logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 avqust 2015

avatar

Adnan Oktar

Allah səmimi qullarının xilas olacağını söyləyir. Allah səmimiyyəti əhəmiyyətli hesab edir. Səmimiyyətsizlik gördüyümüz vaxt, dərhal içimizdə xoşagəlməz hiss yaranar. Bəyənmirik, bizə soyuq, pis gəlir. Səmimiyyət bizi çox rahatladır.
A9 TV; 3 avqust 2015
905
avatar

Adnan Oktar

Səmimiyyət görünməmiş rahatlıq gətirir. İnsanı gözəlləşdirər. Səmimi olan sevməyi bilir. Səmimi olmayan çox saxtakar olur, çox pis olur.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Ən gözəli bağışlayıcı olmaqdır, sülhsevər olmaqdır. Hər şeydə xeyir görməkdir. İnsan zəif yaradılmışdır, bəlaya tab gətirəcək şəkildə yaradılmamışdır. Birinə kin bəsləyir, bununla mübarizə aparır, başqasının üstünə qışqırır. Ona qarşı intriqa hazırlayır. Onsuz da kiçicik, zəif bədənin vardır. Bədənin bu qədər əzaba, bu qədər pisliyə necə tab gətirə bilər? Çox təmiz, dürüst və səmimi ol.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Səmimi insan necə də gözəl olur, saxtakar insan necə də pis olur. İnsan dürüst olduqda rahat olur. Yalan insanı sıxar, boğar. İntiqam, səmimiyyətsizlik.. İnsan onsuz da zəifdir. İnsan belə yükləndiyi vaxt pərişan olar, sağlamlığı gedər.
A9 TV; 3 avqust 2015
avatar

Adnan Oktar

Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

PKK, İslamın hakimiyyəti üçün, Allahın müsəlmanları zorlamaqda istifadə etdiyi bir qamçıdır. Müsəlmanlar yuxuda idi, Allah belə bir bəla, fitnə ilə oyandırır. Bu, həmiyyət hissini və mənəviyyatı görünməmiş dərəcədə yüksəldən vəsilələrdən biridir. Firon olduqda, Musa çıxır. Bunlar da bu əsrin fironlarıdır.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

Hökumət darvinizmə əl atsın. Darvinizm birbaşa Allahı inkar edən bir sistemdir. Bütün dünya məktəblərdə Allahı inkar edir. Bu vəd edilən dəccaldır; Darvin bir dəccaldır. Axırzaman dəccalıdır. Allahı inkaretmə düşüncəsini inkişaf etdirən bir insandır. Marks, Lenin, Stalin, Hitler, Mussolini o fəlsəfədən törəmişdir. Dəccalın komitəsi olar, komitələrin komitələri olar. PKK da bu komitələrlə ideoloji əlaqəsi olan bir təşkilatdır.
A9 TV; 2 avqust 2015
avatar

Adnan Oktar

Dünyadakı ən böyük xəstəlik iman zəifliyidir. Çəkilən bütün əzabların, iztirabların, xəstəliklərin təməlində bu var. Dünyadakı bütün fəlakətlərin, aclığın, iqtisadi böhranın təməlində də yenə bu var. Güclü iman olduqda Allah dünyanı cənnətə çevirər.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Allah dünyanı metafizik olaraq yaratmışdır. Sakit həyatı bəyənmir. Aktiv, döyüşlər baş verir, qəhrəmanlıq göstərilir, şücaət göstərilir. Əziyyət nəticəsində İslam hakim olur. Allah bunu bəyənir.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

PKK iman etmədiyi müddətcə başı bəladan xilas olmaz. Açıq-aydın şəkildə dəccal ordusudur və Fironun ordusu kimi bəla dənizinə qərq olacaqlar. Ağıllansınlar. İman gətirib xilas olsunlar. "La İlahə İllAllah Muhammədən Rəsulullah" desələr xilas olarlar. Bu murdar dənizdən çıxsınlar.
A9 TV; 1 avqust 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın vəfatından sonra bütün insanların üzərinə zülmət çökəcək. Hər kəs imanını qorumağa çalışacaq, amma iman daim yox olmağa doğru gedəcək. Allahın zəlalətə salan adı, artıq dünyaya hakim olmağa başlayacaq.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah: “Sırf Mənim üçün, Məni sevməlisiniz” deyir. Ölümünə sevməlisiniz deyir. Biz də Rəbbimizi ölümünə sevirik. Allah səmimi və təmiz sevgiylə sevilmək istəyir. Bu, Allahın haqqıdır.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah elə-belə sevilmək istəmir, cansıxıcı sevgi də istəmir. Belə sevgini heç kəs istəməz. Dəyişməz, cansıxıcı sevginin nə faydası var? Birinə pul verirsən səni sevir, peşən üçün səni sevir, mənfəəti üçün səni sevir. Belə sevgi olmaz.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah dəli eşq istəyir. Allah sevgi mövzusunda çox həssasdır. Allahda tam aşiq təcəllisi var. Eşqinə xəyanət edəni məhv edər. Amma eşqinə eşqlə cavab verəni də sonsuza qədər eşqlə sevər.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Allah tənha qalmaq istəmir. Allah Özünə aşiq olunmasını istəyir. Sevməyi də sevir, sevilməyi də sevir, gözəlliyi də sevir.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

Xahiş edirəm şəhid cənazələrində ağlamağı aradan qaldıraq. Qurana uyğun deyil, adətimizə uyğun deyil, İslam əxlaqında belə şey yoxdur. Bu çox qədim dövrlərdə Şumerlərdə görülən bir adətdir. Cənnətə gedənin arxasınca ağlamaq olmaz.
A9 TV; 31 iyul 2015
avatar

Adnan Oktar

“Həll prosesi” deyilən şey; PKK-nın orada bir dövlət qurması, Abdullah Öcalanın oraya prezident vəzifəsinə keçməsi, bölgənin Türkiyədən alınması və orada stalinist, kommunist, yırtıcı, qırmızı bir rejimin hakim edilməsidir. Proses dedikdə məhz bunu nəzərdə tuturlar.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

PKK-nın qanun və hüquqla yox edilməsi bütün müsəlmanlar üçün fərzdir. PKK ilə mübarizə aparılmaması haramdır.
A9 TV; 30 iyul 2015
avatar

Adnan Oktar

Silahı yerə qoymaq PKK-nın əsla qəbul etməyəcəyi şeydir. Əvvəla bu marksist, kommunist, stalinist prinsiplərə ziddir. Onlar kommunist, stalinist olaraq yetişdirilmişdirlər. Stalinizm ilə silah iç-içədir. Niyə yerə qoysun ki? Sənin xahişinə görə yerə qoyar heç? Təhsil ilə olar bu; darvinist- materialist təhsilə son versən, yaradılışdan, Allahın varlığından, birliyindən danışsan olar.
A9 TV; 30 iyul 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Səmimiyyət görünməmiş rahatlıq gətirir. İnsanı gözəlləşdirər. Səmimi olan sevməyi bilir. Səmimi olmayan çox saxtakar olur, çox pis olur. Sitatlar
İnsanlar səmimi olsa, sevgini axtarsa Allah dünyanı cənnətə çevirər. Sitatlar
Səmimi insan necə də gözəl olur, saxtakar insan necə də pis olur. İnsan dürüst olduqda rahat olur. Yalan insanı sıxar, boğar. İntiqam, səmimiyyətsizlik.. İnsan onsuz da zəifdir. İnsan belə yükləndiyi vaxt pərişan olar, sağlamlığı gedər. Sitatlar
Bol-bol səylə əlaqəsi yoxdur. Bütün məsələ Allahı səmimi sevməkdir; dərin sevgiylə sevməkdir. Allahı sevirsənsə çox əmin-amanlıqdasan . Yəni Allahı çox sevirsənsə mütləq qalib gələcəksən. Bax, iman edirsənsə demirəm. Sevirsənsə deyirəm. Onsuz da sevmək üçün iman edilməlidir. Sitatlar
İmanda xurafat olmur. Olduqca ağlabatan şeylər sayəsində; elmi dəlillərlə Quran möcüzələri, iman həqiqətləri sayəsində. Ağılın qarşısındakı maneələr yox edilməlidir. Ağıllı düşünməyin yolu göstərilməlidir. Vicdanlı, səmimi düşünməyin gözəlliyi öyrədilməlidir. Onsuz da insan səmimi düşündükdə də iman sahibi olur. Sitatlar
İnsan səmimi olduqda çox şey itirirmiş kimi görünür, amma əslində çox şey qazanır. Baxarsan ki, birisi sanki başı bəlaya girmiş kimi görünür, mal itirir, imkan itirir. Halbuki daha sonra Allah onu mal-dövlət, nemət içində üzdürər. Lakin digəri, vicdanının səsinə qulaq asmayaraq mal-dövlətə və imkana qovuşacağını zənn edər, dünya ondan qaçar, o adam da onu təqib edər. Ağlasığmaz əzab çəkər. Görünməmiş dərəcədə sürünər, görünməmiş dərəcədə təqib etmə. Sitatlar
Allah, güclənmiş bir imanı istəyir. Amma bu səmimi ruhla əldə edilir. Səmimi vicdana sahib olmadan bunu əldə etmək olmaz. Sitatlar
Əksər insan Allaha üsyan edir və ya Ondan gileylənir. "Mənə kömək etmir, mənim övladımı əlimdən aldı, avtomobilimi əlimdən aldı, malımı əlimdən aldı" deyə gileylənir. Övladı kim verir? Allah verir. Bəs kim alır? Allah alır. Yəni gileylənmək çox ağılsız bir hərəkətdir. Qeyri-səmimi rəftardır. Allah bu cür rəftarı sevmir. Sitatlar
Səmimiyyət Quranla əlaqəli bir sözdür. Quranı bilməsək səmimiyyətin nə olduğunu bilmərik. Səmimiyyət; insanın sərbəst düşünməsi, hər şeydə Allahın tərəfdarı kimi düşünməsi, Allah qorusun, Allahdan gileylənməməsi, Allah qorusun, Allahdan şikayətçi olmaması, üsyan etməməsidir. Sitatlar
Allahın hədəfi, insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər. Sitatlar
Allah “ibadət edən” demir, “səmimi ibadət edən” deyir. Allah mütləq belə bir şərt qoyur. Sevgi, sırf onlara məxsus nemət kimi verilir. Sitatlar
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar. Sitatlar
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır. Sitatlar
İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər. Sitatlar
Səmimiyyət insana baha başa gələr. Əzab çəkər, yorular, hətta bəzi hallarda başı   bəlaya da girər. Sən çox yaxşı yaşayırsan. Lazım gələndə mənfəətini güdürsən.   Mənfəətini bir körpəni qoruyan kimi qoruyursan. Burada səmimiyyət vardırmı? Sitatlar
Dərin imana sahib olmaq üçün elə də fövqəladə bir səy göstərməyə ehtiyac yoxdur.  İnsan çox səmimi olsa, dərin iman dərhal meydana gələr. Dini ona görə çox çətin   olduğunu düşünürlər. "Çox təfəkkür etməli, çox dərin düşünməliyəm" deyir, sən   istəməklə dərin düşünə bilməzsən, Allah səni dərin düşündürər. Müstəqil bir gücün   yoxdur. Sənin edəcəyin şey, səmimi olmaqdır. Səmimi olub Allahdan tələb etməkdir. Sitatlar
Biz səmimi davranmaqla mükəlləfik. Allah səmimi olanlara cəhənnəm içində cənnət yaradar. Müsəlmanlara heç gözləmədikləri yerdən ruzi bəxş edər. Bunların hamısı gizli bir Quran möcüzəsidir. İman əhli bunu anlayar, Allahın gizli işarələrini görər, lakin qəflət əhli bunları görməz. Sitatlar
Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz. Sitatlar
Səmimi olduğumuz vaxt, çətinlik çəkmədən, Yaradan böyük bir gücü, Allahı dərhal görərik. Lakin bir insan səmimiyyətsizdisə, Allahın varlığını inkar etmək üçün, harada pis kanal, qaranlıq kanal vardırsa, ona girməyə çalışar. Sitatlar
İnsan səmimiyyətsizdisə inkarçıları axtarar. Kitablarda, internetdə, orda-burda axtarar. İnkar edən insanları tapmağa çalışar. İnkar edənlərə heyranlıq duyar. Əvvəllər inkar edən dostlarını unuda bilməz. Onlarla xoşbəxt olmaq düşüncəsində olar. Sitatlar
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar. Sitatlar
Səmimi olmaq zövqlüdür. Bədən üçün xeyli şəfadır. Səmimiyyət insana fərahlıq verər. İnsan səmimi olmasa sıxılar, yəni ağlı kütləşər, sıxıntıya qapılar. Səmimi olduğu zaman rahat olar. Sitatlar
İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir. Sitatlar
Hazırda müsəlmanların etdiyi təbliğ üsulunda məlumat kafi deyil, mədəniyyət kafi deyil, müasirlik qəti kafi deyil. Bunlarla olmaz. Dərin iman, dərin səmimiyyət, dərin ağılla olar. Ən təsirlisi budur. Sitatlar
İmam Mehdi (ə.s)-ın mədrəsə təhsili yoxdur. Bir alimə, hocaya bağlı deyil. İmanıyla, səmimiyyətiylə təsir göstərəcək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur