CƏNNƏTƏ GİRİŞ AÇARI: TƏTMİN OLMUŞ NƏFS
Prezidentlik sistemi vətənimizə, dövlətimizə, millətimizə xeyirli olsun. Tayyib hocam xeyir yolunda olduğu üçün, İttihadı İslam yolunda olduğu üçün inşaAllah kürəyi yerə gəlməyəcək. Allah ümməti Məhəmmədin başından əskik etməsin, Allah millətimizin başından əskik etməsin. Allah xeyir yolda yolunu həmişə açıq etsin. Hökumətimizə də Allah həmişə müvəffəqiyyət nəsib etsin.
Uşaqların beyni çox təmizdir. Uşağa meyvələri, çiçəkləri, quşları göstərib "Allah nə gözəl yaratmış" deyiləndə bu onun beyninə dərhal yerləşər. Uşaqlarla danışarkən hörmət göstərərək danışmaq lazımdır. Anlamırmış kimi, ağılı yoxmuş kimi danışmaq olmaz.
Allah ilə əlaqəni kəssən əgər, xoşbəxtliyi də kəsmiş olarsan. Sənə həyat verən, sənə nəfəs aldıran, sənə sayıla bilməyəcək qədər çox nemət verəni unutsan, bu zülmün ən böyüyüdür.
Allah ilə ağıllı əlaqə çox önəmlidir. Allaha qarşı, haşa, bilən, "mən edərəm" məntiqiylə hərəkət etmək, təkəbbür göstərmək çox pisdir. Səni kamil edən Allahdır. Sənə dərinlik verən Allahdır. Sənə Özünü dərk elətdirən Allahdır. Allah Özü ilə yaxın əlaqəni çox əhəmiyyətli görər. Allah ilə həmişə isti əlaqə həyatidir.
Şəhidlərimizin hamısı cənnət quzusudur. Necə nəsiblilər ki, Allah onlara ən gözəl məqamı vermiş. Allah bizlərə də yataq ölümü verməsin. Şəhidlik çox şərəfli, çox böyük nemətdir. Allah ailələrinə də xeyirli, gözəl ömür versin, onları razılıq içində yaşatsın.
Allah sevgisində dərinləşmək istəyən əziyyətə və acıya talib olacaq. Sevginin kökündə əziyyət, acı və hər zaman müsbət düşünmək vardır. İnsan necə sevdiyinin ona həmişə hüsnü-zənlə baxmasını istəyirsə, Allah da insanın ona həmişə müsbət baxmasını istəyir. Əziyyətlərin, acıların içində mömin həmişə Allah haqqında müsbət düşünəcək.
May 30 2018, 17:22
May 30 2018, 17:21