logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 1 iyun 2015

avatar

Adnan Oktar

Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.
A9 TV; 1 iyun 2015
2198
avatar

Adnan Oktar

Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İsrail nəslinə yersiz və ağılsız şəkildə nifrət edirlər. Halbuki bu bəla gətirər, uğursuzluq gətirər. Sən Quranın əlaqədar ayələrinə hücum etmiş olursan. Ağlını başına yığ. İsrail oğullarının hamısı müqəddəs deyil; amma sən təmiz və günahsız, mömin, müttəqi olanları da qarşına almış olursan. Peyğəmbər nəslini qarşına almış olursan. Onda Allah bəla verər, ağlını başına yığ.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər, istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Xristianlar; "Allah Özünə övlad götürdü!" deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: "Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər" deyir. Belə olduqda xristian da müsəlman olar.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlinə məhv edər. Bunda da gizlənmiş bir sevgi var.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Kandil işğal altındadır, adamlar oradan polis bölməsi kimi istifadə edirlər. Əsgərləri, polisləri, müsəlmanları vurub şəhid edirlər. Türkiyə həm İran, həm də İraq hökumətiylə razılığa gəlib, Kandilə daxil olmalıdır. Oradakı mağaraların hamısını qanuni şəkildə təmizləməlidir. Bir dəfə mühasirəyə alsalar, üç aylıq mühasirədən sonra orada heç kim qalmaz.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Günəş ilə kölgə fövqəladə qanunlarla bir-biriylə əlaqəlidir. Allahın qanunları bir-biriylə əlaqəlidir. Günəşin işığı yoxdur, xarici aləmdə işıq yoxdur, zülmət qaranlıqdır. Buna görə, kölgə də yoxdur. Kölgə və işıq ayrı-ayrılıqda beyinin içində yaradılır. Rənglər bir-bir beyinin içində yaradılır. Xarici aləmdə rəng də yoxdur. Sarı, qırmızı, yaşıl; bütün rənglər beyində xüsusi olaraq yaradılır.
A9 TV; 29 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahı sevmək həm zövqlü, həm bərəkətli, həm də qəlbə rahatlıq, hüzur verən bir şeydir.   Eləcə də tezliklə bərəkət gəldiyi görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü   göstərər. Sitatlar
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı   sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de.   Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq,   inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir   sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır. Sitatlar
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır. Sitatlar
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar. Sitatlar
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir. Sitatlar
"Rəhman və Rəhim", sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir. Sitatlar
Ey Rəbbim sənə şükürlər olsun, sənə təşəkkür edirəm, nə deməkdir? Səni çox sevirəm deməkdir, Sənə olan sevgimi dilə gətirirəm deyir, xoşbəxtəm deyir. Xoşbəxtəm nə deməkdir? Sevdiyim üçün xoşbəxtəm deməkdir. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. "Ey Rəbbim məni şəhid etməni istəyirəm" deyə səmimi, qəlbən niyyət etməlidir. Sitatlar
Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? "Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm" deyir. "Canım Sənin olsun" deyir. "Mən də Səninəm" deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar. Sitatlar
Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var. Sitatlar
Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir. Sitatlar
Düşməndən qorxmaq, hər hansı bir şeydən qorxmaq, Allahı sevməməyin əlamətidir, ondan uzaq olmağın əlamətidir. Sitatlar
Allahı sevməyə qərar verən insanın baxışı açılır. Beynindəki məlumat axımı artır. Mühakimə qabiliyyətinə sahib olur. Sitatlar
Ağlamaq müşriklərin ümumi xüsusiyyətidir. Özlərini ağlayan, zırıldayan belə həssas, mərhəmətli, kədərlənən insanlar kimi göstərirlər və beləliklə, yolları da açılar. Halbuki insan Allah qorxusundan, Allah sevgisindən ötrü ağlayar; amma bunlar müşrik ruhuyla, göstəriş üçün, oyun və taktikaları üçün ağlayarlar. Sitatlar
Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya   səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz   şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı   ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm”   de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb   qudurursan? Niyə özünü alçaldırsan? Sitatlar
Sevgini Allaha yönəltməlisən. Sevgini birbaşa uşağa yönəldir. "Ey Rəbbim necə də   gözəl yaratmısan" demir. "Necə də gözəl təcəlli edirsən" demir. Belə olduqda da, Allah   bəla verir. Min cür əzab verir. Allah, ya onun uşağını əlindən alır, ya özünə bir xəstəlik   verir, ya qəlbinə bir sıxıntı verir, ya da bütün bərəkətini qaçırır. "Ey Rəbbim Sənə həmd   olsun" de, "necə də gözəl yaratdın" de. "Sənin təcəllindir" de. Sitatlar
Allah dərindən sevilmək istəyir. Allah Özünə dərindən diqqət yetirilməsini istəyir.   Məsələn; "Mənə həmd edin, şükür edin, bol-bol təqdis edin" deyir. Allahın məqsədi, Özü   ilə həmişə əlaqə saxlanılmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma həddindən   artıq sevilməyi sevir və bu Allahın haqqıdır. Çünki O hər şeyin, bütün gözəlliklərin   sahibidir. Sitatlar
İnsan Allahı sevmədikdən sonra cənnətdə olsa nə fərqi var, olmasa nə fərqi var. Mömin   Allahı sevdiyi üçün cənnətdən zövq alır. Sitatlar
Sevilmək Allahın haqqıdır. Hər şeyin sahibi Odur, hər şeyi O yaradır. İnsan Allahı   unudur, öz kefinə baxır. Sitatlar
Allah Özünün həddindən artıq sevilməsini istəyir. Allah insanların, Ona diqqət   göstərməməsini heç xoşlamır. Yəni Allah bunu sevmir. Onun üçün belə intiqam alır.   İslam aləminin məhv edilməsinin səbəbi də budur. Sitatlar
Allah Özünün sevilməsini əhəmiyyətli hesab edir. Allahın hədəfi bizim cənnətin   yeməklərini, ballarını sevməyimiz deyil. Allah Özünün sevilməsini ən mühüm məsələ   kimi görür. O balı, cənnət gözəlliklərini Onun təcəllisi olaraq sevməyimizi istəyir.   Nemətləri müstəqil surətdə sevməyimizə icazə verməz. Onsuz da zövq də ala bilmərik. Sitatlar
İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər. Sitatlar
Allah tənha qalmaq istəmir. Allah Özünə aşiq olunmasını istəyir. Sevməyi də sevir, sevilməyi də sevir, gözəlliyi də sevir. Sitatlar
Allah dəli eşq istəyir. Allah sevgi mövzusunda çox həssasdır. Allahda tam aşiq təcəllisi var. Eşqinə xəyanət edəni məhv edər. Amma eşqinə eşqlə cavab verəni də sonsuza qədər eşqlə sevər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur