Bir insanın həyatı baxış prizmasına görə dəyişir. Bəzi insanlar dünyanı mübarizə və çətinliklərlə dolu qaranlıq bir yer kimi görür. Bəziləri üçün isə həyat olduqca rahatdır. Bu fərqli görüşlərin təməlində isə insanın dünyaya olan baxış tərzi, həmçinin sahib olduğu inanc və bu inancının dərəcəsi və dərinliyi durur.

Allaha dərindən iman gətirməyən insanlar həyatı sıxıntılarla dolu mübarizə meydanı kimi görürlər. Daxilən rahat olmadıqları üçün dünyanı sanki hər tərəfi tələ ilə dolu olan bir yer kimi düşünürlər. Yalnızlıq və çarəsizlik içində doğrulardan uzaqlaşırlar. İman və təvəkküldən uzaq yaşamaq onları daima qorxu içində tutur. Amma möminlər Allaha güvəndiklərinə görə hadisələrə olduqca müsbət yöndən yanaşır, həyatın çətinliklərini təvəkkül və səbirlə qarşılayaraq hər an rahat yaşayırlar.

Möminlər mənəvi güclərinin artması və Allaha yaxınlaşmaq üçün sınaqlardan keçdiyini bildiklərinə görə bütün çətinlikləri sevgi, səbir və təvəkküllə qarşılayırlar. Allaha yönəlmək və Quranı rəhbər bilərək yaşamaq onlara əsl xoşbəxtliyi və mənəvi rahatlığı verir. Buna görə də dünya möminlər üçün cənnəti xatırladan bir yer olduğu halda imandan uzaq yaşayanların qaldıra bilmədikləri ağır bir yükə çevrilir. Qısaca deyə bilərik ki, hər insanın həyat şəkli sahib olduğu inancına və hadisələrə baxış tərzinə görə dəyişir. Dünyada alt səviyyədəmi yoxsa üst dəyərlərin olduğu bir səviyyədəmi yaşamaq doğru olar? İnsanlar sıxıntıların bitmədiyi qaranlıq bir həyatı seçməlidir yoxsa cənnət sevinciylə dolu rahat bir həyatımı?

Müasir dünyanın xəstəliyi: İman zəifliyi

Bu gün bir çox insan “həyat mübarizədir” anlayışını inkaredilməz bir həqiqət kimi qəbul edir. Halbuki bu yanaşma materialist və darvinist düşüncə sisteminin nəticəsidir. Təsadüflər nəticəsində yarandığını düşünən insan həyatı mənasız görür, boşluğa düşür, qorxu və həyəcan içində narahat yaşayır. Əxlaqi dəyərləri şəxsi seçimlərlə dəyişdikləri üçün mənəvi çöküşləri artaraq davam edir.

Günümüzdə müharibələrdən əxlaqi pozğunluğa, iqtisadi böhranlardan zorakılığa qədər bir çox problemlərin kökündə “Allahdan uzaqlaşmaq” durur. Rəbbimiz Ona yönəlməyənlərin üzərinə mənəvi bir yük olaraq kədər, bədbəxtlik və hər cür sıxıntı verir. Ənam surəsinin 125-ci ayəsində belə buyurulur:

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi də azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənlərə pisliyi (və ya əzabı) beləcə verər.” (Ənam surəsi, 125)

Halbuki bütün bu sıxıntılardan qurtulmaq olduqca asandır. Bunun üçün Allahın əmrlərinə uyğun Quran əxlaqı ilə yaşamaq lazımdır. Quran insana səbiri, mərhəməti və fədakarlığı öyrədir. Allah Yunus surəsinin 57-ci ayəsində belə buyurur:

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, köklərdə olanlara şəfa, möminlər üçün hidayət və mərhəmət (Quran) gəldi.” (Yunus surəsi, 57)

İmandan uzaqlaşan insan həyatın alt səviyyəsinə düşür

İnsan imanla güclü olur, doğru davranışlar göstərir. Allaha güvənən insan həyatının hər anının qədər çərçivəsində formalaşdığını bilir. Çətinliklərin Allahdan gəldiyini və onu daha yaxşı hala gətirmək üçün müvəqqəti imtahanlar olduğunu bilir və pozitiv ruhla təvəkküllü yaşayır. Tövbə surəsinin 51-ci ayəsində bu həqiqət belə ifadə edilmişdir:

De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. (Elə isə) qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Gözəl əxlaq mömini həm ruhən, həm də cəmiyyət içərisində güclü edir. İnsan imandan uzaqlaşdıqda dindən uzaq fikir və ideologiyaların təsiri altına düşə bilir. Bu da insanda fikir qarışıqlığı və mənəvi zəiflik yaradır.

 

İman gətirənlərin yaşadığı üst səviyyə

Möminlərin həyatı Quranın rəhbərliyi ilə məna qazanır. Onlar təkcə özləri üçün deyil, həm də cəmiyyətin yaxşılığı üçün çalışırlar. Sevgi, hörmət və anlayışla hərəkət edir, ətraflarına şəfqətlə yanaşır, fədakarlıq göstərirlər. Peyğəmbərimiz (sav) möminlərin bu xüsusiyyətlərini belə ifadə etmişdir:

Möminlər bir-birlərini sevir, bir-birlərinə mərhəmət və şəfqət göstərirlər. Sanki bir orqanı xəstələndikdə digər üzvlərinin yuxusuzluq və yüksək qızdırma ilə ağrıları bölüşdüyü bir bədənə bənzəyirlər. (Müslim, Birr, 66; Buxari, ədəb., 27)

İmanlı insanlar ətrafındakı hər kəs üçün nümunə olur, güvənə əsaslanan insan münasibətləri qururlar. Buna görə də imanlı insanların yaşadığı bir cəmiyyətdə ictimai asayiş asanlıqla yaranır.

 

 

Nəticə: İman dünyanı cənnətə çevirir

Həyatda hər an bir sınaq, hər çətinlik bir fürsətdir. İman möminin çətin sınaqlar qarşısındakı daxili gücüdür. İman olmadan dünya qorxu və narahatlıqlarla dolu döyüş meydanına çevrilir. Unutmayaq ki, Allahın bizə bəxş etdiyi hər an bir rəhmət və bir öyüddür. İmanla yaşadığımız zaman dünyadakı çətinliklər bizə güc verir, qəlbimizdəki rahatlıq hər bir maneəni dəf etməyə kömək edir. Allaha güvənmək, hər çətinliyi səbir və təvəkküllə qarşılamaq əsl xoşbəxtliyi gətirir. Deməli, əsl xoşbəxtlik Allaha təvəkkül və təslimiyyətdə gizlidir. Həyatı mənalı edən də məhz bu təvəkkül və təslimiyyətdir.

Biz Allahın ruhundan yaradılmış varlıqlarıq və Onun üstün əxlaqı ilə yaşamaqdan məsuluq. Hər birimiz səbirli, ədalətli və sevgi dolu olmaq kimi üstün əxlaqi keyfiyyətlərə sahib olmalıyıq. Bu dəyərləri həyatımıza yerləşdirdiyimiz təqdirdə Rəbbimiz bu dünyada bizi həyatın üst səviyyəsində yaşadacak.