logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 oktyabr 2015

avatar

Adnan Oktar

İnsanların cəmiyyət halında yaşaya bilməsi üçün gözəl əxlaq lazımdır. Gözəl əxlaqın mənbəyi də Qurandır. Cəmiyyətlər yalnız Qurandakı bəşəri gözəl hökmlər tətbiq edildikdə normal yaşaya bilir.
A9 TV; 14 oktyabr 2015
1543
avatar

Adnan Oktar

Qadınlar dünyanın ən gözəl bəzəyidir, onlardan üstün bəzək yoxdur və onlardan üstün nemət də yoxdur. Allah onları olduqca gözəl, zərif, gözəl xasiyyətli və nemət olaraq yaratmışdır.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Hansı ölkədəki ki, Qadına təzyiq, zülm varsa həmin ölkə süqut edər. Allah bunu xoşlamaz, Allah qullarına zülm edilən yeri yox edər.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Təbliğ etdiyin insan iman etmədikdə sənin mövqeyin daha da yüksəlir. O az, sənsə çox həyəcanlısansa, sənin mövqeyin daha da yüksəlir. Sən heç nə itirməzsən.
A9 TV; 13 oktyabr 2015
avatar

Adnan Oktar

Möminlər qardaş/bacıdırlar. Allah: "Möminlər bir-birlərinin vəliləridir" deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: "Bir-birlərinin vəliləridir", yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Kim olursa olsun cənazəyə hörmət göstərmək lazımdır. Cənazə alçaldılmaz, artıq həmin insan ölmüşdür, ruhu getmiş, əti sümüyü qalmışdır, o da çürüyəcək. Kim olursa olsun belə etmək olmaz.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sevgisi insanlara rahatlıq verər. Gecə-gündüz Allah sevgisindən danışılan ölkə bərəkət və bolluqla dolar, həyatları cənnət olar. Başqa cür etdikdə çox sıxılarlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; "Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın". PKK bu imici verməyə çalışır.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, "Allahın etdiyini bəyənmirəm" deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər.
A9 TV; 11 oktyabr 2015
avatar

Adnan Oktar

Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: "Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz" deyir. Allah: "O zaman Mən sizi daha çox sevərəm" deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah: "Mənə olan eşqinizi görmək istəyirəm" deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: "Mən bu barədə danışmaq istəmirəm" deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Türkiyə İslam Birliyinin qalası olduğu üçün, Türkiyənin bölünməsinə icazə verəcək hər şeyə çox kəskin reaksiya verilməlidir. Millətin bütövlüyünü təmin etmək çox əhəmiyyətlidir.
A9 TV; 5 oktyabr 2015
avatar

Adnan Oktar

Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.
A9 TV; 3 oktyabr 2015
avatar

Adnan Oktar

PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: "Mənə dəxli yoxdur" deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.
A9 TV; 3 oktyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur. Sitatlar
Quranla iç-içə yaşamaq üçün, O hər yerdə olmalıdır. Yanında olmalıdır, masanın üstündə olmalıdır, başının üstündə olmalıdır. Qurana çörək kimi, su kimi sarılmalısan. Sitatlar
Allahı hər yerdə yada salarsan. Həyatla din iç-içədir. Vanna otağında olarkən, yemək yeyərkən, hər yerdə Allah xatırlanar və hər vəziyyətdə. Allahın xatırlanmadığı heç bir an və heç bir yer yoxdur. Sən Quranla iç-içə rahat yaşaya biləcəyini görəcəksən, Quranı rahatlıqla oxuya biləcəyini görəcəksən. Quran sənin yanında olacaq, başının yanında olacaq, yatarkən də Allahı yada salacaqsan. Sitatlar
Mason lojalarının heç birində Quran yox idi. Mən bu lojaların hamısına Qurani-Kərim qoyulmasını təmin etdim, Allah məni vəsilə etdi. Sitatlar
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən. Sitatlar
Möminlərdən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Qurandan uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. İslam hərəkətindən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Sitatlar
Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar. Sitatlar
İnsanların topluluq halında xoşbəxt yaşamaları üçün lazım olan ən ağıllı və ən mükəmməl tənzimləmə yolu Quranda mövcuddur. Sitatlar
Bütün Quran ayələrinə baxın, hamısına sevgi hakimdir. Quran sevgiyə zəmin hazırlayır. Quran, Allah qorxusuyla, Allah sevgisiylə, cəhənnəm qorxusu ilə sevgini çox sağlam təməl üzərinə oturdur. Sitatlar
Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir. Sitatlar
Quran oxunduqda insan tam olaraq ağıllı olur. Ağıl kitabıdır Quran. Beyində ağılın yaranmasına səbəb olan nurdur. Normalda beyində ağıl yaranmır. Təkcə zəka yaranır. Quranla beyin əlaqəyə keçdikdə ağıl yaranır. Ağılın bundan başqa yolla yaranması qeyri-mümkündür. Təkcə zəka artar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək. Sitatlar
Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır. Sitatlar
Müsəlmanın Tövrat və ya İncildən tamamilə xəbərsiz olması çox qəribə olar. Allah Quranda Tövratdan və İncildən bəhs edir. Sanki bir əfsanədən bəhs edilirmiş kimi, davransan olmaz. O, mövcud olan bir Kitabdır. Təhrif olmuş hissələrinə əməl etməməlisən. Sitatlar
İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar. Sitatlar
Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir Sitatlar
Qurandakı hikmətlər əhəmiyyətlidir. Onları görməyə çalışmalısan. Yoxsa istəsən 10   dəqiqədə çoxlu ayə oxuya bilərsən. Sürətlə oxuya bilərsən. Amma Quran, aramla və   düşünülərək, mənaları açılaraq, hikməti getdikcə aydınlaşaraq oxunulmalı olan Kitabdır. Sitatlar
Qurandakı hikmətlərin anlaşılması üçün, Onun aramla, başa düşülərək və yavaş-yavaş   oxunması vacibdir. Sitatlar
Dünyadakı bütün dövlət xadimləri Qurana tabe olmalıdır. Məqbul və ağlabatan olması   üçün. Baxın ölkələrə, gördüyünüz kimi bəziləri çevriliş həyata keçirir, bəziləri də   insanları aparıb asır. Böyük hissəsi nizamsızdır. Xalqlara zülm verirlər. Sitatlar
Quranı əvvəldən axıra qədər oxuyub, hökmlərini diqqətlə tətbiq edən insan çox ağıllı   olar. Çox hərtərəfli olar, çox ağıllı şəkildə danışar. Sitatlar
Quran həmçinin ağlın kitabıdır. Həm sevginin, həm də ağlın kitabıdır. İnsan Qurana tabe   olduğu təqdirdə ağıllı olar. Məqbul, nizamlı olar. Sitatlar
Quranda şiəlik vardır? Quranda sünnilik vardır? Haradan çıxarırsınız? Quranda   Vəhhabilik vardır? Bir Quran, bir İslam dini var. Hamımızın adı da müsəlmandır. Sitatlar
Quranda tələb olunan şeylər çox azdır. Namaz çox qısa şəkildə izah olunmuşdur, oruc   qısa şəkildə izah olunmuşdur, zəkat qısa şəkildə izah olunmuşdur. Mərhəmətli olun,   şəfqətli olun, yalan danışmayın, dürüst olun. Yaxşı niyyətli olun, bir-birinizi sevin. Allahı   çox sevin. Bir-birinizə kömək edin, mal-dövlət yığma hərisliyiniz olmasın; mal-dövlət   Allahındır. Çox qısadır. Bunlardan başqa həmişə kafirlərin törətdikləri pis əməllər, küfr   əhlinin, azğınların, dəlalət əhlinin ədəbsizlikləri və bunlara verilən cavablar vardır. Sitatlar
Qadın Quranda əziz tutulmuşdur. Qadın ayələrdə təriflənilir, ucaldılır və qorunur. "Qadın   yarımçıq varlıqdır" deyənlər, tam fərqli bir düşüncəyə sahibdirlər, bu mövzuda Qurana   tabe olmurlar. Sitatlar
İslam aləminin başındakı fəlakətlərin əsas səbəbi, Qurana tabe olunmamasıdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur