Sevgi ilə Yaşayan İnsan Cənnətin Gözəlliyini Hissedər
Bəzək və gözəlliyin hamısı Allahın sənətidir. Bütün çiçəklər bəzəklidir və göz oxşayır. Kəpənəklər, quşlar hamısı cazibədardır, göz oxşayandır.
İnsanlar çobanyastığı deyib keçirlər, lakin tək bir çobanyastığındakı ağıl, dünyadakı bütün insanların ağlından daha çoxdur.
Cənnətdə çiçək qopardıldığı an, həmin anda yenə budağında yaradılar, cənnətdə çiçəklər danışa bilər.
Hər bir çiçək palçıqlı torpağın içindən dəmirdən, sinkdən nə qədər alacağını və nə qədər işlədəcəyini bilir. Hansı rəng üçün nə lazım olduğunu bilir.
Tək bir çiçəyin varlığı belə Allaha iman gətirmək üçün kifayətdir.
Çiçəyin torpağın içində çox nazik kökləri olur, bu köklərlə torpaqdan kalium, maqnezium, faydalı hər şeyi qəbul edir, zərərli olanı isə qəbul etmir. Köklə torpaqdan qəbul edilən metalları su ilə daşıyır, incə-incə hansı rəng üçün hansı maddədən istifadə edəcəyini bilir, tam ölçüsündə istifadə edir. Gözü olmadığı halda tək-tək yağlı boya portreti kimi boyama fəaliyyəti icra edir, hər rəngin sərhədləri müəyyən olur və çiçəyin möhtəşəm rəngləri meydana gəlir.
Oktyabr 07 2016, 13:11
İyun 05 2014, 09:24