logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 may 2016

avatar

Adnan Oktar

İnsanlar Allaha qarşı dürüst olmasalar Allahın rahatlıq verməyəcəyi bəllidir. Allaha müqavimət göstərirlər, müqavimət göstərdikcə də Allah əzir. Halbuki Allaha müqavimət göstərməsələr Allah əzməz, çox rahat olarlar. Bəziləri özlərini çox ağıllı zənn edir. Haşa Allahla döyüşdüyünü zənn edir. Halbuki Allah üçün onlar heç nədir.
A9 TV; 22 may 2016
1250
avatar

Adnan Oktar

Türkiyə sağlam düşüncəli, ağıllı insanların olduğu bir ölkədir. Dünyaya sevgini, mərhəməti öyrədəcək bir şəfqət müəllimidir millətimiz. Dostluq, qardaşlıq, yoldaşlıq müəllimidir. Bizim adət və ənənələrimiz də gözəldir. Sevgimiz də gözəldir. Dünyanın ruhunu boşaltdılar, Türkiyə mehdiyyət liderliyində bu ruhu dolduracaq.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Anadolu Nuhun gəmisi kimidir. Kasıb, fağırlar, qəriblər, əzilənlər, döyüşdən qaçanlar həmişə Türkiyəyə sığınırlar, eynilə Nuhun gəmisi kimi. Bütün dünyanın fağırları, məzlumları, kömək istəyənlər Türkiyəyə sığınırlar.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Türkiyə yavaş-yavaş Nuhun gəmisi kimi mənzilinə doğru gedir. Qar, qar fırtınası, dalğalar gəmiyə təsir etməz.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytan sıravi müsəlmanı əzə bilər, lakin çox güclü imanlı olduğu zaman ondan çox qorxar. Ona ordularını göndərər, nəsə etməyə çalışar, lakin heç təsiri olmaz. "İman gətirən bəndələrim üstündə sənin təsirin yoxdur" deyir Allah.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytanla vuruşmaq iman əhli üçün çox asandır. Çünki iman əhli metafizik bir varlıqdır. Həqiqi iman gətirənlər, layiqincə iman gətirənlər metafizikdirlər. Şeytanın ən qorxduğu insanlardır. Həqiqətən imanlı insanlar mələk kimidirlər.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

Şeytanın insanları tanıma xüsusiyyəti var. Zəkalıdır, lakin zəifdir, xəstə, qürurlu, psixopat, özünü bəyənmiş, dəyişkən, cəmiyyət mikrobu tipləri şeytan tanıyar, gedib seçər. Aralarında əlaqə də yaradar.
A9 TV; 22 may 2016
avatar

Adnan Oktar

İnsan cəhənnəmə əzabını özü gətirir. Özünü yandıracaq əzabı ora özü gətirir. Dünyadakı bütün sıxıntısı onunla birlikdə ora gedir. O sıxılma, qorxma, narahat olma, əzab çəkmə xüsusiyyətini. Allah bunu cənnətdə möminlərin üstündən qaldırır, lakin küfrün üstündən qaldırmır. Öz oduyla ora gedir. O öz oduyla orada yanır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cəhənnəm hər cür sıxıntının, narahatlığın yaşandığı yerdir. Allah qəlblərə qədər qalxan oddan bəhs edir. Mənəvi əzab çoxdur cəhənnəmdə.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Möminlər cənnətdə ən çox Allahın təcəllisini görməkdən həzz alırlar. Heyrətamiz sevinc yaranır. Allah salam verdiyi zaman, möminlər zövqdən özlərini itirirlər.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnətdə hər kəs gözəl əxlaqlıdır. Kin, qəzəb qətiyyən yoxdur. Qorxu yoxdur. Narahatlıq yoxdur, kədərlənmə yoxdur. Bunlar dünyada xüsusi olaraq verilib.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət sevgi yurdudur. Allah möminlərə, möminlər də Allaha sevgilərini ifadə edirlər. Allah möminləri sevdiyini söyləyir, möminlər də Allahı sevdiklərini söyləyirlər.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət sonsuza qədər bitməyən ziyafət yeridir. Sonsuza qədər xəstəlik, dərd, sıxıntı, heç nə yoxdur. Yuxu yoxdur, yorğunluq yoxdur. İstədiyin kimi gəzərsən. Təbii ki, Allahı yada salmaq vardır. Həmişə Allaha şükür etmək, Allahı yada salmaq vardır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnətdə dünyadakı bütün texniki cihazların ən təkmilləşmişi, ən mükəmməli var. Allah bunları da eyni sistemlə yaradır. Avtomobil, qayıq, təyyarə, hamısı var. İstəyən avtomobil yarışı keçirər, istəyən qayıq yarışı keçirər. Yəni insanların xoşladığı hər şey cənnətdə var.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

İnsanlar cənnəti çox uzaqda zənn edirlər. Halbuki cənnət bir addımla keçiləcək qədər yaxındır.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Cənnət dünyanın daha mükəmməli, daha düzgünüdür. Çox yad olacağımız bir yer deyil.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Hüceyrə barəsində məlumatı olmayan bəzi insanlar təkamülün ola biləcəyini düşünür. Halbuki hüceyrəni, zülalın quruluşunu nəzərdən keçirsə, təkamülün texniki cəhətdən qeyri-mümkün olduğunu görər.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Canlılar çox düzgün, diqqətli yaradılıb. Təkamül texniki cəhətdən qeyri-mümkündür. Mövcud olan hər şeydə ağlasığmaz riyazi mühəndislik var. Hüceyrədə, xromosomda nəfəs kəsən nizam var. Təsadüf belə şey edə bilməz.
A9 TV; 20 may 2016
avatar

Adnan Oktar

Əgər insan münafiq, şirk, xəstəlik əlamətlərini özündə axtarıb düşünmürsə cənnətlik olduğunu iddia etmiş olar. Hər birini öz üstündə düşünməlidir.
A9 TV; 19 may 2016
avatar

Adnan Oktar

Müsəlman əgər; "münafiqlərlə əlaqəli ayələr mənə xitab etmir" desə, harama girər. Oradakı ayələr bütün müsəlmanlara xitab edər. Münafiq onsuz da buna inanmır ki, ona təsir etsin. Mömin bundan təsirlənməlidir. Buna görə də, çoxsaylı münafiq ayələrini oxuyarkən müsəlman öz üstünə götürərək oxumalıdır.
A9 TV; 19 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Hazırda müsəlmanların etdiyi təbliğ üsulunda məlumat kafi deyil, mədəniyyət kafi deyil, müasirlik qəti kafi deyil. Bunlarla olmaz. Dərin iman, dərin səmimiyyət, dərin ağılla olar. Ən təsirlisi budur. Sitatlar
İmam Mehdi (ə.s)-ın mədrəsə təhsili yoxdur. Bir alimə, hocaya bağlı deyil. İmanıyla, səmimiyyətiylə təsir göstərəcək. Sitatlar
Dərin imanlı çox az sayı olan bir cəmiyyət olsa, İslam dünyaya dərhal hakim olar. Bütün məsələ dərin imandadır. Allah insanların səyindən asılı etmir, insanların imanından, səmimiyyətindən asılı edir. Sitatlar
İslamın hakim olmasını istəyən, çox dərin imanlı olmalıdır. Çox ixlaslı və səmimi olmalıdır, heyrətamiz dərəcədə dərinləşməlidir. Allahın onu izlədiyini bilməlidir. Allahın hadisələri necə meydana gətirdiyini də izləməlidir. Sitatlar
Səmimiyyət çox mühümdür. Yoxsa səhərə kimi də danışarıq, heç nə olmaz. İxlasla izah edilən on dəqiqəlik bir izahat bütün dünyanı sarsıdar. Sitatlar
İman, dərin iman bütün məsələ budur. Yoxsa çoxbilmişlik etmək, çox dünyagörüşlü olmaq, səkkiz dil bilmək, bütün ziyalı dünyagörüşünü su kimi əzbərdən oxumaq, izah etmək sıfırdır. Hətta bu insanlara xoş gəlməz, qəzəbləndirər. İnsanlar hikmət insanlarını sevər, dərin insanları sevər, dərin imanlı səmimi insanları sevərlər. Sitatlar
Münafiqlik iman və səmimiyyətin qarşısında dayana bilməz. Darmadağın olar. Bu Allahın möcüzəsidir. Sitatlar
Səmimi olmaq asan deyil, çox çətindir. Səmimi olmaq, beyinin ən böyük sənətidir, vicdanın ən böyük sənətidir. Sitatlar
Səmimi olmağın xüsusi bir sirri, xüsusi bir yolu var. Allah hər kəsə bunu nəsib etməz. Bu yolu tapan, bu səmimiyyət yolunda vicdanından heç uzaqlaşmadan davam edir. Məhz buna "siratəl-müstəqim" deyilir. Sitatlar
Vicdanının səsini dinləməyən gah ora gedər, gah bura, səndələyər. Vicdanının səsini dinləyərək səmimiyyətin yolundan heç ayrılmayan bir insanı Allah həmişə qoruyar. Bütün dünya bir yerə toplansa yenə heç nə edə bilməz. Sitatlar
Anqlosaks irqinin üstünlüyünə inananlar mənasız təkəbbürlük edirlər. Üstünlük, gözəl əxlaq və səmimiyyətdən asılıdır. Hər irqin bir-birindən gözəl yönləri var. Sitatlar
Allahın istədiyi təkcə səmimi olmağındır. "Digərlərini Mən edəcəyəm" deyir Allah. Sən səmimi ol, bu qədər. Sitatlar
Həqiqi sevginin ola bilməsi üçün insanın qarşısındakının səmimiyyətini görməsi lazımdır. Səmimiyyəti görən qadın ehtirasla sevər. Sitatlar
İnsanlar informasiyanı hər yerdə tapa bilər, lakin əsil axtardıqları şey səmimiyyətdir. Buna görə möminlərin səmimiyyəti təbliğdə çox əhəmiyyətlidir. Sitatlar
Mənim və dostlarımın şüarı dürüstlük, səmimiyyət, Allahdan qorxmaq, Allahı çox sevməkdir. Sitatlar
Mənəvi təxribat dayandırılmadıqca heç bir əsas mövzuda tam çözüm yarana bilməz. Səmimi imana vəsilə olacaq bir təhsil sistemi olmalıdır. Sitatlar
Din olması üçün səmimiyyət olmalıdır. Bunun üçün də dinsizliyin fəlsəfəsi olan darvinizmə elmi yolla cavab vermək lazımdır. Sitatlar
Allah sevdası, səmimi olan və Allahı dərin eşqlə sevənlərə möcüzəvi nemət kimi yaşadar. Sitatlar
Allahı səmimi sevənlər bir-birlərini çox yaxşı qorusunlar. İngiltərə dərin dövlətinin oyunlarına qarşı Allahı səmimi sevənlər müttəfiqdir. Sitatlar
Quranı doğru təfsir etmək və Qurana tam tabe olmaq üçün ərəbcə bilmək şərt deyil. Ərəbcə bilmək şərt olsaydı, milyonlarla ərəb ən yaxşısı olardı. Mühüm olan səmimi və dərin imandır. Bu da iman həqiqətləriylə, qəlb və ağlın imanı ilə mümkündür. Sitatlar
Qadınlar çox ağıllı olduqları üçün qarşılarındakı insanın səmimiyyətsizliyini, ağıl zəifliyini dərhal görürlər. Ağlı zəif bir insanın ağıllı kimi davrandığını zənn etməsi, qarşısındakını aldatdığını zənn etməsi qadınları daha da hirsləndirər. Demək olar ki, sevəcək birini tapa bilmirlər. Rola girmədən, maska taxmadan, oyun oynamadan yanlarında bir üzlü kimsə olmur. Ömür boyu tənha, sevgisiz yaşayırlar. Sitatlar
Mehdinin etdiyi təbliğ insanların qəlbinin ən dərinliyinə işləyəcək, səmimi imana vəsilə olacaq inşaAllah. Sitatlar
Səmimi olmaq zövqlüdür. Bədən üçün xeyli şəfadır. Səmimiyyət insana fərahlıq verər. İnsan səmimi olmasa sıxılar, yəni ağlı kütləşər, sıxıntıya qapılar. Səmimi olduğu zaman rahat olar. Sitatlar
Ən mühüm olan səmimiyyətdir. Allah səmimi qulların xilas olacağını bildirmişdir. Sitatlar
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur