Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər

Əvvəlki hissədə bəzi müsəlmanların təkamülçülərin təlqinləri altında qaldıqlarına və elmi yeniliklərdən xəbərdar olmadıqlarına görə təkamül nəzəriyyəsini doğru zənn etdiklərindən bəhs etdik. Məhz bu bilgi əksikliyi həmin insanların nəzəriyyə ilə bağlı bir çox həqiqətləri görməmələrinə səbəb olur. Təkamül nəzəriyyəsinin bütpərəst inanc olduğunu, təsadüfləri və təbiət hadisələrini ilahlaşdırdığını (Allahı tənzih edirik), nəzəriyyənin banisi olan Çarlz Darvinin dinsiz şəxsiyyətini, bu nəzəriyyənin səbəb olduğu zülmü, qarşıdurmaları, müharibə və digər bəlaları görməzlikdən gəlirlər.

Bu hissədə təkamülçü müsəlmanları görmədikləri həqiqətlər üzərində dayanacağıq və materialist-ateist düşüncəyə dəstək olan bütpərəst inancı müdafiə etməkdən əl çəkməyə dəvət edirik.

Təkamül düşüncəsi qədim Yunanıstandan gələn bütpərəst inancdır

Thales

Thales'in su üzerinde yüzen düz dünya fikrini temsil eden bir resim. Resimde yeryüzünün üzerinde 4 temel elementten ikisi olarak kabul edilen hava ve ateş görülmektedir.

Təkamül nəzəriyyəsi elmi həqiqət deyil, bütpərəst inancdır. Eramızdan əvvəl Misir, Babil və Şumer kimi yaşamış xalqların batil dinlərində rast gəlinən təkamül fikri sonradan qədim yunan cəmiyyətindəki filosoflara keçmişdir. Bütpərəst şumerlərin yazılarında yaradılışı inkar edən və canlıların pilləli şəkildə əmələ gəldiyini iddia edən fikirlərə rast gəlmək mümkündür. Şumerlərə görə, canlı aləm cansız su xaosundan özbaşına əmələ gəlmişdir.

Misirlilər də batil dinlərinə əsaslanaraq "ilan, qurbağa, soxulcan və sıçanların daşan Nil çayının palçığından əmələ gəldiyinə" inanırdılar. Şumerlər kimi misirlilər də bir Yaradıcının varlığını inkar edir və "canlıların təsadüfən palçıqdan" əmələ gəldiyini düşünürdülər.

Miletli yunan filosoflarından Empedokl, Anaksimander və Falesin ən əsas iddiaları da ilk canlının hava, od və su kimi cansız maddələrdən öz-özünə əmələ gəlməsi idi. Bu batil inanca əsasən ilk canlılar suda qəfildən əmələ gəlmiş, daha sonra bu canlılardan bəziləri suyu tərk etmiş və quruya uyğunlaşaraq orada yaşamağa başlamışdılar. Miletli filosof Fales də bütün həyatın mənşəyinin "su" olduğuna inanırdı. Sudan yola çıxaraq bitkilərin və heyvanların, sonda isə insanın əmələ gəldiyini söyləyirdi.2 Anaksimender "insan balıqdan çıxmışdır", – deyir və digər filosoflar kimi heyvanların sudan çıxdığını bildirirdi.3 Xüsusilə də Anaksimenderin “Təbiət” adlı klassik şeiri təkamül nəzəriyyəsinin izah edildiyi ilk yazılı əsərdir. O, bu şeirində heyvanların günəş işığı ilə buxarlaşan palçıqdan əmələ gəldiyini yazmışdı. Anaksimenderə görə, ilk canlılar tikanlı, pullu qabıqlı idilər və dənizdə yaşayırdılar. Guya bu balığa bənzəyən məxluqlar daha sonra dəyişiklik keçirmiş, quruya keçərək pulcuqlarını tökmüş və insana çevrilmişdilər.4 (Ətraflı məlumat üçün baxın: "Darwinizm dini ", Harun Yahya) Anaksimenderin bu məntiqsiz fərziyyəsi hazırkı təkamül nəzəriyyəsinin əsasını təşkil etdiyini düşünə bilərik. Çünki Darvinin təkamül nəzəriyyəsi ilə Anaksimenderin fikirləri bir-birinə çox bənzəyir.

Empedokl isə özündən əvvəlki yanlış fikirləri birləşdirib su, od, hava və torpağı əsas elementlər olaraq mənimsəmişdi. Bu elementlərin bir yerə gələrək orqanizmi əmələ gətirdiyini düşünürdü. İnsanın bitkidən əmələ gəldiyinə və bu prosesin təsadüfən baş verdiyinə inanırdı.5 Beləcə təkamül nəzəriyyəsinin əsasını təşkil edən "təsadüf" anlayışı da dilə gətirildi.

empedokles
Empedokles gibi bazı felsefeciler dünyanın, yeryüzü, ateş, hava ve su olmak üzere dört elementten oluştuğunu öne sürüyorlardı. 17. yüzyıla ait bu ilüstrasyonda, dört elementin güneş etrafında oluşturduğu daireler sembolize ediliyor.

Eyni dövrdə yaşamış Heraklit də başqa bir fikir irəli sürərək "kainatın müntəzəm şəkildə dəyişdiyini, buna görə də kainatın əvvəlindəki əfsanəvi prosesləri mühakimə etməyin mənasız olduğunu" və onun başlanğıcı və sonu olmadığını, yalnızca var olduğunu6 bildirmişdir. Qısası, təkamül nəzəriyyəsinin əsasını təşkil edən materialist inanc qədim Yunanıstanda da eynilə vardı.

Öz-özünə əmələ gəlmə yalanı başda Aristotel (Ərəstun) olmaqla bir çox yunan filosofları tərəfindən dəstəklənirdi. Bu batil inanca görə, heyvanlar, xüsusilə də bəzi qurdlar, böcəklər və bitkilər döllənmə və ya oxşar çoxalma formasına ehtiyac duymadan təbiətdə öz-özünə əmələ gəlirdilər. Tədqiqatlarını Aristotelin təbiət elmləri ilə bağlı fikirlərinə əsaslandıran Marqut belə demişdir:

"Aristotel başqa açıqlama verə bilmədiyi hadisələrin izahı üçün ‘spontan’ əmələ gəlməni (cansız maddələrin bir yerə gələrək qəfildən canlı varlıq əmələ gətirmələri) qəbul etdiyi ölçüdə yer üzündə həyatın mənşəyi ilə məşğul olmuşdur".7

Diqqətlə baxsaq, görərik ki, keçmiş dövrlərdəki təkamülçü elm xadimləri ilə müasir təkamülçülərin fikirləri arasında çox böyük oxşarlıq var. Kainatın başlanğıc və sonunun olmadığını bildirən materialist düşüncənin və canlıların təsadüfən əmələ gəldiyini iddia edən təkamül fikrinin mənşəyini bütpərəst şumer mədəniyyətində və ya materialist yunan mütəfəkkirlərində tapmaq mümkündür. Canlı aləmin sudan və ibtidai palçıq adlanan qarışıqdan təsadüfən əmələ gəldiyi, hətta canlıların yaranmasında yeganə təsirin təsadüflər olduğu yalanı bu iki inancın əsasını təşkil edir.

Bəzi müsəlmanların da dəstək olduqları təkamül nəzəriyyəsinin mənşəyi bu qədər qədim dövrə gedib çıxan batil anlayışdır. Materialist düşüncə ilə ortaya atılmışdır və bütpərəst inancları özündə ehtiva edir.

Aristo
Yunanlı felsefeci Aristo
Heraklitos
Heraklitos

Əslində, təkamül yalnızca şumerlərdə və ya yunan mütəfəkkirlərində rast gəlinən batil inanc deyil. Məlumdur ki, mənbəyi qədim Yunanıstan olmaqla yanaşı, hazırki konfutsiçilik, taoizm kimi bütün batil dinlərin əsasını təkamül inancı təşkil edir. Bu da onu sübut edir ki, təkamül nəzəriyyəsi İslam inancına tamamilə zidd və batil anlayışdır.

Tarixi faktlara baxmayaraq, təkamülü müdafiə edən və "yaradılışçı təkamül nəzəriyyəsi"nin Quran ayələri ilə dəstəkləndiyini iddia edən təkamülçü müsəlmanlar bu fikrin mənbəyini də İslam dünyasına bağlamaq istəyirlər. Bu iddiaya əsasən, ilk təkamül fikri müsəlman mütəfəkkirlərdən çıxmış və onların əsərlərinin xarici dillərə tərcümə edilməsi qərb ölkələrində təkamül düşüncəsini əmələ gətirmişdir.

Halbuki yunan mütəfəkkirlərinin təkamülə aid fikirlərindən verilən bir neçə nümunə belə təkamül nəzəriyyəsinin qədim bütpərəst cəmiyyətlərdən gələn ibtidai inanc olduğunu açıqca göstərir.

Həm elmi, həm də tarixi faktlara əsaslanan həqiqətlər bu qədər aşkar ikən, materializm üzərində qurulmuş təkamül fərziyyəsini müsəlmanlara aid etməyə çalışmaq çox böyük xətadır.

Təkamül nəzəriyyəsinin təsadüf iddiası yaradılış gerçəyi ilə ziddiyyət təşkil edir

Təkamül nəzəriyyəsinin yaradılışla ziddiyyət təşkil etmədiyini irəli sürənlərin görmədikləri çox vacib bir məqam var: həmin insanlar darvinizmin əsas iddiasının "canlılar bir-birilərindən təkamül keçirərək əmələ gəldiyi" tezisi olduğunu düşünürlər. Halbuki təkamülçülərin əsas iddiaları bu deyil. Əvvəl də qeyd etdiyimiz kimi, onlar "canlı aləmin təsadüfən, şüursuz mexanizmlərlə əmələ gəldiyini" iddia edirlər. Elmə zidd olan bu iddialarına əsasən, yer üzündəki canlılar "bir Yaradıcı olmadan, cansız maddədən özbaşına" əmələ gəlmişdir.

Bu iddia bir Yaradıcının varlığını ən başdan inkar edir. Buna görə də bu nəzəriyyə inanclı insanlar tərəfindən qətiyyən qəbul edilə bilməz. Lakin bəzi müsəlmanlar bunun fərqində olmadıqlarına görə "Allah canlıları bir-birindən təkamül keçirərək yarada bilər" fikrini əsas alaraq təkamülü müdafiə etməyi yanlış hesab etmirlər.

materialism

Evrimciler ilk canlı hücrenin ilkel dünya koşullarında, cansız maddelerden, doğa olaylarının tesadüfi etkileriyle kendiliğinden oluştuğu gibi akıl ve bilim dışı bir fikri savunurlar. Ancak bu iddia, modern bilimin bulgularıyla hiçbir şekilde uyuşmamaktadır.

Lakin burada çox böyük təhlükəni görməzlikdən gəlirlər. Unudulmamalıdır ki, tamamilə yanlış olmasına baxmayaraq, "təkamüllə dini uyğunlaşdırmağa" çalışmaqla bu fikrə dəstək verirlər. Təkamülçülər isə fikirlərini cəmiyyətə daha rahat qəbul etdirmək üçün bu vəziyyətə göz yumurlar.

Fred Hoyle
Prof. Fred Hoyle

Mövzuya saleh müsəlman kimi baxdıqda və Quran ayələrinə əsasən düşündükdə görürük ki, əsasını "təsadüf" inancınının təşkil etdiyi nəzəriyyə ilə İslam dini arasında ortaq məqam yoxdur. Təkamül nəzəriyyəsi təsadüfləri, zamanı və cansız maddələri ilahlaşdıraraq gücsüz, şüursuz varlıq və məfhumlara yaratma gücü verir (Allahı tənzih edirik). Bir müsəlman bu cür bütpərəst inanca əsaslanan nəzəriyyəyə qətiyyən sahib çıxmamalıdır. İnanclı insan tək Yaradıcı olan Allahın hər şeyi yoxdan var etdiyinə iman gətirdiyi üçün buna zidd olan hər cür fikir və inanca qarşı elm və ağılla mübarizə aparmalıdır.

Təkamül nəzəriyyəsi materializmin bir hissəsidir. Materializmin batil iddiasına görə, kainatın əvvəli və sonu, yəni Yaradıcısı yoxdur. Din əxlaqına uyğun olmayan bu ideologiyaya əsasən, kainat: qalaktikalar, ulduzlar, planetlər, günəş, digər kosmik cisimlər, onların sahib olduğu qüsursuz sistemlər və bütün bunların bir-biriləri ilə olan mükəmməl uyğunluğu tamamilə təsadüflərin nəticəsidir. Həmçinin canlı aləmin əsas elementi olan ilk zülal və ilk canlı hüceyrə də təsadüflərin təsiri ilə özbaşına əmələ gəlmişdir. Yer üzündəki, dənizlərdəki və göylərdəki canlıların bədənlərindəki qüsursuzluq da təsadüflərin əsəridir. Öz bədənləri başda olmaqla yaradılışa aid dəlillər hər yerə yayıldığı halda, təkamülçülər bu həqiqəti görməzliyə vurur və bütün bu mükəmməllikləri başıboş təsadüflərə və şüursuz proseslərə aid edirlər. Əvvəl də qeyd etdiyimiz kimi, təkamülçülərin əsas xüsusiyyəti təsadüfləri ilahlaşdırmaları və Allahın varlığını inkar etmələridir. Lakin kiminsə Allahın varlığını və böyüklüyünü qəbul etməməsi heç nəyi dəyişmir. Allahın sonsuz elmi və bənzərsiz sənəti yaratdığı hər şeydə özünü büruzə verir.

Özgürlük Anıtı
Evrimcilerin, canlılığın tesadüfler sonucunda cansız maddelerden kendiliğinden oluştuğunu iddia etmeleri, ABD'deki Hürriyet Anıtı'nın, denize düşen yıldırımlar sonucunda tesadüfen biraraya gelen kum ve çakıllardan oluştuğunu iddia etmek kadar akıl ve mantık dışıdır.

Belə ki, 21-ci əsrdə əldə olunan elmi nailiyyətlər də təkamülçülərin "canlı aləm təsadüfən və təbii hadisələrlə öz-özünə əmələ gəldi" iddiasını qəti şəkildə rədd edir. Canlılardakı qüsursuzluq onu göstərir ki, onları üstün ağıl və bilgi sahibi olan Allah yaratmışdır. Ən sadə quruluşlu hesab edilən canlıların belə mürəkkəb kompleksliyə sahib olmaları təkamülü müdafiə edənləri çıxılmaz vəziyyətə salır. Hətta təkamülçülərin özləri də bu həqiqəti tez-tez etiraf edirlər. Məsələn, ingilis riyaziyyatçı və astronom prof. Fred Hoyl təkamülçü olmasına baxmayaraq, canlıların təsadüfən əmələ gəlməsinin mümkün olmadığını belə etiraf edir:

"Hər şeydən əvvəl canlıların təsadüfən əmələ gəlməsi ehtimalı o qədər azdır ki, bu iddianı qəbul etmək məntiqsizdir ".8

Təkamülçü Pier Paul Qras isə təsadüflərin yaratma gücünün olmasına inanmağın xəyalpərəstlik olduğunu belə ifadə edir:

"Darvinizmə əsasən, tək bir bitki, tək bir heyvan tam lazım olan formada minlərlə faydalı təsadüflərə məruz qalmalıdır. Yəni möcüzələr adiləşməli və inanılmaz dərəcədə qeyri-mümkün hadisələr asanlıqla həyata keçməlidir. Xəyal qurmağı qadağan edən qanun yoxdur, lakin elm bu işə daxil edilməməlidir".9

HÜCREDEKİ KUSURSUZ YARATILIŞ
TESADÜF İDDİASINI GEÇERSİZ KILMAKTADIR

Canlılığı meydana getiren tek bir hücre dahi son derece kompleks bir yapıya sahiptir. Yukarıdaki resimde hücreyi meydana getiren parçalardan sadece bir kısmı görülmektedir. Tüm bu parçalar arasında son derece kompleks ve kusursuzca planlanmış bir organizasyon bulunmaktadır. Böyle bir yapının tesadüfen oluştuğunu iddia etmek, akla, mantığa ve bilimsel bulgulara kesin olarak aykırıdır.

Bu sözlər təkamülçülərin ideologiyaları naminə düşdükləri vəziyyətin bariz nümunəsidir. Çünki nəzəriyyələrinin çıxılmaz vəziyyətə düşdüyünü və elmdən kənar olduğunu gördükləri halda, yalnızca ideologiyarı naminə təkamül nəzəriyyəsindən əl çəkmirlər. Fred Hoyl digər açıqlamasında təkamülçülərin "təsadüfə" inanmalarının səbəbini belə izah edir:

"Əslində, həyatın ağıl sahibi bir varlıq tərəfindən yaradıldığı o qədər aşkardır ki, bu həqiqətin nə üçün hər kəs tərəfindən qəbul edilmədiyi insana maraqlı gəlir. Bunun səbəbi elmi deyil, psixolojidir".10

Əvvəl də qeyd etdiyimiz kimi, Fred Hoylun psixoloji dediyi səbəb təkamülçülərin yaradılışı inkar etməyə çalışmalarıdır. Bütün bu dəlillər bəzi müsəlmanların təkamül nəzəriyyəsinin Allahı inkar etmək üçün müdafiə edilən fikir olduğunu görmələri üçün kifayətdir.

Təbii seçmə və mutasiyalar təkamülü inkişaf meydana gətirə bilmir

Təkamülçü müsəlmanlar təkamül nəzəriyyəsinin əsas iddialarının belə elm qarşısında bütün gücünü itirdiyini görmürlər. Təkamül nəzəriyyəsi elə ilk canlının əmələ gəlməsi mərhələsində çətin vəziyyətə düşür.

Nəzəriyyə iddia edir ki, təbiətdəki 1,5 milyona yaxın canlı növü şüursuz təbiət hadisələri nəticəsində ortaya çıxmışdır. Təkamülçülərə görə, əvvəlcə cansız maddənin içində kimyəvi reaksiyalarla canlı hüceyrə əmələ gəlmişdir. (Qeyd edək ki, belə bir şeyin baş verə bilməyəcəyini göstərən bir çox faktlar var. Tədqiqatçılar ibtidai dünya atmosferində mövcud olan qazlarla və eyni şəraiti əmələ gətirərək apardıqları təcrübələrdə canlıların ən kiçik elementini belə əldə edə bilməyiblər) Canlı orqanizmin əmələ gəlməsi müasir texlonogiya və elm sayəsində şüurlu müdaxilələrə baxmayaraq, mümkün olmadığı halda, kor təsadüflərin bunu bacardığını iddia etmək, əlbəttə ki, ağıl və məntiqə sığmır.

darwinisme false family tree

Təkamülçülərə görə, bu ilk hüceyrə ilə başlayan həyat getdikcə daha da təkmilləşmiş və çeşidlənmişdir; guya bakteriyalarla başlayan "təkamül prosesi" ən sonda insanı əmələ gətirmişdir. Qısası, bu ağılsız və məntiqsiz iddiaya əsasən, təbiətdəki bir sıra şüursuz mexanizmlər canlıları müntəzəm olaraq inkişaf etdirməlidir. Məsələn, bir bakteriyada təqribən 2000 müxtəlif zülalın genetik məlumatı var. İnsanda isə təqribən 30 mindir. Yəni şüursuz mexanizm minlərlə yeni zülalın genetik məlumatını müəyyən zaman ərzində əmələ gətirməlidir.

Təkamül iddiası budur. Bəs, həqiqətən də, təbiətdə canlıların genetik məlumatını formalaşdıran mexanizm varmı?

Bu gün təkamül nəzəriyyəsi olaraq adlandırdığımız neo-darvinizm iki xəyali mexanizm irəli sürür: təbii seçmə və mutasiya.

Təbii seçmə "təbii yolla seçilmək" deməkdir. Yəni həyat mübarizəsi içində güclü olanlar və təbii şəraitə uyğunlaşanlar həyatda qalır, digərləri isə yox olurlar. Məsələn, bir bölgədə hava şəraitinin dəyişərək temperaturun azalması o bölgədə yaşayan heyvan populyasiyaları içində aşağı temperatura qarşı dözümsüz olan fərdlərin məhv olmasına səbəb olur.

DNA

İnsanın tek bir DNA molekülünde yaklaşık 1000 kitabı dolduracak miktarda bilgi bulunur. Yapılan tespitlere göre, bu dev ansiklopedi yaklaşık 3 milyar harften oluşmaktadır. DNA'daki kusursuz yaratılış, Allah'ın sonsuz güç ve kudretinin delillerinden biridir.

Uzun müddət soyuğa dözümlü olan fərdlər həyatda qalır və populyasiyanın hamısı bunlardan əmələ gəlir. Yaxud vaşaqların təhdidi altında yaşayan dovşanlardan ətrafa daha çox uyğunlaşanlar və ya ən sürətlə qaçanlar həyatda qalır və xüsusiyyətlərini sonrakı nəsilə ötürürlər. Lakin diqqət etsək, görərik ki, burada yeni xüsusiyyət qazanılmır və mövcud canlılar başqa növə çevrilmir. Qısası, təbii seçmə mexanizmi təkamülü inkişaf yaratma xüsusiyyətinə sahib deyil.

Bu halda təkamülçülərin əlində yalnızca mutasiya qalır. Təkamül nəzəriyyəsinin qəbul edilməsi üçün mutasiyalar canlıların genetik məlumatını inkişaf etdirməlidir.

evrimcilerin doğal seleksiyon aldatmacası

Doğal seleksiyona göre, güçlü olan ve yaşadığı çevreye uyum sağlayabilen canlılar hayatta kalırlar, diğerleri ise yok olurlar. Evrimciler ise doğal seleksiyonun canlıları evrimleştirdiğini, yeni türler meydana getirdiğini öne sürerler. Oysa doğal seleksiyonun böyle bir sonucu yoktur ve bu iddiayı doğrulayan tek bir delil de bulunmamaktadır.

Mutasiya canlıların genlərindəki radiasiya kimi xarici təsirlər və ya DNT-dəki transkripsiya xətaları nəticəsində meydana gələn dəyişiklikdir. Əlbəttə ki, mutasiyalar dəyişikliyə səbəb olur, lakin bu dəyişikliklər heç vaxt faydalı olmur, hər zaman mənfi xüsusiyyətlidir. Başqa sözlə desək, mutasiya canlıları inkişaf etdirmir, əksinə hər zaman ziyan vurur. Bu günə qədər orqanizmə faydalı olan hər hansı mutasiya müəyyən edilməyib. Yəni darvinistlərin iddiasına görə, mutasiya bədənin hər yerində simmetrik və bir-birinə uyğun dəyişikliklər əmələ gətirməlidir. Məsələn, təsadüfi mutasiyalarla sağ tərəfdə qulaq əmələ gəldisə, sol tərəfdə də təsadüfi mutasiyalar eyni simmetriyada, eyni şəkildə eşidən, eyni xüsusiyyətlərə sahib ikinci qulağı da əmələ gətirməlidir. Zindan, çəkic və üzəngi sümüklərinin hər biri eyni formada, mükəmməl və bərabər şəkildə meydana gəlməlidir. Eyni vəziyyət ürəyə də aiddir. Darvinistlərin iddiasına əsasən, mutasiyalar mütləq bütün qapaqcıq və qulaqcıqları eyni formada, səhvsiz, tam yerində və eyni anda meydana gətirməlidir. Bu proses bədənin hər bir orqanında eyni şəkildə baş verməlidir.

Əks halda böyük ziddiyyətlər olmalı və bir qulağı tərs, bir dişi fərqli, bir gözü alnında, digəri isə burnunda olan qəribə formalar yaranar. Canlı aləmdə isə bu cür uyğunsuzluq yoxdur. Darvinistlərin iddiasına görə, mutasiyalar hər şeyi simmetrik və uyğun formada meydana gətirməlidir. Lakin 99%-i zərərli, 1%-i isə təsirsiz olan mutasiyaların faydalı olması; düşünülmüş, uyğun və simmetrik orqanları eyni anda əmələ gətirməsi mümkün deyil. Qısası, mutasiyalar qüsursuz quruluşa sanki tüfənglə atəş açmağa bənzəyir. Sağlam bir şeyin üstünə atəş açmaq onu tamamilə məhv edər. Yalnızca birinin təsirsiz qalması və ya bədəndəki bir infeksiyanı yandıraraq sağaltması heç nəyi dəyişmir. Onsuz da orqanizm ona dəyən 99 güllə ilə məhv olmuşdur.

20-ci əsrdə ən çox inkişaf edən elm sahələrindən biri də genetikadır. Canlılarda müşahidə olunan genetik xəstəliklərin müasir elmlə araşdırılması nəticəsində məlum oldu ki, mutasiyalar təkamülçülərin iddia etdikləri kimi, təkamülə fayda verən bioloji dəyişikliklər deyil. Xüsusilə də genetika elminin inkişafı ilə mutasiyalar nəticəsində əmələ gələn 4500-ə yaxın genetik xəstəlik aşkar olunmuşdur. Əvvəllər "irsi" olduğu zənn edilən bir çox xəstəliklərin artıq müxtəlif növ mutasiyalar nəticəsində əmələ gəldiyi məlumdur.

Mutasiyalar irsi baxımdan faydalı olması üçün mütləq çoxalma orqanlarında (kişilərdə sperm hüceyrələri, qadınlarda isə yumurta) baş verməlidir. Yalnızca bu cür baş verən genetik dəyişiklik sonrakı nəslə ötürülə bilər. Bir çox genetik xəstəliyin səbəbi də bu hüceyrələrdə baş verən dəyişikliklərdir. Bədənin qaraciyər və beyin kimi digər orqanlarında baş verən mutasiyalar isə sonrakı nəslə ötürülə bilməz. Bu cür genetik dəyişikliklərə "somatik mutasiyalar" deyilir. Bir çox xərçəng növlərinin səbəbi də hüceyrə DNT-sində baş verən bu proseslərdir.

Rastgele mutasyonlar insanlara ve diğer tüm canlılara her zaman için zarar verirler. Resimlerde görülen Çernobil kazasının sonuçları, mutasyonların etkilerini görmek açısından ibret vericidir.

Mutasiyaların canlılara vurduğu ziyanlara ən yaxşı nümunələrdən biri xərçəng xəstəliyidir. "Kanserogen" adlanan kimyəvi maddələr və ultrabənövşəyi şüalar əslində, "mutagen", yəni mutasiya yaradan amillərdir. Son illərdə, xüsusilə xərçəngin yaranmasına təsir edən "onkoloji" və "şiş yaranmasının qarşısını alan" genlərin kəşfindən sonra xərçəngi əmələ gətirən mutasiyaların mexanizmi aydın oldu. Bəhs edilən bu iki gen hüceyrələrin çoxalması və bədənin özünü yeniləməsi üçün lazımdır. Ancaq bunlardan birinin mutasiyalarla zərər görməsi nəticəsində hüceyrələr nizamsız böyüyür və xərçəng əmələ gəlməyə başlayır. Bu vəziyyəti bir avtomobilin qaz pedalının kilidlənməsi və ya əyləcin sıradan çıxmasına bənzədə bilərik. Hər iki halda da avtomobilin qəza törətməsi labüddür. Eyni şəkildə nəzarətsiz hüceyrə artımı da əvvəlcə xərçəngə, sonra isə ölümə səbəb olur. Bu genlər mutasiyalar nəticəsində doğuşdan xətalı olduqda, məsələn, retinoblastoma adlı xəstəlik nəticəsində körpələr qısa müddətdə həyatlarını itirirlər.

Mutasiyaların canlılara vurduğu ziyanlar bununla bitmir. Bu günə qədər müşahidə edilən bütün mutasiyalar əksər hallarda zərərli, bəzən isə təsirsiz olur. Buna baxmayaraq, təkamülçülər, həmçinin təkamülçü müsəlmanlar hələ də mutasiyaları təkamül mexanizmi kimi göstərməyə çalışırlar. Əgər təkamülçülərin iddia etdikləri kimi növlər bir-birindən təkamül keçirsə idi, milyonlarla faydalı mutasiyalar çoxalma hüceyrələrində ard-arda baş verməli idi.

Bu gün inkişaf edən elm milyonlarla zərərli mutasiyaların səbəb olduğu xəstəliyi aşkar etdiyi halda, təkamülçü alimlərin genetik məlumatı artıran heç bir mutasiya nümunəsi verməmələri, əlbəttə ki, təkamül nəzəriyyəsini böyük çətinliyə salır. 35 cilddən ibarət olan "of Traite de Zoologie" ensiklopediyasının redaktoru və Fransa Elm Akademiyasının keçmiş sədri olan təkamülçü Pier Paul Qras mutasiyaları "yazılmış mətnin kopyalanması zamanı edilən hərf səhvlər"inə bənzətmişdir. Hər bir hərf səhvi kimi mutasiyalar da yeni məlumat yaratmır, əksinə mövcud məlumatı pozurlar. Qras bu həqiqəti belə izah etmişdir:

Mutasiyalar müəyyən zaman ərzində çox nizamsız şəkildə əmələ gəlirlər. Bir-birilərini tamamlayan xüsusiyyətləri yoxdur və bir-birilərinin ardınca gələn nəsillər üzərində müəyyən istiqamətə doğru toplanmış (getdikcə artan) təsirləri olmur. Mövcud olan quruluşu dəyişdirirlər, lakin bunu tamamilə nizamsız şəkildə edirlər. Bir canlının bədənində çox kiçik də olsa, nizamsızlıq yarandıqda bunun nəticəsi ölüm olur... Həyat faktoru ilə anarxiya (nizamsızlıq) arasında heç bir qanunauyğunluq yoxdur.11

Məhz buna görə də mutasiyalar Qrasın da dediyi kimi, "nə qədər çox olsa da, təkamülü əmələ gətirməzlər". Mutasiyaların bu təsirini zəlzələlərə bənzədə bilərik. Zəlzələlər bir şəhəri inkişaf etdirmir, ancaq onu məhv edir. Mutasiyalar da hər zaman mənfi dəyişikliklərə səbəb olur. Buna görə də təkamülçülərin mutasiyalara əsaslanan iddiası da tamamilə əsassızdır. (Ətraflı məlumat üçün baxın: "Təkamül Nəzəriyyəsinin Süqutu", Harun Yəyha)

Fosil tədqiqatları yaradılış həqiqətini təsdiq edir

Əvvəlki bölmədə də qısaca bildirdiyimiz kimi, elmi tərəqqi təbii seçmə və mutasiyanın heç bir təsir gücünün olmadığını sübut edib. Təkamül prosesi olmadığına görə keçmişdə də təkamül baş verə bilməzdi. Amma təkamülçülər bu iddialarından əl çəkmir və bütün canlıların yüz milyonlarla illik uzun dövr ərzində mərhələ-mərhələ bir-birlərindən törədiklərini iddia etməyə davam edirlər. Təkamülçülər burada da yanılırlar. Əgər iddia etdikləri fikir doğru olsa idi, bu qədər uzun müddət ərzində saysız-hesabsız ara keçid formaları olmalı və biz bu fosil qalıqlarına rast gəlməli idik.

Təkamülçülərin iddialarının məntiqsizliyini bütün nümunələrdə görmək mümkündür. Məsələn, balıqların yaranmasını misal gətirək. Təkamülçülər balıqların təkamül keçirərək dənizulduzu və ya dəniz soxulcanı kimi onurğasız dəniz canlılarından yarandığını iddia edirlər. Əgər belədirsə, bu iki fərqli canlı qrupu arasında mərhələ-mərhələ təkamül keçirmiş çoxlu sayda "ara keçid formaları" olmalıdır. Halbuki dövrümüzdə keçmişdə yaşamış balıqların və dəniz ulduzlarının hər birinə aid on minlərlə fosil tapılmasına baxmayaraq, təkamülçülərin bu iddiasını təsdiq edən tək bir ara keçid forması belə tapılmamışdır. Ara keçid formalarının olmaması isə açıq-aşkar "təkamülün heç bir zaman baş vermədiyini"göstərir.

Bir kasırga bir şehri nasıl geliştirmez ve o şehre sadece yıkım getirirse, rastgele mutasyonlar da canlıları geliştirmez, onlara ancak yıkım, hastalık, sakatlık getirir.

Təkamülçülər bu həqiqəti bilmələrinə baxmayaraq, demaqoqluq edərək və saxta fosillərdən istifadə edərək insanları təkamül ssenarisinə inandırmağa çalışırlar. Halbuki Darvin belə öz dövründə fosil qalıqlarının nəzəriyyəsini təsdiq etmədiyini bilirdi. Kitabının “Nəzəriyyənin çətinlikləri” başlıqlı bölməsində bu həqiqəti belə ifadə edirdi:

Əgər, həqiqətən, növlər digər növlərdən tədricən törəyibsə, nə üçün saysız-hesabsız ara keçid formalarına rast gəlmirik? Nə üçün bütün təbiət qarmaqarışıq vəziyyətdə deyil, tamamlanmış və yerli-yerindədir? Saysız-hesabsız ara keçid formaları olmalıdır, bəs nə üçün yer üzünün bu qədər çoxsaylı təbəqəsində onları tapa bilmirik.... Nə üçün hər geoloji forma və hər təbəqə belə formalarla dolu deyil? Geologiya yaxşı dərəcələndirilmiş proses üzə çıxarmır və bəlkə də, bu mənim nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaq. (Charles Darwin, The Origin of Species, 1. b., s.172)

starfish_false_evolution

Evrimciler, örneğin bir deniz yıldızının milyonlarca yıl içinde, kademe kademe gelişerek balıklara evrimleştiğini iddia ederler. Bu iddiaya göre, deniz yıldızı ile balıklar arasında birçok "ara geçiş formu" bulunmalıdır. Ancak bugüne kadar, herhangi birara geçiş formuna ait tek bir fosil daha bulunmamıştır. Fosil kayıtlarında deniz yıldızları vardır, balıklar vardır ama ikisi arasında bir ara form yoktur.

Darvin gələcəkdə fosil qalıqlarının çoxalacağını və mövcud olmayan ara keçid formalarının da tapılacağını ümid edirdi. Amma bu xəyalı heç vaxt gerçəkləşmədi. Dövrümüzdə təkamülçülərin də artıq belə ümidləri qalmayıb. Çünki özlərinin də etiraf etdiyi kimi, fosil qalıqları olduqca çoxdur və bizə həyatın tarixini göstərəcək qədərdir. Lund Universitetindən isveçli təkamülçü botanik prof. N. Heribert Nilson fosil qalıqları barədə bunları deyir:

"Təkamülü sübut etmək üçün 40 ildən çox davam edən təşəbbüslərim, nəhayət, uğursuzluqla nəticələndi... Fosil materialı hazırda o qədər tamdır ki, yeni siniflər yaradılmışdır və ara keçid formalarının tapılmaması material əskikliyi ilə açıqlana bilinməyəcək vəziyyətdədir. (Fosil qalıqlarındakı) boşluqlar gerçəkdir, əsla tamamlana bilməyəcək".12

Qlazqo Universitetindən paleontoloq prof. T. Nevil Corc isə fosil qalıqlarının olduqca çox olmasına baxmayaraq, axtarılan ara keçid formalarının hələ tapılmamasını belə ifadə etmişdir:

"Fosil qalıqlarının (təkamülə aid olan) əskikliyini ortadan qaldırmaq üçün hər hansı açıqlama etmək artıq mümkün deyil. Çünki əlimizdəki fosil qalıqları olduqca çoxdur və yeni kəşflərlə yeni növlərin tapılması qeyri-mümkün görünür... Hər cür kəşfə baxmayaraq, fosil qalıqları hələ də (növlər arası) boşluqlardan yaranmağa davam edir" .13

Evrimcilerin iddia ettikleri ara geçiş formlarına ait fosillerin bir tanesine bile fosil kayıtlarında rastlanmamıştır. Tarih boyunca balıklar her zaman balık, kuşlar her zaman kuş, insanlar ise her zaman insan olarak var olmuşlardır.

"Təkamülçülər fosil qalıqlarının təkamülü təkzib etməsi ilə yanaşı, yaradılış həqiqətinə elmi dəlil olduğunu da etiraf edirlər. Məsələn, təkamülçü paleontoloq Mark Çarneçki belə etiraf edir:

"Nəzəriyyəni (təkamülü) sübut etmənin qarşısındakı ən böyük maneə hər zaman fosil qalıqları olmuşdur... Bu qalıqlar heç vaxt Darvinin mövcud olduğunu iddia etdiyi ara keçid formalarının izlərini ortaya qoymayıb. Növlər bir anda ortaya çıxırlar və yenə bir anda yox olurlar və bu gözlənilməyən vəziyyət növlərin Tanrı tərəfindən yaradıldığını müdafiə edən yaradılışçı arqumentə dəstəkdir".14

Henry Gee'nin "In Search of Deep Time"
isimli kitabı

Gördüyümüz kimi, təkamülçülər ara keçid formaları mövzusunda da uğursuzluğa düçar olublar. Darvinizm iddiasının irəli sürüldüyü 19-cu əsrdən etibarən bütün dünyada aparılan qazıntı işləri və tədqiqatlarda təxminən 300 milyon fosil əldə edilmiş, amma tək bir "ara keçid forması"na belə rast gəlinməmişdir. Əldə edilən tapıntılar təkamülçüləri məyus edir, çünki onlar canlıların yer üzərində birdən-birə, əksiksiz və qüsursuz olaraq ortaya çıxdıqlarını göstərir.

Amma təkamülçü alimlər ara keçid formalarının heç vaxt mövcud olmadığını çox yaxşı bilmələrinə baxmayaraq, nəzəriyyələrini müdafiə etməkdən əsla əl çəkmirlər. Bunun üçün əllərindəki bəzi fosillər haqqında ön mühakimə yürütməyə çalışırlar. Dünya şöhrətli "Nature" jurnalının redaktoru Henri Ci "Geoloji zaman axtarışında" (In search of deep time) adlı əsərində təkamülçü alimlərin fosil barədə şərhlərinin "nə dərəcədə elmi" olduğunu belə etiraf edir:

"Əcdad-nəvə əlaqələrinə bağlı insan təkamülü sxemi tamamilə gerçəklərə zidd insan icadıdır və insanların ön mühakimələrinə görə formalaşmışdır... Bir qrup fosilin qohumluq zənciri yaratdığını demək test edilən elmi fərziyyə deyil, gecə nağılları ilə eyni dəyərə malik iddiadır, əyləndirici və hətta bəlkə yönləndiricidir, amma elmi deyil". 15

Buna görə bəzi inanclı insanlar təkamülçülərin elmilik maskası altında etdikləri bu cür saxtakarlıqlarına aldanmamalıdırlar. "Alim olduqlarına görə, mütləq doğru söz deyərlər" demək və bu səbəbdən təkamülçülərin hər dediklərinə inanmaq, şübhəsiz ki, böyük xəta olar. Çünki təkamülçü alimlər ideologiyaları uğrunda gerçəkləri gizlətməkdən, elmi məlumatları təhrif etməkdən, hətta saxta dəlillər düzəltməkdən çəkinmirlər. Darvinizmin tarixi belə nümunələrlə doludur.

Darvinin nəzəriyyəsinə ümumi olaraq baxıldıqda belə əsassızlığı, çürük əsaslar üzərinə qurulduğu dərhal anlaşılar. Daha dərin araşdırıldıqda isə vəziyyət daha da aydınlaşır. (Baxın: Təkamül nəzəriyyəsinin süqutu , Həyatın gerçək mənşəyi, Təkamülçülərin etirafları, Təkamülçülərin düşdükləri xətalar,Harun Yəyha)

Təkamülçülərin iddialarının tam əksinə, bütün kainatda, yer üzərindəki canlı-cansız bütün varlıqların xüsusiyyətlərində çox mükəmməl nizam və ağılla qarşılaşırıq. Bu da hər şeyin bir Yaradıcısı olduğunun, yəni canlı-cansız bütün varlıqları Allahın yoxdan var etdiyinin dəlilidir. Təkamülçü alimlər isə bunu qəbul etmədikləri üçün bu gerçəyə qarşı naümidcəsinə mübarizə aparırlar. Materializmə olan güclü bağlılıqları səbəbindən sanki bir ölünü yaşatmağa çalışırlar.

Bütün bunlar bizi belə nəticəyə gətirir: darvinizm insanları ağıldan, elmdən və gerçəklərdən uzaqlaşdırır, onları ağılsızlığa aparır. “Ağılsızlıq” bu vəziyyətə tam uyğun gəlir. Çünki təkamülə inanan insanlar ağılın və elmin göstərdiyi yolla getməyib, Darvinin yaşadığı 1800-cü illərdən qalma xürafələrə aldanır, axırda isə təsadüflərin ilahlıq edə biləcəyinə inanırlar. Halbuki yaradılış dəlilləri bütün kainatı əhatə edib. Bunu anlamaq üçün göyə, dənizlərə, heyvanlara, bitkilərə və onların malik olduqları qüsursuz mexanizmlərdən yalnız birinə baxmaq yetərlidir. Bütün bunların təsadüflərin əsəri olduğunu demək ağıla, məntiq və elmə zidd olar. Hər kəs Allahın böyüklüyünü və ucalığını təqdir etməli və Allaha təslim olmalıdır.

İslamda təkamül olduğunu iddia edənlər 300 milyon fosilin təkamülü alt-üst etdiyini bilmirlər

Bəzi müsəlmanlar 1940-50-ci illərdən qalma məlumatlarla təkamülün elm tərəfindən dəstəklənən nəzəriyyə olduğunu zənn edirlər. "Müsəlmanlar Darvindən əvvəl təkamülü bilirdilər" kimi aciz və qəribə məntiq irəli sürərək təkamülü İslamla əlaqələndirməyə çalışırlar. Bu məntiq ciddi bilgisizliyin nəticəsidir.

Birincisi, təkamül saxtakarlığı ilk dəfə Darvinlə ortaya çıxmış düşüncə deyil. Tarix boyu bütün materialistlər canlıların daşdan, torpaqdan öz-özünə yarandığını və canlıların guya bir-birindən törədiyini iddia edirlər. Təkamül minlərlə il əvvələ dayanan bütpərəst inancdır. Şumerlər də, qədim misirlilər də təkamülə inanan və təkamülü müdafiə edən cəmiyyətlər olublar. Məsələn, misirlilər canlıların Nilin palçıqlı sularından öz-özünə çıxdıqlarını düşünürdülər. Beləliklə, "təkamül Darvindən əvvəl də bilinirdi, müsəlmanlar da təkamülü bilirdilər" deməyin heç bir mənası yoxdur. Müsəlmanlar da, ilk yəhudilər də, ilk xristiyanlar da, şumerlər də, misirlilər də təkamülün dinsizliyin mənbəyi olduğunu, əlbəttə, bilirdilər. Amma bu gün də olduğu kimi, o dövrdə də ağıl və vicdan sahibi insanlar təkamülün saxtakarlıq olduğunu açıqca görə bilirdilər, bəzi insanlar da materialist və ateist təfəkkürə sahib olduqları üçün bu saxtakarlığı müdafiə edirdilər.

İkincisi, canlıların mərhələ-mərhələ bir-birlərindən törəyərək yarandıqları iddiası elmi olaraq heç bir dəlillə təsdiqlənməyib. Əgər canlılar Darvinin və ya keçmişdə yaşamış təkamülçülərin iddia etdiyi kimi, bir-birindən törəmiş olsa idi, bu, fosil qalıqlarında açıqca görülməli idi. Bu günə qədər aparılan qazıntı işlərində 300 milyona yaxın fosil əldə edilmişdir. Amma bunların içində bir canlının digərinə çevrildiyini, canlıların guya ortaq əcdada sahib olduğunu göstərən tək bir fosil belə yoxdur. 300 milyon fosilin hər biri istisnasız olaraq canlıların sahib olduqları bütün xüsusiyyətləri ilə anidən ortaya çıxdıqlarını, yəni yaradıldıqlarını və yüz milyonlarla il boyu heç dəyişmədiklərini, yəni təkamül keçirmədiklərini göstərir. 150 il boyunca dünyanın hər tərəfi dəlik-deşik edilib tək bir ara keçid forması tapılmayıb. Təkamülçülərə edilən "bir ara keçid fosili gətirin, 10 trilyon verəcəyik" təklifinə bir nəfər belə cavab verməyib, hətta Darvin belə ara keçid fosili tapılmasa, nəzəriyyəsinin çökəcəyini bildirib. Yəni ortada bircə faktiki tapıntı belə yoxdursa, nağıllar danışmağın, "əcdadlarımız mikrob imiş", "quşların əcdadı tapıldı", "əcdadlarımız xurma imiş" kimi başlıqlarla ictimaiyyəti aldatmağa çalışmağın heç bir mənası yoxdur.

“Əcdadlarımız xurma imiş” yalanı

Bəzi insanlar İbn Miskəveyh kimi İslam ölkələrində yaşamış şəxslərin təkamül yalanlarını gündəmə gətirərək guya İslamla təkamülü əlaqələndirməyə çalışırlar. Keçmişdə müsəlman cəmiyyətlər içərisində təkamül yalanını müdafiə etmiş insanların olması doğrudur. İbn Miskəveyh də bu insanlardan biridir. İnsanların əcdadının xurma ağacı olduğunu iddia edən İbn Miskəveyh türk milləti haqqında da inanılmaz yalanlar iddia edirdi. Bunu da unutmamaq lazımdır ki, bir yalanı müdafiə edən şəxsin hansı millətdən, hansı inancdan olduğu mühüm deyil. Bu şəxsin inancı və ya milləti bəhs edilən iddianın yalan olduğu gerçəyini dəyişdirmir.

Bütün digər canlılar kimi bitkilər də milyonlarla il boyunca dəyişməyib. İlk bitki fosilləri Daş kömür dövrünə, yəni təxminən 350 milyon il əvvələ aiddir və bu dövrə aid bitkilər bugünkü bitkilərlə eynidir. İbn Miskəveyhin əcdadımız olduğunu iddia etdiyi xurma yarpağının isə Təbaşir dövrünə (146-65 milyon il) aid fosil nümunələri tapılır. Bu bitki təxminən 140 milyon il boyunca heç bir dəyişikliyə məruz qalmamışdır. Zaman keçdikcə qolları və ayaqları yaranmamış, insana çevrilməmişdir. "Əcdadlarımız mikrob idi", "əcdadlarımız soxulcan idi", "əcdadlarımız xurma idi" kimi zaman-zaman gündəmə gətirilən bu cür iddialar elmi inkişafların və dəlillərin çox yaxşı fərqində olan insanları yalnızca güldürür. Tək bir ara keçid fosilinin belə olmamasına və canlıların dəyişmədiyinin 300 milyon fosillə sübut edilməsinə baxmayaraq, bu cür iddiaların fərqli formalarda gündəmə gətirilməsi darvinistlərin 150 il boyu davam etdirdikləri yalanın bir hissəsidir. Amma artıq insanlar bu hiylələrə inanmırlar.

Təkamül iddialarının Darvin dövründən əvvəl də mövcud olduğu fikri doğrudur. Amma darvinizm İbn Miskəveyh adlı şəxsin yaşadığı dövrdən daha əvvəl Şumer və Misir dövründən qalan bütpərəst dindir. Bu iddiaya ciddi şəkildə sahib çıxan tək insan İbn Miskəveyh deyildi, irqçi və faşist məntiqə sahib Firon da bu fikri güclü müdafiə edirdi.

Darvinizm fikrini Firona və şumerlərə şeytan təlqin etmişdi. İbn Miskəveyh isə bu fikri onlardan götürmüşdü. Firon dövründən qalma bu dinsiz inanc çox qədim təşkilat olan masonluğun təsiri ilə yayılmış və insanlar özlərini alim kimi tanıtmış şəxslər tərəfindən yönləndirilmişlər. Bu şəxslər İslamı qəbul etmiş kimi göstərilmiş, "məşhur İslam alimi" görüntüsündə tanıdılmış və insanları Allah inancından uzaqlaşdırmaq üçün güclü darvinizm təbliğatı aparmışlar. İbn Miskəveyh də masonların idarəçiliyindəki bu azğın zehniyyətdəki şəxslərdən biridir və eyni zamanda, masondur. Türkləri və zənciləri aşağı meymun irqi olaraq görən və nəcib türk millətinə dil uzatmağa çalışan bu şəxs millətimizə nifrətini bu sözlərlə ifadə etmişdir:

"...Nəhayət, nəfsin onun üzərindəki təsiri gücləndikcə qavrama və ayırd etmə gücləri sayəsində verilən təlimi də alır. İnsanlıq mərtəbəsinə olduqca yaxın olan bu mərtəbə bəhimiyyət (heyvanilik) mərtəbəsidir. Şimal və cənubda, Yerin ən uzaq bölgəsində və onun ətrafında məskunlaşan TÜRK və ZƏNCİLƏR bu qəbildəndir. ONLAR İLƏ BƏHS ETDİYİMİZ HEYVANİLİYİN SON MƏRTƏBƏSİ ARASINDA BÖYÜK BİR FƏRQ YOXDUR. Onlar öz xeyirlərinə olanları ANLAYACAQ VƏZİYYƏTDƏ DEYİLLƏR. Özləri ortaya hikmət qoya bilmədikləri kimi, qonşu millətlərinkini də qəbul etməzlər. Buna görə VƏZİYYƏTLƏRİ ÇOX PİS VƏ HƏYAT SƏVİYYƏLƏRİ AŞAĞIDIR. Qibtə ediləcək heç nələri olmadığı kimi, HEYVANLARIN İSTİFADƏ EDİLDİYİ İŞ YERLƏRİNDƏ QUL KİMİ İSTİFADƏ OLUNMAQDAN BAŞQA İŞƏ DƏ YARAMIRLAR..."

Bu sözlər vətənpərvər və nəcib türk millətinə yönləndirilmiş olduqca iyrənc sözlərdir. Bəzi ilahiyyatçılarımızın tərifləyib, fikirlərinə dəyər verdiklərini söylədikləri bu şəxs 600 il boyunca 3 qitəyə hakim olmuş qədirbilən türk millətini öz ağlınca heyvanlara bənzətmiş və onları “heyvanların istifadə edildiyi iş yerlərində istifadə olunacaq qul” kimi qələmə verərək həddini aşmışdır. (Nəcib türk millətini tənzih edirik) Türk millətinin alicənablığı və üstünlüyü açıq-aşkar ortadadır. Millətimizə aşağı irq, qul deyən, zənciləri insan kimi görməyən bu zehniyyət Firon dövrünün bütpərəst inancından qalır. Masonların təsiri ilə daha da yayılan bu iyrənc məntiq darvinizm fikrinin əsasını qoymuşdur. Eyni fikirdə olan Darvin də soylu türk millətini öz bəsit ağlınca “aşağı irq” olaraq görürdü:

"Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin yayılmasına sizin düşündüyünüzdən daha çox fayda verdiyini və verməyə davam etdiyini göstərə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa TÜRKLƏR TƏRƏFİNDƏN İŞĞAL EDİLDİKDƏ Avropa millətləri necə təhlükədə qalmışdı. Bu gün Avropanın TÜRKLƏR TƏRƏFİNDƏN İŞĞALI bizə necə də gülünc gəlir.

Avropa irqləri olaraq tanınan mədəni irqlər həyat mübarizəsində türklərə qarşı güclü qalibiyyət qazanmışdılar. Dünyanın yaxın gələcəyinə baxdıqda çoxlu sayda AŞAĞI İRQLƏRİN mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm.” (Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York: D. Appleton and Company, s. 285-286)

Darvinin zəncilərə baxış tərzi Firon dövründəki məntiqlə eynidir

"Bəlkə də, əsrlər boyu davam etməyəcək qədər yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən, insanabənzər meymunlar da ... şübhəsiz, yox ediləcəklər. Beləcə, insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Beləliklə, ortada indiki avropalı irqlərdən belə daha mədəni olan irqlər və İNDİKİ ZƏNCİLƏRDƏN, YERLİ AVSTRALİYALILARDAN VƏ QORİLLALARDAN belə daha geridə qalan əntər növündən olan meymunlar qalacaqlar.” (Charles Darwin, The Descent of Man, 2-ci nəşr, New York, A L. Burt Co., 1874, s. 178)

Bir qisim insanların “alim” deyərək hörmət etdikləri, fikirlərinə dəyər verdikləri şəxslər məhz bu zehniyyətdə olan insanlardır. Vəziyyət belə olduğu halda, bütün bunları görməzlikdən gəlmək və “alimdir, hörmət edilməlidir” məntiqi ilə hərəkət etmək olduqca təhlükəlidir. Hər “alim” adına sahib insana da hörmət edilməlidir deyə bir qayda yoxdur. Şeytanın təsirində olan bir çox insanlar irəli sürdükləri fikirlərlə tarixə adlarını yazdırmış, amma bəşəriyyətə hər zaman zülm gətirmişlər. Marks, Lenin, Stalin - bunların hamısı guya alimdirlər. Terrorist liderlərin də bir qismi alim dərəcəsində bilgiyə sahibdirlər. Mason professorlar da alimdirlər. Əgər alimlərə mütləq hörmət edilməlidirsə, onda bu insanlara da hörmət edilməlidir. Ancaq bir insana hörmət edilməsi üçün onun “alim” adına malik olması yetərli deyil.

Bir şəxs ancaq insan kimi davranırsa, müsəlman kimi yaşayır və müsəlman kimi danışırsa, alimdir. İnsanlara qarşı nifrət doludursa, insanların bir qismini meymun kimi görürsə, faşist və irqçi baxış tərzinə sahibdirsə, bu cür insana alim deyilməyəcəyi aydındır.

İnsanlar yaradılışı isbat edən 300 milyon fosilin mövcudluğundan xəbərdardırlar. Tək bir ara keçid fosili belə olmadığını bilirlər. Nəinki tək bir insanın, hətta insanın hüceyrəsindəki tək bir zülalın belə təsadüfən meydana gələ bilməyəcəyini anlayıblar. Canlıların Rəbbimizin “Ol” əmri ilə yoxdan yaradıldıqlarını elmi dəlillərlə, açıq sübutlarla görüblər. Allahın varlığını açıqca inkar edən darvinizm adlı bu azğın bütpərəst din cəmiyyət tərəfindən artıq qəbul edilmir. Cəmiyyətimizdə zorla qəbul etdirilməyə çalışılan “Allah insanları təkamüllə yaratdı” fikri darvinizmin 21-ci əsrdəki çöküşünün ardınca tərəfdar tapa bilmək üçün masonların ortaya atdığı yeni bir yalandır. Qurandakı izahlara tamamilə zidd olan, elmi dəlillərlə qəti şəkildə təkzib edilən, tək bir ara keçid fosili ilə belə təsdiq olunmayan bu yalan iddianın tələsinə artıq insanlar düşmürlər.

Çarlz Darvinin dindar olduğu yalanı

Darwinist tarihçi Gertrude Himmelfarb'ın Darwin and Darwinian Revolution (Darwin ve Darwinci Devrim) adlı kitabı

Təkamül nəzəriyyəsini müdafiə edən inanclı insanların böyük əksəriyyəti Darvinin dinə qarşı olmadığını, hətta dindar olduğunu iddia edirlər. Şübhəsiz ki, bu böyük yalandır. Çünki Darvin Allaha və dinə qarşı olduğunu açıqca ifadə etmiş şəxsdir.

Darvin gənclik illərində Allahın varlığına inanmasına baxmayaraq, getdikcə inancını itirmiş və orta yaşlarından etibarən ateist olaraq yaşamışdır. Amma başda həyat yoldaşı olmaqla yaxın qohumlarını və digər inanclı insanlara əks getməmək üçün bu fikirlərini açıqlamaqdan çəkinmişdir. Darvinist tarixçi Qertrud Himelfarbın "Darvin və darvinist inqilab" (Darwin and Darwinian Revolution) adlı kitabında "Darvinin inancsızlığının nə dərəcə olduğu onun dərc olunan nə fəaliyyətlərində, nə də avtobioqrafiyasında görülə bilər, bu detallar yalnızca onun avtobioqrafiyasının orijinal versiyasında var"16 deyə bildirilir.

Yenə də Himelfarbın kitabında Darvinin oğlu Frensiz Darvinin "Çarlz Darvinin həyatı və məktubları" (The Life and Letters of Charles Darwin) adlı kitabı nəşr etdirəcəyi ərəfədə Darvinin həyat yoldaşı Emma buna qarşı çıxaraq onun ölümündən sonra qalmaqalların yaranmasına izin vermək istəməmişdir. Emma Darvin kitabdan dinsizliklə bağlı açıq ifadə olunan fikirləri çıxarması ilə bağlı oğlunu sərt tənbeh etmişdir. Ailəsi bu ifadələrin Darvini bütün dünyanın gözündə alçaldacağını düşünərək buna qarşı çıxmışdır. 17

Neodarvinizmin qurucularından bioloq Erns Mayra görə isə, "Darvinin 1836-1839-cu illərdə Maltusun yazılarını oxumamışdan əvvəl inancını itirdiyi açıq-aşkardır. Dərc etdirdiyi yazılarında dostlarını və həyat yoldaşını incitməmək üçün daha çox Allahın varlığına inanan üslubdan istifadə etmişdir. Amma qeyd dəftərlərindəki ifadələrinin çoxu materialist inanca sahib olduğunu göstərir".18

Darvin ailəsinin reaksiyasını nəzərə aldığı üçün həyatı boyunca dini mövzulardakı fikirlərini gizli saxlamışdır. Əslində, bu gizliliyin səbəbini özü şəxsən belə açıqlamışdır:

"İllər əvvəl bir dostum əgər İngiltərədə elmi inkişaf etdirmək istəyirəmsə, mənə işlərimdə din mövzusuna yer verməməyi şiddətlə tövsiyə etdi və bu, məni iki məsələnin bir-biri ilə ortaq əlaqəsi barədə düşünməməli olduğuma inandırdı. Əgər gələcəkdə dünyanın nə qədər liberal olacağını təxmin edə bilsə idim, bəlkə də, fərqli davranardım. "19

Sonuncu cümləsindən də aydın olduğu kimi, Darvin mənfi reaksiya almayacağını bilsə idi, bəlkə də, bu qədər ehtiyatlı davranmazdı. Ancaq mənfi reaksiyaya məruz qalmamaq üçün əsil fikirlərini olduqca gizli saxlamağı üstün tutmuşdur. Hətta Karl Maks "Kapital" (Das Kapital) adlı əsərini Darvinə həsr etmək istədikdə də Darvin ateist fikirlər əsasında yazılaraq ona həsr edilmiş bir kitabın onun ailə üzvlərinə narahatlıq verəcəyini söyləmişdi və Marksın bu təklifini qəbul etməmişdir. 20 Ancaq Darvin fikirlərə və inanclara qarşı olan azğın düşüncə tərzini qohumuna söylədiyi bu sözlərlə belə bildirmişdir:

"Bütün insan duyğularına heyvanlarda izi davam etdirilə bilən bir mikrob olaraq baxıram".21

Davamında isə din və Allah haqqında belə yalan fikir söyləmişdir:

"Uşaqların zehninə yeridilən Allah inancına dair israrlı təlqinlərin onların hələ tam inkişaf etməmiş beyinlərində güclü və bəlkə də, irsi olaraq qalıcı təsir yaratma ehtimalı görməzlikdən gəlinməməlidir. Çünki necə ki bir meymunun ilana qarşı instinktiv kin və qorxuya qalib gəlməsi çətindirsə, Allah inanclarını beyinlərindən çıxarmaq da o qədər çətin olacaq". 22

Göründüyü kimi, Darvin həm uşaqlara Allah inancının öyrədilməsinə qarşı çıxmış, həm də onların inanclarından uzaqlaşdırılmalı olduqlarını müdafiə etmişdir. Əlbəttə, bu, Darvinin ən böyük xətalarından biri idi. Allaha iman gətirmək və din əxlaqını lazımınca yaşamaq həm insanların, həm də cəmiyyətlərin hüzur və xoşbəxtliyi üçün şərtdir. Bu həm dünyada, həm də axirətdə insanların xilas olmaları üçün çox böyük gözəllikdir. Darvinin iddia etdiyi kimi, insanların Allaha imandan və din əxlaqını yaşamaqdan uzaqlaşmaları isə olduqca təhlükəlidir. Tarix bu gerçəyin nümunələri ilə doludur.

" ... Böylece inançsızlık yavaş yavaş beni sardı ve sonunda tamamlandı." Charles Darwin

Darvinin din əleyhinə olan fikirləri dövrümüzün təkamülçülərinə miras qalmışdır. Darvin uşaqların təhsilində Allahı tanımalarına fürsət vermək istəmədiyi kimi, bugünkü təkamülçülər də məktəblərdə yaradılışdan bəhs edilməsinə qarşı çıxırlar. Bir çox ölkələrdə tədris planından "yaradılış" mövzusunun çıxarılması üçün ciddi şəkildə lobbiçilik fəaliyyəti ilə məşğuldurlar.

Darvinin inancsızlığı və bunu gizlətmə cəhdi

emmadarwin

Charles Darwin'in eşi
Emma Darwin

Darvinin həyatına baxdığımız zaman gənclik illərində bu dərəcə inancsız olmadığını görürük. Özü o dövrlə bağlı bir məktubunda belə deyir:

"Əvvəlcə mən də (baxmayaraq ki, məndə din duyğusunun yaxşı inkişaf etdiyini düşünmürdüm) başqaları kimi Tanrının varlığına və ruhun ölümsüzlüyünə inanmışdım".23

"Darvin və darvinist inqilab" (Darwin and Darwinian Revolution) adlı kitabda Qertrud Himmelfarb onun bu vəziyyətini bir nümunə ilə belə izah edir:

"... Bir çox insanların hiss etdikləri dərin inanc və duyğular onları Allahın varlığına inandıra bilməzdi. Öz-özünə bir vaxtlar bu cür duyğuları olduğunu etiraf edirdi: Ehtişamlı Brazilya meşələrində olan bir insanda ".tənəffüs edən bədəndən başqa bir varlıq da mövcud olmalıdır". fikrinə sahib idi. Amma sonra ən möhtəşəm mənzərələr belə onda bu düşüncələri yarada bilmədi".24

Bu nümunədə də göründüyü kimi, Darvin gənclik illərində daha vicdanlı idi və vicdanının səsini dinləyərək Allahın varlığını dərk edirdi. Ancaq daha sonra bu açıq-aşkar gerçəyi görə bilməyəcək vəziyyətə gəldi. Darvin bir ifadəsində öz inancsızlığını belə ifadə edir:

"...Beləcə, inancsızlıq yavaş-yavaş məni bürüdü və nəhayət, tamamlandı".25

Həmin kitabda Darvinin atasının oğlunun evləndiyi ərəfədə ona inancı ilə bağlı şübhələrini həyat yoldaşından gizlətməsini tövsiyə etdiyi də yazılır. Amma həyat yoldaşı Emma onun inancının azaldığını lap əvvəldən bilirdi. Darvinin "İnsanın törəməsi" (Descent of Man) adlı kitabı çap olunduqda Emma Darvin kitabın içindəki din əleyhinə olan fikirlərlə bağlı qızına bu cür etiraf etmişdi:

"...Allah inancını özündən uzaqlaşdırdığı üçün ondan çox nifrət edəcəyəm".26

Darvin din haqqındakı əsil düşüncələrini isə belə bildirmişdi:

"Növlərin mənşəyi" kitabını yazdığım vaxtdan etibarən dini inanclarım yavaş-yavaş və artıq bir neçə mərhələlərdən sonra olduqca zəiflədi.27

Charles Darwin

Darwin bazı mektuplarında ve otobiyografisinde dinsiz olduğunu açıklamıştır.

Darvin, eyni zamanda, insanların inanclı olmalarına da qəribə baxır və guya ibtidai heyvanlardan təkamül keçirərək yaranan insanın inancına da güvənə bilməyəcəyi kimi yalan məntiq irəli sürürdü:

"Ən aşağı heyvanların sahib olduğu qədər bir beyindən əmələ gəlmiş və bu cür nəticələrə gələn inanclı bir insanın fikirlərinə nə qədər etibar edilə bilər?"28

Əlbəttə, Darvin bu mövzuda da yanılırdı. Dövrümüzdə bütün elmi dəlillərin də açıq şəkildə göstərdiyi kimi, insanın Darvinin iddia etdiyi kimi, heyvanlardan təkamül keçirərək yaranması fikri qətiyyən doğru deyil. İnsan ilk yarandığı gündən bəri insandır. Ağıla, zəkaya, qavrama və mühakiməetmə qabiliyyətinə sahibdir. Allaha iman da ağıla və qavrama qabiliyyətinə sahib olan hər kəsin ətrafında gördüyü dəlillərdən çox asanlıqla qənaət gətirəcəyi tək rasional və gerçək nəticədir.

Çarlz Darvinin Allahın varlığını qəbul etməməsinin əsas səbəbi isə təkəbbürü idi. Bunu aşağıda qeyd edilən ifadələrində görmək mümkündür:

"Hər şeyə gücü çatan və hər şeyi bilən bir Allahın hər əmri verdiyi və hər şeyi bildiyi qəbul edilməlidir. Səmimi deyim, mən bunu qəbul edə bilmirəm".29

Öz həyat hekayəsinə əlavə etdiyi qısa əlyazmasında isə bunları deyirdi:

"Hansısa böyük bir günah etmişəmsə belə, bunun üçün peşmançılıq çəkmirəm".30

mussolini_hitler_stalin_war

Darvinin buraya qədər qeyd etdiyimiz Allahın varlığını və dini inkar edən ifadələri, əslində, bəsit ateist məntiqidir. İnkar edənlərin vicdanları qəbul etdiyi halda, təkəbbürləri səbəbindən Allahı inkar etdikləri bir ayədə belə xəbər verilir:

Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu! (Nəml surəsi, 14)

Burada diqqətçəkən əsas məqam budur: Çarlz Darvinin ateistliyi nəzəriyyəsinin formalaşmasındakı ən böyük amil olmuşdur. İnsanlara canlıların yaradılmadığını inandırmağa çalışdığı üçün bütün müşahidələrini və təsbitlərini, əldə etdiyi məlumatları təhrif edərək danışmışdır. "Növlərin mənşəyi" kitabı oxunduğu zaman Darvinin qarşısına çıxan bütün yaradılış dəlillərini (məsələn, canlıların mürəkkəb quruluşu, fosil qalıqlarındakı "birdən meydana gəlmə" hadisəsini, canlılardakı təbii fərqliliyin hüdudlarını göstərən dəlilləri) daima inkar etməyə çalışdığı, inkar edə bilmədikdə isə "bəlkə, nə vaxtsa, bu məsələ həll olunar" düşüncəsi ilə gələcəyə ümid etdiyi açıqca görülür. Əgər neytral fikirli alim olsa idi, belə israr etməzdi. İstifadə etdiyi üslub və metod Darvinin ateist olduğunu, hətta bunun nəzəriyyəsinin əsasını təşkil etdiyini göstərir.

150 ildir ki, ateistlərin Darvini müdafiə etmələrinin, dinsiz ideologiyalarının da darvinizmə əsaslanmasının səbəbi Darvinin inancsızlığına dair tam qənaət gətirmələridir. Vəziyyət belə olduğu halda, Darvinin ateistliyi açıq gerçək ikən hələ də bəzi müsəlmanların Darvinin dindar olduğunu və ya dinə qarşı olmadığını deyib, onun nəzəriyyəsini müdafiə etmələri, onu və onun kimi düşünənləri dəstəkləmələri və beləcə, ateistlərlə eyni mövqedə olmaları çox böyük xətadır. Məhz buna görə müsəlmanlar bu böyük yanılmadan ən qısa zamanda xilas olmalıdırlar.

Darvinizm bəşəriyyəti fərqli bəlalara sürükləmişdir

Saytın əvvəlində bəzi müsəlmanların darvinizmi elmi gerçək kimi göstərib, bu nəzəriyyənin əsil üzünü görməzlikdən gəldiklərindən bəhs etmişdik. Halbuki 20-ci əsrdə faşizm və kommunizm kimi iki qanlı ideologiyanı guya elmi yöndən dəstəkləyən darvinizmin əsil üzü düşünüləndən daha çox qaranlıqdır.

Məlum olduğu kimi, ötən əsr bu iki ideologiyanın həyata keçirildiyi, kommunist inqilabların və faşizm zərbələrinin baş verdiyi, buna görə də toqquşmaların, ixtilafların, vətəndaş müharibələrinin olduğu, dünyanın iki fərqli qütbə bölündüyü, dünya tarixinin, bəlkə də, ən qanlı əsri olmuşdur. Bu qanlı tarixə imza atanlar isə Lenin, Stalin, Mao, Pol Pot, Hitler, Mussolini, Franko kimi zalım diktatorlar olmuşdur. Təkcə kommunist rejimlərin hakim olduğu ölkələrin xalqlarına tətbiq olunan zülm nəticəsində 120 milyondan çox insan həyatını itirmişdir. Baş verən iki böyük dünya müharibəsində isə 65 milyon insan dünyasını dəyişmişdir. Xüsusilə Hitlerin işğalları ilə başlayan ikinci dünya müharibəsi insanlara böyük zərərlər vurmuşdur. (Daha ətraflı məlumat üçün baxın: Darvinizmin bəşəriyyətə gətirdiyi bəlalar, Harun Yəhya; Darvinizmin qanlı ideologiyası: Faşizm , Harun Yəhya)

20-ci əsrdəki bu böyük siyasi, iqtisadi və əxlaqi degenerasiyanın əsasında isə darvinizm dayanır. Bu əsrə damğasını vuran iki qanlı ideologiya da darvinizmdən qaynaqlanan sistemlərdir. Bu ideologiyaların əsas təməlinə baxdıqda darvinist təsir açıqca görünür.

Kommunizm-faşizm və darvinizm

../../image/incompatible/plechanow_marxbiyography

Georgi Valentinovich Plekhanov

Darvinizm kommunizm üçün elə böyük əhəmiyyət kəsb edirdi ki, Engels Darvinin kitabı nəşr etdirilən kimi Marksa belə yazmışdı: "Hazırda Darvinin kitabını oxuyuram və o, tək kəlmə ilə möhtəşəm biridir".31

Kommunizmin qurucuları Marks və Engels darvinizmi mənimsədiklərini öz əsərlərində açıq şəkildə bildiriblər. Marks "Kapital" (Das Kaptial) adlı əsərini Darvinə həsr edərək ona olan rəğbətini göstərmişdi. Kitabın almanca nəşrində əl yazısı ilə belə yazmışdı: "Çarlz Darvinə əsil pərəstişkarı olan Karl Maksdan".

Rus kommunizminin lideri Georgi Valentinoviç Plexanov isə"Marksizm darvinizmin sosial elmlərə tətbiqidir" demişdir.32

Hitlerin ən əsas istinad mənbəyi olan irqçi alman tarixçi Henrix fon Troyçke də "Xalqlar ancaq Darvinin həyat mübarizəsinə bənzər şiddətli rəqabətlə inkişaf edə bilərlər..."33 şəklində bildirdiyi yanlış fikrini ifadə edərkən nasional-sosializminin kökündəki şiddət ünsürünün təməlinin haradan gəldiyinə işarə etmişdir. Belə ki, nasist Almaniyasının qurucusu Hitlerin özü də darvinistdir. Darvinin ortaya atdığı "həyat mübarizəsi" yalanından ilhamlanaraq kitabının adını "Mənim mübarizəm" (Mein Kampf) qoymuşdur. Hitler 1933-cü ildəki Nürenberq konfransında"yüksək irqin aşağı irqləri idarə etdiyini, bunun təbiətin qanunu olduğunu və guya yeganə məntiqli gerçək olduğu" iddiasını irəli sürür.34 Bu cümlə də onun Darvindən necə təsirləndiyini göstərir.

Lenin_Stalin_Mao
Lenin
Stalin
Mao
Mussolini_Franco_Hitler
Mussolini
Franco
Hitler

İtaliyan faşizminin lideri Mussolini də darvinizmi dünyagörüşü olaraq mənimsəmiş, müsəlman ölkəsi olan Həbəşistanı işğal etməsini darvinist məntiqlərlə məqbul göstərməyə çalışmışdır. Dövrün digər diktatoru olan Franko da həm fikirlərində, həm də fəaliyyətlərində darvinist ideologiyanı mənimsədiyini göstərmişdir. (Baxın: Harun Yəhya, Darvinizmin qanlı ideologiyası: faşizm)

Hitler
Hitler'in 'Kavgam' kitabı

Darvin öz yanlış məntiqinə görə, həyatın guya mübarizə yeri olduğunu, bu mübarizədə yalnız güclü olanların qalib gələ biləcəklərini, zəif olanların isə bu mübarizədə uduzmağa məhkum olduqlarını söyləmişdi. Bu fikri ilə zorakılığa, şiddətə, mübarizələrə, müharibələrə, qətliamlara yol açmışdır. İstər öz ölkələrindəki əhaliyə, istərsə də işğal etdikləri digər ölkələrin xalqlarına zülm edən diktatorlar darvinizmdən ilham almış və darvinist təlimləri ciddi şəkildə mənimsəmişlər. Onların azğın inanclarına görə, zəifləri əzmək və onları yox etmək təbiətin qanunudur. Guya heyvandan təkamül keçirən insanlara dəyər verməyin mənası yoxdur.

Məhz buna görə də darvinizm bəşəriyyət üçün çox böyük təhlükədir. Darvinizmə adi nəzəriyyə kimi baxanlar, bəlkə də, bu nəzəriyyədən heç bir zərər görməyiblər. Amma unutmamalı olduqları gerçək var: yaxın keçmişdə yüz milyonlarla insan bu ideologiyanın zülmünə məruz qalmışdır.

Darvinist düşüncəni müdafiə etmək kommunizmin yayılmasını asanlaşdırır

Marx, kitabı Das Kapital'i Darwin'e ithaf etmek istemişti.

Kommunizm din əxlaqına düşmən ideologiyadır, bunu istər əsaslandığı materialist fəlsəfə, istərsə də irəli sürdüyü tarixi məlumatları nəzərdən keçirərək görmək mümkündür. Belə ki, Allahın varlığının inkar edilməsi bu fəlsəfənin başlanğıc nöqtəsidir. Kommunizm azğın fikirlərinə görə dini "idarəedici təbəqələr arasındakı vasitə" kimi görür və nəzərdə tutduğu kommunist xalq üçün dinin yox edilməsini şərt qoşur.

Buna görə də bütün kommunist rejimlər dinə düşmən olmuşdur. Dini dəyərləri dağıtmış, ibadətgahları yox etmiş və xalqa ibadət etməyi qadağan etmişlər. Sovet Rusiyası, Qırmızı Çin, Kamboca, Bolqarıstan, Albaniya kimi ölkələrdə hakim olan kommunist rejimlərdə dinə qarşı siyasət tətbiq olunmuşdur ki, bu da həmin yerlərdə bir çox kütlə qətliamlarının törədilməsinə gətirib çıxarmışdır.

Marksist ideologiyada hakim olan din düşmənçiliyində darvinizmin çox böyük təsiri var. Darvin marksizmin dinsizliyinə guya elmi əsas qazandırmışdır. Buna görə də Marks və Engels Darvinə təşəkkürlərini bildirmişdilər. Engelsin Darvinə etdiyi təriflər diqqət çəkir:

Darvin bütün canlı orqanizmlərin, bitkilərin, heyvanların və insanın milyonlarla il boyu baş verən təkamül prosesi nəticəsində yarandığını sübut edərək metafizik təbiət fikrinə ən ağır zərbəni vurdu.35

Engelsin təkamül prosesini müdafiə etməsi böyük xəta idi. Çünki Darvin nəzəriyyəsi heç bir elmi dəlilə əsaslanmır, bəzi ön mühakimə və fərziyyələrə əsaslanan şəxsi düşüncələri ifadə edir. Belə ki, elm inkişaf etdikcə Darvinin irəli sürdüyü bu fikirlərin heç birinin doğru olmadığı bir-bir ortaya çıxdı. Zaman keçdikcə əldə edilən hər məlumat və hər dəlil materialistlərin ümid etdiyi kimi, təkamül nəzəriyyəsini deyil, yaradılış həqiqətini bir daha sübut etdi.

Komünizmin fikir babalarından
Friedrich Engels

Marks və Engelsin iddia etdiyi dialektik materialist fəlsəfədə ziddiyyət var idi, buna görə də bu fəlsəfəni müdafiə edənlər kainatın ziddiyyətlər arasındakı daimi zidd qanunla işlədiyini iddia edirdilər. Bu, eynən Darvinin təbiətdə mövcud olduğunu iddia etdiyi həyat mübarizəsi kimi idi. Darvinizm bütün bəşəriyyət tarixini ziddiyyət meydanı olaraq görən və yeni ziddiyyətlər üçün zəmin hazırlayan kommunist ideologiyanın ən böyük dayağı oldu.

Təkamülçü F.C. Darlinqton vəhşətin təkamül nəzəriyyəsinə inanmağın təbii nəticəsi olduğunu belə bildirir:

"İlk olaraq, eqoistlik və vəhşilik içimizdə olan təbii şeydir, ən qədim əcdadlarımızdan bizə miras qalmışdır... Buna görə də vəhşilik insanlar üçün normaldır; təkamülün bir növüdür".36

Təkamülçülərin bu iddiası eynilə digər iddiaları kimi yanlışdır. İnsan ağlı, vicdanı və mühakiməsi ilə nəyin yaxşı, nəyin pis olduğunu bilir. Eqoistlik, nankorluq, kin, nifrət, düşmənçilik kimi mənfi duyğuları bildiyi kimi, bu pisliklərdən necə uzaqlaşacağını da bilir.

Marksistlər ideologiyalarını insanlara qəbul etdirmək üçün onlara, əsasən, darvinizm təlimi verirlər. Xüsusilə də Darvinin yalanlarından biri olan "Şiddət və qarşıdurma dəyişilməz təbiət qanunudur" prinsipinə çox əhəmiyyət verirlər. Buna görə dünyada kommunizmi ideologiya olaraq mənimsəyən bütün terror təşkilatları təlim düşərgələrində hərbiçilərə aylarla kommunizm, dialektik materializm və darvinizm təlimi verir. Darvinin nəzəriyyəsi kommunizmin təsiri altında olan bu insanlara, əslində, heyvan olduqları və heyvanlar yaşamaq uğrunda necə mübarizə aparırlarsa, özlərinin də o cür davranmalı olduqları yalanını təlqin edir. Bu səbəbdən bir çox gənclər rahatlıqla cinayət edə bilən, uşaqları və hətta körpələri amansızcasına güllələyə bilən cinayətkarlar olurlar.

"Darwinizm'e sıradan bir teori gözüyle bakanlar bu teoriden bir zarar ummayabilirler. Fakat yakın geçmişte yüz milyonlarca insan bu ideolojinin zulmüne uğramıştır. Gerek kendi toplumlarına gerekse işgal ettikleri diğer ülkelerin halklarına zulmeden diktatörler, Darwinizm'den ilham almışlar ve Darwinist öğretileri kendilerine kılıf edinmişlerdir. "

Beləcə, kommunist ideologiya 20-ci əsrdə bir çox ölkələrdə partizan mübarizələrinə, qanlı terror hadisələrinə və vətəndaş müharibələrinə səbəb olmuşdur. Bu baxımdan darvinizmə qarşı fikri mübarizə çox vacibdir. Əgər darvinizmin əsassızlığı ortaya çıxsa və darvinizm çöksə, bu fəlsəyə əsaslanan marksist fəlsəfələr də yox olacaq. Darvinizmin kommunist ideologiya üzərində çox mühüm təsiri var və ona edilən hər cür yardım kommunizmə edilir. Xüsusilə də bəzi müsəlmanların etdiyi kimi, darvinizmi məqbul göstərməyə çalışmaq, onun guya dinə uyğun olduğunu, Allahın canlıları təkamül ilə yaratdığını (əsla doğru olmadığı halda) iddia etmək kommunizmi də məqbul göstərməyə çalışmaq deməkdir. Həmçinin kommunistlər din və darvinizmin bir-birinə zidd olduğunu çox yaxşı bilirlər. Amma darvinizmi və kommunizmi daha geniş yaya bilmək üçün buna səssiz qalırlar. Əsas olan ilk addım olaraq darvinizmə bir qapı aça bilməkdir. Sonrakı mərhələdə kommunizmin yayılması daha rahat olacaq. Bir çox darvinistlərin təkamüllə yaradılışa inanan inanclı kütlələrə tamaşaçı qalmasının səbəbi budur.

Robert Shapiro

Halbuki kommunistlərin təkamül inancları ideologiyalarına olan kor-koranə bağlılıqlarından qaynaqlanır. Məsələn, təkamülçü kimya professoru və DNT mütəxəssisi Robert Şapiro təkamül nəzəriyyəsinin əsas iddiası olan "cansız maddələrin özbaşına DNT və ya RNT-ni yaratdıqları" iddiasının heç bir elmə əsaslanmadığını belə açıqlayır:

Bizi sadə kimyəvi maddələrdən ibarət birləşmədən ilk təsirli biopolimerə (DNT və ya RNT-ə) daşıyan təkamül prinsipinə ehtiyac var. Bu prinsip "kimyəvi təkamül" və ya "maddənin özbaşına əmələ gətirməsi" adlandırılır, amma heç bir zaman geniş təsvir edilməmiş və ya mövcudluğu sübut edilməmişdir. Bu cür prinsipin mövcudluğuna dialektik materializmə olan bağlılığa görə inanılır.37

Şapironun açıqca ifadə etdiyi kimi, təkamül nəzəriyyəsinin israrla müdafiə edilməsinin əsasında materialist fəlsəfəyə olan doqmatik bağlılıq dayanır. Bu isə bizə təkamül nəzəriyyəsinə ediləcək hansısa yardımın birbaşa materialist fəlsəfəni dəstəkləmək olduğunu göstərir. Bir cəmiyyətdə materialist fəlsəfənin yayılması isə istər-istəməz kommunist ideologiyaya zəmin hazırlayır. Bu əlaqə kommunist ideologiyanın darvinizmdən qaynaqlandığını açıq şəkildə ortaya qoyur.

Təkamül nəzəriyyəsini dəstəkləyən müsəlmanlar bu gerçək üzərində düşünməlidirlər. 19-cu əsrdən etibarən hər zaman dinin ən qatı düşmənləri olan kommunistlərlə eyni düşüncəyə malik olmaq, həm də kommunizmin guya elmi təməli olan bir fikri müdafiə etmək, əlbəttə, hər bir müsəlmanın çəkinməli olduğu haldır. Kommunizmin, əslində, çökmədiyini, bu gün dünyanın bir çox ölkələrində gizli şəkildə yenidən yayıldığını və dünyanı təhdid etmək üçün əlverişli şərait axtarıldığını düşünsək, bu mövzunun əhəmiyyəti bir daha anlaşılar. (Daha ətraflı məlumat üçün baxın: Kommunizm pusquda, Harun Yəhya, 2001)

Darvin türk millətinə aşağı irq kimi baxır

Darwin'in mektuplarının ve Türk Milleti hakkındaki hezeyanlarının yer aldığı "Charles Darwin'in Hayatı ve Mektupları" isimli kitap.

Darvinizmi açıqlamağımızın əsas səbəblərindən biri də bu nəzəriyyədə türk milləti haqqında bəzi böhtanların uydurulmasıdır. O dövrdə İngiltərə Osmanlı imperiyasını parçalamaq planları qurarkən siyasi manevrlərlə yanaşı, "psixoloji müharibə" üsullarından da istifadə etmişdi. Bir çox şərhçinin ortaq qənaəti ilə "İngiltərə imperializminin" elmi "məruzəçisi" olan Darvin bu psixoloji müharibədə mühüm rol oynayırdı. Nəcib türk millətini öz ağlınca "aşağı irq" olaraq göstərən Darvin artıq bunu bir məqsədə çevirmişdi. Darvin tarixdə çox mühüm rol oynamış, şanlı keçmişə sahib olan müsəlman türk milləti haqqında belə deyirdi:

Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin inkişafına sizin düşündüyünüzdən daha çox faydalı olduğunu və olacağını sübut edə bilərəm. Bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildikdə Avropa millətlərinin necə böyük risk altında qaldığını düşünün. Amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə necə də gülünc gəlir. Avropa irqləri olaraq tanınan mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdir. Dünyanın yaxın gələcəyinə baxdığım zaman bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyini görürəm.38

Əlbəttə ki, Darvinin millətimiz haqqında dediyi bu iyrənc sözləri qəbul etmək qeyri-mümkündür. Bu çirkin təbliğatın təsirində olan millətlər və ya insanlar da millətimizə qarşı təcavüzkarlıq etmişlər. Bu vəziyyət indi də davam edir. Bəzi Qərb ölkələrində hakim olan türk düşmənçiliyinin əsasında Darvinin türkləri aşağı irq kimi görməsi dayanır. Belə ki, son dövrlərdə bunun kimi bir çox hadisələr baş vermişdir.

Nazi_Germany

Günümüzde Türklere yönelik ırkçı saldırıların kaynağında Darwin'in ırkçı görüşleri bulunmaktadır. Örneğin neo-Naziler, internet sayfalarında Darwin'in Türk Milleti hakkındaki hezeyan dolu sözlerini yayınlamaktadırlar.

Almaniyada neonasistlərin dəfələrlə təşkil etdikləri amansız hücumlarda bir çox vətəndaşlarımız həyatını itirmiş, əksəriyyəti isə yaralanmışdır. Bəhs edilən neonasist qrupları Darvinin təkamül nəzəriyyəsini əsas ideologiyaları kimi qəbul edir və Darvinin türklər haqqındakı yalan sözlərini əsas mənbə kimi istinad edirlər. Bu faşist təşkilatların internet səhifələrində Darvinin yuxarıdakı izahına tez-tez rast gəlmək mümkündür. Belə vəziyyətdə bu nəzəriyyəyə (hətta elm tərəfindən də rədd edildiyi halda) elmi həqiqət kimi baxmaq, onun dinlə əlaqələndirmək, Quranda bu barədə heç bir dəlil olmamasına baxmayaraq, Allahın canlıları təkamüllə yaratdığını iddia etmək millətimizə endirilmiş çox böyük zərbə olar. Bu cür anlayış yuxarıda qeyd etdiyimiz kimi, irqçi cərəyanların da sürətlə artmasına imkan yaradar.

Həmçinin darvinizm irqçi hücumlara zəmin hazırlamaqla yanaşı, eyni zamanda, hər cür separatçı, dağıdıcı fəaliyyətlərə də imkan yaradır. "Həyatın mübarizə meydanı olduğu" yalanı bir ölkənin vətəndaşlarının mehriban, sülh içində yaşamaları əvəzinə, parçalanmalarına, ölmələrinə və öldürmələrinə zəmin hazırlayır.

Halbuki hər şeyi Allahın yaratdığını, Allahın insana Öz ruhundan üfürdüyünü, dünyanın sülh və dostluq yeri olduğunu, bütün insanların bərabər hüquqlara malik olduğunu bilən, dünyada etdiyi hər şeyin axirətdə qarşılığını alacağını dərk edən bir insanın şiddətə yönəlməsi, cinayət törətməsi mümkün deyil. Bunu yalnız təsadüfən yarandığını, heç bir məsuliyyət daşımadığını, öldükdən sonra da hesab verməyəcəyini düşünən, dünyanın mübarizə meydanı olduğuna inanan insanlar edə bilərlər.

Buna görə də inanclı insanlar darvinizmi düşünmədən müdafiə etmək əvəzinə, əvvəlcə vicdanları ilə düşünməli, elmin qəbul etmədiyi bu nəzəriyyəni müdafiə etməyin nələrə səbəb olacağını bilməlidirlər. Darvinizmin istər dünyadakı bütün insanlara, istərsə də nəcib türk millətinə vurduğu zərərlər açıq-akar görünür. Bununla yanaşı, darvinizmin insanlara gətirdiyi bəlalar, sıxıntılar və xaosu da uzun illər boyunca hər kəs görmüşdür. Bu bölmədə bəhs edildiyi kimi, darvinizmin insanları xürafələrə, ağılsızlıqlara və məntiqsizliklərə aparması və onları səmimiyyətsizliyə sövq etməsi də bu nəzəriyyənin təhlükəli görülməsi üçün kifayətdir.

Qeydlər:

2. David Skjaerlund, Philosophical Origins of Evolution, http://www.forerunner.com/forerunner/x0742-philosopcial-origin.html

3. Mehmet Bayraktar, "İslamda Evrimci Yaratılış Teorisi", Kitabiyat Basımevi, Ankara 2001, II. Baskı, s. 15

4. http://buglady.clc.uc.edu/biology /bio106/earlymod.htm

5. David Skjaerlund, Philosophical Origins of Evolution, http://www.forerunner.com/ forerunner/x0742-philosopcial- origin.html

6. http://buglady.clc.uc.edu/biology /bio106/earlymod.htm

7. Mehmet Bayraktar, "İslamda Evrimci Yaratılış Teorisi, s. 13

8. Fred Hoyle-Chandra Wickramasinghe, Evolution From Space, London: J.M. Dent and Company, 1981, s. 141

9. Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977 s. 103

10. Fred Hoyle, Chandra Wickramasinghe, Evolution from Space, s. 130

11. Pierre-Paul Grassé, Evolution of Living Organisms, s. 97

12. Prof. N. Heribert Nilsson, Lund University, Sweden Famous botanist and evolutionist, As quoted in: The Earth Before Man, s. 51, http://www.netcentro.co.uk/steveb /penkhull/create3.htm

13. T. Neville George, "Fossils in Evolutionary Perspective", Science Progress, cilt 48, Ocak 1960, s. 1- 3

14. Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 Ocak 1981, s. 56

15. Henry Gee, "In Search of Deep Time", New York, The Free Press, 1999, s. 116-117

16. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, Elephant Paperbacks, Chicago, 1962, s. 384

17. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 383

18. Mayr, Ernst, ''Darwin and Natural Selection,'' American Scientist, vol.65 (May/June, 1977) s. 323

19. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 383

20. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 383

21. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 384

22. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 385

23. Francis Darwin, Charles Darwin'in Yaşamı ve Mektupları, Düşün Yayıncılık, İstanbul 1996, s. 80

24. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 384

25. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 381

26. Gertrude Himmerfarb, Darwin and the Darwinian Revolution, s. 382

27. Francis Darwin, "The Life and Letters of Charles Darwin", D. Appleton and Co., 1896, Chapter 1.VIII., Religion).

28. Francis Darwin, Charles Darwin'in Yaşamı ve Mektupları, s. 275

29. Francis Darwin, Charles Darwin'in Yaşamı ve Mektupları, s. 275

30. Francis Darwin, Charles Darwin'in Yaşamı ve Mektupları, s. 373

31. Conway Zirkle, Evolution, Marxian Biology and the Social Scene, Philadelphia; the University of Pennsylvania Press, 1959, s. 527

32. Robert M. Young, DARWINIAN EVOLUTION AND HUMAN HISTORY, Radio talk given in an Open University course on Darwin to Einstein: Historical Studies on Science and Belief, 1980

33. Alaeddin Şenel, Irk ve Irkçılık Düşüncesi, Ankara: Bilim ve Sanat Yayınları, 1993, s. 62

34. Carl Cohen, Communism, Fascism and Democracy, New York: Random House Publishing, 1967, s.408-409

35. Marx-Engels, Seçme Yapıtlar 3, Sol Yayınları, s. 156

36. P.J.Darlington, Evolution for Naturalists, s. 243

37. Robert Shapiro, Origins: A Sceptics Guide to the Creation of Life on Earth, Summit Books, New York, 1986. s. 207

38. Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888, New York D. Appleton and Company, s. 285-286