-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Dünyaya gəldiyimiz zaman nə olduğumuzu anlamağa çalışarıq. Bu təsvir nədir, bu səs nədir, toxunma necə olur, bunları kim bizə göstərir, kim eşitdirir, bu hissləri qəbul edən varlıq kimdir? Ucsuz-bucaqsız kosmosda niyə mövcuduq? Bunu düşündüyümüz zaman dərhal Yaradıcını görərik. O zaman Yaradıcının bizdən nə istədiyini düşünərik. Bu qədər zəhmət, bu qədər qayğı, bu qədər böyük və incə mühəndislik, bu qədər təfərrüat niyə var? İmtahan deyirik, bəs imtahan olunan insan nə üçün imtahan olunar? "Yaxşı olduğu aydın olar, gedib cənnətdə oturar", bu deyil. Quranı təhlil etdiyimiz zaman sevgidən başqa məqsəd olmadığını görürük. Dəccallar, fironlar, yaxşılıqlar, pisliklər, gözəlliklər, imtahanlar, əzablar, bunların hamısının məqsədinin saf sevgi olduğunu görürük. O zaman biz də bütün insanların dünyada sevgini, saf və həqiqi sevgi yaşamasını istəyirik. Allahın da insanları sevməsini istəyirik. Buna riza deyilər; Allahın rizası. Allahın rizasını qazanmaq, Allahın sevgisini qazanmaqdır. Həyatın bütün məqsədi sevgini qazanmaqdır. Axirətdə Allah möminlərdən; "Məndən razı oldunuzmu?" deyə soruşur. Əsas sual budur. Niyə oxuyursan? Allah rizası üçün. Niyə evlənirsən? Allah rizası üçün. Niyə işləyirsən? Allah rizası üçün. Niyə gözəl əxlaq göstərirsən? Allah rizası üçün. Bir hədəf var; Allahın sevgisi. Allahın rizasını qazanmaq məqsədi, Allahın sevgisini qazanmaqdır.
Adnan Oktar
Gənclər bir-birinin dininə, imanına üstünlük verməlidir. İnsanın axirətini düşünməmək həm məntiqsizdir, həm də vicdana uyğun deyil. İnsanın axirətini düşünmürsənsə, 5-10 il sonra o yaşlandığı zaman nə olacaq? Ölüb gedəcək, yox olacaq deyə düşünürsənsə, onsuz da sevə bilməzsən, ət-sümük sevilməz. Əgər qarşındakının ruhuna, dininə, imanına əhəmiyyət versən, onun axirətdəki gələcəyini düşünməsən, hörmət göstərməsən o zaman nəyi sevirsən? Axirətini düşünərək hərəkət etsən, o zaman Allah sevgini çox gözəl yaşadar.
Adnan Oktar
Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın.
Adnan Oktar
Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar.
Adnan Oktar
Yaxşı insanlar bir-birlərini var gücləri ilə dəstəkləsinlər. Sevgini, yaxşılığı, azadlığı, incəsənəti, keyfiyyəti, nəzakəti, qadınların hüzurlu yaşamasını istəyən hər kəs ittifaq etsin. Müharibələrə qarşı, qan tökülməsini istəməyən, hər kəsin bir-birinə qardaş kimi yaxınlaşmasını istəyən, elmin, incəsənətin, demokratiyanın nemətlərindən maksimum faydalanmaq istəyən ruh xalis Quran ruhudur. Gənclər bir-biriləriylə yaxşılıqda ittifaq etməlidirlər.
Adnan Oktar
Raket istehsal etmək üçün ayrı pul, raketə qarşı müdafiə sistemi üçün ayrı pul xərclənilir. İnsan öldürmək üçün raket atırlar, o raketə qarşı müdafiə sistemi qurulduğu zaman sevinirlər. İnsan öldürmək üçün heç bir sistem olmasa da buna xərclənən pul insanları xoşbəxt etmək üçün xərclənsə daha gözəl olmazmı? İnsanlar müharibəyə, davaya, təcavüzkarlığa alışıblar. Halbuki bunların heç birinin olmaması lazımdır. Tanklar, toplar, təyyarələr, bombalar bütün pul bunlara xərclənir, insanlar yaralanır, parçalanır, hər yerdə aclıq var. Bu rəzalətə nə ehtiyac var? Hər yer qan gölü oldu, yüz minlərlə insan şikəst oldu. Şeytana tabe olmaq məcburiyyətində deyilik ki. Hər kəs dost olsun, yoldaş olsun, sülh içində yaşayaq.
Adnan Oktar
Dəccaliyyət Yaxın Şərqdə həmişə müharibə və parçalanma istəyir. İran və Türkiyəni savaşdırmaq istədilər, elmlə, irfanla buna mane olduq. Müsəlmanların musəvilər və xristianlarla aralarını vurmağa çalışırlar, buna da imkan vermərik. Qurana görə onlar Kitab əhlidir. Allah Kitab əhlinə nə deməyimizin lazım olduğunu, necə yaxınlaşmağımızın lazım olduğunu Quranda bildirmişdir. Onlar bizə hz. İsa və hz. Musanın əmanətidir. Allahın açıq əmrinə baxmayaraq, Kitab əhlinə hücum etmək, ibadətgahlara zərər vermək, onları təhqir etmək haram olar. (Ənkəbut surəsi, 46: Aralarında zülm edənləri istisna olmaqla, Kitab əhli ilə ən gözəl şəkildə mübarizə aparın və deyin ki; "bizə və sizə nazil edilənə iman gətirdik; bizim ilahımız da, sizin ilahınız da birdir və biz Ona təslim olmuşuq".)
Adnan Oktar
Müsəlmanlıq deyildikdə insanların ağlına qızılgül şərbəti, mövlud oxunması, yaşlı əmilər, baxımsız qadınlar, təhsilsiz cahil insanlar, ən kiçik səhvə görə ölüm cəzası verən dəhşət sistemi gəlir. İslamı yaşadığı zaman həyatın bütün gözəlliklərinin əlindən alınacağını zənn edir. Yastı havasız məscidlər, yaşlı babalar, nə deyildiyi başa düşülməyən mövlud səsini xatırlayır. Halbuki İslam yaşandığı zaman super keyfiyyətli gənclər, əyləncə, şənlik, musiqi, rəqs, ən kiçik bir şey olanda bir-birinə yardımçı olan, heç kəsin kimsəni pərt etmədiyi, həmişə dostluq və yoldaşlıq əlaqəsi olan, heç kəsin namusuna, şərəfinə zərər gəlməyən, gənc qızların gecə yarısında güvən içində küçədə gəzdiyi, ultramüasir xəstəxanalar, ultramüasir restoranlar, zövqlü əyləncə məkanları olan, hər kəsin namazını qıldığı, ibadətini sevinclə etdiyi, gözəlliklər üçün şükür etdiyi, həyatın mükəmməl yaşandığı sistem olmalıdır.
Adnan Oktar
Təvəkkülü artırmağın yolu Allahı heç vaxt unutmamaqdır. Allahı düşünməyin iki cəhəti var. Bir cahil düşünmə forması var, yeməyini yeyər Allaha həmd edər, televiziyada Suriyadakı hadisələri izləyər, lakin bu ona heç təsir etməz. Onu təkcə qızının toyu, ertəsi gün ödəyəcəyi qəbzlər maraqlandırar. Lotereya bileti alar; "Allah bağışlayar" deyib keçər. Məktəblərdə darvinizmin, materializmin öyrədilməsini çox normal qarşılayır, lakin 5 vaxt namazını da qılır. Bir də Allahın mövcudluğunun möhtəşəm güc olaraq dünyaya hakim olduğunu görüb, heyranlıq içində qalıb Allahı diqqətlə təqib etmək vardır. Bunda Allah ilə kəskin diqqətlə əlaqə vardır. Allahın istədiyi də budur. Normal ağlın normal nəticəsi budur. Allah ilə ağıllı əlaqə yaradıldığı zaman insan çox rahat yaşayar. Yorucu olan əxlaqsızlıqdır, adamlıq dinidir. Çünki bunların çoxlu lazımsız qaydaları var. Cahil cəmiyyətin qaydaları, ənənələri, adətləri insanın taqətindən çox üstündür. Dünya həyatı ilə boğuşma da işə düşdükdə bir çox insanın həyatı yaşanmaz hala gələr.
Adnan Oktar
Münafiq Rəsulun qoyduğu sərhədləri aşar. Əsas qarşı olduğu isə Allahın qoyduğu sərhədlərdir. Allahın sərhədlərini aşaraq sadə məntiqlə, sərbəst yaşamaq istəyər. Bu çirkin sərbəstlik anlayışıdır. Peyğəmbərimiz (s.ə.v) döyüşdə möminləri bir yerə yerləşdirər və ya möminlərə İslama xidmət üçün bəzi məsuliyyətlər verirdi. "Sən bu işi gör, sən burada keşik çək" deyirdi. Bu münafiqlərin iyrənc nəfsinə çox ağır gəlirdi. Məntiqlə Peyğəmbəri dəyərləndirib; "niyə bu işi görək?" deyir, Peyğəmbərin qoyduğu sərhədi aşırdılar. Allah Peyğəmbərin sərhədini aşanın, Allahın sərhədini aşdığını bildirmişdir. Bu rəftarın qarşılığı sonsuz cəhənnəm odudur, odun ən aşağı təbəqəsidir. Möminlər isə Peyğəmbərə həmişə hüsnü-zənlə, hər sözünün xeyir olduğunu bilərək, sevgi və hörmətlə bağlıdır. (Mücadilə surəsi, 5: Həqiqətən, Allaha və Rəsuluna qarşı (onların qoyduqları sərhədləri aşıb özləri sərhəd qoymağa cəhd edərək) çıxanlar, özlərindən əvvəlkilərin alçaldılması kimi, alçaldılıblar. Halbuki Biz açıq-aydın ayələr endirdik. Kafirlər üçün alçaldıcı əzab vardır.)
Adnan Oktar
Münafiqlər Peyğəmbəri adi insan kimi görər və həmişə ağılsızcasına tənqid edərlər. Bu tənqidlərini də çox böyük axmaqlıqla edərlər. Sadə məntiqlə baxar, Peyğəmbərin, Allahın dəstəkləyib qoruduğu xüsusi insan olduğunu görməzlər. Peyğəmbərə tabe olan möminləri də ağılsız kimi görərlər. Saatlarla, səhifələrlə, Peyğəmbərə tabe olan möminlərin guya ağılsız, dərin düşünməyən olduqlarını, onların səhvlərini qeyd edərlər, yazarlar. Peyğəmbərə itaət edən möminlərin yalançı olduğunu sübut etməyə çalışarlar. Bu zaman yalançı olmalarını, şəxsiyyətsiz olmalarını, alçaqlıqlarını göstərərlər. (Hud surəsi, 27: Qövmündən qabaqcıl inkarçılar: "Biz səni təkcə bizim kimi insan hesab edirik; sənə, təkcə dayaz fikirli olan ən alçaqlarımızın tabe olduğunu görürük və sizin bizdən üstünlüyünüzü də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik" dedi.)
Adnan Oktar
İslamda Allaha, Kitaba, Peyğəmbərə hüsnü-zənn var. Bilavasitə onların yaxşılığı, gözəlliyi və mükəmməlliyini qəbul edərək hərəkət etmək vardır. Münafiqlərdə isə Allaha, Kitaba, Peyğəmbərə həmişə tənqid gözüylə baxmaq vardır. Bunu da ağlasığmaz çirkin üslubla edər və müstəqil düşündüklərini iddia edərlər. Allaha çirkin məntiqlə baxarlar. Quranda bir çox ayə münafiqlərin alçaqlığına və namərdliyinə cavab olaraq endirilmişdir. Bir çox ayə münafiqlərin alçaq sözlərinə tədbir olaraq endirilmişdir. Məsələn, Peyğəmbər əzilən qadınları, uşaqları düşünərək səhər tezdən döyüşə çıxacağıq deyir. Münafiqlər məntiqlə baxaraq: "Bu istidə döyüşə çıxılar? aramızda çətin vəziyyətdə olanlar var, Peyğəmbər bunu belə görə bilmir" deyirlər. Qəlbində xəstəlik olanlar da: "Bax bunu heç düşünə bilmədik, həqiqətən Peyğəmbər səhv edir" deyə, onlara tabe olurlar. Müsəlman Allaha, Qurana, Peyğəmbərə tənqid gözüylə baxmaz. Etdiyi hər şeyin xeyir olduğunu bilərək baxar və hərəkət edər.
Adnan Oktar