam... (Yezekel, 38:21)
... səni İsrail dağları üzərinə gətirəcəyəm. (Yezekel, 39:2)
... İsrail dağlarında toplanmış, müharibələrədən uzaq qalmış bir ölkəyə hücum edəcəksən... (Yezekel, 38:8)
58.8. Epidemik Xəstəlik və Fəlakətlərlə Həlak Edilmələri:
... epidemik xəstəliklə, qanla cəzalandıracağam. (Yezekel, 38:22)
... onu dəstəkləyən bir çox xalqın üstünə fasiləsiz yağış, dolu, kükürd yağdıracağam. (Yezekel, 38:22)
Ölkəni təmizləmək üçün insanlara vəzifə veriləcək... (Yezekel, 39:14)
58.9. Kütləvi Ölümlər:
... (Xalq) ölkəni təmizləmək üçün onları basdıracaq. Bu yeddi ay davam edəcək. (Yezekel, 39:12)
Onları bütün ölkə xalqı basdıracaq... (Yezekel, 39:13)
58.10. Çıxdıqları Dövrdə Böyük Bir Zəlzələnin Olması:
... böyük bir yer sarsıntısı olacaq. (Yezekel, 38:19)
Mehdinin (Ə.S.) Yəhudi Qaynaqlarinda Təsvir Edilən Xüsusiyyətləri
|
Yəhudilikdə gözlənilən Mehdi bütün dünyada sülhü bərqərar edəcək bir növ siyasi liderdir. Liderliyi ilə yanaşı, həmişə məqsədə uyğun qərarlar alıb ədalətlə hökm edəcək, Allah qorxusu və sevgisinə görə üstün əxlaq nümunəsi olacaq. Yəhudilər hz. Mehdinin gələcəkdə dünyanı ədalətlə dolduracaq, təxribat törədən cəmiyyətləri zərərsizləşdirəcək və bütün millətlərin özünü izləyəcəyi bir xilaskar olduğuna görə, ondan “Yaheb və ya Şaheb” (yenidən nizam verən) sifəti ilə bəhs edirlər. Həmçinin yəhudilərə görə, hz. Mehdi insanları təsirinə salan şəxsiyyətə və ruh gözəlliyinə sahib olacaq, onları hikmətli sözləri ilə imana yönəldəcək. Lakin Allahın seçib dəstəklədiyi bu qul qətiyyən fövqəlbəşər varlıq olmayacaq, normal şəkildə doğulmuş insan olacaq. Yəhudi qaynaqlarına görə Mehdinin (ə.s.) xüsusiyyətlərindən bir qismi belədir:
1- Ədalət Sahibi Olması:
Davranışının təməli ədalət və sədaqət olacaq. (Yeşaya, 11:5)
... Krallığının məqsədi ədalətli olmaqdır... (Məzmurlar, 45:6-7)
... Mühakimə edərkən ədaləti axtaracaq... (Yeşaya, 16:5)
... (Mehdi) Ədalətlidir... (Zəkəriyya, 9:9)
... ölkədə ədalətli və doğru olanı edəcək. (Yeremya, 23:5)
... Xalqa ədalətlə hakimlik etsin! (Məzmurlar, 72:3)
2. Məzlumun Haqqını Qoruması:
Məzlumlara haqqını versin, yoxsulların uşaqlarını qurtarsın... (Məzmurlar, 72:4)
... Məzlum qullarını ədalətli şəkildə muhakimə etsin! (Məzmurlar, 72:2)
Yoxsulları ədalətlə muhakimə edəcək... (Yeşaya, 11:4)
... yoxsullara müjdə vermək üçün... Ürəyi əzik olanların yaralarını sarımaq üçün, məhbuslara azadlığa buraxılacaqlarını, zindanlardan xilas olacaqlarını... bildirmək, yas tutanların hamısını ovundurmaq üçün.. (Yeşaya, 61:1-2) •
3. Bütün Dünyada Ədaləti Təmin Etməsi:
... Ədaləti insanlara gətirəcək. (Yeşaya, 42:1)
Ədaləti sədaqətlə gətirəcək. Dünyada ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:4)
Şərqdən ədaləti yayan, insanlara xidmət edən kimdir? Xalqları tabe edir, krallara baş əydirir... (Yeşaya, 41:2)
4. Dürüst Və Doğru Olması:
Doğruluğu sevər, pislikdən nifrət edər... (Məzmurlar, 45:7)
... dünyada əzilənlər üçün dürüst qərar verəcək... (Yeşaya, 11:4)
... Ölkədə ədalətli və doğru olanı edəcək. (Yeremya, 33:15)
... doğru olanı etməkdə dürüst davranacaq. (Yeşaya, 16:5)
... (Mehdi) düzgünlüklə krallıq edəcək... (Yeşaya, 32:1)
Saleh və dürüst... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
|
| "Ey insanlar! Peyğəmbər sizə Rəbbinizdən gələn haqqı çatdırdı. Elə isə iman gətirin! Bu sizin üçün xeyirli olar. Əgər küfr etsəniz, şübhəsiz ki, göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Biləndir, Müdrikdir." |
5. Xilaskar Xüsusiyyəti Olması:
... (Mehdi) xilaskardır... (Zəkəriyya, 9:9)
... belə yazılmışdır, sən (Mehdi) bəlalara məruz qalanları qurtaracaqsan. (Talmud, Sanhedrin 98a)
6. Dünyaya Təbliği Ilə Təsir Etməsi:
... Dünyaya ağzının dəyənəyi ilə vuracaq* və pisi ağzının nəfəsi ilə öldürəcək. (Yeşaya, 11:4)
*Sözün digər mənası: Qüvvətlə təsir etmək.
... Onun adı möcüzəvi nəsihətçi... olacaq. (Yeşaya, 9:6)
|
7. Qəlbə Təsir Edən Sözlər Söyləməsi:
Oxların itidir, kral düşmənlərinin ürəyinə batar... (Məzmurlar, 45:5)
8. Bütün Dünyanı Allaha Yönəltməsi:
... bütün dünyanı Allaha qulluq etmələri üçün islah edəcək, çünki belə yazılmışdır: “Bundan sonra xalqlara pislikdən uzaq bir danışıq dili verəcəyəm, beləcə, hamısı Allaha qulluq etmək üçün yönələcəklər”. (Maimonides, Mişna Tora, Kralların qanunları, 11:4)
9. İnsanları Ruhən Təmizləməsi:
Onun gələcəyi günə kim dözə bilər? O, meydana çıxınca kim dayana bilər? Çünki o, gümüşü əridib təmizləyən kimi davranacaq... insanların ruhunu qızıl, gümüş təmizləyirmiş kimi təmizləyəcək. (Malaki, 3:2-3)
10. Şiddətə Yönəlmədən Iman Gücü Ilə Müvəffəq Olması:
“... Güc və qüvvətlə deyil, ancaq Mənim Ruhumla bacaraqsan” - deyir. Belə deyir hər şeyə hakim Rəbb. (Zəkəriyya, 4:6)
11. Güc Və Iqtidar Sahibi Olması:
... güclü bir kral (Mehdi) çıxaracağam,... nəslini işıq olaraq davam etdirəcəyəm... (Məzmurlar, 132:17-18)
... Uca olanın inayəti ilə sarsılmaz. (Məzmurlar, 21:1-7)
... (Rəbb Mehdiyə) qüvvət verəcək və ... (Mehdinin) qüvvətini yüksəldəcək. (Samuel, 2:10)
... Rəhbərlik onun çiyinlərində olacaq... (Yəşaya, 9:6)
|
| Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də sizin üçün bağışlanma diləyərlər. Allah möminlərə qarşı Rəhmlidir. Möminlərin Ona qovuşacaqları gün xeyir-duaları “salam” olacaqdır. Allah onlara olduqca gözəl mükafat hazırlamışdır. |
11.Siyasi Lider Olması:
... (Mehdi) möhtəşəm bir kral olacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
Və millətlər arasında hökm edəcək və qövmlərin çoxu haqqında qərar verəcək... (Yeşaya, 2:4)
... bütün xalqlar ona xidmət edib sözünü dinləyəcək. (Daniel, 7:27)
12. Millətlərin Öz Razılıqları Ilə Ona Tabe Olmaları:
... Xalqlara bayraq olacaq, xalqlar ona yönələcək... (Yeşaya, 11:10)
... Bütün millətlər onu dinləməyə gələcək... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
... Sahil xalqları onun qanununa ümid bağlayacaq. (Yeşaya, 42:4)
13. Xalqların Ondan Razi Olması:
Onun (Mehdinin) doğruluğu və onun gətirəcəyi kəramətlər... bütün millətlərin ona xidmət etməsinə səbəb olacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
... Bütün xalqlar onun (Mehdinin) fövqəladə dindarlığı səbəbilə ona xidmət edəcəklər... (Maimonides, Mişna təfsiri, Sanhedrin hissə 10)
... xalqlar ayaqlarının altına sərilər. (Məzmurlar, 45:5)
14. Hakimiyyət Sahibi Olması:
... onun hakimiyyəti bir dənizdən bir dənizə, Fəratdan dünyanın kənarlarına qədər uzanacaq. (Zəkəriyya, 9:10)
... (Mehdi) müdrikliklə hakimiyyətinə davam edəcək... (Yeremya, 23:5)
Hakimiyyəti ədalətlə və düzgünlüklə quracaq və sonsuza qədər davam etdirəcək... (Yeşaya, 9:7)
... Düşmənlərini utandıracağam, amma onun başındakı tac parıldayacaq. (Məzmurlar, 132:17-18)
Rəbb... (Mehdiyə) böyük zəfərlər nəsib edər... ( Samuel, 22:51)
... (Mehdinin) çıxışı və Davud krallığını keçmişin ehtişamına və başlanğıcındakı hakimiyyətinə yenidən qovuşduracağı əvvəldən təyin olunmuşdur... (Maimonides, Mişna Tora, Kralların qanunları, 11:4)
15. Dünyanı Olduğu Yerdən Idarə Edəcək:
...(Mehdi) yalnız evindən hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)
16. Dünyanı Camaatı Vasitəsi Ilə Idarə Edəcək:
... (Mehdi) yalnız öz heyəti ilə hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)
|
| "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər." |
17. İzzət Sahibi Olması:
... Sənin xilasınla izzəti böyükdür... (Məzmurlar, 21:1-7)
18. Allaha Etibar Etməsi.
19. Çox Dindar Olması:
... (Mehdinin) fövqəladə dindarlığı səbəbilə... (Maimonides, Mişna təfsiri, Sanhedrin hissə 10)
20. Allahın Hər Cəhətdən Onu Dəstəkləməsi:
Özünə dəstək olduğum, Könlümün razı olduğu, seçdiyim qulum! Ruhumu onun üzərinə qoydum... (Yeşaya, 42:1)
Hakim Rəbbin Ruhu üzərimdədir... (Yeşaya, 61:1)
21. Ağıllı Olması:
... (Mehdi) Süleymandan belə ağıllı olacaq... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
... Ağılda fövqəladə olan... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
... (Mehdi) dövrü... yaxşılıq və ağılla hakim olacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
22. Allahın Sevdiyi Qulu Olması:
(Mehdiyə)... sonsuza qədər sevgi göstərər. (2. Samuel, 22:51)
23. Allah Qorxusu Ilə Dolu Olması:
Allahdan qorxan o adam kimdir?... (Məzmurlar, 25:12-14)
24. Allaha Yaxın Olması:
... Allaha yaxın olan... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
25. Gözəl Insan Olması:
Sən insanların ən gözəlisən... (Məzmurlar, 45:2)
26. Allahın Nurunun Üzərində Olması:
Qalx, işıqlan, çünki nurun gəldi və Rəbbin izzəti sənin üzərinə doğuldu... (Yeşaya: 60:1-2)
27.Hikmətli Danışması:
... lütf saçılmış dodaqlarına... (Məzmurlar, 45:2)
28.İnsanları Allahın Yoluna Dəvət Edib Öyrətməsi.
29. Allahın Hökmləri Üzərində Dərin Düşünməsi:
... zövqü Rəbbin şəriətindədir. Və gecə-gündüz Onun şəriətini dərin-dərin düşünər. (Məzmurlar, 1:2)
30. Heybətli Və Görkəmli Olması:
... üzərinə cəlal qoydum... (Məzmurlar, 21:1-7)
31. Olduğu Məkanın Ehtişamlı Olması:
... Qaldığı yer ehtişamlı olacaq. (Yeşaya, 11:10)
32.Təvazökar Olması:
... O, ədalətli xilaskar və təvazökardır... (Zəkəriyya, 9:9)
33. Allah Rizasına Görə Hərəkət Etməsi:
(Mehdi) çıxdığında... Allahın mübarizəsini davam etdirəcək... (Maimonides, Mişna Tora, Kralların qanunları 11:4)
O, sənin doğruluğunu işıq kimi, haqqını günorta günəşi kimi ortalığa çıxarar. Sənin ədalətini nur kimi çölə çıxaracaq. (Məzmurlar, 37:6)
|
34. Zahirə Görə Deyil, Lədün Elmi Ilə Hökm Edəcək:
... Gözüylə gördüyünə görə mühakimə etməyəcək, qulağıyla eşitdiyinə görə qərar verməyəcək. (Yeşaya, 11:3)
35. Şəfqət Və Mərhəmət Sahibi Olması:
Yoxsula, məzluma acıyar, məzlumların canını qurtarar. (Məzmurlar, 72:13)
Təzyiqdən, zülmdən azad edər onları, çünki onun gözündə onların qanı qiymətlidir. (Məzmurlar, 72:14)
Əzilmiş qamışı qırmayacaq, tüstüləyən fitili söndürməyəcək... (Yeşaya, 42:3)
36. Gözəl Xasiyyətli Olması:
Şiddətə yönəlmədiyi, ağzından hiyləli söz çıxmadığı halda... (Yeşaya, 53:9)
37. Cəsur Olması:
... Dünyada ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:4)
38. Bərəkət Verilmiş Olması:
O (Mehdi) Rəbbin qarşısında bir cücərti kimi, quraq yerdəki kök kimi böyüdü... (Yeşaya, 53:2)
39. Müjdə Verən Olması:
... O müjdələyici ki, sağlamlıq eşitdirir. Yaxşılıq müjdəsi gətirir, qurtuluş xəbəri verir... (Yeşaya, 52:7)
40. Allahın Salam Sifətinin Təcəlli Etməsi:
... hər tərəfə əmin-amanlıq yayacaq... (Yeşaya, 9:7)
|
| Kitab verdiyimiz kəslər onu layiqincə oxuyurlar. Onlar ona iman gətirənlərdir. Onu inkar edənlər isə ziyana uğrayanlardır. |
41. İnsan Surətində Olması, Adəm Övladı Ünvanını Daşıması:
... əgər o, (Mehdi) (hazırkı dövrdə) yaşayanlardan çıxacaqsa, mənə (Haham Nahman) bənzər biri ola bilər, çünki belə yazılmışdır: Onların zadəganları öz içlərindən çıxacaq və idarəçiləri öz aralarından gələcək... (Talmud, Sanhedrin 98b)
42. Möcüzə Göstərmədən Dünyaya Hakim Olması:
... (Mehdi) dövründə təbiətdəki nizamın hər hansı bir ünsürünün etibarsız olacağı və ya yaradılışda bir dəyişiklik olacağı düşünülməməlidir. Daha doğrusu, dünya öz nizamında davam edəcək. (Maimonides, Mişna Tora, Kralların qanunları, 12:1)
(Mehdi) dövründə... dünyadakı həyatın və ya təbiət qanunlarının dəyişəcəyini düşünməyin. Dünya olduğu kimi davam edəcək... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
43. Bütün Dünyada Tanınması:
(Mehdi) böyük şöhrət qazanacaq və onun şanı bütpərəst millətlər arasında Kral Süleymandan daha çox olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
44. Axır Zamanda Ortaya Çıxması:
*Jubile: Yəhudi dinində əlli ildən bir keçirilən mərasim.
45. Birdən Ortaya Çıxması:
... (Mehdi) unudulduğu bir zamanda gələcək. (Talmud, Sanhedrin 97a)
|
46. Allahın Insanlara Lütfü Olması:
... (Mehdinin) xətri üçün. (Mehdinin) adı nədir? ... Onun adı Shiloh (göndərilmiş olan, Allahın hədiyyəsi)... Onun adı Yinnon (sonsuza qədər yaşayacaq olan)... Onun adı Haninah (inayət, lütf, Allah tərəfindən müqəddəs hesab edilmiş)... Onun adı Menahem (rahatlaşdırıcı, təsəlli edən)... Çünki Mənim ruhumu rahatlaşdıracaq olan Menahem (rahatlaşdırıcı)... Qətiyyətlə Bizim acılarımıza dözdü və dərdlərimizi daşıdı... (Talmud, Sanhedrin 98b)
47. Əvvəllər Dəyərinin Bilinməməsi:
İnsanlar tərəfindən uzaqlaşdırıldı, tənha buraxıldı. Çətinliyə alışmışdı, xəstəliyi yaxından tanıdı. İnsanların üz çevirdiyi biri kimi tanındı, ona dəyər vermədik. (Yeşaya, 53:3)
48. Səbirli Və Təslimiyyətli Olması:
O, təzyiqə məruz qalıb əziyyət çəksə də, ağzını açmadı... (Yeşaya, 53:7)
49. Camaatının Əsas Vəzifəsinin Allaha Xidmət Olması:
... sizə Rəbbin kahinləri (dini liderləri) deyiləcək; sizə Allahımızın xidmətçiləri deyiləcək... (Yeşaya, 61:6)
|
Musəvi Qaynaqlarında Mehdinin (Ə.S.) Hakimiyyət Dövrü
Musəvilərə görə, hz. Mehdinin gəlişindən sonrakı dövrdə nifrət və müharibələr sona çatacaq, sülh və ədalət təsis ediləcək, sevgiyə əsaslanan bir sistem qurulacaqdır. Həmçinin hz. Mehdi dövründə texnologiya yüksək səviyyədə inkişaf edəcək, şəhərlər gözəlləşəcək, yaşayış səviyyəsi yüksələcək, torpaqlar bərəkətli, su qaynaqları bol olacaq, zənginlik və bolluq olduğu üçün heç kim ehtiyac içində qalmayacaq. İnsanlar əsas olaraq Allaha yaxınlaşmaq üçün səy göstərəcək və maddədən çox mənəviyyata əhəmiyyət verəcəklər. Din əxlaqının hakimiyyəti ilə anlaşmazlıqlar ortadan qalxacaq, insanlar hüzur və etibar içində yaşayacaq və dünya Allahın elmi ilə dolacaqdır.
Musəvilərin “Olam Ha-ba” (Gözlənən dünya) adlandırdıqları hz. Mehdinin hakimiyyət dövrünü izah edən ifadələri hz. Muhəmmədin (s.ə.s.) “Qızıl əsr”i izah edən hədisləri ilə çox uyğundur. Musəvi qaynaqlarında olan bu təsvirlərdən bir qismi bu şəkildədir:
|
1. Sıxıntıların Sona Çatması:
O zaman korların gözləri, karların qulaqları açılacaq, topallar maral kimi qaçacaq, dilsizlərin dili sevinclə açılacaq... (Yeşaya, 35:5-6)
... Onun hakimiyyətində... Ay işıldadıqca sağlamlıq artsın! (Məzmurlar, 72:7)
... əmin-amanlıqdan həzz alacaqlar. (Məzmurlar, 37:11)
... onlara yük olanı, bellərini döyən dəyənəyi, onlara əziyyət verənlərin çubuğunu parça-parça edəcəksən... (Yeşaya, 9:4)
... Allah onlara qəlblərin bütün istəklərini verəcək. (Məzmurlar, 37:4)
Əbəs iş görməyəcəklər... (Yeşaya, 65:23)
2. Su Qaynaqlarının Bollaşması:
... çöldə sular fışqıracaq, ça ylar axacaq. Qızğın qum hovuza, susuz torpaq bulağa dönəcək... (Yeşaya, 35:6-7)
... dərələrində su axacaq... (Yoel, 3:18)
|
3. Bolluq Və Bərəkət Olması:
... Buğdanı çoxaldacağam... ağacların meyvəsini, tarlaların məhsulunu çoxaldacağam. (Yezekel, 36:29-30)
Çöl və quraq torpaq sevinəcək, çöl coşub çiyələk kimi çiçəklənəcək. Hər yer çiçəklənib sevinclə coşacaq, sevincini hayqıracaq... çaqqalların yatdığı yerlərdə qamış və ot bitəcək. (Yeşaya, 35:1-2, 35:7)
Yaxşı olan hər şey bol olacaq və bütün incəlik və gözəlliklər çox rahat əldə olunacaq. (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)
... Onun günlərində torpaq çiçəklənsin və Ay yox olana qədər əmin-amanlıq olsun. (Məzmurlar, 72:6-7)
... təpələrdən süd damlayacaq... (Yoel, 3:18)
... ikiqat mülk qazanacaqsınız... (Yeşaya, 61:7)
Gün gəlir, Rəbb deyir: “Bağlar salıb meyvəsini yeyəcəklər”. (Amos, 9:14)
4. Aclıq Və Qıtlığın Sona Çatması:
... (Mehdi) dövründə tox olmaları qədərlərindədir... (Talmud, Sanhedrin 98b)
... tox qarına yatacaqlar... (Sefenya, 3:13)
... Yol boyu bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaqlar. Acmayacaq, susamayacaqlar... (Yeşaya, 49:9-10)
|
5. Meyvə Bağçalarının Bollaşması:
(Mehdinin gələcəyi) zamanda, bütün yabanı ağaclar meyvə verəcəklər. (Talmud, Kethuboth 112b)
... bağlar salacaqlar... və bağçalar düzəldib onların meyvəsini yeyəcəklər. (Amos, 9:14)
... o zaman səhra meyvə bağçasına... dönəcək. (Yeşaya, 32:15)
|
6. Ateist Ideologiyaların Puç Olması:
Rəbb ilə çəkişənlər parçalanacaqlar... (1. Samuel, 2:10)
Rəbb bütün dünyanın kralı olacaq. O gün yalnız Rəbb, yalnız Onun adı qalacaq... (Zəkəriyya, 14:9)
7. Allaha İmanın Bütün Dünyada Hakim Olması:
... sular dənizi necə doldurursa, dünya da Rəbbin elmi ilə dolacaq... (Yeşaya, 11:9)
O dövrdə... Dünyanın tək məşğuliyyəti Allahı tanımaq olacaq... (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)
(Mehdinin) o günlərində elm, hikmət və həqiqət bütün dünyada artacaq, çünki belə deyilmişdir: “Dünya Allahın elmi ilə dolacaq...”. (Maimonides, Mişna Tora, Tövbə 9:2)
|
| "“Allah üçlüyün üçüncüsüdür!” – deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır." |
8. İnsanların Allahın Ucalığını Gərəyi Kimi Təqdir Etməyə Başlamaları:
(Mehdi)... Yaradıcılarını mümkün olan ən üst səviyyədə anlamaları mümkün olacaq... (Maimonides, Mişna Tora, Krallların qanunları 12:5)
... İnsanlar Rəbbin ucalığını, Allahımızın görkəmini görəcək. (Yeşaya, 35:2)
O zaman Rəbbin ucalığı görünəcək, bütün insanlar birlikdə Onu görəcək... (Yeşaya, 40:5)
9. İnsanların Allah Qorxusu ilə Ona Yönəlmələri:
... Son günlərdə qorxaraq Rəbbə və Onun yaxşılığına yönələcəklər. (Hoşea, 3:5)
Dünyanın dörd tərəfi Rəbbə dönəcək, bütün xalqlar Onun qarşısında əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar, 22:27-28)
10. Allahın Bir və Tək İlah Olaraq Xatırlanması:
... o gün bir olan Rəbb ucaldılacaq. (Yeşaya, 2:17)
11. Allahın Əmr və Qadağalarına Tabe Olunması:
... Buyruqlarımı izləyəcək, qaydalarıma tabe olacaq, onları tətbiq edəcəklər. (Yezekel, 37:23-24)
... ürəklə Rəbbə qulluq etsinlər, hamısı Rəbbin adını çağırsınlar deyə, qövmlərə təmiz səs verəcəyəm. (Sefenya, 3:9)
12. İnsanların Günahdan Uzaq, Iman Təmizliyi Ilə Yaşamaları:
... günah işlədikləri yerlərdən qurtarıb təmizləyəcəyəm... (Yezekel, 37:23-24)
Onları mənə qarşı işlədikləri bütün günahlardan təmizləyəcəyəm... (Yeremya, 33:8)
Xalqının hamısı doğru insanlar olacaq... (Yeşaya, 60:21)
Orada bir yol, bir əsas yol olacaq, “müqəddəs yol” deyə xatırlanacaq, murdar insanlar keçə bilməyəcək oradan. O yol xilas olanların yoludur. O yolda gedənlər axmaq insanlar da olsa, yoldan sapmayacaq. (Yeşaya, 35:8)
Salehlər yeri miras alar və onda əbədi olaraq qalarlar. (Məzmurlar, 37:29)
Utanmaq yerinə ikiqat qürur tapacaqsınız. (Yeşaya, 61:7)
|
13. Yalan və Saxtakarlığın Sona Çatması:
... (Mehdi dövründə xalq) haqsızlıq etməyəcək, yalan danışmayacaq, kimsəni aldatmayacaq... (Sefenya, 3:13)
... Saxta peyğəmbərləri də, çirkli ruhu da ölkədən uzaqlaşdıracağam. (Zəkəriyya, 13:2)
... onun günlərində düzgünlük inkişaf etsin... (Məzmurlar, 72:7)
14. Dünyaya Ədalətin Hakim Olması:
O zaman ədalət səhraya qədər yayılacaq, düzgünlük meyvə bağçasında məskunlaşacaq... (Yeşaya, 32:16)
15. İdarəçilərin Ədalətli Olması:
16. Döyüşlərin Sona Çatması:
... Xalq xalqa qılınc qaldırmayacaq, müharibə üçün təhsil almayacaqlar artıq. (Yeşaya, 2:4; Mika, 4:3)
Müharibə avadanıqlarını Efrayimdən, atları Yerusəlimdən uzaqlaşdıracağam. Döyüş yayları qırılacaq... (Zəkəriyya, 9:10)
O dövrdə aclıq və ya döyüş, həsəd və ya düşmənlik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların qanunları 12:5)
17. Silahlanmanın Sona Çatması:
... silahları yanacaq. Böyük-kiçik qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar... Yandırmaq üçün silahlardan istifadə edəcəklər... (Yezekel, 39:9-10)
... İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını bağça bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mikeya, 4:3)
18. Şiddət və Terrorun Sona Çatması:
... kimsə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:9)
... qurdla quzu birlikdə otlayacaq, aslan mal kimi saman yeyəcək. İlanın yeməyi isə torpaq olacaq... (Yeşaya, 65:25)
19. Sülh və Etibarlı Mühit Olması:
Hər kəs öz çardağının və əncir ağacının altında oturacaq. Heç kim heç kimi qorxutmayacaq... (Mikeya, 4:4)
... Doğruluğun məhsulu, sağlamlığın nəticəsi davamlı hüzur və etibarlılıq olacaq. (Yeşaya, 32:16-18)
Onun dövründə qurdla quzu bir yerdə yaşaycaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və mal yan-yana dayanacaq, onları kiçik bir uşaq otaracaq. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq... Əmzikdəki körpə ilan yuvası üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini ilan yuvasına salacaq... heç kimə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:6-9)
... onları qorxudan olmayacaq. (Sefenya, 3:13)
.... Onu hər yandan əhatə edən düşmənlərindən qurtarıb rahatlığa qovuşduracağam... (1. Salnamələr, 22:9)
20. İnsanların Xöşbəxt Olması və Sevincli Şəkildə Yaşamaları:
... Üzlərində sonsuz sevinc olacaq. Sevinc onların olacaq, kədər və inilti bitəcək. (Yeşaya, 51:11)
... Orada şadlıq və sevinc, təşəkkür və əylənmək olacaq. (Yeşaya, 51:3)
Əkin biçənlərin sevindiyi, qənimət paylaşanların coşduğu kimi, onlar da sevinəcək sənin qarşında. (Yeşaya, 9:3)
... sevinciniz sonsuz olacaq. (Yeşaya, 61:7)
|
| "Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir." |
21. İnsanların Hüzur və Əmin-Amanlıq Mühitində Yaşamaları:
... hüzur və təhlükəsizlik içində olacaq... (Yeremya, 30:10)
İnsanlar oraya yerləşib təhlükəsilzik içində yaşayacaq... (Zəkəriyya, 14:11)
... şəfa, bol sağlamlıq verib amanlıqda yaşamalarını təmin edəcəyəm. (Yeremya, 33:6)
22. Dolanışıq Çətinliyinin Olmaması:
(Mehdi dövründə) insanların ruzi qazanmaları çox asan olacaq... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)
... Sevgisi səni yeniləyəcək... Görəcəksiniz, sizi yenidən mütərəqqi edəcək... (Sefenya, 3:17, 20)
23. Təhlükə və Narahatlığın Qalmaması:
Aslan olmayacaq orada, yırtıcı heyvan o yola çıxmayacaq, orada olmayacaqlar... (Yeşaya, 35:9)
... kimsə onu qorxutmayacaq. (Yeremya, 30:10)
|
24. Yıxılan Şəhərlərin Abadlaşdırılması:
... xarab olan şəhərləri abadlaşdıracaqlar və orda yaşayacaqlar... (Amos, 9:14)
O zaman köhnə xarabalıqları yenidən tikəcəklər, çoxdan viranəyə dönmüş yerləri yenidən quracaq, dağılmış şəhərləri təmir edəcəklər. (Yeşaya, 61:4)
... əvvəlki rifahına qovuşduracaq, əvvəllər olduğu halını bərpa edəcəyəm. (Yeremya, 33:7)
25. Qlobal Istiləşməyə Çarə Tapılması:
... qovurucu isti və günəş vurmayacaq onları... (Yeşaya, 49:9-11)
26. Yol və Körpülərin Artması:
... Bütün dağlarımı yola çevirəcəyəm, əsas yollarım yüksəldiləcək. (Yeşaya, 49:9-11)
|
| "Baxmayaraq ki, onlar bundan əvvəl cihaddan boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar." |
27. Qürurluların Yerini Təvazökarların Alması:
... qürurlu, həyasız olanları uzaqlaşdıracağam aralarından... bir daha loğvalanmayacaqlar. (Sefenya, 3:11)
Orada yalnız mənim adıma sığınan itaətli və təvazökarları saxlayacağam. (Sefenya, 3:12)
İnsanların qüruru qırılacaq... (Yeşaya, 2:17)
28. İnsanların Ürəklərinin İmanla Yumşalması:
(Mehdinin) o günlərində... “daş kimi qatılaşmış ürəklərinizi bədəninizdən söküb götürəcəyəm”. (Maimonides Mişna Tora, Tövbə 9:2)
29. Ağıl və Hikmətin Artması:
(Mehdi dövrü)... ağıllı insanların sayının artacağı bir dövr olacaq... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)
(Mehdi dövründə)... çox azla çox şey bacaracaqlar... (Maimonides Mişna təfsiri, Sanhedrin 10:1)
30. Batini Elmlərin Öyrənilməsi:
O dövrdə... batini həqiqətləri qavrayacaqlar və qavradıqları qədəri ilə Yaradıcının ağlını idrak edəcəklər. Çünki belə yazılmışdır: “Çünki dünya da suyun dənizi örtməsi kimi Allahın elmi ilə dolacaq...”. (Maimonides Mişna Tora, Kralların qanunları 12:5)
31. Dəyər Mühakimələrinin Düzəlməsi:
Artıq axmağa əsil-nəcabətli, alçağa hörmətli deyilməyəcək. (Yeşaya, 32:5)
32. Şirk Qoşmadan Iman Edilməsi:
“O gün ölkədən bütlərin adlarını qaldıracağam, bir daha xatırlanmayacaqlar”, -deyir hər şeyə hakim Rəbb... (Zəkəriyya, 13:2)
Artıq bütləri ilə, iyrənc əməlləri ilə, üsyanları ilə özlərini çirkləndirməyəcəklər... (Yezekel, 37:23)
33. Tövratın Əvvəlki Halına Qaytarılması:
... Onun (Mehdinin) dövründə (Tövratın) bütün qanunları əvvəldən olduğu kimi əvvəlki halına gətiriləcək... (Maimonides, Mişna Tora, Kralların qanunları 11:4)
