logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 30 sentyabr 2015

avatar

Adnan Oktar

Allahı hər yerdə yada salarsan. Həyatla din iç-içədir. Vanna otağında olarkən, yemək yeyərkən, hər yerdə Allah xatırlanar və hər vəziyyətdə. Allahın xatırlanmadığı heç bir an və heç bir yer yoxdur. Sən Quranla iç-içə rahat yaşaya biləcəyini görəcəksən, Quranı rahatlıqla oxuya biləcəyini görəcəksən. Quran sənin yanında olacaq, başının yanında olacaq, yatarkən də Allahı yada salacaqsan.
A9 TV; 30 sentyabr 2015
731
avatar

Adnan Oktar

PYD-ni dəstəklədiyin təqdirdə Öcalanı, Öcalanın qurduğu bütün kommunist təşkilatları PJAK-ı, YPG-ni və PKK-nı, bütün bunların hamısını dəstəkləmiş olarsan. Bunlar onsuz da bir bütün. Yəni PKK-nın ətrafında ən azı 20 təşkilat toplanmışdır, bunların hamısı PKK-lıdır. Sən bunlardan birinə dəstək versən PKK-ya dəstək vermiş olarsan. Birini qanuniləşdirdiyin vaxt, hamısını qanuniləşdirmiş olarsan.
A9 TV; 30 sentyabr 2015
avatar

Adnan Oktar

Avropa İttifaqı istədiyi qədər üstün görməyə çalışsın, muxtariyyət Türkiyə üçün təhlükədirmi? Təhlükədir. O zaman qəbul etməzsən. Vətənin ali mənfəətləri, millətin ali mənfəətləri əsasdır. Avropa İttifaqının istəkləri bizi maraqlandırmaz. Muxtariyyətin Türkiyəni parçalayacağı açıq həqiqətdir.
A9 TV; 30 sentyabr 2015
avatar

Adnan Oktar

Nəciblik əhəmiyyətli məsələdir. İnsanların ötəriləşdiyi mühit və ya səthi insan, digərlərini narahat edər. Alçaq insan çox zəhlətökəndir. Nəcib insan çox qaneedicidir, nəcib insandan zərər gəlməz. Hətta xalq arasında: "Nəcib yolunu azmaz, bal iy verməz" deyərlər, bu məşhur ata sözüdür. Lakin alçaq, səthi insandan hər şey gözləmək mümkündür. Yaltaqlıq edər, öz mənfəətini güdər, eqoistlik edər. Amma nəcib insan buna tənəzzül etməz.
A9 TV; 30 sentyabr 2015
avatar

Adnan Oktar

Bütün dünyanı ağlasığmaz bir vəhşilik, dəhşət bürüdü. İmam Mehdi (ə.s)-ın zühuru vacib oldu. Allah, İsa Məsihi zahir etsin. İmam Mehdisini zahir etsin. Vaxt get-gedə yaxınlaşır. 2015-ci ildə zühur etməyəcək. 2016-cı ildə də zühur etməyəcək. 2017, 2019-2021-ci illər, bunlar həssas tarixlərdir.
A9 TV; 28 sentyabr 2015
avatar

Adnan Oktar

Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən.
A9 TV; 26 sentyabr 2015
avatar

Adnan Oktar

Münafiq mömin cəmiyyətin kiridir. Necə ki, mömin yuyunduqda kir ondan gedir, duş qəbul etdikdən sonra tərtəmiz olur. Sabunla yuyursan kir gedir, sağlam olursan. Sən: "Niyə murdarlıq yox olub gedir?" deyirsən. Mömin təmizdir, murdar yaşamaz. Murdarlığı yuyar, murdarlıq gedər, münafiq gedər, geriyə nur kimi möminlər qalar.
A9 TV; 25 sentyabr 2015
avatar

Adnan Oktar

Dövlət xərçəng xəstəsi olan kasıb ailələrə ciddi pul yardımı göstərsin. Xəstənin dərmanları və baxımı da pulsuz olsun. Yazıqdır, günahdır. Heç kəs: "Mənə nə dəxli var, onsuz da mən xəstə deyiləm, məni maraqlandırmaz" deməməlidir.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər.
A9 TV; 23 sentyabr 2015
avatar

Adnan Oktar

Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər.
A9 TV; 23 sentyabr 2015
avatar

Adnan Oktar

İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər.
A9 TV; 21 sentyabr 2015
avatar

Adnan Oktar

Taledə Türkiyənin bölünməsi yoxdur. Bunu deyim ki, əgər pərgar Türkiyənin üstündə fırlanmış olsaydı Türkiyə parçalanardı, heç kim də bunun qarşısını ala bilməzdi, Allahın icazəsi ilə. Amma belə şey yoxdur. Buna görə, PKK boşuna tərs-düz salto edir, havalarda uçur. Onsuzda taledə onların həlak olacağı yazılmışdır. Həlak olacaqlar, PKK həlak olacaq.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

"Dünyada əziyyətlər var, əzablar var" deyir. Sən Allaha tam təvəkkül et və baxaq görək əzab çəkəcəksənmi? Allah əzab çəkməyin nə olduğunu bilər, lakin əzab çəkməz. İnsan da əzabın nə olduğunu bilər, lakin tam təvəkkül etsə, əzab çəkməz. Bu sirr, tam təvəkkülün sirri tapılmalıdır.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

PKK bir anda yox olacaq bir şey deyil, çünki ideologiyasının təməli dövlətin çap etdirdiyi dərsliklərdə elmi həqiqətmiş kimi izah edilir. Onsuz da dövlət darvinist-materialist sistemi müdafiə edir. Buna görə, darvinist-materialist təhsil verilməyə davam etdikcə bu vəba xəstəliyi də davam edəcək.
A9 TV; 19 sentyabr 2015
avatar

Adnan Oktar

Əvvəlcə PKK deyilən bir xəstəlik olmalıdır ki, milli oyanış olsun, bu olmasa tam olmaz. Yəni firon olmasa Musa olmur. Nəmrud olmasa İbrahim olmur. Dəccal olmasa da Mehdi olmur.
A9 TV; 19 sentyabr 2015
avatar

Adnan Oktar

İslam dərin imandır, Allahı çox sevməkdir. Allahı sevdirə bilirsənmi? Yox. Bəs özün sevirsənmi? Heç sevənə bənzəmirsən. Allahdan qorxmaq və Allahı çox sevmək, bu təmin edilməlidir. Bunu təmin etdikdən sonra dinin aydın olmayacaq bir tərəfi yoxdur. Çox bilmiş kimi, böyük-böyük danışmağa ehtiyac yoxdur.
A9 TV; 18 sentyabr 2015
avatar

Adnan Oktar

Bu axan görünüşdə, bu filmdə mehdiyyət hakim olur. Filmin sonu belədir. İsa Məsih (ə.s) zühur edir, hz. Mehdi (ə.s) zühur edir, PKK yox olur, kommunizm yox olur, darvinizm yox olur. İnsanlar hazırda yerlərində dura bilmirlər, belə olmalıdır. Amma mehdiyyətin heyrətamiz yollardan müvəffəqiyyət qazandığını görəcəklər.
A9 TV; 18 sentyabr 2015
avatar

Adnan Oktar

Çox mürəkkəb kimi görünür, lakin gizlicə həm mehdiyyət, həm də məsihiyyət inkişaf edir. Nə İsa Məsih (ə.s)-ın mənəvi övladlarıyla, tələbələriylə mübarizə apara bilərlər, nə də hz. Mehdi (ə.s) ilə. Tale bu cürdür. Bu görünüşü dəyişdirə bilməzlər.
A9 TV; 18 sentyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mason lojalarının heç birində Quran yox idi. Mən bu lojaların hamısına Qurani-Kərim qoyulmasını təmin etdim, Allah məni vəsilə etdi. Sitatlar
Quranla iç-içə yaşamaq üçün, O hər yerdə olmalıdır. Yanında olmalıdır, masanın üstündə olmalıdır, başının üstündə olmalıdır. Qurana çörək kimi, su kimi sarılmalısan. Sitatlar
Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur. Sitatlar
İnsanların cəmiyyət halında yaşaya bilməsi üçün gözəl əxlaq lazımdır. Gözəl əxlaqın mənbəyi də Qurandır. Cəmiyyətlər yalnız Qurandakı bəşəri gözəl hökmlər tətbiq edildikdə normal yaşaya bilir. Sitatlar
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən. Sitatlar
Möminlərdən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Qurandan uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. İslam hərəkətindən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Sitatlar
Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar. Sitatlar
İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir. Sitatlar
Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək. Sitatlar
Bəziləri din deyildikdə qəribə romantizmə və ruh halına bürünürlər. Allah ağıllı rəftarla zikr edilməlidir. Sitatlar
Allahı zikr etməkdə zəiflik göstərmək haramdır. Bütün İslam aləminin başında bu bəla   var. Təbliğə ehtiyac duymurlar. "Onsuz da Diyanət İşləri Nazirliyi bunu edir, biz niyə   edək?" deyirlər. Təbliğ bütün müsəlmanlar üçün fərzdir. Sitatlar
Amerika Allahı çox zikr edirdi, baxın, çox varlı idi. Allahı az zikr etdikləri vaxt sürünməyə   başladılar. Rusiya Allahı az zikr edirdi, sürünürdü. Allahı bir qədər çox zikr etməyə   başladılar, Allah da bir qədər rahatlıq verdi. Sitatlar
Allahı zikr etməyənlərin, Allahdan uzaq olanların qəlbində narahatlıq, gərginlik olar. Səbəbsiz qorxu, dəlisov həyəcan. Allah qəlblərinə həmişə narahatlıq verər. Sitatlar
Allah ilə əlaqəni heç vaxt kəsməmək lazımdır. Yorğunam deyib Allah tərk edilməz. Öləcəyini bilsə Allahı tərk etməməlidir. Var gücünlə Allahı zikr etməlisən. Sitatlar
Kiçicik görünən bir cəhd belə Allah qatında çox qiymətlidir. Tək kəlmə ilə Allahın xatırlanması bərəkət gətirər, bəlanı dəf edər, fərahlıq gətirər. Sitatlar
Allahı unutmuş insanlarda, zövq gücü Allah tərəfindən qısa müddətdə əlindən alınar. "Əvvəlki kimi əylənə bilmirəm" deyir. "Əvvəlki kimi musiqidən zövq ala bilmirəm. Mənə bir şey oldu" deyir. Səndə bir möcüzə oldu əslində. "Bezdim yəqin ondandır" deyir. Sevgidən, gözəllikdən bezmək olmaz. Sənə bəla gəldi. Allaha sığın. Sitatlar
Çox böyük bir kütlə bəzən Allahı unutmuş ola bilər. Onları həqiqiymiş kimi görüb ondan təsirlənməyəcəksən. Allah onu sənə elə göstərə bilər. Məsələn, diskotekaya, klublara getsən Allahdan heç bir söz bəhs etməyənlər çıxa bilər. Deməli, "insanlar belədir. Dünya belədir. Məndə də bir qəribə hal varmı" deməyəcəksən. Sən doğru yoldasan, onlar səhv yoldadırlar. Sitatlar
Namaz qılarkən, dəstəmaz alarkən, təvəkkül edərkən, Allahı xatırlayarkən, Quran oxuyarkən xoşbəxt olarsan, fikrin açılar, çünki zəif varlıqsan. Allah səni buna ehtiyacın olacaq şəkildə yaratmışdır. Bu gözəllikləri yaşamasan boğularsan. Bunlar suda boğulmağın qarşısını alan, can qurtaran nemətlərdir. Sitatlar
Müsəlmanların böyük bir hissəsinin bəsirət və fərasətləri bağlanıb. Evlərində oturub zikr edirlər. On min zikr edərkən orada 70 uşağı qətl edirlər. Onları qoruyacaq, qurtaracaq zikr et. Sitatlar
Çox təkrar etmək ürəyi rahatlaşdırar, təkrar gözəldir. Allah təkrar-təkrar xatırlanar, sevgi təkrar-təkrar deyilər. Allahı xatırlamaqdan, gözəllikləri söyləməkdən bezmək olmaz. Sitatlar
ALLAHI DAİMİ OLARAQ ÜRƏYİNDƏ TUTMAQ ZİKRDİR. Zikr bəzən səhv anlaşıla bilər, zikrin təkcə "Allah Allah" demək olduğunu zənn edirlər. ALLAHI XƏYALINDA, AĞILINDA TUTMAQ, ALLAHI SEVDİYİNİ BİLMƏK, ONUN ŞÜURUNDA OLMAQ, DAVAMLI OLARAQ ALLAHI ÜRƏYİNDƏN KEÇİRMƏK ZİKRDİR. Sitatlar
PYD-ni dəstəklədiyin təqdirdə Öcalanı, Öcalanın qurduğu bütün kommunist təşkilatları PJAK-ı, YPG-ni və PKK-nı, bütün bunların hamısını dəstəkləmiş olarsan. Bunlar onsuz da bir bütün. Yəni PKK-nın ətrafında ən azı 20 təşkilat toplanmışdır, bunların hamısı PKK-lıdır. Sən bunlardan birinə dəstək versən PKK-ya dəstək vermiş olarsan. Birini qanuniləşdirdiyin vaxt, hamısını qanuniləşdirmiş olarsan. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur