«Qaralmaqda olan gecəyə and olsun və nəfəs almağa başladığı vaxt dan yerinə...» («Təkvir» surəsi, 17-18)


«Qaralmaqda olan gecəyə and olsun və nəfəs almağa başladığı vaxt dan yerinə...» («Təkvir» surəsi, 17-18)
Fotosintez zamanı bitkilər havadakı karbondioksidi qəbul edir və atmosferə oksigen buraxır. Nəfəs almağımız üçün həyati əhəmiyyət kəsb edən oksigen fotosintezin əsas məhsuludur.
Atmosferdəki oksigenin təxminən 30 faizi torpaqdakı bitkilər tərəfindən istehsal edilir. Qalan 70 faizi isə dənizlərdə və okeanlarda mövcud olan fotosintez edə bilən bitkilər və təkhüceyrəli canlılar tərəfindən istehsal olunur.
Fotosintezin ən məhsuldar olduğu vaxt səhər saatlarıdır. Bu zaman Günəş şüaları ən çox olur, yarpaqların üstündə şeh əmələ gəlir və fotosintez çoxalmağa başlayır ki, bu da oksigenin ən çox istehsal edildiyi zamandır.
Təkvir surəsindəki "nəfəs almağa başladığı vaxt dan yerinə..." ifadəsi məcazi mənada tənəffüs etmək, nəfəs almaq mənalarına gəlir. Bu ifadə, səhər vaxtı oksigen istehsalının başlamasına və nəfəs almağın əsas şərti olan oksigenin bu vaxtda ən çox əldə edilməsinə işarə edir.
Fotosintez, öyrənilməsi çətin olan kimyəvi düsturları və həssas balanslaşdırılmış bir sistemi ehtiva edən, alimlərin bu gün də tam izah edə bilmədiyi bənzərsiz bir prosesdir. Bu mürəkkəb mexanizmin milyonlarla ildir dayanmadan işləməsi Allahın yaratma sənətinin qüsursuzluğunu və böyüklüyünü göstərir.