Allahın Yaratma Elmi

Buraya qədər"Allahın canlıları təkamüllə yaratdığı" iddiası ilə ortaya çıxanların yaşadıqları böyük qəflətdən bəhs etdik. Bu şəxslər digər təkamülçülər kimi birbaşa "canlılar təsadüfən yaranmışdır", – demir, ancaq Allahın təkamüllə yaratdığı fikrini müdafiə edirlər. Darvinizmə bəzi məqamlarda istəyərək və ya istəməyərək dəstək olurlar. Onların bu yanlış yanaşmalarına görə Allah canlı növlərini yaradarkən mutasiya və təbii seleksiya kimi təkamül mexanizmlərindən istifadə etmişdir. Əlbəttə ki, bu heç bir əsası olmayan iddiadır.

Lakin əvvəlki bölmələrdə bildirdiyimiz kimi, nə təbii seleksiyanın, nə də mutasiyanın yeni canlı növü meydana gətirmədiyi, yəni təkamülləşdirici gücü olmadığı elmi araşdırmalarla sübut edilmişdir. Təkamüllə yaradılış fikrini müdafiə edənlərin iddiasına görə, Allah canlıların genetik quruluşlarında mutasiyalar yolu ilə bəzi dəyişikliklər meydana gətirir və beləcə onlara faydalı orqanlar qazandırır. Bu iddia isə əsla mümkün deyil. Həmçinin onların həqiqətdənkənar iddiasına görə, Allah əvvəl ibtidai canlılar yaratmış, sonra onları mürəkkəb canlılara çevirmiş, onları mükəmməlləşdirmək üçün təbii seleksiyadan istifadə etmişdir. Təbii seleksiya mexanizmi ilə bir canlıya orqan əlavə edir və ya əvvəldən yaratdığı bir orqanı sıradan çıxarır, bir növü başqa növə çevirir. (Allahı tənzih edirik) Halbuki bu iddialar həm elmi olaraq etibarsızdır, həm də Qurana uyğun deyil.

Elmi yeniliklərdən xəbəri olmayan insan təkamül nəzəriyyəsini dəstəkləmək istəyirsə, bu yanlış fikirlərə inana bilər. Lakin bu iddia elmi gerçəklərə tamamilə ziddir. Növbəti bölmələrdə də bildirildiyi kimi, Quranda belə yaradılışdan bəhs edilmir.

Bir məqamı bildirmək lazımdır. Əlbəttə ki, Allah istəsə idi, təkamüllə də yarada bilərdi. Lakin Quranda bu yöndə heç bir məlumat yoxdur. Təkamülçülərin irəli sürdüyü kimi, növlərin mərhələ-mərhələ yaranmasını dəstəkləyəcək bir ayə belə yoxdur. Elm də bu iddiaların əsassızlığını ortaya qoyur. Vəziyyət bu qədər açıq olduğu halda, təkamül nəzəriyyəsini müdafiə etməyin müsəlmanlar baxımından açıqlanacaq yönü yoxdur. Tək səbəb isə ilk bölümdə də vurğuladığımız kimi, bilgi əskikliyi, təkamülçülər qarşısında duyulan psixoloji əzikliklər və təkamülçülərin saylarının çox olduqları üçün onların haqlı olduqlarını zənn etmələridir.

Allah bütün kainatı yoxdan var edəndir

seed

Bir çiçeğin meydana gelişinin her safhasında Allah'ın sonsuz kudretinin ve sonsuz aklının tecellileri vardır. Bir tohumu, canlı renkleriyle son derece estetik bir çiçeğe dönüştüren alemlerin Rabbi olan Allah'tır.

Allah istədiyini istədiyi şəkildə və zamanda, örnəksiz olaraq yaradan, yoxdan var edəndir. Hər cür əskiklikdən uzaq olan, heç bir şeyə ehtiyacı olmayandır. Belə ki, Allahın yaratması üçün də heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması heç kimi yanıltmamalıdır. Allah bütün bu səbəblərin yaradıcısı olaraq bunlardan tamamilə münəzzəhdir.

Göylərin və yerin Rəbbi olan Allah istədiyi təqdirdə bu səbəbləri də aradan qaldıra bilər. Məsələn, Allah istəsə, insanları ağciyərə ehtiyac duymadan, havadan oksigen almadan yaşayacaq şəkildə də yarada bilər. Belə ki, Allahın ağciyəri zaman içində təkamülləşdirərək mükəmməl hala gətirməyə və ya başqa mexanizm meydana gətirməyə ehtiyacı yoxdur. Buna görə insanın Allahın böyüklüyünü, gücünü öz duyğularının və ağlının sərhədləri ilə düşünməsi çox böyük yanlışdır. Biz Allahın dilədiyi qədər bilə, dilədiyi qədərindən xəbərdar ola bilərik.

Bunu da bildirmək lazımdır ki, Allah istəsə, yaratmada müəyyən mərhələlərdən istifadə edə bilər. Məsələn, bitkini toxumdan çıxarır və ya insanı tək bir sperma ilə yumurta hüceyrəsinin birləşməsindən, mərhələ-mərhələ yaradır. İrəlidə daha ətraflı bəhs edəcəyimiz kimi, bu mərhələlərin təkamül iddiası ilə heç bir əlaqəsi yoxdur. Heç bir mərhələdə təsadüfə yer yoxdur. Təkamül nəzəriyyəsinin əsas iddiası şüursuz təsadüflərlə özbaşına baş verən hadisələrdir. Bir bitkinin meydana gəlməsinin və ya tək bir hüceyrənin “ən gözəl surətdə” yaradılmış insana çevrilməsinin hər mərhələsi Allahın sonsuz qüdrəti ilə mükəmməl sistemlər sayəsində baş verir.

Allah yerləri, göyləri və ikisi arasındakı hər şeyi, bütün canlıları yalnızca diləmiş və yaratmışdır. Bu, Allah üçün çox asandır. Quranda da bu həqiqətə işarə edilmiş və Allahın yaratması haqqında bunlar bildirilmişdir:

Göyləri və yerləri haqq olaraq xəlq edən Odur. O: "Ol"– dediyi gün (hər şey) olar. Onun sözü haqqdır ... (Ənam surəsi, 73)

Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: "Ol" – deyirik, o da olur.(Nəhl surəsi, 40)

Dirildən və öldürən Odur. Bir işin olmasına hökm edərsə, ona yalnız: "Ol" deyir, o da dərhal olur. (Ğafir surəsi, 68)

cell, birth

Gözle görülmeyecek kadar küçük bir hücreyi, düşünen, konuşan, nefes alan bir insana dönüştüren Allah'ın sonsuz ilmi ve kudretidir.

İlk insandan itibaren tüm insanlar Allah'ın kusursuz yaratışı ile yaratılmışlardır. Tarih boyunca her insan dünyaya, Allah'ın takdir ettiği aşamalardan geçerek gelmiştir.

Allah üçün "yaratmaq" çox asandır. Bunun üçün ayələrdə bildirildiyi kimi, sadəcə "Ol" əmrini verməsi, yəni istəməsi kifayətdir. Quranda Allahın kainatı və canlıları mükəmməl şəkildə yaratdığı bir çox ayədə bildirilmişdir. Bu halda inanclı insanların bu açıq həqiqətə qarşı saxta izahlar gətirmələri, "Allah canlıları təkamüllə yaratmışdır", "yaradarkən mutasiyaları, təbii seleksiyaları, meymundan insana keçid mərhələlərini istifadə etmişdir" kimi əsassız iddialar irəli sürmələri çox yanlışdır. Quranda bununla bağlı heç bir açıqlama olmadığı, elmi dəlillər də bunu rədd etdiyi halda saxta izahlarla, bəlkə də, təkamülçülər tərəfindən qəbul edilmək ümidi ilə bunu etmələri absurddur.

Allah kainatdakı bütün qanunları Özü yaradır və onları istədiyi formaya salır. Allah istədiyini istədiyi anda gerçəkləşdirəndir. Allah göydə və yerdə olan hər şeyi əhatə edən, hər şeyə qüdrəti ilə hakim olandır. Bəzi insanlar isə Allahın gücünü qavraya bilmir, Onu öz məhdud ağılları ilə qiymətləndirirlər. Allah Quranda bu insanların varlığını belə xəbər vermişdir:

Onlar: "Allah insana heç bir şey nazil etməmişdir" – deməklə Allahı layiqincə qiymətləndirmədilər... (Ənam surəsi, 91)

Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, Qüdrətlidir! (Həcc surəsi, 74)

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən uzaqdır. (Zumər surəsi, 67)

Təkamüllə yaradılışı müdafiə edənlərin əksinə, Allah əvvəl meymunu yaradıb, sonra onları qüsurlu və əskik orqanlı keçid formalarından təkamülləşdirərək insanı yaratmamışdır. Allah insanları ən gözəl surətdə yoxdan var etmişdir. Bu həqiqət Quranda belə bildirilir:

Biz insanı ən gözəl surətdə yaratdıq. (Tin surəsi, 4)

O, göyləri və yerləri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabün surəsi, 3)

Yuxarıdakı ayələr insanı mükəmməl formada, yəni indiki halı ilə bir anda yaradanın Allah olduğunun dəlillərindəndir. Halbuki təkamülçülərin iddia etdikləri ara keçid formaları ayədəki ifadənin tam əksinə anormal quruluşdadırlar. İnanclı insanlar bu həqiqəti də gözdən keçirməlidirlər. Allah bütün canlıları təkamülə gərək olmadan birdən-birə və qüsursuz şəkildə yaratmışdır. Quranda bu açıq həqiqət belə bildirilir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Allah üçün yaratmanın nə qədər asan olduğu Quranda belə bildirilmişdir:

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı? Şübhəsiz ki, O, Yaradandır, Biləndir. (Yasin surəsi, 81)

Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah Eşidəndir, Görəndir. (Loğman surəsi, 28)

ALLAHIN FƏRQLİ YARATMA FORMALARI

Təkamüllə yaradılış iddiasına inanan insanların əhəmiyyət vermədikləri başqa bir mühüm mövzu da Allahın fərqli yaratma formalarıdır. Allah insandan və heyvandan çox fərqli yaradılışa sahib canlıları da var etmişdir. Mələklər və cinlər bu canlıların başında gəlir. Növbəti səhifələrdə Allahın Quranda bildirdiyi yaradılış formalarından bir qisminə yer verilir.

İki, üç, dörd qanadlı mələklər

Mələklər Allahın əmrindən çıxmayan varlıqlardır. Ayələrdə mələklərin yaradılışı belə bildirilir:

Göyləri və yeri Yaradan, mələkləri iki, üç, dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)

Ayədə keçən ifadədən də anlaşıldığı kimi, mələklər forma etibarilə insanlardan çox fərqlidirlər. Belə ki, Allah yuxarıdakı ayədə "O yaratmada istədiyini artırır" ifadəsi ilə də fərqli yaradılış formaları olduğunu xəbər verir.

Mələklərin Allahın əmrində və Allaha qarşı itaətli varlıqlar olduqları isə ayələrdə belə bildirilir:

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar. Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. (Nəhl surəsi, 49-50)

Nə (İsa) Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də (Allaha) yaxın olan mələklər. (Allah) Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır. (Nisa surəsi, 172)

Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə (heç vaxt) asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. (Təhrim surəsi, 6)

Mələklərlə bağlı başqa bir mühüm həqiqət isə insandan əvvəl mələklərin yaradılmasıdır. Belə ki, Allah ilk insan olan hz. Adəmi yaradacağı zaman bunu mələklərə bildirmiş və onlara hz. Adəmə səcdə etmələrini əmr etmişdir.

Eyni zamanda Allah hz. Adəmə mələklərdən fərqli elm vermiş və ona əşyaların adını öyrətmişdir. Mələklər isə bu elmi bilmirlər. Bütün bu həqiqətlər Quranda belə bildirilmişdir:

Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!" – dedikdə, onlar "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən? – söylədilər. O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" (Allah) Adəmə (şeylərin) adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!" Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur!" O, bunların adlarını onlara bildirdikdə (Allah) dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!" – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. (Bəqərə surəsi, 30-34)

Oddan yaradılan cinlər

Mələklər kimi cinlər də insanlardan fərqli yaradılışa sahibdirlər. Allah insanın palçıqdan, cinlərin isə alovdan yaradıldığını aşağıdakı ayələrdə belə xəbər verir:

Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən yaratdıq. Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq. (Hicr surəsi, 26-27)

O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də təmiz oddan yaratdı. (Rəhman surəsi, 14-15)

Allah Quranda insanların və cinlərin yaradılış məqsədlərini də bildirir. Həmin ayə belədir:

Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zariyat surəsi, 56)

Açıqca göründüyü kimi, insanlar və cinlər fərqli varlıqlardır. Yaradılış məqsədləri isə eynidir: yalnız Allaha ibadət etmək. Allah istər mələklərin, istərsə də cinlərin fərqli yaradılış xüsusiyyətlərinə sahib olduqlarını Quranın bir çox ayəsində bildirmişdir. Məsələn, ayələrdə cinlərin əşya daşıya bilmə xüsusiyyətləri xəbər verilir:

(Süleyman) dedi: "Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər? Cinlərdən çox qüvvətli birisi dedi: "Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, eitbarlıyam!" (Nəml surəsi, 38-39)

Quranda xəbər verilən başqa bir əlamət isə mələklərdə olduğu kimi, cinlərin də insandan əvvəl yaradılmasıdır. Çünki Allah hz. Adəmi yaratdığı zaman mələklərə və İblisə ona səcdə etmələrini əmr etmişdir. Ardınca da İblisin cinlərdən olduğu belə açıqlanır:

Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!" – demişdik. İblisdən başqa hamısı səcdə etdi. (İblis) cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir! (Kəhf surəsi, 50)

Allah üçün yaratmaq çox asandır, heç bir səbəbə ehtiyac olmadan yoxdan var edəndir. Cinləri və mələkləri necə fərqli şəkillərdə və yoxdan yaradıbsa, insanı da təkamülə ehtiyac olmadan, fərqli varlıq kimi yoxdan var etmişdir. Həmin vəziyyət heyvanlar və bitkilər kimi digər canlılara da aiddir. Allah bu canlıların heç birini təkamülləşdirmədən, yəni növləri başqa növlərə çevirmədən bir anda yoxdan var etmişdir. Hər biri Allahın qüdrəti və hakimiyyəti ilə meydana gətirdiyi qüsursuz sistemlərin nəticəsidir.

Hz. İsanın palçıqdan hazırladığı quşun canlanması

İsa Peyğəmbər ayədə bildirildiyi kimi,"...O bu dünyada və axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır. (Al-i İmran Suresi, 45) " Allah hz. İsaya dünya həyatında müxtəlif möcüzələr lütf etmişdir. Atasız olaraq dünyaya gəlmiş, beşikdə ikən danışmış və xəstələri möcüzəvi şəkildə yaxşılaşdırmışdır.

Həmçinin hz. İsa palçıqdan quş formasında bir şey düzəldib, onun içinə üfürəndə quş Allahın diləməsi ilə həyat tapmış və canlanmışdır. Bu həqiqət Quranda belə bildirilmişdir:

Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. (O deyəcəkdir:) "Mən sizə Rəbbinizdən (elçi olduğunu təsdiqləyən) bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, burada sizin üçün dəlil vardır. (Ali-İmran surəsi, 49)

Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili də öyrətmişdim. Sən Mənim iznimlə anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır və Mənim iznimlə ölüləri dirildirdin. Sən İsrail oğullarının yanına açıq-aydın dəlillərlə gəldikdə Mən onları səndən dəf etmişdim. Onlardan kafir olanlar isə demişdilər: "Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir". (Maidə surəsi, 110)

Bu quş heç bir səbəbə bağlı olmadan Allahın diləməsi və möcüzəsi ilə canlanıb. Cansız maddədən can sahibi olan quş uca Allahın örnəksiz, səbəbsiz, üstün yaratmasının örnəklərindən biridir. Hz. İsa da Allahın lütf etdiyi bu möcüzə ilə təkamülçü düşüncənin məntiqsizliyini və etibarsızlığını sübuta yetirmişdir. Bu, Allahın bir möcüzəsi və təkamülə inanan bəzi müsəlmanların fikir vermədikləri əhəmiyyətli həqiqətdir.

Buna çox bənzəyən başqa örnək isə hz. İbrahimlə bağlı bir hadisənin xəbər verildiyi ayədə keçir. Aşağıdakı ayədə də Allahın cansız varlıqlara möcüzəvi şəkildə can verdiyi bildirilir. Allah yaratmaq üçün heç bir səbəbə ehtiyac duymayandır:

Bir zaman İbrahim: "Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!" – dedi. (Rəbbi ona): "Məgər sən inanmırsan?"- dedi. (İbrahim) dedi: "Əlbəttə (inanıram!) Amma (istəyirəm ki,) qəlbim rahat olsun". (Allah) buyurdu: "Quşlardan dördünü tut və onları özünə tərəf çəkib tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir! " (Bəqərə surəsi, 260)

Həzrəti Musanın əsasının ilan olması

Allah hz. Musaya da hz. İsa kimi möcüzələr vermişdir. Məlum olduğu kimi, hz. Musa Allahın izni ilə dənizi yarıb qövmünü Fironun ordusundan xilas etmişdir. Həmçinin hz. Musanın əsası da Allahın izni ilə ilana çevrilmişdir. Bu həqiqət Quranda belə bildirilmişdir:

"Sağ əlindəki nədir, ey Musa?” (Musa) dedi: "Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır." (Allah) buyurdu: "At onu (yerə), ey Musa!" (Musa) onu (yerə) atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı . (Allah) buyurdu: "Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq. (Ta ha surəsi, 17-21)

Hz. Musanın əsası da hz. İsanın palçıqdan quş yaratması kimi, Allahın səbəbsiz canlı yarada bildiyinin ən böyük sübutlarından biridir. Hz. Musa əlindəki əsasını yerə atdığı anda Allahın lütfü ilə cansız odun parçası sürətlə hərəkət edən, digər şəxslərin ortaya qoyduqlarını udan, yəni həzm sistemi də olan tamamilə canlı varlığa çevrilir. Beləcə Allah insanlara canlılar aləminin necə yoxdan var edildiyinin bir örnəyini göstərir. Cansız maddə sadəcə Allahın diləməsi ilə, yəni "Ol" əmri ilə can tapır. Allahın hz. Musaya lütf etdiyi bu möcüzə qədim misirlilərin batil təkamül inanclarını bir həmlədə yerlə bir etmiş, hz. Musaya qarşı olan insanlar belə dərhal həqiqəti qavrayıb, batil inanclarını tərk edib Allaha iman gətiriblər.

Allah üçün yaratmaq çox asandır. O heç bir səbəbə ehtiyac duymadan yoxdan yaradıb. Cinləri və mələkləri necə fərqli şəkillərdə və yoxdan var edibsə, insanı da təkamülə ehtiyac olmadan, fərqli varlıq kimi yaratmışdır. Həmin vəziyyət heyvanlar və bitkilər kimi digər canlılara da aiddir. Allah bu canlıların heç birini təkamülləşdirmədən, yəni növləri başqa növlərə çevirmədən bir anda yoxdan var etmişdir.

Bunun üçün ayələrdə bildirildiyi kimi, sadəcə "Ol" əmrini verməsi, yəni istəməsi kifayətdir:

Göyləri və Yeri haqq olaraq xəlq edən Odur. O: "Ol!"- dediyi gün (hər şey) olar. Onun sözü haqqdır... (Ənam surəsi, 73)

Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq: "Ol!" – deyirik, o da olur. (Nəhl surəsi, 40)

Dirildən və öldürən Odur. O bir işin olmasına hökm etdisə, ona yalnız: “Ol” deyir, o da dərhal olur. (Ğafir surəsi, 68)

Bu vəziyyətdə inanclı şəxslərin bu açıq həqiqətə qarşı saxta izahlar gətirmələri, "Allah canlıları təkamüllə yaratmışdır", "yaradarkən mutasiyaları, təbii seleksiyaları, meymundan insana keçid mərhələlərini istifadə etmişdir" şəklində əsassız iddialar irəli sürmələri böyük yanlışdır.

Hz. Zəkəriyyanın sonsuz olan zövcəsindən övladının olması

Quranda örnək verilən möcüzəvi yaradılış formalarından biri də hz. Zəkəriyyanın zövcəsi sonsuz olduğu halda, övladla müjdələnməsidir. Ayələrdə belə bildirilir:

Ona belə vəhy olundu: "Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq! " O dedi: "Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda, mənim övladım necə ola bilər? " Mələk dedi: "Elədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəql etmişdim! " (Məryəm surəsi, 7-9)

... Rəbbin buyurdu: "Bu, Mənim üçün çox asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim. " (Məryəm surəsi, 9)

Cənnət və Cəhənnəmdə də təkamüllə yaradılış yoxdur

Uca Allah insanları ölümlərindən sonra axirət həyatlarına uyğun olaraq yenidən və fərqli biçimdə yaradacağını bildirmişdir. İnsanlar dünyada təkamül olmadan yaradıldıqları kimi, axirət həyatları üçün də hər hansı təkamül mərhələsi olmadan Allahın "Ol" əmri ilə bir anda dirildiləcəklər. Eyni şəkildə Uca Rəbbimiz insanlar kimi cənnət və cəhənnəmdəki bütün varlıqları da təkamüllə yaratmamışdır. Ayələrdə bildirilən cəhənnəm gözətçiləri, zəbanilər və cənnətdəki hurilər də uca Rəbbimizin heç bir səbəb olmadan yoxdan var etdiyi varlıqlardır. Quranda insanın ölümdən sonra yenidən yaradılışı və axirətdəki varlıqlarla bağlı bildirilən ayələrdən bəziləri bunlardır:

Onlar işlətdikləri pis əməllərin cəzasına çatdılar. Bunlardan zalım olanlara da qazandıqları günahların cəzası yetişəcək və onlar qaçıb canlarını qurtara bilməyəcəklər. Məgər onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinə də onu azaldır? Həqiqətən, bunda iman gətirən qövm üçün ibrətlər vardır. Qullarıma mənim bu sözümü de: " Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (Zumər surəsi, 51-53)

Şübhəsiz ki, Biz onları başqa cür (yeni bir yaradılışla) yaradacağıq! (Vaqiə surəsi, 35)

Qalu Bəla Həqiqəti və Yaradılış

Quranda bildirilən və İslam alimlərinin “Qalu Bəla” olaraq təqdim etdikləri hadisə də təkamüllə yaradılış müdafiəçilərinin xətalarını ortaya çıxarır: Uca Rəbbimiz "Əraf" surəsinin 172-ci ayəsində belə buyurur:

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi? (deyə) onları özlərinin əlehinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!" – demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"- deməyəsiniz.

Göründüyü kimi, insanın yaradılışı mövzusunda bütün ayələrdə olduğu kimi, bu ayədə də təkamüllə olan yaradılışdan bəhs edilmir.

QURANDA DİRİLİŞ ÖRNƏKLƏRİ

Yaratma da, diriltmə də tamamilə Allahın əlindədir və Allahın yaratmada olduğu kimi, diriltmədə də səbəbə ehtiyacı yoxdur. Bunun Quranda bir çox örnəyi var.

Quranda bildirildiyi kimi, insan ölüb torpağa qarışdıqdan sonra axirət günündə yeni yaradılışla dirildiləcəkdir. Ayələrdə belə bildirilir:

Bu, ayələrimizi inkar etdiklərinə və: "Məgər biz sür-sümük və ovuntu olduğumuz halda, yeni bir məxluq olaraq dirildiləcəyik?" – dediklərinə görə onların cəzasıdır. Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər. (İsra surəsi, 98-99)

Ayələrdə də göründüyü kimi, inkar edənlər insanların ölüb torpaq olduqdan sonra yenidən yaradılacaqlarına inanmırlar. Bu nümunə təkamül nəzəriyyəsinin vəziyyətini də göstərir. Çünki qiyamət günündə insanların bədənlərini yoxdan var edəcək Rəbbimiz ilk insan olan hz. Adəmi də yoxdan yaratmışdır. Bu ayələr Qurana inanan, ancaq təkamül düşüncəsini müdafiə etməkdə israrlı davranan şəxslər üçün də çox böyük əhəmiyyət kəsb edir.

Allah, "Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz...(Ənam surəsi, 94) ayəsi ilə də insanın axirət günündə yenidən yaradılışına işarə edir. Ayədə insanların axirətdəki yaradılışlarının "ilk yaradılışları" kimi olduğu açıqlanır. Ölüb torpağa çevrilən insan axirətdə yenidən yaratma ilə yoxdan xəlq ediləcək və insan halında olacaq. Belə ki, insanın ilk yaradılışı da buna bənzəyir və mərhələ-mərhələ deyil, bir anda möcüzəvi şəkildə gerçəkləşir.

Quranda yenidən dirilişlə bağlı başqa bir çox nümunə var. Məsələn, hz. Musanın qövmünə Allah belə bir hadisə yaşatmışdır. Allah bu qövmü öldürüb sonra da diriltmişdir. Bu hadisə Quranda belə izah olunur:

O zaman siz: " Ey Musa! Biz Allahı açıq-aşkar görməyincə sənə iman gətirməyəcəyik!" – dediniz və gözünüz görə-görə sizi ildırım vurdu. Ölümünüzdən sonra Biz sizi diriltdik ki, bəlkə, şükür edəsiniz. (Bəqərə surəsi, 55-56)

Qurandakı qissələrdən birində isə başqa ölüb-dirilmə hadisəsi bildirilir. Hz. Musanın qövmünün başına gəldiyi bildirilən bu qissədə Allah həmin şəxslərə öldürdükləri cəsədə əvvəlcədən kəsdikləri inəyin bir parçası ilə vurmalarını əmr etmişdir. Allah bunu ayədə də bildirdiyi kimi, bu insanlara ölüləri diriltdiyini göstərmək və onların imanlarını möhkəmləndirmək üçün etmişdir. Bu, açıq-aşkar möcüzədir. Ancaq ayənin davamında da görünəcəyi kimi, bu möcüzənin ardınca bu şəxslərin qəlbləri yenə sərtləşdi. Bu hadisə " Bəqərə" surəsində belə izah olunur:

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarır. Biz dedik: " İnəyin bir parçasını ona (ölüyə) vurun!" Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə, anlayasınız. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allah qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. (Bəqərə surəsi, 72-74)

Başqa bir örnəyi də Allah belə bildirmişdir:

Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə, başa düşəsiniz. Minlərlə adam olduqları halda, ölüm qorxusundan yurdlarından didərgin düşüb gedənləri görmədinmi? Allah onlara: " Ölün!" – dedi. Sonra isə onları diriltdi. Doğrudan da, Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu buna şükür etmir. (Bəqərə surəsi, 242-243)

Bu mövzuda Quranda verilən başqa nümunə isə öldükdən sonra dirilməyə inanmayan bir şəxsin vəziyyətidir. Ayələrdə bildirildiyi kimi, Allah bu şəxsi yüz il ölü saxlamış və sonra da diriltmişdir. Ancaq aradan yüz il keçməsinə baxmayaraq, bu şəxs özünün bir gün və ya bir gündən az qaldığını düşünmüşdür. Həqiqət özünə xəbər veriləndə bu şəxs iman gətirmişdir. Quranda bu hadisə belə bildirilir:

Və ya (damları) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi? O demişdi: " Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" Allah onu öldürüb yüz il saxladı, sonra da dirildin dedi: " Nə qədər qaldın?" O dedi: " Bir gün, yaxud bir gündən də az qaldım!" Allah dedi: " Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük" . Ona həqiqət bəlli olduqda: " Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!" – dedi. (Bəqərə surəsi, 259)

Bu mövzuda Quranda verilən örnəklərdən biri də Kəhf əhlidir. Bu qissəni digərlərindən ayıran fərq Kəhf əhlinin öldürülməməsi, sadəcə bir insanın normal ömründən daha uzun davam edən yuxuya getməsidir.

İnanclı gənclərdən ibarət Kəhf əhli (mağara sahibləri) Allaha şərik qoşaraq Allahdan başqa ilahlara qulluq etdikləri üçün qövmlərindən uzaqlaşıb bir mağaraya sığınmışdı. Ancaq Allah Kəhf əhlinə üç yüz ildən də çox davam edən yuxu vermiş və beləcə onları möcüzəvi şəkildə mağarada yuxuya vermişdir. Bu hadisə Quranda belə bildirilir:

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11)

Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!" (Kəhf surəsi, 25-26)

Ancaq bir zaman sonra Allah Kəhf əhlini yuxudan oyandırmışdır. Bu hadisə də ayələrdə belə xəbər verilir:

Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. (Kəhf surəsi, 12-13)

Lakin onlar bu qədər uzun müddət yatdıqlarının fərqində deyillər. Hətta bir gün və ya bir günün bir neçə saatlıq hissəsi qədər qaldıqlarını düşünürlər. Halbuki üç yüz ildən də çox yuxuda olublar. Mövzu ilə bağlı ayə belədir:

Beləcə onları oyatdıq ki, (nə baş verdiyini) bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: "Burada nə qədər qaldınız?" – dedi. Bəziləri: "Bir gün yaxud günün bir hissəsi qədər qaldıq" - dedilər. Digərləri də dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! (Kəhf surəsi, 19)

Quranda verilən bu kimi örnəklər Allahın yaratma və öldürmə mövzusunda heç bir səbəbə ehtiyacı olmadığını açıq göstərir.

TƏKAMÜLÇÜLƏRİ ÇƏTİNLİYƏ SALAN HƏQİQƏT: BAL ARISININ DAVRANIŞLARI

honeybee

Allah Quranda bal arısına vəhy etdiyi və ona nə etməli olduğunu bildirdiyini xəbər verir. Bu həqiqət "Nəhl" surəsində belə bildirilir:

Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Məlum olduğu kimi, bal arıları çiçək cövhərini toplayıb, bədənlərində istehsal etdikləri bəzi mayelərlə birləşdirib bal istehsal edirlər. Balı gizlətmək və balalarını böyütmək üçün də çox düzgün, altıbucaqlı balmumu hücrələri hazırlayır və bununla pətək inşa edirlər. Həmçinin arı şanından qida mənbəyi axtarmaq üçün ayrılan və hər dəfəsində şana uğurla geri qayıdan arılar yönlərini də Allahın bədənlərində yaratdığı xüsusi sistemlərlə tapırlar. Allahın ayədə "Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get" hökmü ilə xəbər verdiyi arıların bu xüsusiyyətində düşünən insanlar üçün, əlbəttə ki, hikmətlər var.

Bir böcəyin altıbucaqlıdan xəbərdar olması, bal mumunun formulunu kəşf edərək bunu bədənində istehsal edən sistemlər yaratması, sonra belə bilgiləri DNT-sinə özbaşına yerləşdirməsi və bu sayədə digər homogenlərdə də eyni xüsusiyyətləri təmin etməsi, əlbəttə ki, mümkün deyil.

Aydındır ki, bütün bunları arılara üstün güc və ağıl sahibi olan Allah öyrədir, yəni ayədə xəbər verildiyi kimi, vəhy edir. Hər şeydən xəbərdar olan Allah bal arısına nələr edəcəyini ilham edir, bal arısı da özünə bildirdiyi kimi hərəkət edir. Bal arısının şüurlu davranışları açıq-aşkar yaradılışı sübut edir.

Heyvanlardakı bu kimi xüsusiyyətlərin araşdırılması canlılardakı yüksək şüuru və qüsursuz yaradılışı bizə tanıdır. Bu kimi məlumatlar sayəsində uca Rəbbimizin gücünün bənzərsizliyini bir daha sübut edirik. Allah istədiyi canlını istədiyi xüsusiyyətlərdə yaratmağa qadirdir. Allah sonsuz güc sahibi olandır, hər şeyin Malikidir. Təkamülçülər isə canlılardakı bu qeyri-adi xüsusiyyətlərin təsadüflərlə meydana gəldiyinə inanırlar. Bu məntiqsiz iddiaya görə, təsadüflər arılara bucaq hesablamağı öyrətmiş, bu xüsusiyyət digər arılara da yenə təsadüflər yolu ilə ötürülmüşdür. Təsadüflər guya arıların bədənlərində bal istehsal edən və ya bal mumu hazırlayan sistemlər meydana gətirmişdir. Bu kimi ssenarilərin həm ağılsızlıq, həm də elmdən çox uzaq cəfəngiyyat olduğunu anlamaq üçün bir an düşünmək kifayətdir.

Bal arılarını yaradan və şüur verən Allahdır. Elə bu kimi yaradılış möcüzələri təkamülçüləri çox böyük çətinliyə salır.

HZ. SÜLEYMANIN QARIŞQANIN DİLİNDƏN ANLAMASI

ant
Kuran'da bildirildiği gibi Allah Hz. Süleyman'a, karıncaların konuşmalarını anlayabilecek bir ilim vermişti.

Əvvəlki hissədə də qeyd edildiyi kimi, təkamülçülərin fikrinə görə, canlılar təsadüflərin əsəridirlər. Lakin bu xəyali təkamülçü iddianı sübut edən tək bir dəlil yoxdur. Buna baxmayaraq, təkamülçülərin iddialarını təkzib edən çoxlu dəlillər mövcuddur.

Buna nümunə kimi Quranda bildirilən hz. Süleyman ilə bir dişi qarışqa arasında keçən hadisəni verə bilərik. Ayələrdə xəbər verildiyinə görə, hz. Süleyman dişi qarışqanın özü haqqında söylədiklərini eşidir və anlayır. Quranda bu hadisə belə bildirilir:

Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər." (Süleyman) qarışqanın bu sözünə gülümsədi və dedi: "Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və məni öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!" (Nəml surəsi, 18-19)

Göründüyü kimi, ayədə bir qarışqanın digər qarışqalara xitab etdiyi xəbər verilir. Şüursuz təsadüflərlə ortaya çıxdığı iddia edilən canlılar arasında xəbərləşmə sisteminin olması, onların şüurlu davranışlar göstərməsi, əlbəttə ki, mümkün deyil. Ancaq Allahın yaratması ilə mövcud olan canlılar Allah dilədiyi təqdirdə, Onun dilədiyi qədər şüurla hərəkət edə və bir-biri ilə əlaqə qura bilərlər.

panorama

Təkamül nəzəriyyəsinin qeyri-real iddiasına görə, bu canlılar şüursuz davranmalı idilər, ancaq göründüyü kimi, çox böyük ağıl nümayiş etdirirlər. Bu vəziyyətdəki qeyri-adiliyi darvinistlərin anlamasını gözləyə bilmərik. Lakin Allahın varlığına və gücünə iman gətirdiyini söyləyən şəxs ayələrdəki bu bilgilər üzərində mütləq düşünməlidir. Çünki bu yaradılış gerçəkləri təkamülçülərin təsadüf iddialarını açıq-aşkar alt-üst edir. Bu vəziyyət isə təkamülün müdafiə ediləcək heç bir tərəfinin olmadığını göstərir.

Yaradılış bir möcüzədir

Bəzi müsəlmanların təkamülə inanmalarının kökündə Allahın dilədiyi anda dilədiyini yaratma və yoxetmə gücünü təqdir edə bilməmələri durur. Həmin müsəlmanlar təbiət qanunlarının sabit və dəyişməz olduğunu və heç bir hadisənin təbiət qanunları xaricində gerçəkləşməyəcəyini fərz edən "naturalist" doqmanın təsiri altına düşürlər. Halbuki bu çox böyük yanlışdır. Çünki "təbiət qanunları" dediyimiz anlayışlar Allahın maddəni müəyyən nizam içində yaratmasından və qorumasından qaynaqlanır. Bunlar maddənin özündən qaynaqlanan xüsusiyyətlər deyil. Belə ki, bu qanunları Allah müəyyən edir, istədiyi zaman da bunları dəyişdirməyə gücü çatır.

Rəbbimiz dilədiyi zaman qullarına möcüzələr göstərir. Məsələn, Kəhf əhlinin 300 ildən artıq müddətdə canlı qalması təbiət qanunları xaricində baş verən möcüzədir. Allahın əvvəl öldürüb, sonra da diriltdiyi insanlar da başqa möcüzədir. Hər hadisə – bizim "təbiət qanunu" kimi adlandırdığımız hər şey Allahın izni ilə gerçəkləşir.

Allah Öz yaratdığı qanunlardan münəzzəhdir. Allah istəsə, təbiət qanunlarının hamısına zidd olan hadisələr meydana gətirər. Bu, Allah üçün çox asandır.

Güneş, Ay, yıldızlar, bulut, yağmur, rüzgar ve tabiattaki bütün kuvvetler, hep Allah-u Teala'nın iradesinde, emrindedir. Katibin elindeki kalem gibidir. (İmam Gazali)

Təkamül nəzəriyyəsinə aldanmış bəzi müsəlmanlar naturalist doqmadan təsirləndikləri üçün canlılar və insanın kökünü də yalnız təbiət qanunlarına görə açıqlamağa çalışırlar.

Allahın təbiət qanunları ilə məhdud yaradılışla canlıları yaratdığını düşünür, (Allahı tənzih edirik) mutasiya, təbii seleksiya, növləşmə kimi mexanizmlərdən istifadə edərək bir növün digərinə çevrilməsi yolu ilə yaradılış olduğunu zənn edirlər. Halbuki müsəlmanın belə naturalist məntiqə inanması çox yanlışdır. Çünki Quranın bir çox ayəsində bildirilmiş möcüzələr bu məntiqin doğru olmadığını göstərir.

Quranda canlıların və insanın yaradılışı mövzusundakı ayələrə baxdıqda bu yaradılışların təsadüfi təbiət qanunları daxilində deyil, möcüzəvi şəkildə baş verdiyini açıqca görürük. Allah canlıların yaradılışını belə açıqlayır:

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Ayədə quruda yaşayan təməl canlı qrupları (sürünənlər, quşlar və məməlilər) bildirilir və bunları Allahın sudan yaratdığı xəbər verilir. Diqqət edilərsə, bu canlı qrupları təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, "bir-birlərindən" deyil, "sudan" yaradılmışdır. Yəni ortaq bir vasitəni Allahın formaya salması ilə ayrı-ayrı var ediliblər.

Bu ortaq vasitənin su olduğu həqiqəti bu gün elmi bilgilərlə də sübuta yetirilmişdir. Su dünyadakı hər canlı orqanizminin ən təməl ünsürüdür. Məməlilərdə orqanizmin təqribən 70%-i sudur. Hər canlı orqanizmdəki su sayəsində hüceyrəiçi, hüceyrələrarası və toxumalararası nəqliyyatı təmin edir. Su olmadan canlılar aləminin olmayacağı hər kəs tərəfindən qəbul edilən həqiqətdir.

İşin qəribə tərəfi bəzi müsəlmanların yuxarıdakı ayəni yanlış izah edərək təkamül nəzəriyyəsinə uyğun məna verməyə çalışmalarıdır. Halbuki həmin "sudan yaradılma" həqiqətinin təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmadığı aydındır. Təkamül nəzəriyyəsinin "hər canlının sudan çıxıb təkamülləşdiyi" kimi iddiası yoxdur. Əksinə nəzəriyyə canlı növlərinin bir-birlərindən törədiklərini irəli sürür və bu iddia hər fərqli canlı qrupunun sudan yaradılması həqiqəti ilə tamamilə ziddir.

İnsanın palçıqdan yaradılışı

Allah Quranda insanın yaradılışının da möcüzəvi şəkildə olduğunu xəbər verir. İlk insan Allahın palçığı formaya salıb insan bədəninə çevirməsi, sonra isə bu bədənə ruhundan üfürməsi ilə yaradılmışdır.

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: " Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" (Sad surəsi, 71-72)

Həqiqətən, Biz, insanı palçıq cövhərindən yaratdıq. (Muminun surəsi, 12)

Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki, onları yapışqan kimi palçıqdan yaratdıq. (Saffat surəsi, 11)

Ayələrdən görürük ki, bəzi müsəlmanların iddia etdiyi kimi, insanın meymundan və ya başqa canlı növündən deyil, cansız maddə olan palçıqdan yaradıldığı xüsusilə bildirilir.

Allah cansız palçığı möcüzəvi şəkildə insana çevirmiş və bu bədənə ruhundan üfürmüşdür. Burada heç bir "təbii təkamül mərhələsi" yoxdur. Allahın birbaşa möcüzəvi yaratması var. Belə ki, Allahın aşağıdakı ayədə bildirdiyi "iki əlimlə yaratdığım" şəklindəki mütəşabeh ifadə də insanın birbaşa Allahın qüdrəti ilə yaradıldığını göstərir:

Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun? (Sad surəsi, 75)

Qısası, Quranda insanın və canlıların yaradılışı haqqında heç bir "təkamül" açıqlaması yoxdur, əksinə bütün canlıların və insanın uca Allahın möcüzəsi olaraq su və torpaq kimi cansız maddələrdən yaradıldığı bildirilir. Bəzi "müsəlmanlar" isə qədim yunan fəlsəfəsindən təsirlənərək materialist və təkamülçü elementləri mənimsəyib, sonra da bunu öz ağılları ilə Qurana uyğunlaşdırmağa çalışmışdılar.

Böyük İslam alimi, böyük mücəddid İmam Qəzali öz dövründə ortaya çıxan bu axınlara "Fəlsəfənin səfaləti"ndə və digər əsərlərində cavab vermişdir. Ancaq təkamül nəzəriyyəsinin 19 və 20-ci əsrdə dünyada yayılması ilə birlikdə İslam dünyasında da yenidən "təkamülçü yaradılış" xətaları ortaya çıxmışdır. Sonrakı bölmədə bu nəzəriyyələri müdafiə edən müsəlmanların xətaları və dəlil kimi istifadə etməyə çalışdıqları Quran ayələrini izah edəcəyik.