logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 Sentyabr 2012

avatar

Adnan Oktar

Allah İslam Birliyini hakim etsin. Allah xristianlarla, yəhudilərlə, dinsizlərlə birlikdə qardaşyana yaşamağı nəsib etsin. Çünki onlar da Allahın quludur, onlara da şəfqət hissi bəsləyirik. Hidayətləri üçün dua edirik. Çünki, Allah etməsin, dindar deyən adam sevinərkən bir də görərsən ki, üç gün sonra imanı gedib. Dinsiz sayılan adam da üç gün sonra görərsiniz ki, övliya olar.
A9 TV; 23 Sentyabr 2012
2391
avatar

Adnan Oktar

Cənabı Allah buyurur ki, nitqi, danışığı verən Allahdır. Yəni biz istəsək də danışa bilmərik. Allah yaradar.
A9 TV; 23 Sentyabr 2012
avatar

Adnan Oktar

Allahın imkan verdiyi qədərini öyrənə bilərik, taledə bizə yazdığı qədər məlumatı öyrənə bilərik. Taleyimizdə olmayan bir məlumata əsla çata bilmərik.
A9 TV; 23 Sentyabr 2012
avatar

Adnan Oktar

Cənnət sevgi yurdudur. “Allahı sevmək və Allahın bizi sevməsi” ― cənnətdə hakim olan şeylər bunlardır.
A9 TV; 23 Sentyabr 2012
avatar

Adnan Oktar

Məntiqi, məntiq qanunlarını, qaydalarını yaradan da Allahdır. Buna görə Allahın istədiyi qədər məlumata çata bilərik.
A9 TV; 23 Sentyabr 2012
avatar

Adnan Oktar

ALLAH QANUNA TABE DEYİL, QANUNLAR ALLAHA TABEDİR. Allah yüzlərlə qanun, yüzlərlə kimya və fizika qanunları yaradır. Cazibə qanununu dəyişdirər, tərsinə çevirər, tamamilə aradan qaldırar. Buna görə Allahın hər hansı qanuna tabe olması mümkün deyil.
A9 TV; 23 Sentyabr 2012
avatar

Adnan Oktar

CHP-nin bütün filiallarında anti-Darvinist kurslar yaradılsın, anti-materialist, anti-kommunist, anti-Leninist işlər görülsün. CHP kitablar dərc etdirsin. Çox qısa müddətdən sonra terrora qarşı nəticə əldə etmək olar.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Dünya işgəncəni hal-hazırda dayandıra bilmir. Hz. Mehdi (ə.s) zamanında işgəncə, zülm olmayacaq.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Türk-İslam Birliyi deyərkən türk millətinin irqi üstünlüyü ortaya çıxmır. Biz İslam aləminin qulluqçusuyuq. Əziyyət və çətinliyi çəkəcək olan bizik.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

İSLAM ALƏMİNİN BAŞINDA DURACAQ BİR LİDER MÜTLƏQ LAZIMDIR. Bu da hər hansı bir adam deyil yalnız (ə.s) ola bilər. Hz. Mehdi (ə.s)-dan başqa heç bir kimsəni İslam aləmi qəbul etməz. Axtarsınlar, tapacaqlar. İsa Məsihi də axtarsalar, tapacaqlar. Amma sözümə qulaq asmasalar, qiyamət və fəlakət qapıdadır. Allah qorusun.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Hal-hazırda İslam aləmində qulağı, gözü, beyini olmayan bir sistem var. Çünki İslam aləmi başçısız, lidersizdir. Hər yerdən bir səs, səda gəlir. Amma tək lider olsa, İslam aləmində dərhal dinclik, sevgi, sülh, qardaşlıq və demokratiya mühiti olar. Mehdi (ə.s)-ın tək bir sözü ilə hər şey həll olar.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

İsa (ə.s)-ın enişi və Mehdiyə tabe olmağa müqavimət göstərməməlidirlər. Hər ikisinə də sevgiylə, həyəcanla hazır olmalı və gözləməlidirlər. Həm də Cənabı Allahdan istəməlidirlər. Bunu istəmədikləri müddət ərzində dünyadakı bu fəlakətlər getdikcə artacaq.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in hz. Mehdi ilə əlaqədar sözünü saymayan İslam aləmi bu gün pərişan haldadır və hər yerdə əzilir və təhqir olunurlar. Bəziləri öldürülür, digər qisminə küfr qoşulub, kimlərinsə evlərini yandırırlar, amma Mehdi (ə.s)-ın ətrafında toplansalar bayram, sevinc, gözəllik, xoşbəxtlik, bütün dünyaya hakim olacaq.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

MÜSƏLMANLAR MEHDİYYƏTƏ İNANIB TƏK BİR İNSANIN ƏTRAFINDA BİRLƏŞƏNDƏ BİR BAHAR HAVASI BÜTÜN İSLAM ALƏMİNİ BÜRÜYƏCƏK. Sevgi, sülh, qardaşlıq, demokratiya, sənət, elm hər yeri gözəlliklə əhatələyəcək. Mükəmməl estetik və ədalət duyğusu hər yerə hakim olacaq. Xristianlar, yəhudilər, dinsizlər, ateistlər hamısı bu cənnət kimi mühitdə son dərəcə rahat yaşayacaqlar. Bu da ancaq Mehdiyyət ilə olar.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Xristianların, musəvilərin və müsəlmanların da xurafatı vardır. Xurafat dünyada çox böyük bir təhlükədir. AVROPANIN DA QARŞI OLDUĞU HƏQİQİ İSLAM DEYİL XURAFATDIR.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Xurafatçı ilə müsəlmanı ayırd edərək həm müsəlmanların, həm Avropalıların, həm də Amerikalıların reaksiya göstərməsi, eyni zamanda da müsəlmanlığı da həm Avropanın, həm də müsəlmanların, hər kəsin dəstəkləməsi lazımdır.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Səmimi müsəlman Mehdi (ə.s)-ı, İslam Birliyini müdafiə etmək, İsa Məsihin yer üzərində görünməsi üçün Allaha dua etmək məcburiyyətindədir və bu sevinci, həyəcanı yaşamalıdır.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Xristianların və yəhudilərin sərbəst ibadət etməsini və bütün dünyanın mehriban olmasını təmin etmək ən mükəmməl ibadətdir. Müsəlmanlar əgər bu ibadətləri etmirsə, digər üsullarla ibadət etməklə dəccaliyyətə, dəccala xidmət edər .
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Ən böyük savab İslam Birliyini və müsəlmanların birliyini müdafiə etməkdir.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Müsəlmanlar dinsizlərə, ateistlərə, xristianlara və yəhudilərə qarşı şəfqətlə, hər birisinin Allahın yaratdığı bəndə olduğunu dərk edərək rəftar etsələr savab qazanarlar.
A9 TV; 22 Sentyabr 2012
avatar

Adnan Oktar

Müsəlman şəfqətli, mərhəmətli, ağıllı olmalıdır. Çirkin sözlərə qarşı rəftarı, münasibəti yenə də ağıllıdır.
A9 TV; 22 Sentyabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Səmimi müsəlman Mehdi (ə.s)-ı, İslam Birliyini müdafiə etmək, İsa Məsihin yer üzərində görünməsi üçün Allaha dua etmək məcburiyyətindədir və bu sevinci, həyəcanı yaşamalıdır. Sitatlar
Terrora qarşı müdafiə üçün ən yaxşı üsul texniki təchizatdır, amma əsas olan elmi mübarizədir. Elmi mübarizə olmazsa, terror bir yol tapıb irəliləyər. Sitatlar
Mən dindar yəhudilərlə görüşdüm. Çox mədəniyyətli, əxlaqlı və döyüşdən bacardıqları qədər çəkinən insanlardır. Amma İsrail dövləti Darvinistlərin, materialistlərin əlindədir. Bomba da yağdırar, zülm də edər. Bu dediklərim ümumi mənadadır, təbii ki, istisnalar da vardır. Sitatlar
Qədərdə yazılanlardan başqa artıq heçnə baş verməz . Qədərdə tək bir an içərisində Allah bütün hadisələri edib bitirdi. Biz o anı zaman olaraq görürük. Çox qısa bir anı Allah bizə zaman olaraq göstərir. Sitatlar
Bir fikri, xüsusilə, kommunizmi şiddətdən istifadə edərək aradan qaldırmağa çalışmaq onun daha da böyüməsinə səbəb olar. İdeologiya ilə mübarizə aparsaq, psixoloji olaraq ən təsirli zərbəni endirmiş olarıq. Kommunizmə qarşı psixoloji mübarizə elmlə, sevgiylə, ağılla edilməsə, nəticə əldə etmək olmaz, Allah qorusun. Sitatlar
Allah bizi bir-birimizi, bütün kainatı ― heyvanları, bitkiləri sevməyimiz üçün yaratdı. Ən başlıcası isə Allah ONU sevməyimizi istəyir. Sitatlar
Gözəllik, sevgi tamamilə Allaha aiddir. Allah o hissi verməsə, istədiyi qədər gözəl olsa da bir mənası qalmaz. Sitatlar
Elə zənn edirlər ki, pislik ediblər. HALBUKİ, HƏR ŞƏHADƏT TÜRKİYƏNİN DAHA DA GÜCLƏNMƏSİ, ƏZMİNİN VƏ EHTİRASININ DAHA DA ARTMASI DEMƏKDİR. Sitatlar
İnsanlar həqiqi İslamdan deyil, xurafatı yaratdığı İslam anlayışından çəkinir. Çünki xurafatçıların izah etdikləri model insanlar üçün çox qorxuducudur. Ona görə Avropanın xurafatdan çəkinməsi təbiidir. Sitatlar
Gözəlliyə qarşı kin bəsləməzlər. Gözəllik təqdir edilir. Nifrətlə yanaşırlar. Bu, Darvinist- materialist təhsilin nəticəsidir. Sevgiylə yetişdirilsələr insanlar belə olmaz. Coşğun sevgini hədəfə almalıdırlar. Onsuz da sevgi bizim fıtrətimizdə var. BİZ SEVİB-SEVİLMƏK ÜÇÜN YARADILDIQ. Həmişə bunu axtarırıq. Sitatlar
İnsan zəkası inkişaf etmiş bir zəka olduğu üçün, əgər Allahdan qorxmursa, Allahı sevmirsə, şeytanın təsirinə girir. Şeytanın təsirinə girəndə isə böyük ehtimalla da qeyri-normal hərəkətlər etməyə başlayır. Sitatlar
Siz elə zənn edirdiniz ki, rəqsi, musiqini, sənəti, elmi müsəlmanların əlindən alacaq, müsəlmanları məzhəblərə ayıracaq, bir-biriləri ilə toqquşduracaqsınız və müsəlmanları öldürəcək, yox etdirəcəksiniz. Biz bu oyununuzu da pozduq. Sitatlar
Massonlar və tampliyerlər əvvəllər İslama qarşı gəlirdilərsə, indi İslamın dünyaya hakim olmasını istəyirlər. Bu irəliləyiş heç bir xurafatçının əldə edə biləcəyi bir şey deyil. Əlhəmdülillah, Allah bizləri vəsilə etdi. Sitatlar
QADIN ÇİÇƏK KİMİ İFFƏTLİ, AĞILLI, NURLU OLMALIDIR. Təbii ki, həm də xoş və gözəl olmalıdır. Çiçəklər və kəpənəklər çox gözəldirlər. Allah hər şeyi gözəl yaradıb. Qadın da gözəl olmalıdır. Sitatlar
Deyirlər ki, Mehdi (ə.s)-a  ehtiyac yoxdur, biz özümüz seçək. Yüz ildən bəri seçə bilmədiniz,  seçə bilməzlər də. Çünki fikir ayrılıqlarında olan insanlardır. Hər kəs özündən olmasını istəyir, olmasa da qəbul etməz. Sitatlar
Bütün məsələ dərin imandır. Məsələn, bir adam həqiqi mənada səmimi iman edir, buna görə də sırf bir adama görə Allah böyük dünyaya İslamı hakim edir. Sitatlar
İsmayıloğullarından kim adam öldürsə zülm etmişdir, İsrailoğullarından da kim adam öldürsə zülm etmişdir. Biz hər cür cinayəti qınayırıq. Sitatlar
Bir çox adama, davamlı insanları cəhənnəmə göndərən insan üslubunu yaraşdırmıram. Sevgi dolu olmaları lazım, gözəl gözlə, xeyir gözü ilə baxmaları lazımdır. Sitatlar
CƏNUB-ŞƏRQİ VERMƏYƏ ÇALIŞAN İNSAN ONSUZ DA ŞƏRƏFİNİ, NAMUSUNU DA VERMİŞDİR. VERMƏYƏ NİYYƏT EDƏN ADAM DÜNYANIN ƏN ALÇAQ, XARAKTERSİZ, ŞƏRƏFSİZ ADAMIDIR. Allaha verəcək bir can borcun var, şəhid ol, şərəfsiz yaşamaqdansa heç yaşamasan yaxşıdır. Sitatlar
Məzhəblər aradan qalxmalıdır. Bunu da ancaq hz. Mehdi (ə.s) edə bilər. Ondan başqasının məzhəbləri qaldırması da çox təhlükəli olar. Çünki adam öz başına ictihad etməyə çalışar. Sitatlar
Allah "Əgər səmimi olaraq hər şeyi Mənim etdiyimi qəbul etsəniz, ağıla gələn hər şeyi tamamilə Mənim yaratdığıma inansanız, o zaman söz verirəm dünya hakimi edəcəyəm sizi" deyir. "Sayınız az da olsa." Lap on adam olsun. Tövratda da buna diqqət çəkilmişdir. Lap on adam olsun, dünya hakimi edəcəyəm, deyir Allah. Sitatlar
Din ümumi mədəniyyətdir. Adam dinsiz də olsa hər vəziyyətdə dinləri və ideologiyaları bilməsi lazımdır. Müsəlmanlığı da biləcək, xristianlığı da biləcək, yəhudiliyi də biləcək, kommunizmi də bilsin, faşizmi də bilsin. Sitatlar
İslam Birliyini yaradan adama biz "Mehdi" deyirik. Sitatlar
Hədisdə bildirildiyinə görə Mehdi (ə.s)-a, Allah tərəfindən mükəmməl ağıl verilər. Sitatlar
Türkiyənin Avropa Birliyinə girməsinə ehtiyac yoxdur. Avropa Birliyi bir müddət sonra Türkiyəni razı salmağa çalışacaqdır ki, onlar da Türk-İslam Birliyinə daxil olsunlar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur