logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 4 iyun 2016

avatar

Adnan Oktar

Münafiq əhəmiyyətli hesab etmədiyi kəsləri hədəf almaz. Onun seçdiyi bir siyahı var. Ən başda peyğəmbər, sonra səhabələrin qabaqcılları. Bir vəlidirsə, məsələn, o vəli olan insan və vəli olan insana ən yaxın kəslər, ən güvəndiyi kəslər, birbaşa onları hədəf alar münafiq.
A9 TV; 4 iyun 2016
936
avatar

Adnan Oktar

Tarix boyu həmişə münafiqlərin ilk növbədə peyğəmbəri hədəf aldıqlarını görürük. Sonra möminləri hədəf alarlar.
A9 TV; 4 iyun 2016
avatar

Adnan Oktar

Münafiq xidmətini göstəriş üçün edər, başqaları desin deyə. Müvəffəqiyyətli olmaq istəyər, yəni adının eşidilməsini istəyər. Allah üçün etməz, göstəriş üçün edər.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Münafiqlər özlərinin o pis fəlsəfələri üçün, o əxlaqsız düşüncələri, o qəddar ruhlarının meydana gətirdiyi pis siyasət üçün, öz aləmlərində peyğəmbərləri, imamları da yönləndirmək istəyiblər.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Samiri ömrünün sonuna qədər tək yaşamışdır. Bu münafiqlərdə bir həyat tərzidir. Möminləri sevməzlər, bəyənməzlər. Özlərini çox böyük hesab edərlər. Buna görə də, möminlərlə danışmaq, onlarla bir yerdə olmaq da istəməzlər. Yalnız yaşamaq istəyərlər.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

"Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma" deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Bütün möminləri qurtarmaq üçün səy göstərmək və dua etmək vəlayətin tələbidir.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Müsəlmana qarşı sui-zənn, yaxud şeytandan gələn məlumata inanmaq mömini məhv edər və yavaş-yavaş İslamdan uzaqlaşdırar. Allah qorusun cəhənnəmə doğru yaxınlaşdırar.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Türkiyədə homoseksual təbliğata əsla icazə verilməsin. Homoseksuallığı müdafiə edən, onlarla əlaqəsi olan kəslərin xüsusilə dövlətin yüksək pillələrində vəzifə başına gətirilməsi olduqca təhlükəli olar. Çünki İngiltərə dərin dövləti bu tiplərlə dərhal əlaqə yaradır və idarələri altına alırlar.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Möminlərin həmişə; "necə də gözəl, Allaha şükür, əlhəmdulillah" var, "maşaAllah" var, "inşaAllah" var. Münafiqdə həmişə rədd etmə var, həmişə mənfurluq var. Heç nəyi bəyənməz.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Ayədə şeytan; "onları şükür edən görməyəcəksən" deyir. Münafiqin xüsusiyyətidir. Münafiq şükür etməyi bilməz. Qənaətkar deyil. Allah nə gözəl yaradıb deməz. Hər şeydə o pis ruh, şeytani ruh fəaliyyətə keçər.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Müsəlman həmişə yaxşılıq etməyə çalışar, həmişə könül alandır, yaxşıdır. Münafiq isə heç nəyi bəyənməz. Hər şeydə qüsur tapar. Yəni şükür edən deyil.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Üsyankarlıq, anarxistlik, azğınlıq münafiq ruhunun imtina edilməz xüsusiyyətləridir. Şeytana tam bənzərdir. Şeytan münafiqin mürşididir.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Şeytan möminlərin rahatlığına, müvəffəqiyyətinə çox həsəd aparar. Möminlərin gözəlliyi, sağlamlığı, səhhəti, müvəffəqiyyəti, qabiliyyəti, çevikliyi, münafiqin, eynilə şeytanda olduğu kimi heç xoşuna gəlməz. Buna görə də, həmişə bir yerdən bacara bildiyi qədər zərər vermək istəyər.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Münafiq çox davakar və iyrəncdir. Ədabazlığa çox meyillidir. Asilik, hiyləgərlik, üsyankarlıq; şeytanda olan bu pis xarakter münafiqin ruhunda da var.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Münafiqin ən mühüm xüsusiyyətlərindən biri acı dilindən çox çirkin istifadə etməsidir. Çirkabın, fitnənin axını oradandır, dilindəndir.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Münafiqin şeytani enerjisi vardır. Fasilə vermədən iyrənclik edər, eyni şeytan kimidir.
A9 TV; 3 iyun 2016
avatar

Adnan Oktar

Bəzi televiziya kanallarında qadınları xüsusilə davakar, tündxasiyyət, aqressiv, etibarsız, söyüşkən, əsəbi, fitnəkar kimi göstərirlər. Bu çox ürküdücüdür. Halbuki qadın dünyanın ən gözəl bəzəyidir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Mehdiyyəti heç kim dayandıra bilməz. Bu Allahın qərarıdır, Allahın yazdığı taledir; dayandıra bilməzsən. Çırpındıqca Allaha qarşı xoşagəlməz rəftar göstərmiş olarsan.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Mehdiyyət Axırzamanın ən mühüm məsələsidir. İraqdakı, Suriyadakı hadisələrin tək səbəbi mehdiyyətdir. İslam aləmindəki hazırkı həyəcan və qarışıqlığın tək səbəbi mehdiyyətdir. Dünyanın hər yerində mehdiyyət yeri göyü inildədir.
A9 TV; 2 iyun 2016
avatar

Adnan Oktar

Mehdini gözləmək ətalətə sövq etməz. Əksinə Mehdini gözləyən ölkələr ən şövqlü, ən müvəffəqiyyətli, ən çevik ölkələrdir. Musəvilər 3500 ildən bəri Moşiyah Mehdi gözləyərlər, dünyanın ən çalışqan millətidirlər. Heç bir şəkildə də tənbəlliyə də sövq etməmişdir. Əksinə şövqləndirmiş, müvəffəqiyyətli və çevik olmalarını təmin etmişdir.
A9 TV; 2 iyun 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Münafiqlik əsrlərdən bəri, hətta minlərlə ildən bəri möminləri gəmirən, məhv edən sistemdir. Bu məsələ həll olduqda möminlərdə bütün dünya səviyyəsində böyük fərahlıq yaşanacaq. Sitatlar
Tarix boyu həmişə münafiqlərin ilk növbədə peyğəmbəri hədəf aldıqlarını görürük. Sonra möminləri hədəf alarlar. Sitatlar
Münafiq, müsəlmanın Quranla söylədiklərinə tabe olmaz, lakin şeytan söylədikdə dərhal edər. Şeytan şəxsiyyətsizlik, əxlaqsızlıq pıçıldayan kimi, dərhal edər. Heç tərəddüd etməz münafiq. Sitatlar
Münafiq heyrət ediləcək refleksə malikdir. Şeytanın söylədiyini həmin dəqiqə, həmin saniyə yerinə yetirər. Lakin Allahın dediyini etməz, Quranın dediyini etməz. Peyğəmbər (s.ə.v)-in dediyini etməz. Çünki üsyankardır. Münafiq şeytana qarşı itaətkardır. Sitatlar
Münafiq xidmətini göstəriş üçün edər, başqaları desin deyə. Müvəffəqiyyətli olmaq istəyər, yəni adının eşidilməsini istəyər. Allah üçün etməz, göstəriş üçün edər. Sitatlar
Münafiq şeytana qarşı hörmətkeşdir, ona təslim olmuşdur. Yəni dediyi bir şeyi iki dəfə dedirtməz, dərhal yerinə yetirər. Lakin Quranın hökmlərinə, Peyğəmbər (s.ə.v)-in hökmünə şiddətlə qarşıdır. Sitatlar
Münafiqlər özlərinin o pis fəlsəfələri üçün, o əxlaqsız düşüncələri, o qəddar ruhlarının meydana gətirdiyi pis siyasət üçün, öz aləmlərində peyğəmbərləri, imamları da yönləndirmək istəyiblər. Sitatlar
Münafiqin dəlilik dərəcəsində yalan danışma xüsusiyyəti vardır. Həmişə uydurar. Diqqətlə dinlənsə bilmədiyi bir mövzu yoxdur münafiqin, dərhal uydurar, yəni həmişə yalançıdır. Sitatlar
Allah Quranda müsəlmanların çətin vaxtlarında bir vəli istəmək üçün dua etdiklərini bildirmişdir. Mənəvi lider istəmək Quranın əmridir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bir hırka ilə əyləşər, 2-3 xurma yeyərdi deyə yanlış inancları var. Halbuki Allah Peyğəmbərimiz (s.ə.v)-i zəngin etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in ehtiyac içində yaşadığını iddia etmək səhabəyə də böhtan atmaq olar. Heç bir səhabə Peyğəmbərimiz (s.ə.v)-i ehtiyac içində qoymaz. Sitatlar
Dünyanın resepti Qurandır. İslam səhabə dövründəki kimi yaşanmadığı üçün hər yerdə əzab yaşanır. Hüzur, Quranla hakim olar. Sitatlar
Trampın “Radikal İslam”dan bəhs etməsində yanlış cəhət yoxdur. Bununla, Qurana uyğun olmayan səhabə İslamından uzaq İslamı nəzərdə tutur. Sitatlar
Mövhumatçılıq azacıq önü açıldıqda corab söküyü kimi gedər. Olduqca təhlükəlidir. Dövlət bu mövzuda çox qərarlı bir siyasət izləyərək, müasir dövlət quruluşu, müasir incəsənət anlayışı və müasir düşüncəni mütləq yaymağa çalışmalıdır. Yəni İslam müasir mənada yaşanmalıdır. Hansı mənada müasir? Səhabə dövründəki kimi. Sitatlar
Səhabələr Mehdi haqqında çox maraqlanalar, həmişə Peyğəmbərimiz (s.ə.v)-ə suallar verirdilər. Peyğəmbərimiz (s.ə.v) də Mehdidən çox ətraflı bəhs etmişdi. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) və səhabələrin Qurandan başqa dini yox idi. Sonrakı nəsillər Qurandan uzaqlaşmağa səbəb oldu. Sitatlar
Sən müvəqqəti dünyanı istəsən, Allah dünyanı səndən həmişə uzaqlaşdırar, dünya bu dəfə başına bəla olar. Halbuki, fədakar insanlarla dünya gözəl olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) fədakar idi. Səhabələr də fədakar idi. Heç biri mənfəətpərəst deyildi. Mənfəətpərəst insanların olduğu cəmiyyətlər çökür. Sitatlar
Möminlər qardaşdır. Mömin bir-birinə ata-ana kimi sahib çıxar. Bir-birinə hamidir. Mən də dostlarımın dostu, qardaşı, yoldaşı, hamisiyəm. Sitatlar
Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi. Sitatlar
Allahın vəlisinə qarşı çıxılarsa Allaha xoş gəlməz. Allahın vəlisinə qarşı tələ qurulsa Allaha xoş gəlməz. Allahın sevdiyinə qarşı oyun oynamaq ən təhlükəli işlərdən biridir. Sitatlar
Peyğəmbərlərin və vəlilərin imanı çox güclü olur. Çünki çox yaxşı mühakimə etmə qabiliyyətləri olur. Allahın varlığının dəlillərini yaxşı düşünürlər, qavrayırlar. Bəzi insanların zehni dağınıq olur, beynində imanını ələ ala bilmir, imanı zəif olur. Sitatlar
Gəzən ölülər çoxdur. Kim Allaha, Allahın vəlisinə düşmən olsa Allah onu gəzərək öldürər. Gedərkən, yemək yeyərkən ölü olar. Canlı zənn edərsən, halbuki o ölüdür. Heç xəbəri belə olmaz. Sitatlar
Allahın vəlilərinin əleyhinə olmazlar. Allahın vəlisinə qarşı mübarizə aparan insanı bütün dünya gəlsə Allahın qəzəbindən qurtara bilməz. Kim Allahın vəlisinə düşmən olsa Allah onu cəhənnəmə göndərər. Sitatlar
Rəsulullah (s.ə.v) deyir ki, "Allahın Hz. Adəm (ə.s)-ı yaratmasından bəri dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır." Dünyanın, tarixin ən böyük fitnəsidir. Allah o fitnəyə qarşı da ən böyük vəlini― Məhəmməd Mehdi (ə.s)-ı göndərir. Ona görə belə dəhşət içərisindədirlər. Sitatlar
Avropanın PKK-nı dəstəkləməsinin səbəbi PKK-nın qadın haqlarını müdafiə etməsi, azadlığı müdafiə etməsidir. PKK; "qadınlar istədiyi kimi geyinsin, azad olsun, qarışmayaq" deyir və "qadınlar daha çox siyasətdə vəzifə tutsun" deyir. Bunları Türkiyə deməlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur