logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 dekabr 2017

avatar

Adnan Oktar

Dünya iki cür qavranılacaq kimidir. Bir metafizik cəhətdən, bir də əhli dünya gözü ilə, həyatın həqiqətləri gözüylə görüləcək kimidir. Müsəlman metafizik gözlə baxar. O zaman o metafizik gizli qanunlar fəaliyyətə keçər, mömin müvəffəqiyyətli olar. Əhli dünya gözü ilə baxıldığı zaman əhli dünyanın gizli, qaranlıq qanunları fəaliyyətə keçər və o insanı əzər. Peyğəmbərlər mütləq müvəffəqiyyətli olur, Əbu Cəhillər mütləq batır. Bu gizli sistemdir, Allahın xüsusi qanunudur. Bu gizli metafizik cəhəti görən mömin Allah ilə dost olar, Allah ilə birlikdə hərəkət edir.
A9 TV; 27 dekabr 2017
1142
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah 300 münafiqi Peyğəmbərimiz (s.ə.v)-in əmrinə vermişdi. Gecə-gündüz növbə tutdular, bir boşqab xörəklə qapıda xidmət etdilər, döyüşlərdə iştirak etdilər. Rəsulullah (s.ə.v) və müsəlmanların heyrətamiz zəngin olmasına səbəb oldular. Peyğəmbərimiz (s.ə.v)-in şöhrətini hər yerə yaydılar. 20 il ərzində hz. Süleymanın şeytanları kimi Peyğəmbərimiz (s.ə.v)-ə xidmət etdilər. 20 il sonra mənfəətləri kəsiləndə, bir anda; "bağışlayın, səhv etmişik" dedilər. 20 il ərzində səhv etdiyini anlamayan çox axmaqdırlar. Peyğəmbərimiz (s.ə.v) dövründəki münafiqlər də, Axırzaman münafiqləri də axmaqlıqlarına doymasınlar. Sitatlar
Allah atomda cazibə yaradır. Kainatda cazibə var. Bütün səma cisimləri bir-birini cəzb edər. Allah insanda da cazibə yaradır, bu çox əhəmiyyətli möcüzədir. Sitatlar
Allah kainatın hər yerində ritm yaratmış, insanı da ritmdən zövq alacaq şəkildə yaratmışdır. Atomlardan planetlərə qədər hər yerdə ritm var. Ahəng, ritm, qızıl nisbət ruhumuza çox zövq verər. Bunlar Allahın gizli nemətləridir. Sitatlar
Allahı dərin sevsə, insan çox fərqli aləmdə yaşayar, bütün dünya o insana görə hərəkət edər. Bu, Allahın gizli sənətidir. İnsanlar bunu çox vaxt hiss etməzlər. Sitatlar
Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır. Sitatlar
Allahın gizli bəla verməsi xüsusi sənətidir. Bəlaya layiq olanı, zalımlıq edəni Allah mütləq səssiz-səmirsiz əzər. Sitatlar
Axırzamanda insanların çıxılmaz vəziyyətə düşdüyü şəraitdə Peyğəmbərimiz (s.ə.v)-in nəslindən olan bir şəxsin zühur edəcəyi həm hədislərlə, həm ayələrlə, həm xristianlıqda, həm də musəvilikdə xəbər verilən böyük müjdədir. Mehdiyyət Allah tərəfindən pərdələrlə gizlədilmiş, dəccaliyyətin mübarizə apara bilmədiyi metafizik qüvvədir. Mehdiyyətin dayandırılması qeyri-mümkündür. Mehdiyyətin başlanğıcındayıq, əlamətlər reallaşdı və reallaşmağa da davam edəcək. Sitatlar
Dəccal və komitəsinin ifşa edilməsi çox əhəmiyyətlidir. Dəccaliyyət gücünü gizli olmaqdan alır, özünü gizlədir. İnsanların çoxu dəccaliyyətin pəncəsində qıvrılan ölkələrə diqqətlərini verir, dəccaliyyəti görə bilmirlər. Dəccaliyyət, İngiltərə dərin dövlətidir. Bunu açıqca söyləmək lazımdır. Sitatlar
Hal-hazırda yuxuda olduğumuz aydın görünür. Ölüm də yuxudan oyanmaq kimi olacaq. Öldüyümüz zaman dünya həyatının çox-çox qısa yuxu olduğunu anlayacağıq. İnsanlardan dünyada nə qədər qaldınız deyə soruşduqda, təəccüblü şəkildə qısa olduğunu söyləyəcəklər. Ölümlə birlikdə təsvir o qədər aydınlaşar ki, dünyanın qətiyyən yuxu olduğuna tam qənaət gələr. Möminlər ölən kimi şən, gözəl qarşılanma görər. Küfr əhli üçünsə ölüm anından etibarən hər şey dəhşət vericidir. Sitatlar
İnsanlara və dünyaya əhəmiyyət verməmək lazımdır. Sadəcə yaxşı insanlara əhəmiyyət vermək kifayətdir. Bütün diqqəti səbir və qətiyyətlə Allaha cəmləşdirmək lazımdır. Dünya ilk baxışdan əyləncəli kimi gələ bilər, lakin Allahı unutsan o dəqiqə dünya insanı boğar. Allahdan diqqəti heç vaxt kəsməmək əhəmiyyətlidir. Ağıllı insan heç vaxt Allahdan diqqətini ayırmaz. Allah ilə əlaqəni kəsmək çox sıxıcıdır. Sitatlar
Mehdi tələbələrinin metafizik xüsusiyyəti təbliğ bacarıqlarının və imkanlarının daha yüksək olması; xasiyyətlərinin də digər insanlarla müqayisədə yüksək olmasıdır. Mehdi tələbələrinin dünyaya bağlılığı yoxdur, mallarının və canlarının hamısını Allaha fəda edirlər, bu da metafizik xüsusiyyətdir. Bir-birinə bağlılıqları normal cəmiyyətlərdə görüləndən daha yüksək olar. Birinə zərər gəldikdə hamısı birlikdə sahib çıxarlar. Bunlar çox alışılan hallar deyil. Sitatlar
Qadınlar getdikləri hər yeri Günəş kimi işıqlandırar. Mənim qız dostlarımın iffəti, imanı, sevgi dərinliyi əsas təsiri yaradır. Dünyanın hər yerində yeni il qeyd edilir, insanları o qədər maraqlandırmır. Lakin dostlarımın mənəvi gözəlliyi heyrətamiz cazibə yaradır və insanların ən çox diqqətini bu çəkir. Sitatlar
Bədiüzzaman metafizik şəxsdir. Ağlı, zəkası, yaddaşı fövqəladə maşaAllah. Çox çətin dövrdə xidmət etdi. Allah ondan qəni-qəni razı olsun. Sitatlar
Vicdanın bağlanması əslində metafizik vəziyyətdir. İslam aləminin əsas mərkəzi bilinən İraq, Suriya, Misir hal-hazırda məhv olmuş vəziyyətdə amma müsəlmanların bir qismində bəsirət bağlı olduğu üçün bunu heç əhəmiyyətli görmürlər. "Nə düşünürsən?" deyə soruşanda, "tez məktəbi bitirib evlənim" deyir. Müsəlmanların şəhid olması, uşaqların dənizlərdə boğulması onu heç vaxt maraqlandırmır. Sitatlar
İngiltərə dərin dövləti həmişə müsəlmanlara vuran gizli yumruq kimidir. Təkidlə ifşa edildiyi zaman bu struktur mütləq məğlub olacaq. Sitatlar
Qadın gözəlliyi ağılla birlikdə olanda nəfəs kəsər. Ağlının zəif olması qadın üçün dəhşətli haldır. Qadın dərindən düşünürsə, gözəl əxlaqı sevirsə, Allahı sevirsə, ehtirası bilirsə, ağıllıdırsa metafizik təsiretmə xüsusiyyəti olar. Sitatlar
Allahın böyüklüyünü bilmək müəzzəm hissdir. Allahın böyüklüyünü bildiyində, səmimi qavradığında, səssiz-sədasız böyük güc olarsan. Kimsə səni məğlub edə bilməz. Bu, Allahın gizli qanunudur. Sitatlar
Bədiüzzamanın diqqət çəkdiyi 2010-cu ili, Mehdi (ə.s)-ın ən canlı fəaliyyət göstərdiyi illərdən biridir. Sitatlar
Xurafatçılar həmişə gizli söhbətləri ilə şərəfsizlik edirlər. Xalq arasında çox danışmazlar. Xurafatçılar çox təmkinlidirlər, nifrətini gizlədərlər. Çünki mənfəəti vardır. Ancaq arxada danışarlar. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
2023-cü il fərəhlik və aydınlıq olacaq inşaAllah. 2071-ci ilə qədər dünyanı abadlaşdırmağa davam edəcəyik, möhtəşəm gözəlliklər görəcəyik Allahın icazəsi ilə. İnsanlar ilk dəfə dünyanı belə gözəl görəcəklər. Tayyib hocam da Allahın icazəsi ilə 2023-cü ildə bu millətin başında olacaq. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur