Adətən tozlanma prosesinin quru bitkilərinə xas olduğu düşünülür. Lakin su bitkilərində də eyni möcüzəvi nizamın hökm sürdüyü müşahidə edilmişdir. Dənizlərdə və şirin sularda yaşayan bitkilər suyun sərt şərtlərinə baxmayaraq, tozlanma yolu ilə çoxalırlar. Bu fakt təkamül nəzəriyyəsinin “təsadüfi mutasiyalar və təbii seçmə” kimi elmə zidd iddialarını puça çıxaran mühüm bir göstərici hesab olunur.

 

XIX əsrin son dərəcə ibtidai şərtləri daxilində irəli sürülən təkamül nəzəriyyəsinin təməl iddiası budur ki, mürəkkəb bioloji sistemlər təsadüfi mutasiyalar və ətraf mühitin təsiri ilə mərhələli şəkildə inkişaf etmişdir. Lakin sualtı tozlanmanın mövcudluğu bu mexanizmin elmdən kənar olduğunu aşağıdakı səbəblərlə sübuta yetirir:

 

 

Bitkiyə Özəl Dizayn

 

Su, tozlanma üçün olduqca əlverişsiz mühitdir. Suyun hərəkətliliyi tozcuqların yayılmasını çətinləşdirir, kimyəvi tərkibi isə onların xarab olmasına səbəb ola bilər. Məsələn, Vallisneria kimi su bitkilərinin tozcuqları suyun altında etibarlı şəkildə daşınır və səthə çıxdıqda xüsusi bir quruluş (ləçəklərinin yelkən kimi açılması) sayəsində digər çiçəklərə çatır. Bu sistem aşağıdakı ünsürləri ehtiva edir:

 

·         Qoruyucu quruluş: Tozcuqlar suyun zərərli təsirlərinə qarşı xüsusi təbəqə (ekzin) ilə qorunur.

·         Həssas zamanlama: Çiçəklərin su üzünə çıxması və tozcuqların açılma anı ətraf mühit şərtləri ilə mükəmməl ahəng içindədir.

·         Mexaniki uyğunluq: Tozcuqların su səthində hərəkət etməsi üçün nəzərdə tutulan xüsusi “yelkən” quruluşu sanki qüsursuz bir dizayn nümunəsidir.

 

(Vallisneria çiçəyi)
(Vallisneria çiçəyi)

 

 

Təkamül nəzəriyyəsinə görə, bu qədər mürəkkəb və bir-birindən asılı sistem guya təsadüfi mutasiyalarla mərhələli şəkildə yaranmışdır; lakin bu, qeyri-mümkündür. Hər bir komponentin (qoruyucu təbəqə, zamanlama, quruluş) ayrı-ayrılıqda təkamül keçirməsi, üstəlik bir araya gələrək funksional bir sistem yaratması təsadüfi proseslərlə izah edilə bilməz. Bu, təkamülün “mərhələli inkişaf” prinsipini heçə endirir, çünki nəzəriyyəyə əsasən, yarımçıq sistem funksiya yerinə yetirmir və təbii seçmə tərəfindən sıradan çıxarılır.

 

 

Keçid Formalarının Yoxluğu

 

Təkamülçülər su bitkilərinin tozlanması faktı qarşısında aciz qaldıqları üçün bu bitkilərin “quru bitkilərindən suya geri qayıtdığını” iddia edirlər. Lakin bu iddia məntiqsiz olmaqla yanaşı, heç bir keçid formasının tapılmaması səbəbindən elmi əsasa söykənmir. Çünki suya geri dönüş üçün zəruri olan:

 

  • Tozcuqların suyun zərərli təsirlərindən qorunması,
  • Suyun hərəkətinə uyğun daşınma mexanizmləri,
  • Çiçəklərin su səthində doğru zamanda açılması kimi xüsusiyyətlər mərhələli şəkildə deyil, bir anda və əksiksiz mövcud olmalıdır.

 

İstər fosil qeydlərində, istərsə də günümüzdə bu keçidi göstərən formalara dair heç bir dəlil yoxdur. Təkcə bu faktın özü təkamülün “keçid formaları ilə təkamülləşmə” iddiasını çürütməyə yetərlidir.

 

 

Təkamülçülərin Sığındığı Cəfəngiyat: TƏSADÜF

 

Yuxarıda qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsi izah edə bilmədiyi bütün bioloji sistemlərin təsadüfi mutasiyalar və təbii seçmə yolu ilə inkişaf etdiyini müdafiə edir. Lakin sualtı Vallisneria çiçəklərinin tozlanması belə, təkbaşına bu təsadüf yalanını çürüdərək canlılarda bir planlama və dizaynın olduğunu göstərir.

Məsələn:

 

  • Vallisneria çiçəkləri suyun altında qapalı olarkən tozcuqları qoruyur, səthə çıxdıqda isə ləçəkləri açılır və tozcuqlar suyun hərəkətinə qarşı dözümlü şəkildə daşınır.
  • Bu müddətdə tozcuqların digər çiçəklərə çatması üçün su səthində yaradılan “cazibə sahəsi” kimi incə nizamlanmış mexanizmlər mövcuddur.

 

Bu sistemin hər bir parçası digər hissələr olmadan işləyə bilməz. Təkamül nəzəriyyəsinin “mərhələli fayda” prinsipinə görə, bir sistemin hər mərhələsi həyatda qalmağa töhfə verməlidir. Halbuki sualtı tozlanmanın hissələri (məsələn, sadəcə qoruyucu təbəqə və ya sadəcə yelkən quruluşu) təkbaşına heç bir üstünlük təmin etmir. Bu, təkamülün təsadüfi mexanizmlərinin belə bir sistemi yarada bilməyəcəyinin açıq göstəricisidir.

 

 

 

Kainatı Yaradan Sonsuz Qüdrət Sahibi Uca Allahdır

 

Sualtı tozlanma Allahın yaratma sənətinin bir təzahürüdür. Hər bir detalın (tozcuqların qorunması, çiçəklərin su səthinə çıxışı, həssas zamanlama) qüsursuz bir ahəng içində işləməsi təsadüflərin deyil, şüurlu bir dizaynın məhsuludur. Quranda Rəbbimiz belə buyurur:

 

Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (su vasitəsilə) dirildir... (Yasin surəsi, 33)

 

Bu ayə mükəmməl nizamın Allahın üstün elmi və qüdrəti ilə var edildiyini xatırladır. 1800-cü illərin ibtidai təkamül nəzəriyyəsi bu möcüzəvi sistemi izah etməkdə aciz qalır və təsadüf iddiaları belə həssas dizayn qarşısında məğlub olur. Vallisneria kimi bitkilərin suyun çətin şərtlərində tozlanması Allahın hər şeyə qadir olduğunu və kainatın hər zərrəsində Onun sənətini sərgilədiyini göstərir.