logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 14 fevral 2018

avatar

Adnan Oktar

Din insanlara azadlıq verir. Bəzi insanlar dinin azadlıq gətirdiyini görəndə çaxnaşmaya qapılırlar. Din dünyaya ən üst səviyyə azadlıq verən sistemdir.
A9 TV; 14 fevral 2018
1993
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Atatürk keyfiyyətli dindardır. Atatürkə sahib çıxanların müasir, aydın, keyfiyyətli dindar olması lazımdır. Atatürkün dindarlığına, Quran müsəlmanlığına, nəzakətinə, ədəbinə, keyfiyyətinə diqqət edərək Atatürkə sahib çıxılar. Sitatlar
Bizim mövcudluğumuz cəmiyyət içində mühüm tarazlıq ünsürüdür. Millətçi, mühafizəkar, dindar təbəqə ilə dünyəvi, rəqs, musiqi, əyləncə ilə iç-içə olan təbəqə arasında uzlaşdırıcı xüsusiyyətimiz var. Cəmiyyəti parçalamağa çalışan hər cür hərəkətə qarşı bizim mövcudluğumuz mühüm zəmanət olur. Gəzi parkı etirazlarında da, 15 iyul alçaq çevriliş cəhdində də bu cəhətimizin müsbət təsiri hər kəs tərəfindən göründü. Sitatlar
Din həyatı öldürməz. Din həyata sevinc verir. İnsan dindar olduğunda canlı, nəşəli, həyat dolu xarakterə sahib olar. Ənənəçi İslam bunun əksini izah etdiyi üçün insanlar dindar olmağı içə bağlanmaq və həyatı öldürmək olaraq görürlər. Belə olduqda da ibadətlərini etmək üçün yaşlanmağı gözləyirlər. “Yaşlananda onsuz da həyata qarşı zövqüm qalmayacaq, o zaman ibadət etməklə heç nə itirmərəm” deyə düşünürlər. İbadət gənc ikən də, yaşlı ikən də hər yaşda edilər. Dini yaşlandığı dövrə təxirə salmaq ənənəçi İslam anlayışının səbəb olduğu yanılmadır. Sitatlar
Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq. Sitatlar
Dindar mühafizəkar təbəqə ilə dünyəvi təbəqə arasında qarşılıqlı kəskin ön mühakimə hakim idi. Qəzəb sanki qapıda gözləyir və ən kiçik hadisədə cəmiyyət iki yerə bölünürdü. Biz bu qəzəbi yox etdik və razılaşma təmin etdik. Bizim həm müasir, ziyalı, həyat dolu cəhətimiz, həm də çox dindar olmağımız, iki təbəqənin razılaşa biləcəyinin canlı nümunəsi oldu. Sitatlar
Azərbaycan bizim əsl qardaşımızdır. Azərbaycan bizim canımız, ruhumuzdur. Azərbaycan Allahın lütfünə məzhər olmuş ölkə, ziyalısı çox yüksək, müasir Avropa sayağı Türk dövləti. Aydın, dünyəvi, dindar və gözəl Azərbaycan qiyamətə qədər güclü olsun istəyirik. Sitatlar
Haqq dinlər azadlıq gətirər, münafiqlər dinin gətirdiyi azadlığı qısqanar və bu azadlığı tənqid edərlər. Dinə qarşı olanlarla münafiqlər birləşərək dinin azadlığının yaşanmasını qarşısını almaq üçün məşğul olarlar. Peyğəmbərlərin gətirdiyi dini haşa bəyənməz. Mühafizəkar kimi ortaya çıxıb özlərini peyğəmbərlərdən üstün görürlər. Hətta özlərinin haşa Allahdan daha əxlaqlı olduğunu iddia edirlər. Peyğəmbərlərin azad olmasını, gözəlliyi sevməsini, zənginlik və bolluq içində yaşamasını, həyat dolu olmasını çox qısqanarlar. Qısqanclıqlarını ört-basdır etmək üçün də özlərinin daha mühafizəkar olduqlarını Peyğəmbərlərin isə dindən uzaqlaşdığını iddia edərlər. Halbuki münafiqlər super əxlaqsızdırlar. Kinli, keyfiyyətsiz, təcavüzkar ruhludurlar. Hər dövrün münafiqləri bu ortaq xarakterə malikdir. Sitatlar
Din adamlarına düşən məsuliyyət bütün müsəlmanlara düşən məsuliyyətlə eynidir. Din adamlarının daha məlumatlı olmaları lazımdır, ancaq hər müsəlman Allahın dinini izah etməklə, hər kəs yaxşılığı izah edib, pislikdən çəkindirməklə məsuldur. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Bağışlamamaq, qürur, özünü böyük hesab etmək, eqoist olmaq kimi bütün qüsurları din əxlaqı aradan qaldırar. Bağışlamamaq bəladır. Bağışlamamaq insanın özünü sıxar. 10-20 il bağışlamamağın verdiyi sıxıntıdan xilas ola bilmir, halbuki bunların üstəsindən imanla çox asan gəlmək olar. Sitatlar
Din asandır. Dinin gözəlliyi asan olmasındadır. İnsanlar dinin mütləq çətin olmasının lazım olduğunu düşünürlər. Halbuki Allah Quranda; "Allah sizə çətinlik istəməz, asanlıq istəyər" deyə buyurur. O zaman asanlığın içində axtaracağıq. Səmimi olmaq dinin əsasıdır. Hər şeyə müsbət baxmalısan, hər şeyin Allahdan gəldiyini bilməlisən və mümkün qədər dürüst olmalısan. O zaman zehnin çox rahat olar. Sitatlar
Din, ənənəçi sistemin göstərdiyi kimi yaşanması çətin və dəhşətli deyil. Din bayramdır, sevincdir, azadlıqdır, fərəhlikdir. Sitatlar
Din haqqında edilən zarafatları normal qəbul etmək, bu insanların dindən nə qədər uzaq olduğunu göstərər. Müsəlman bunu qəbul etməz. Sitatlar
Din təkdir, dinin də tək kitabı var, hər kəsin məntiqinə uyğun hərəkət edilsə o zaman milyonlarla batil din yaranmış olar. Quranın bəhs etdiyi Məhəmmədi dindən başqa din olmayacaq, müşrik sistem fikri olaraq tamamilə aradan qalxacaq. Sitatlar
Əxlaqı müəyyən edən dindir. Hər kəsin düşüncəsinə, şərhinə görə əxlaq olmaz. Həqiqi əxlaq qaydalarını hz. Adəmdən bu günədək din müəyyən etmişdir. Yoxsa əxlaq anlayışı olmaz. Sitatlar
Gənclərə din deyə təqdim olunan sistem qarışıqlıqdan, sevgisizlikdən və əzabdan ibarətdir. Qurandakı din parlaq, xoşbəxtlik və həyat verən dindir. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar
Allah münafiqləri alçaqlıq, əxlaqsızlıq, ləyaqətsizlik, namərdlik, xainlik etmək vəzifəsi ilə yaradır. Bunu şeytanın təlqini ilə edirlər. Bunun nəticəsində möminlərə bərəkət gəlir, məqamları yüksəlir, cənnətləri genişlənir, münafiqlərə də həlak və pərişanlıq gəlir. Sitatlar
Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur