logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 iyul 2013

avatar

Adnan Oktar

Cənnətdə musiqi var. Allah bunu ürəyimizə bir məmnuniyyət olaraq verir. Bütün millətimiz əylənər, oynayar, gülər, musiqi dinləyərlər. Qatı dinçiliklərə görə bu doğru deyildir. Musiqi nemətdir, tərtəmiz bir şeydir. Ruhu cilalayan, ürəyi açan möhtəşəm gözəllikdir. Quşlar, şəlalələr belə―hər yerdə musiqi vardır.
A9 TV; 18 iyul 2013
1274
avatar

Adnan Oktar

Müsəlman sarayı, ehtişamlı yerləri, keyfiyyətli yerləri də görəcək. Sənət də, elm də, estetika da, keyfiyyət də hamısı müsəlmanlarındır və həmişə də, axirətdə də müsəlmanların olacaq.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

Axirətdə insan heç nədən bezmir. Elə bir duyğu hissi qəti şəkildə yoxdur. Mömin cənnət nemətini katrilyonlarla görür, yenə bezmir.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

İnsanın ruhunda, fitrətində dərəcəsinə görə bezməyə meyl vardır. Amma mömin sevgidən, məhəbbətdən, gözəllikdən bezməz, inşaAllah. Məsələn, boş sözlərdən, boş danışmaqdan, monotonluqdan bezər. Zənginlik axtarar, yəni yenilik, gözəllik istəyər.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

Sevgidən, məhəbbətdən, Allah eşqindən bezmək olmaz. Amma bezmək hissi insanın ruhunda var. Mömin imanla bunun öhdəsindən gələ bilər. Buna görə də məsələn, adam arvadından, sevdiyindən bezir, amma mömin imanıyla bezmir. Lakin bezmək hissi insanları küfrdə çox tez bürüyər. İman gücü ilə bezmək hissi əzilər. İmanla mütənasib olaraq əzilər.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

Allaha həmd ilə yaxınlaşmaq lazımdır. Həmdi çoxaltmaq lazımdır. Həmd çoxalınca nemət çoxalar. Necə olur? Allah sezdirmədən edir. Həmd etdikcə artırır. Heç bilmədiyin yerlərdən, təxmin etmədiyin yerlərdən artır.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

“Əlhəmdülillah” Allahın ən bəyəndiyi zikrlərdəndir. Məsələn, bir nemətə qovuşsan, bir gözəllik görsən, gözəl bir söz eşitsən “əlhəmdülillah” deməlisən.
A9 TV; 18 iyul 2013
avatar

Adnan Oktar

MHP tək başına həmişə həm PKK təhlükəsinə, həm də kommunist qiyamına qarşı dəfələrlə çox gücə malikdir. Tam əmin olaraq deyirəm, MHP PKK qiyamına və kommunist qiyama gücü çatacaq mövqedədir. Hər yerdə: havada da, quruda da, dənizdə də güclüdür.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Vətən torpaqlarının qorunması namus məsələsidir. Bir insan öz vətən torpaqlarını təslim edirsə şərəfini, namusunu, hər şeyini itirmiş sayılır.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Çində, dünyanın ən uzaq yerində belə olsa müsəlmanlar tək bir ailədir. Hamısıyla maraqlanmalısan, hamısı üçün məsuliyyət daşıyırsan. Allah ayədə deyir ki, müsəlmanlardan tək bir adama zülm edildiyində bütün müsəlmanlar birləşib onu qurtararlar. Bu, Allahın hökmüdür.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Şübhə ola bilər, müsəlmanların əksəriyyətində şübhə olar. Şübhə insanı dindən çıxarmaz. Məhz şübhəyə qarşı müqavimət göstərdiyi üçün ona iman əhli deyilir. Mübarizə aparır, mömin onu ağlı ilə rədd edər, göndərər, qəbul etməz. Buna görə də ona iman əhli deyilir. Yəni şübhəyə qarşı― şeytanın və nəfsinin şübhələrinə qarşı müqavimət göstərən insana müsəlman deyilir.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Bir insan küfr içindədirsə , etdiyi hər şey onun üçün şərdir. Yemək yeyər şər olar, küçəyə çıxar şər olar, nə edirsə etsin şər olar. Onun üçün xeyir yoxdur. Əgər bir insan səmimi, mömin, təmizdirsə onun elədiyi hər şeydə xeyir vardır.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Sevgi və şəfqət türk ordusunun əsas xüsusiyyətidir. Onun üçün bütün dünya orduları türk ordusuna heyrandır, mehribanlığına, mərhəmətinə, ədalətinə, etibarlı olmasına, möhtərəmliyinə heyrandır.
A9 TV; 17 iyul 2013
avatar

Adnan Oktar

Quran əxlaqını mənimsəyən, Allahı sevən, Allahın ən mükəmməl təcəllisi olan, qadınları da çox sevər. Amma qadın, ruhu ilə gözəl olar. Ruh və bədəndir. Qadın həm cismani, həm ruhani mükəmməl bir varlıqdır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Şiələr canımızdır, çox dindardırlar. Sevgiyə və sənətə də ruhları çox yaxındır. Sənətə və sevgiyə ruhu açıq insanın Allaha nə qədər coşğulu sevgisi olacağını da düşünün. Allahı coşğu ilə sevdikləri üçün sənətə olan sevgiləri olur. Onlar Peyğəmbər (s.ə.v)-ə aşiqdir, hz. Əli (r.ə)-ə aşiqdirlər. Şiələr Türkiyənin, dünyanın bəzəyidir, nurudurlar.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadındakı sənəti, Allahın gözəlliyinin təcəllisini görə bilməyən insan sənətdən uzaqlaşıb, sənət gücünü itirmişdir. Yəni o, hansı gözəlliyi görə bilər? Çiçəyin gözəlliyini, mənzərənin gözəlliyini necə görsün? Biri qadının gözəlliyini görə bilmirsə, demək ki, onda heç bir şey yoxdur.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadınsız dünya, cənnət olmaz. Dünya qadınla gözəldir. Cənnət də qadınla gözəldir. Dünyadakı ən gözəl varlıq qadındır. Cənnətdəki ən böyük gözəllik, yəni Allahın varlığının xaricində, Allahın təcəllisi olaraq ən gözəli yenə qadındır, inşaAllah.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Mənim ilk hədəflərimdən biri birlik və bərabərlikdir. Mənim qədər digər məzhəbləri, digər dinləri bu qədər çox sevən insan varmı? Yəhudilərə bu qədər çox sevgi göstərən, xristianlara bu qədər çox sevgi göstərən, şiələri, ələviləri, vəhhabiləri başının tacı edən başqa biri varmı?
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Qadın sevgisi yoxdursa sənət də yoxdur. Yəni qadın sevgisi sənət ruhunun əsasıdır. Çox vacib bir nöqtədir. Dünyanın ən gözəl varlığı qadındır.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ı, Peyğəmbərimiz (s.ə.v)-i sevər. Bir insan Peyğəmbərimiz (s.ə.v)-i sevirsə, hz. Mehdi (ə.s)-ı da sevməlidir. Peyğəmbərimiz (s.ə.v) vəfat etdi, amma hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in bir parçası, onun övladıdır. Sən əgər Peyğəmbərimiz (s.ə.v)-i sevirsənsə onun həyatda olan övladını da sevməlisən. Sən onu unutdurmağa çalışırsansa, Peyğəmbər (s.ə.v)-i də sevmirsən.
A9 TV; 15 iyul 2013
avatar

Adnan Oktar

Avropada da insana sərmayə qoymurlar, insanı öyrətmirlər. Onlar da ruh boşluğundan böhrana düşüb özlərini öldürürlər. Bu, çox qorxunc bir şeydir. Dünya bu fəlakətdən ancaq mehdiyyət ilə, hz. İsa Məsih (ə.s)-ın şəfqəti ilə, Qurana tam təslimiyyətlə xilas olacaq, inşaAllah.
A9 TV; 15 iyul 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Quran əxlaqını mənimsəyən, Allahı sevən, Allahın ən mükəmməl təcəllisi olan, qadınları da çox sevər. Amma qadın, ruhu ilə gözəl olar. Ruh və bədəndir. Qadın həm cismani, həm ruhani mükəmməl bir varlıqdır. Sitatlar
Qadınlara xüsusi hörmət göstərmək lazımdır, qorumaq lazımdır. Qadınlar çox böyük nemətdir. Dünyadakı cismi ilə ruhu birləşmiş olaraq ən böyük nemət qadındır. Bundan üstünü yoxdur. Sitatlar
Allah bizdən dayanmadan həmd etməyimizi istəyir. Həmd edən möminin üzərinə hiss etmədən bərəkət və fərahlıq gəlir. Sitatlar
Allah ayədə "xoşbəxt olun, Mənə dönün, sizi daha da xoşbəxt edim" deyir. "Daha çox nemət verim. Həmd, şükür edin, daha çox nemət verim", "dünya da sizin, axirət də yalnız sizindir", "dünyada gülün" deyir. Sevinc içində olacaq və Allahın nemətlərinə şükür edəcəyik. Sitatlar
Yaxşı olmayan insanlar Allahın möminlərə verdiyi nemətlərdən istifadə edirlər. Yəni əslində nemətlər onlar üçün deyil, səmimi möminlər üçün yaradılır. Onlar da bir kənardan, bir yandan istifadə edirlər. Axirətdə bu imkanlar əllərindən alınar. Sitatlar
Allah iman edənlərə, inananlara çox gözəl nemətlər verir. Allah iman edənlərə insan sevgisini, coşğunu, ehtirası, hər cür dərinliyi tam yaşadır. Sitatlar
İnsanlar həsədlə nəyəsə çatmazlar. Həsəd etdikcə, Allah möminlərin nemətlərini daha da çox artırar. Onların da nemətini azaldar. Getdikcə qovrularlar, özlərinə qapanarlar, çökdürər, sevgisiz, mərhəmətsiz, ürəksiz, xəstə insanlara çevrilərlər. Allah əsirgəsin. Sitatlar
İsa Məsih musiqi də dinləyəcək, müasir, əyləncəni xoşlayan bir insan olacaq. Görəcəksiniz. Olduqca təvazökar, zarafatcıl, gözəl xasiyyətli, yaraşıqlı, incə belli, enli kürək, heyranedici bir cavandır, maşaAllah. Sitatlar
Musiqi bir gözəllikdir. Ürəklərə sevinc, rahatlıq verər. Ürəyi qüvvətləndirər. İslam üləması belə "ürəkdə sıxıntı olanda gözəl musiqi ürəyi rahatladar, könlü açar" deyir, maşaAllah. Hz. Mövlananın tətbiqi bu idi. Sitatlar
Allah ayədə deyir ki, şeytandan Allaha sığınıram, "Dünya da sizin, axirət də təkcə sizindir" (Əraf Surəsi, 32). Allah "Dünya da sizindir", ancaq kafirlər də istifadə edərlər deyir, "axirət isə təkcə sizindir" deyir. Buna görə də MÜSƏLMANLAR NEMƏTDƏN UZAQ DURMAZ. Sitatlar
Məzlum, təvazökar, gözəl bir insanın öyünməsi Allahın nemətinin göstərilməsidir və ibadətdir. Allahın əmrini yerinə yetirməkdir. Allah nə deyir ayədə? "Rəbbinin nemətini dayanmadan zikr et." (Zuha Surəsi, 11) Sitatlar
HƏYAT İMANLA GÖZƏLLƏŞİR. Məsələn, musiqi imanla gözəldir. Məsələn, deyir ki: "İçək, keflənək" Beynin dumanlanar, məhv olarsan. Nə musiqidən, nə də başqa bir şeydən zövq ala bilərsən. HƏR ŞEY İMANLA YAŞANILSA GÖZƏL OLAR. Sitatlar
Sevgi dünyada çox böyük bir nemətdir. Xurafatçılığın xüsusiyyəti sevgini öldürməkdir. Sitatlar
Bizim həm dindar olub, həm də nemətləri ən gözəl şəkildə yaşadığımızı görüncə dinsiz və xurafatçılar qorxunc bir həyat yaşadıqlarını başa düşdülər. Sitatlar
Cənnətdə musiqi var, rəqs vardır. Cənnətdə olan burda da vardır. Cənnətdə Allah gözəl görürsə, burada da gözəl görür. Sitatlar
İNSANLARIN BİR QİSİMİ DƏRD VƏ BƏLA OLMADAN ALLAHA DÖNMÜRLƏR. Allah bir fırtına anında gəmidə dua edənləri nümunə verir . Allah xəstəliklər yaradır. Lakin buna baxmayaraq dəlicəsinə nemətlərdən istifadə etməyə çalışan, lakin neməti verənlə də heç bir şəkildə əlaqə qurmayan, şükr etməyən insanlar olduğunu görürük. Ona görə Allah insan üçün "zalım və nankordur" deyir. Allah o ruh azğınlığını qırmaq üçün  o dərdləri və bəlaları verir. Sitatlar
Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə,   avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların   gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı   çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür. Sitatlar
İslam hər yerə hakimdir. Əyləncə mərasimində də Allah barəsində danışarsan, toyda   da. Əyləncə mərasimində Allah barəsində danışmaq olmaz kimi bir şey yoxdur. Bu   dinsizliyi rəvac edəcək şəkildə yaymağa çalışan bir məntiqin əsəridir. Çünki, insanlar   musiqiyə və əyləncəyə maraq göstərir. "Musiqi, əyləncə olduqda Allah barəsində heç   danışmayın, susun" deyirlər. Dinsizlik məhz bunun nəticəsində yaranır. Sitatlar
Sitatlar
Musiqini bilavasitə yaradan Allahdır. Gələn musiqidirmi? Deyil. Səs dalğasıdır. Dalğa   qulağa gəlib çatır, qulaqsa eşitmir, kardır. Dalğanı çatdırır, onu elektrik halında verir.   Beyin də onu musiqi olaraq dinləyir. Ortada musiqi yoxdur, bax musiqi heç yoxdur.   Çalınan yerdə musiqi yoxdur. Çöldə musiqinin olmaması çox qəribədir, çöldə yoxdur. Sitatlar
Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən,   sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, "it şeytandır, gördüyün   vaxt qov" desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi   sənətə, elmə dəyər vermələridir. Sitatlar
Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə   var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə   başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə   elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst,   ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin   digər adıdır. Sitatlar
İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar   başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini   gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə   fövqəladə bir zəmin tapdı. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
Qurana tam əməl etsələr Allah fərahlıq, rahatlıq verəcək. Qurana, Allahın Kitabına heç cür güvənmirlər. Güvənib Qurana əməl etsələr məsələ bitəcək. qatı dinçilikdən, uydurmalardan əl çək. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur