logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 aprel 2018

avatar

Adnan Oktar

Bəzi müsəlmanlar, münafiqlərlə elmi mübarizə tezliklə bitsin istəyirlər. Halbuki müsəlman üçün münafiqlə elmi mübarizə həyatidir, namaz kimi əhəmiyyətli ibadətdir. Mömin həyatı boyunca bu ibadəti yerinə yetirəcək. Hər münafiq hücumu müsəlmanlara fövqəladə hərəkət, şövq, həyəcan və əzm gətirər.
A9 TV; 20 aprel 2018
1852
avatar

Adnan Oktar

Həyatımızın tək məqsədi Allahın bizi sevməsini istəməkdir.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Harada küfrə heyran, kompleksli, Allahın gücünə inanmayan, küfrün gücünə inanan, küçə çaqqalları içində olan məxluqlar varsa münafiqlər kanalizasiya təmizləyən maşın kimi bunları seçirlər. Münafiq tör-töküntü və murdar olduğu üçün Allah onları müsəlmanların gözünün qarşısından uzaqlaşdırır. Müsəlmanları yalnız gözəlliklə təmasda saxlayır.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Dünyaya eşqi, ehtirası, sevməyi öyrənməyə gəlirik. Bu öyrəndiyimiz sevgini sonsuza qədər yaşayacağıq. Allah heç kimə qaldıra bilməyəcəyi yük, çətinlik verməyəcəyini söyləmişdir. Hər çətinlik insana dəlicəsinə ehtiras və eşqi öyrədər.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Münafiqlər hər addımı Allahın nəzarətində olan, müsəlmanlara xidmət etmək üçün yaradılmış məxluqlardır. Hər nə etsələr, nəticəsi müsəlmanlar üçün xeyir və gözəllik olur.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

İraqda, Suriyada, Liviyada, Yəməndə hər gün onlarla məzlum şəhid edilərkən, dünyanın başında bu qədər hadisə varkən, münafiq yalnız öz əyləncəsini düşünər. Bombalanan, sürgün edilən, aç buraxılan müsəlmanlar onu maraqlandırmaz. O, kinoya gedək, teatra gedək, gəzək əylənək məntiqindədir. Bu çox böyük vicdansızlıqdır. Müsəlman isə bütün həyatını İslam üçün, məzlumları qorumaq üçün həsr edər.
A9 TV; 19 aprel 2018
avatar

Adnan Oktar

Allah Qatında sonsuz gələcək və sonsuz keçmiş tək bir an içində bitmişdir. Zamanın olmadığını elm də qəbul edir. Zamanın olmaması demək, tale deməkdir. Buna görə tale elmi həqiqətdir.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

24 iyun 2018 növbədənkənar seçki keçirilməsi qərarı vətənimizə, millətimizə xeyirli olsun.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Münafiqlərin İslama, Qurana heç bir xidməti olmaz, yalnız müsəlmanların xeyirli fəaliyyətlərini dayandırmağa çalışarlar. Bunu etmələri isə ən əhəmiyyətli münafiq əlamətidir. Dinə, İslama heç bir xidməti olmayıb yalnız faydalı müsəlmanlara söz atarlar.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Quran müsəlmanlığı cənnət həyatıdır. İnsanlar Quranın gətirdiyi azadlıqları bilsələr İslama çox böyük zövqlə və istəklə yönələrlər.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Tayyib hocamdan xahiş edirik İslam Birliyi çağırışını həmişə gündəmdə saxlasın. Hal-hazırda İslam ümməti ümumi olaraq sahibsiz vəziyyətdədir. Demək olar ki, hər ölkə yalnız öz dərdindədir. Türkiyə bütün müsəlmanlara sahib çıxacaq tək ölkədir. İslam Birliyini həmişə gündəmdə saxlasaq ilk başda reaksiya verməmiş kimi görünsələr belə mütləq sonunda gözəl hadisələr olacaqdır.
A9 TV; 18 aprel 2018
avatar

Adnan Oktar

Allah Özünə həqiqətən inanan və bağlanan kəslərə zövq alacağı və sevgi duyacağı, xoşbəxt olacağı şeyləri tək-tək təqdim edir. Bunun xaricində, nə edərsə etsin, hara gedərsə getsin, kimlə olursa olsun insan xoşbəxt ola bilməz. Allahdan uzaq insana musiqi də, əyləncə də zövq vermir. Zövq aldıran, sevdirən, xoşbəxt edən Allahdır. Mən zövq alıram, əylənirəm deyəndə özünü yerlərə atsa da edə bilməz. Allahın o zövqü verməsi lazımdır.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

İnsanın həyatdan zövq almaq üçün sonsuz yaşayacağını anlaması lazımdır. Sonsuz yaşayacağına inanmayan insanın zövq alması mümkün olmaz. O insan özünü edam olunacaq məhkum kimi görür. Hökm verilmiş, hər an yox ola biləcək insan olaraq özünü görən xoşbəxt ola bilməz. Sonsuz Gücü sevən, sonsuz Gücə hörmət edən, sonsuz Güclə ağıllı dərinliklə əlaqə quran xoşbəxtliyin sirrini əldə edər. Bu insana hər cür zövqün və xoşbəxtliyin qapısı açılar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Münafiq möminlərə ən faydalı olan varlıqdır. Allah münafiqin taleyini müsəlmanlara fayda verəcək şəkildə yaratmışdır. Möminlərin gücü artar, bacarığı artar, sayı artar. Münafiq əldən düşmüş, bərəkətsizlik içində əzablı həyat yaşayarkən mömin gümrahlıq və sevinc qazanar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

İslam Birliyi, "birləşib digər ölkələri təhkim edəcəyik" deyil, birləşib dünyaya sülh, sevgi, dostluq gətirmək üçündür
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Allah kainatda hər şeyi gözəl yaradır. Dünyanın da, cənnətin də tək məqsədi sevgidir. Gözəlliyin məqsədi sevgidir. Avtomobillər, yollar, mebellər, çiçəklər, heyvanlar hamısının məqsədi sevgidir. Sevgi isə yalnız imanla olsa yaşanılar.
A9 TV; 17 aprel 2018
avatar

Adnan Oktar

Varlıq varsa eşq üçün vardır. Eşq olmadan varlığın mənası yoxdur. Hər şey Allah eşqiylə, dəlicə sevgiylə, ehtirasla mənalıdır. Eşq, dərin ağılla iç-içədir. Allahı sevən, Allahın böyüklüyünü dərk edən, dərin ehtirası yaşayar. Dərk edə bilməyənlər isə sevgisizliyin ağrısını çəkirlər.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Səmimi olanda vücudda rahatlama olar. Sükunət halı olar. Bütün əzələlər boşalar. Allah səmimi olanların xilas olacağına buna görə xüsusi diqqət çəkmişdir. O səmimiyyət içində Allahın böyüklüyünün bilinməsi əhəmiyyətlidir. Bu səmimiyyəti qazandığında çətinlik olmaz sanırlar. Çətinlik son ana qədər olar, çətinlik imtahanın gərəyidir. Bütün peyğəmbərlər çətinlik çəkmişdir.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Yuxuda da insan çox gözəl təhsil alır. Adətən qarşılaşmayacağı bir çox vəziyyəti yuxuda görür və bu vəsiləylə ruhu tam inkişaf edir.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır.
A9 TV; 16 aprel 2018
avatar

Adnan Oktar

Əhval pozulmasına heç vaxt məğlub olmamaq lazımdır. Əhvalı düzəltmək çox asandır. Əlini-üzünü yuyar, "nə edirəm mən?" deyərsən, dərhal açılarsan. Hər şeyi Allahın yaratdığını bilib, əhvalını pozmağa ehtiyac olmadığını həmən görmək lazımdır.
A9 TV; 16 aprel 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Müşavirə doğrunu tapmaq üçün çox vacibdir. Allah doğrunu insanların vicdanına mütləq vəhy edər. Müşavirədə sən vəhyi fərq etməmiş ola bilərsən, başqası fərq etmişdir, o doğrunu mütləq əldə etmiş olarsan. Müşavirə Allahın vicdana vəhy etdiyi doğrunu əldə etmək üçün çox həyati yoldur. Sitatlar
Münafiq özünü Allahdan müstəqil etmək üçün özünü üstün görər. Kiçik ağlıyla müsəlmanlara da ağıl verər. Müsəlmanların fitnəni dayandıracaq gücü olduğunu bildiyi halda o gücün fitnənin dayandırılması üçün istifadə edilməsini istəməz. Yeyin, için, gəzin, kefinizə baxın, yəni dağılın çağırışları edər. Müsəlmanlar dağılsın və İslam üçün xidmətləri dursun istəyər. Sitatlar
Münafiq heç bir zaman azad deyil. Allahdan müstəqil deyil. Münafiq, münafiqlik etməsi üçün xüsusi yaradılmış cisimdir. Allahın yazdığı hərəkətlər xaricində heç nə edə bilməz. Yeri də hazırdır, Cəhənnəmdir. Sitatlar
Harada küfrə heyran, kompleksli, Allahın gücünə inanmayan, küfrün gücünə inanan, küçə çaqqalları içində olan məxluqlar varsa münafiqlər kanalizasiya təmizləyən maşın kimi bunları seçirlər. Münafiq tör-töküntü və murdar olduğu üçün Allah onları müsəlmanların gözünün qarşısından uzaqlaşdırır. Müsəlmanları yalnız gözəlliklə təmasda saxlayır. Sitatlar
Münafiqlər hər addımı Allahın nəzarətində olan, müsəlmanlara xidmət etmək üçün yaradılmış məxluqlardır. Hər nə etsələr, nəticəsi müsəlmanlar üçün xeyir və gözəllik olur. Sitatlar
Yüksək keyfiyyəti məqsəd edən anlayış olması lazımdır. Avropadan yüksək mədəniyyət, incəsənət və keyfiyyət anlayışı olması əhəmiyyətlidir. Niyə hər kəs uşağını müsəlman ölkələrə deyil də, Avropaya oxumağa göndərir? Çünki Avropadakı keyfiyyət, incəsənət və mədəniyyət anlayışına hər kəs heyrandır. Türkiyə üçün də hədəf bu olmalıdır. Sitatlar
Türkiyə bu qədər şiddətli hücum altında ikən Tayyib hocama vəfasızlıq çox böyük vicdansızlıq olar. Tayyib hocam bu qədər xidmət etmişkən onun verdiyi əmək üzərinə gəlib oturmağı planlaşdırmaq çox çirkin əxlaqdır. Tayyib hocam min bir çətinliyin içərisindən keçərək gəldi. Kimsə yoldaşlığa dostluğa sığmayacaq vəfasızlıq etməməlidir. Türkiyənin hara çəkilsə ora gedəcək şəxslərə deyil, Tayyib hocam kimi əzmli, qərarlı xidmət edəcək insanlara ehtiyacı vardır. Sitatlar
Münafiq xüsusi yaradılan məxluqdur. Münafiqlərlə elmi mübarizə namaz kimi ibadətdir. Münafıqlə elmi mübarizə yüzlərlə ayə ilə izah edilmişdir. Bu ayələri yaşamamız üçün münafiqlər xüsusi olaraq yaradılmışdır. Sitatlar
Müsəlmanın ağlını çox səlis və diqqətli istifadə etməlidir. Dünya çox sürətlə gedilən yol kimidir. Bu yolda avtomobil istifadə etdiyini düşünərək çox ağıllı hərəkət etmək lazımdır. İradəli, ağıllı və çox diqqətli olsan heç nə olmaz. Bu avtomobili istifadə edərkən Allah ilə həmişə əlaqədə olmaq əsas şərtdir. İnsan bir şeyi özü edir sandığı anda ağıl tarazlığını itirər. Sitatlar
Allah ən çox eşqi sevər. Bütün kainat eşq, ehtiras, sevgi üzərinə qurulmuşdur. Namazın, orucun, bütün ibadətlərin məqsədi sevgidir. "Sabaha qədər namaz qıldım ayağım şişdi" deyir. Allahın istədiyi bu deyil. Allahın istədiyi könüldən Allahı sevərək namazını qılmaq, ibadətləri yerinə yetirməkdir. Sitatlar
Şeytanın təsirinə girən adam əvvəl müsəlmanlardan uzaqlaşar, küfrün içinə dalmağa başlayar. Xarakter qeyri-sabitliyi meydana gələr. Dindən uzaqlaşar, namazdan, ibadətdən uzaqlaşar. Küfrün içinə gedəndə orada da sıxılar. Həmişə dalğalanma içində olar. Şeytan bu cür tipləri çox sıxar, ömürləri pərişan keçər və bu dağınıqlıq içində ölü kimi yaşayarlar. Sitatlar
Bütün dinlərin əsas xüsusiyyəti himayəçilik sisteminin olmasıdır. Bu namaz, oruc kimi təməl hökmdür amma təəccüb doğuracaq şəkildə insanlara bunu unutdurmuşlar. Din yaşandığında hamı hər kəslə qardaş olur, hamı hər kəsin anası, atası olur. Küçədəki uşağın yeməyi, qalacağı yer, geyəcəyi paltardan bütün ümmət məsul olur. Sitatlar
Namaz insanı fərəhləndirən, qəlbini açan, gücləndirən çox böyük nemətdir. Namazı tərk etmək təxəyyül belə edilə bilməz. Sitatlar
Məscid toplantı məkanıdır, söhbət, dostluq, qardaşlıq məkanıdır. Sadəcə namaz üçün bir araya gəlinən məkan deyildir. Ehtiyacı olan olduğunda yatmaq üçün də qalmaq olar. Amma məscidləri axşam olanda bağlayırlar. Allahın evi bağlanmaz. Məscidlərin çox təmiz olması da çox əhəmiyyətlidir. Hər gələn təmizliyə kömək edəcək, süpürəcək, siləcək. Məscidlər tərtəmiz sevinc dolu məkanlar olacaq. Sitatlar
Dəstəmaz, namaz Qurana görə asandır. Namaz və dəstəmazı çətinləşdirmək şeytanın insanları namazdan uzaqlaşdırmaq üçün oyunudur. Hər məzhəb özünə görə namaza sünnələr, fərzlər əlavə edər. Biri digərini qəbul etmir. Haram və halal məsələsində belə bir-birilərinə zidd olurlar. İslamın haramları, halalları təkcə Quranla müəyyən olubdur. Namaz qılmağın, dəstəmaz almağın hər məzhəbə görə fərqli olması deyə bir şey olmaz. Qurana görə namaz, dəstəmaz dəqiqdir və asandır. Sitatlar
Əhəmiyyətli olan səmimi olaraq namazı Allaha həsr etmək və səmimi sevgi ilə Allahı zikr etmək, ucaltmaqdır. Sitatlar
Ənənəçi sistemin izah etdiyi şəkildə dəstəmaz almaq və namaz qılmaq demək olar ki, qeyri-mümkündür. Qurana görə isə həm asan, həm də zövqlüdür. Sitatlar
Dünyada insanların ən böyük problemi imansızlıq və iman zəifliyidir. Allah qorxusunun zəifliyi və dinlərin təqdim etmə yerinin bir çox yerdə qorxunc olması insanları imandan uzaqlaşdırar. Bu da fəlakət içində yaşamalarına səbəb olur. Sitatlar
Ruh beynin deyil, beyin ruhun içindədir. Ay, Günəş, kainat, evlənəndə həyat yoldaşı, iş yeri, sahib olduğu evlər, avtomobillər hamısı beynin içində meydana gələr. Beyin də ruhun içindədir. Çöldə yalnız kölgə varlıq vardır. Sitatlar
Hər problem dəf edilmiş olaraq yaradılar. İnsan Allaha güvənəcək, səbirli, sakit olacaq. İnsanlar problemlə qarşılaşanda çox vaxt təlaşlanarlar amma bir həftə sonra keçmiş olur. Bir il sonra ən böyük problem dediklərini belə xatırlamırlar. Sitatlar
Başsız olması İslam aləminin can çəkişməsinə səbəb olur. Beyni olmayan cəmiyyət yaşamaz. İslam aləmi də buna görə məhv olur. Yaxın zamanda zamanın sahibi Mehdi zahir olacaq və fəlakət ortadan qalxacaq, inşaAllah. Sitatlar
Münafiqləri ən çox narahat edən, Allahın onlara qurduğu tələdir. Münafiq möminlərə hər vəziyyətdə faydalıdır. Münafiq mömin üçün çox bərəkətli olar. Allah münafiqi möminlərin istifadəsi üçün yaradar. Münafiqin 15-20 illik inkubasiya dövrü olar. Bu dövrdə ağlı bağlıdır. İman etmədiyi halda, İslama və müsəlmanlara kinli olduğu halda, həmişə var gücüylə müsəlmanlara və İslama xidmət edər. Sonra birdən Allah münafiqin şeytani klapanını açar. Amma artıq çöküntü dövrünə keçmişdir. Çöküntü dövrünə girəndə, aslandan qaçan çöl uzunqulağı kimi kanalizasiyasına dönər. Mömin də çöküntü ilə ünsiyyətdə olmamış olar. Sitatlar
Allah Öz rizasına yönəlik hər duanı mütləq qəbul edər. Bu, çox böyük möcüzədir. Sitatlar
İslam aləminin hər yeri qan gölü içində. Tez-tez uşaqlar, qadınlar şəhid edilir. Belə bir dövrdə və şəraitdə biz öz dərdlərimizlə, gündəlik işlərimizlə vaxt keçirə bilmərik. Bir saniyə belə boş keçirə bilmərik. Sitatlar
Münafiqdə Allahı inkar şiddətlidir. Haşa, Allah ilə, din ilə, İslam ilə istehza edərlər. Dinin bütün hökmlərinə qarşıdırlar. Amma insanları aldatmaları lazım gələndə çox dindar görünüşü verməyə diqqət göstərərlər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur