logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 aprel 2014

avatar

Adnan Oktar

Musiqi bir gözəllikdir. Ürəklərə sevinc, rahatlıq verər. Ürəyi qüvvətləndirər. İslam üləması belə "ürəkdə sıxıntı olanda gözəl musiqi ürəyi rahatladar, könlü açar" deyir, maşaAllah. Hz. Mövlananın tətbiqi bu idi.
A9 TV; 22 aprel 2014
2066
avatar

Adnan Oktar

“Hər şeyə ağlayın” məntiqi çox anormaldır. Bu, Məkkə müşriklərində, daha qədim dövrlərdə Şumer müşriklərində olan sistemdir. Çox səmimiyyətsiz şəkildə Allaha təvəkkül edilmədiyini göstərən hərəkətdir. Bir insan Allahın yaratmadığını düşünürsə ağlayar.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hz. Yusif (ə.s)-ın tankı, topu var idimi? Yox idi. Minlərlə tələbəsi var idimi? Yox idi. Pulu var idimi? Yox idi. Bəs nəyi var idi? Səmimiyyəti var idi. O dövrün Mehdisi idi. Allah onu qalib etdi. Allahın şərti nədir? Əziyyətə qarşı təvəkküllü, səbirli olmalı, ağrı-acıya səbirli olmalıdır. Yoxsa özünü əzab çəkirmiş kimi göstərməklə əzab-əziyyət çəkmədən belə bir nəticə meydana gəlmir.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-a görə müsəlmanlara qarşı fikri hücum qeyri-mümkündür, hz. Mehdi (ə.s) bir sədd yaradır. Səddi-Zülqərneyndir, inşaAllah.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

CHP-nin edəcəyi ən yaxşı iş xalqın, Anadolu xalqının, millətin ruhuna xitab edən ruh olar.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Allah qorxusundan ağlamaq başqa, həyəcandan ağlamaq başqadır. Amma birisi "Bu niyə belə oldu?"― deyə ağlayırsa, bu şirk olar.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hər gün insan ölür. Biz dünyadayıq, imtahan mühitindəyik. Hər gün xəstələnən insanlar olur. Matəmi haradan çıxarırsan? Quranda yoxdur. İslam dinində belə bir anlayış yoxdur. Ancaq müşrik xarakterdə var, bütpərəst inancda vardır. Çoxilahlı dinlərin xüsusiyyətidir. Amma İslamda belə bir şey yoxdur.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Mehdiyyət dünyaya dayanmadan canlı ümid, həyəcan, bir şövq verərək ümidsizlik və depressiya ruhunu yox edən beynin gözəl fəaliyyətidir. Bu nəticəni, inşaAllah 10-20 il ərzində daha dəqiq görəcəyik.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Əzmi, şövqü və həyəcanı mehdiyyət dünyaya verir. Müsəlman aləminə bir ruh verir. Yoxsa müsəlmanların çoxu yorğunluq, peşmanlıq, ümidsizlik girdabına çox rahat şəkildə düşərdilər.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hal-hazırda az qala hər camaat, birlik mehdiyyətdən cəsarətlənərək, şövqlənərək, imanını gücləndirərək yoluna davam edə bilir. Yoxsa mənəvi cəhətdən böyük kütlə çoxdan çökərdi, qətiyyətini itirərdi.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s)-ın camaatına da şübhə ilə baxacaqlar. Bütün İslam aləmi səviyyəsində həmdə. O şübhəyə görə də yalnız 313 adam olurlar.
A9 TV; 18 aprel 2014
avatar

Adnan Oktar

Bir sirr verim, Allah silah, güc, pul, siyasət sahibi dünyaya hakim olacaqdır demir. Namazlarını qılanlar, oruclarını tutanlar da dünyaya hakim olacaqdır demir. Allah: "Səmimi olan qullarım xilas olar və dünya hakimi olar"―deyir, yalnız səmimi!
A9 TV; 15 aprel 2014
avatar

Adnan Oktar

Mehdi (ə.s)-a zülm edəcəklərinə görə Allah Mehdisini gizlədir. 70 pərdə arxasında gizlədir. Belə deyirlər: "Bu insan bu cəhətinə görə Mehdi (ə.s) ola bilməz, bu xüsusiyyətinə görə ola bilməz", 70 cür bəhanə gətirirlər. Ledun elmi ilə Allah onu gizlədir. Ledun elmi ilə, batin elmi ilə gizlədir.
A9 TV; 15 aprel 2014
avatar

Adnan Oktar

Türkiyəni bölünməyə aparan heç nəyi qəbul etmərik. Başçılıq sistemi deyilən bir şey heç vaxt və qəti şəkildə qəbul etmərik! Unutsunlar. Türkiyədə biz narahatlıq istəmirik. Türkiyə bütöv qalacaq.
A9 TV; 13 aprel 2014
avatar

Adnan Oktar

İslam hər şeyin ən gözəli deməkdir. Ən keyfiyyətlisi, doğrusu deməkdir. İslamın mənası budur. Bir şeyin ən mükəmməl, ən ağıllı, ən doğru, ən yaxşı olanı İslamdır.
A9 TV; 13 aprel 2014
avatar

Adnan Oktar

Hal-hazırda dindar xanımları kişilərə bənzədirlər. Ənənəvi Ortodoks müsəlmanlar qadınlara eynilə kişilərə oxşar görkəm verdilər. Peyğəmbərimiz (s.ə.v) deyir ki, qadınların kişilərə bənzəməsi qiyamət əlamətidir. Qadın qadına bənzəməlidir, inşaAllah.
A9 TV; 11 aprel 2014
avatar

Adnan Oktar

Bütün dünya siyasəti hal-hazırda mehdiyyətə görə hazırlanır. Amerikanın İraqa girməsində, Suriyanın bu vəziyyətə düşməsində yeganə məqsəd yalnız mehdiyyətdir.
A9 TV; 11 aprel 2014
avatar

Adnan Oktar

Bütün dünya mehdiyyətə hazırlanır. Masonluq ilk qurulduğu gündən başlayaraq mehdiyyəti, Mehdi (ə.s)-a xidmət etməyi hədəf almışdır. Əzilib-bükülmüşdür, lakin axırda mehdiyyətə xidmət etməklə vəzifəsini başa vuracaqdır.
A9 TV; 11 aprel 2014
avatar

Adnan Oktar

Aydındır ki, dünya xüsusi olaraq yaradılmış təhsil yeridir. Buraya tamah salınacaq, bağlanılacaq bir cəhət yoxdur. Bir də ehtirasla bağlanmadıqda Allah möcüzəvi şəkildə möminlərə kömək edir, gözəl bir mühit yaradır.
A9 TV; 11 aprel 2014
avatar

Adnan Oktar

Allah "səmimi olan qullarım xilas olar" deyir. Səmimiyyət nəzərdən qaçan mövzudur. Halbuki, Allah yalnız səmimiyyəti qurtuluş vəsiləsi olaraq göstərir. Çünki insan səmimidirsə onsuz da dinin tələb etdiyini tam yerinə yetirər, hər şeyi ən gözəl tərzdə edər.
A9 TV; 11 aprel 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İsa Məsih musiqi də dinləyəcək, müasir, əyləncəni xoşlayan bir insan olacaq. Görəcəksiniz. Olduqca təvazökar, zarafatcıl, gözəl xasiyyətli, yaraşıqlı, incə belli, enli kürək, heyranedici bir cavandır, maşaAllah. Sitatlar
Cənnətdə musiqi var. Allah bunu ürəyimizə bir məmnuniyyət olaraq verir. Bütün millətimiz əylənər, oynayar, gülər, musiqi dinləyərlər. Qatı dinçiliklərə görə bu doğru deyildir. Musiqi nemətdir, tərtəmiz bir şeydir. Ruhu cilalayan, ürəyi açan möhtəşəm gözəllikdir. Quşlar, şəlalələr belə―hər yerdə musiqi vardır. Sitatlar
Cənnətdə musiqi var, rəqs vardır. Cənnətdə olan burda da vardır. Cənnətdə Allah gözəl görürsə, burada da gözəl görür. Sitatlar
HƏYAT İMANLA GÖZƏLLƏŞİR. Məsələn, musiqi imanla gözəldir. Məsələn, deyir ki: "İçək, keflənək" Beynin dumanlanar, məhv olarsan. Nə musiqidən, nə də başqa bir şeydən zövq ala bilərsən. HƏR ŞEY İMANLA YAŞANILSA GÖZƏL OLAR. Sitatlar
Müsəlmanlar sənətə, musiqiyə, qadınların dekolte geyinməsinə qarşı çıxdıqlarına görə,   avropalılar da artıq bunlardan bezir. Heykələ, portretə, musiqiyə, əyləncəyə, qadınların   gülməsinə, küçəyə çıxmasına, dekolte geyinməsinə, kişinin saqqalını kəsməsinə qarşı   çıxırlar və verdikləri cəzalar da həmişə ölümdür. Sitatlar
İslam hər yerə hakimdir. Əyləncə mərasimində də Allah barəsində danışarsan, toyda   da. Əyləncə mərasimində Allah barəsində danışmaq olmaz kimi bir şey yoxdur. Bu   dinsizliyi rəvac edəcək şəkildə yaymağa çalışan bir məntiqin əsəridir. Çünki, insanlar   musiqiyə və əyləncəyə maraq göstərir. "Musiqi, əyləncə olduqda Allah barəsində heç   danışmayın, susun" deyirlər. Dinsizlik məhz bunun nəticəsində yaranır. Sitatlar
Sitatlar
Musiqini bilavasitə yaradan Allahdır. Gələn musiqidirmi? Deyil. Səs dalğasıdır. Dalğa   qulağa gəlib çatır, qulaqsa eşitmir, kardır. Dalğanı çatdırır, onu elektrik halında verir.   Beyin də onu musiqi olaraq dinləyir. Ortada musiqi yoxdur, bax musiqi heç yoxdur.   Çalınan yerdə musiqi yoxdur. Çöldə musiqinin olmaması çox qəribədir, çöldə yoxdur. Sitatlar
Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən,   sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, "it şeytandır, gördüyün   vaxt qov" desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi   sənətə, elmə dəyər vermələridir. Sitatlar
Din, dünyanın bütün gözəlliklərini özündə toplayan bir sistemdir. Dində sevinc var, nəşə   var, əyləncə var, musiqi var. Xanımlar rahatlıqla gəzər, istəsə dekolte geyinər, istəsə   başını örtər, heç kim heç kimə qarışmaz. İstəyən qəhqəhə çəkib gülər, istəyən döymə   elətdirər, istəyən də parik taxar. Din belə şeylərə qarışmaz. Din bizim vicdanlı, dürüst,   ağıllı, halala, harama diqqət yetirən kimsələr olmağımızı istəyir. Din sevincin, nəşənin   digər adıdır. Sitatlar
İnsanlar qəlbdə, ruhda dindar olacaqlarını gördülər. Musiqi dinləyə biləcəklərini, qadınlar   başı açıq gəzə biləcəklərini, eyni zamanda dindar olub namazlarını da qıla biləcəklərini   gördülər. Onun üçün din, Türkiyədə gizli şəkildə mükəmməl yayıldı. Özünə hər yerdə   fövqəladə bir zəmin tapdı. Sitatlar
Sən Qurana tabe olursansa, musiqiyə haram deyə bilməzsən, şəklə, heykələ, gülməyə,   əylənməyə haram deyə bilməzsən, amma qatı dinçi ənənəvi sistem içindəsənsə musiqi   haramdır, şəkil haramdır, heykəl haramdır. Sitatlar
Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən. Sitatlar
Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: "Bunlardan savayı yerdə qalanları sizə halal etdim'' deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan? Sitatlar
Quranın hansı yerində musiqinin haram olduğuna dair ayə var? Şəkilin haram olduğuna dair harada ayə var? Bunu haradan çıxarırsan? Belə bir şey yoxdur. Buna görə, sən özünə bir cəhənnəm meydana gətirmisən. Halalı haram etmisən və axirətdə də gözəl qarşılıq alacağına ümid edirsən. Allah səni cəhənnəmdən qorusun. Allah adından hökm vermək şirkdir. Sitatlar
Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan. Sitatlar
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. "Bunlar türk millətinin xüsusiyyətidir" desin. Sitatlar
Musiqi də, rəqs də olmalıdır. Əyləncə olmalıdır. Dinə süni şəkildə haramlar daxil etməyin, əlavə qadağalar çıxartmayın. Bu zaman İslam bütün dünyaya hakim olacaq. Sitatlar
Musiqi həyatın çox mühüm nemətidir. Ənənəvi İslam anlayışı musiqini qadağan edir. Harada gözəl şey varsa qadağan edir. Niyə qadağan edirsən? Kimə nə zərəri var musiqinin, haradan çıxardırsan? Ayədə yoxdur, Quranda yoxdur. Niyə xurafat çıxardırsan? Sitatlar
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır. Sitatlar
Hər musiqini yaradan Allahdır. Sənətkar özü yaratdığını zənn edər, yaradan Allahdır. Musiqidən həzz almağı yaradan da Allahdır. Musiqini eşidib dəhşətə gələ bilərdik Allah qorusun, çox iztirab verə bilərdi, çox narahat edici bir səs kimi gələ bilərdi, lakin Allah xoşumuza gələcək şəkildə yaratmışdır. Sitatlar
Müsəlmanların üstün və keyfiyyətli olmasına alışacaqsınız. Bəziləri əyləncənin sırf özləri üçün olduğunu zənn edirdilər. Musiqinin özləri üçün, rəqsin özləri üçün olduğunu zənn edirdilər. Rəqs də müsəlmanlar üçündür, əyləncə də, yeməyin ən gözəli də, evin ən gözəli də, sarayın ən gözəli də müsəlmanlar üçündür. Sitatlar
Əsil sənətkar Allahdır. Hər gözəl musiqi parçasını hazırlayan Allahdır. Təqdir edilməsi lazım olan Allahdır. Sitatlar
Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir. Sitatlar
Rəqs, musiqi, əyləncə, sevinc, söhbət, hamısı İslamdadır. İslamın yaşanmadığı heç bir yer olmaz. İslam həyatın hamısıdır, İslam hər yerdə yaşanar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur