logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 12 oktyabr 2016

avatar

Adnan Oktar

Allah Quranda müsəlmanların çətin vaxtlarında bir vəli istəmək üçün dua etdiklərini bildirmişdir. Mənəvi lider istəmək Quranın əmridir.
A9 TV; 12 oktyabr 2016
2548
avatar

Adnan Oktar

Gileylənmək üslubu müsəlmana yaraşmaz. Müsəlman dəccaliyyətdən gileylənməz. Elmlə, irfanla, qanunla, hüquqla lazımi cavabı verər.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Türkcəsini bildiyi halda yad sözlər işlədərək danışmaq alicənab bir insanın üslubu deyil. Bu üslub, ruhən zəif olana təsir edər. Alicənab olmayanlar yad sözlər işlətdikləri vaxt özləri kimi zəif olanlara göstəriş etdiklərini düşünərlər. Halbuki bu göstəriş deyil.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Türkcəsini bildiyi halda yad sözlər işlədərək danışmaq, alicənab bir insanın üslubu deyil. Bu üslub, ruhən zəif olana təsir edər.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Kaht sözünün mənası bəla, yoxluq, qıtlıqdır. Kahtani də Mehdidən əvvəl zühur edib qan tökəcək olan biridir.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Qadınlara zorakılıq tətbiq etmək həm Türkiyədə, həm dünyada geniş yayılıb. Bu zorakılıq mehdiyyətlə tamamilə bitəcək.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövrü Osmanlının 340 milyon litr şərab ixrac etdiyi bir dövrdür. Eyni dövrdə tütün istehsalı və istehlakı da çox idi.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Bütün siyasətçilərimizin mütləq İngiltərə dərin dövlətinin adından bəhs etmələri lazımdır. Fitnənin başçısından bəhs etmək bütün oyunlarını puç edər.
A9 TV; 11 oktyabr 2016
avatar

Adnan Oktar

Putin dəliqanlı insandır. Türkiyənin Rusiya ilə ittifaq etməsi əhəmiyyətlidir. Bölgədə İran, Türkiyə, Rusiya və Azərbaycan ittifaqı çox gözəl olar.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Quranı bilmədikləri üçün şirk dinini İslam zənn edirlər. Qurana əsaslanan İslamın həqiqi din olduğunu bilmirlər.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Keçmiş dövrlərdən qalmış sevgisiz, xalqa yuxarıdan aşağı baxan, soyuq zehniyyət var. Bu cür düşünən insanların demək olar ki, heç sevənləri olmur.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Misirdə, Səudiyyə Ərəbistanında və digər bir çox yerdə müsəlmanları daxili münaqişələrin artdığı böyük bəlanın içinə çəkməyə çalışırlar.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Müşrik sistem Allahın nazil etdiyinə görə deyil, atalarından öyrəndiyinə görə hərəkət edər, dini atalarından öyrəndiyi kimi yaşamaq istəyər.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Atatürkün həqiqi dindar şəxsiyyətindən danışmağımız mühüm xidmətlərimizdən biri oldu. Geniş kütlələrdə Atatürk sevgisinin artmasına vəsilə olduq.
A9 TV; 10 oktyabr 2016
avatar

Adnan Oktar

Şəffaflaşma İngiltərə dərin dövlətinin müsəlmanları təzyiq altında saxlamaq taktikasıdır. Öz aləmlərində mehdiyyətə bu yolla mane olacaqlarını güman edirlər.
A9 TV; 9 oktyabr 2016
avatar

Adnan Oktar

Müsəlmanın cənnətdəki məqamı münafiqlərlə, şeytanla, nəfslə fikri mübarizə ilə yüksəlir.
A9 TV; 9 oktyabr 2016
avatar

Adnan Oktar

Şəffaf cəmiyyət modeli lazımdırsa, əvvəlcə İngiltərə dərin dövlətindən başlasınlar, görək necə olduğunu, niyə Yaxın Şərqdə şəffaflıq şərtdir? Niyə İngiltərə dərin dövlətinin strukturları deyil, məscidlərin, müsəlmanların şəffaflıq adı altında nəzarət altında saxlanılması lazım gəlir? Şəffaflıq ifadəsi adı altında müsəlmanları kiçik hissələrə ayırıb, şüşə qablar içində nəzarət altında saxlamağı qarşılarına məqsəd qoyurlar. Bütün bunların məqsədi öz aləmlərində İslam Birliyinin qarşısını almaq, İslam əxlaqının hakimiyyətini dayandıra bilməkdir. Bunları heç vaxt bacara bilməzlər.
A9 TV; 9 oktyabr 2016
avatar

Adnan Oktar

Dövlətin güclü olmasını təmin edən, vətəndaşın hər dəqiqəsini nəzarət altında saxlamaq deyil, keyfiyyətli insan yetişdirməkdir. Təzyiq, güc və zor tətbiqetmə, vətəndaşın ağlına və vicdanına dəyər verməmək, bunu da şəffaflıq adı altında etmək, İngiltərə dərin dövləti təlqinidir.
A9 TV; 9 oktyabr 2016
avatar

Adnan Oktar

Fələstində dövlət yaradacaq sayda musəvi və torpaq yox idi, lakin Əbdülhəmid qanun çıxartdı və 36 yaşayış məntəqəsinə musəviləri yerləşdirdi. Əbdülhəmid dövründə Fələstində yaşayan musəvilərin sayı 3 qat artdı ki, bu çox gözəldir.
A9 TV; 8 oktyabr 2016
avatar

Adnan Oktar

Nəqşibəndilər çox sevgi doludur, hər kəsi sevərlər, heç kimə həsəd aparmazlar, hirslənməzlər, qəzəblənməzlər, hər kəslə görüşərlər. Allah nəqşibəndilər kimi qiymətli ocaqlara gözəlliklər nəsib etsin, münafiq murdarlığını Allah bu gözəl ocaqlara yaxınlaşdırmasın.
A9 TV; 8 oktyabr 2016
avatar

Adnan Oktar

Dəccal olmasa Mehdi zühur etməz, dolayısilə dəccaliyyət də mehdiyyətə xidmət edər.
A9 TV; 8 oktyabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Buddistlərin lideri var, musəvilərin, masonların lideri var, böyük şirkətlərin belə bir lideri var, niyə müsəlmanların lideri olmasın? Sitatlar
Buxari və Müslimdə İsa Məsihin yer üzünə enəcəyi və müsəlmanların mənəvi liderinin arxasında namaz qılacağı bildirilir. Məhz bu lider Mehdidir. Sitatlar
Talut öz qövmünə peyğəmbər olaraq deyil, bir növ Mehdi, öndər, mənəvi lider olaraq gəlmişdir. Sitatlar
Müsəlmanların başında mənəvi bir lider olması və İslam Birliyinin reallaşması İslam əxlaqının tələbidir. Sitatlar
İslam aləminin parçalanmış olmasından istifadə edib uşaq-qoca müsəlmanları əzirlər. İslam aləmi bir mənəvi lider ətrafında birləşməlidir. Müsəlmanların mənəvi lideri olsa, bu lider ətrafında birləşmiş olsalar, radikalizm də, terror da qalmaz. Sülh olar. Sitatlar
Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq. Sitatlar
Müsəlmanların mənəvi liderinin olması lazım olduğu, müsəlmanların bu mənəvi lideri göndərməsi üçün Allaha dua etmələri Quranda bildirilmişdir. Sitatlar
Həm şiələrin, həm də sünnilərin qəbul edəcəyi mənəvi lider Mehdi (ə.s)-dır. İslam aləmi təkcə Mehdi (ə.s) ətrafında birləşəcək. Sitatlar
Mehdinin liderliyi siyasi mənada olmayacaq. Mehdi sevgini öyrədən, ədaləti təmin edən mənəvi lider olacaq. Sitatlar
Təbliğ etmək, yaxşılığı əmr etmək, pislikdən çəkindirmək bütün möminlərə Allahın əmridir. Sitatlar
Möminlər qardaşdır. Mömin bir-birinə ata-ana kimi sahib çıxar. Bir-birinə hamidir. Mən də dostlarımın dostu, qardaşı, yoldaşı, hamisiyəm. Sitatlar
Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi. Sitatlar
Allah müsəlmanlara "Çəkindirici olsun gücünüz." "Qüvvətli görünün, güclü görünün" deyir. "Acizlik içində zəif görünməyin" deyir. Zəif görününcə, küfr azğınlaşır. Bunu, Bədiüzzaman da söyləyir. Sitatlar
Allahın vəlisinə qarşı çıxılarsa Allaha xoş gəlməz. Allahın vəlisinə qarşı tələ qurulsa Allaha xoş gəlməz. Allahın sevdiyinə qarşı oyun oynamaq ən təhlükəli işlərdən biridir. Sitatlar
Sən əmr-i bil maruf və nəhy-i anil münkər ilə məsuliyyət daşıyırsan. Təsiri Allah yaradar. Sitatlar
Müsəlmanda dağıdıcı üslub olmaz. Allah "sözü onlara gözəlliklə söylə" deyir. "Sərt şəkildə söyləmə, yoxsa ətrafından dağılıb gedərlər" deyir. Sitatlar
Allahın əmrinə əməl etmədikcə Allah vədini yerinə yetirməz. Allah ''Birləşin, bərəkət, qüvvət, güc verim. Birləşməsəniz qüvvətiniz əlinizdən gedəcək'' deyir. Sitatlar
Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur. Sitatlar
Dünyada Allahın insanlardan istədiyi tək bir şey var, o da sevgidir. Mehdi (ə.s) və İsa Məsih (ə.s) sevginin iki ustadıdır. Sitatlar
Allah zülmə, zalımlığa izn verməz. Allah sevgini, şəfqətli olmağı dəstəkləyir. Sitatlar
Gəzən ölülər çoxdur. Kim Allaha, Allahın vəlisinə düşmən olsa Allah onu gəzərək öldürər. Gedərkən, yemək yeyərkən ölü olar. Canlı zənn edərsən, halbuki o ölüdür. Heç xəbəri belə olmaz. Sitatlar
Allahın vəlilərinin əleyhinə olmazlar. Allahın vəlisinə qarşı mübarizə aparan insanı bütün dünya gəlsə Allahın qəzəbindən qurtara bilməz. Kim Allahın vəlisinə düşmən olsa Allah onu cəhənnəmə göndərər. Sitatlar
Rəsulullah (s.ə.v) deyir ki, "Allahın Hz. Adəm (ə.s)-ı yaratmasından bəri dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır." Dünyanın, tarixin ən böyük fitnəsidir. Allah o fitnəyə qarşı da ən böyük vəlini― Məhəmməd Mehdi (ə.s)-ı göndərir. Ona görə belə dəhşət içərisindədirlər. Sitatlar
ŞEYTANIN VƏ MÜNAFİQLƏRİN, ŞƏR VƏ BƏLALARINDAN , FƏSADINDAN, FİTNƏSİNDƏN ALLAH BÜTÜN MÖMİNLƏRİ, MÜTTƏQİLƏRİ QORUSUN. Allah bütün münafiqlərin ürəyinə dəhşətli bir iztirab və acı salsın. Bəsirətlərini və fərasətlərini bağlasın, dillərini bağlasın. Ağıllarını əllərindən alsın. Sitatlar
Din olması üçün səmimiyyət olmalıdır. Bunun üçün də dinsizliyin fəlsəfəsi olan darvinizmə elmi yolla cavab vermək lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur