logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 yanvar 2018

avatar

Adnan Oktar

Qadınlar getdikləri hər yeri Günəş kimi işıqlandırar. Mənim qız dostlarımın iffəti, imanı, sevgi dərinliyi əsas təsiri yaradır. Dünyanın hər yerində yeni il qeyd edilir, insanları o qədər maraqlandırmır. Lakin dostlarımın mənəvi gözəlliyi heyrətamiz cazibə yaradır və insanların ən çox diqqətini bu çəkir.
A9 TV; 3 yanvar 2018
758
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ağıllı insan hər yaşda sevgi, dostluq, qardaşlıq əlaqəsini yarada bilər. Yaş, zəif ağıllı insanlar üçün maneə olar. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Allah ayədə; "hər çətinliklə birlikdə asanlıq vardır" deyə bildirir. Çətinlik dinin gözəlliyinin bir hissəsidir, çətinliyi məğlub etdiyimiz zaman gözəlliyə nail olarıq. Əslində həyat və din çətinlik kimi görünən asanlıqlardan ibarətdir. Əgər insan taleyi yaşadığını bilsə, Allaha tam təslim olsa, heç bir çətinlik yaşamaz. Şirk qoşsa; "bu insan bunu edir" deyər və insanları bütləşdirərsə həyat onun üçün çox iztirablı olar. Bu iztirabdan xilas olmağın yolu taleyə təslim olmaqdır. Tale, suları yararaq hərəkət edən gəmi kimidir. Sitatlar
Allah çoxlu pərdə arxasında gizlənib. İnsanların bir hissəsi bu pərdələrə, bir hissəsi də insanların əksəriyyətinə fikir verib qəflətə qapılır. Allahı 70 min pərdə də olsa hamısından görmək möminin xüsusiyyətidir. 700 min pərdə də olsa mömin Allahı görər və çox sevər. Heç nə möminə Allahı unutdura bilməz. Allah əbədiyyən insanı yaşadacağı üçün bu dünyada alacağı tərbiyə çox-çox əhəmiyyətlidir. Sitatlar
Allahı dərin sevsə, insan çox fərqli aləmdə yaşayar, bütün dünya o insana görə hərəkət edər. Bu, Allahın gizli sənətidir. İnsanlar bunu çox vaxt hiss etməzlər. Sitatlar
Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır. Sitatlar
“Allahım mənə ən az günahla Sənə ən yaxın olaraq vəfat etməyi nəsib et” deyə dua etmək lazımdır. Sitatlar
Allahım, mənə ən az günahla Sənə ən yaxın olaraq vəfat etməyi nəsib et deyə dua etmək lazımdır. Sitatlar
Bir münafiq növü də, müsəlmanları qoruyurmuş kimi görünərək müsəlmanlar əleyhinə fəaliyyət göstərənlərdir. Bu çox alçaqcasına, axmaqcasına, xaincəsinə üsuldur. İslam yolunda bircə əsəri belə olmayan bu tiplər namərdcəsinə və alçaqcasına müsəlmanlara hücum edərək, təkcə fitnə törədirlər. Peyğəmbərimiz (s.ə.v) dövründə də bəzi münafiqlər Peyğəmbərimiz (s.ə.v)-i qorumaq adı ilə müsəlmanlara hücum edirdilər. Belə tiplər xüsusilə münafiq hücumu olduğu zamanlarda ortaya çıxıb Peyğəmbərimiz (s.ə.v)-i qoruyurmuş kimi üslub işlədərək səhabələrdən öndə gedənləri hədəf alırdılar. Halbuki hədəflərinin Peyğəmbərimiz (s.ə.v) olduğu çox açıq idi. Axmaqca üsullarla müsəlmanlara zərər verəcəklərini zənn edirdilər. Belə alçaq insanların müsəlmanlar əleyhinə olan sözləri müsəlmanların həm savabını, həm də digər müsəlmanların gözündəki dəyərlərini qat-qat artırar. Sitatlar
Cənnətdə həmişə yeni nemətlər, yeni gözəlliklər olar. Ən mükəmməl musiqini dinlədiyini zənn edərsən, daha mükəmməli gələr. Çox gözəl təsvir görər, bəyənər, nə qədər gözəl deyə içindən keçirərkən, özü də o gözəllikdə olar. Cənnətdə fasiləsiz inkişaf vardır, hər nemət həmişə inkişaf edər və genişlənər. Sitatlar
Dua, Allah ilə əlaqədir. Allah ilə əlaqə qurmayan insan sıxılar. Dua ilə Allahla əlaqə qurulduğu üçün qəlb dərhal fərəhlənər. Sitatlar
Dua Allaha sevgidir. Dua Allaha təslimiyyət və sevginin ən mükəmməl formasıdır. Ayədə işlənən; "duanız olmasa, nə dəyəriniz olardı" ifadəsi, "Məni sevməyiniz üçün sizi yaratdım. Sevginiz olmasa heç nəyin mənası olmazdı" mənasındadır. Dua etdiyin zaman Allahın sənin səsini eşitdiyini, səni dinlədiyini bilirsən, Onunla danışırsan, əlaqə yaradırsan. Bunlar həmişə sevgidir. Sitatlar
Dua edərkən; "Rəbbim mənə xeyir nəsib et, məni xeyirlə əhatə et" deyə dua etmək lazımdır. Sitatlar
Dünya iki cür qavranılacaq kimidir. Bir metafizik cəhətdən, bir də əhli dünya gözü ilə, həyatın həqiqətləri gözüylə görüləcək kimidir. Müsəlman metafizik gözlə baxar. O zaman o metafizik gizli qanunlar fəaliyyətə keçər, mömin müvəffəqiyyətli olar. Əhli dünya gözü ilə baxıldığı zaman əhli dünyanın gizli, qaranlıq qanunları fəaliyyətə keçər və o insanı əzər. Peyğəmbərlər mütləq müvəffəqiyyətli olur, Əbu Cəhillər mütləq batır. Bu gizli sistemdir, Allahın xüsusi qanunudur. Bu gizli metafizik cəhəti görən mömin Allah ilə dost olar, Allah ilə birlikdə hərəkət edir. Sitatlar
Hal-hazırda yuxuda olduğumuz aydın görünür. Ölüm də yuxudan oyanmaq kimi olacaq. Öldüyümüz zaman dünya həyatının çox-çox qısa yuxu olduğunu anlayacağıq. İnsanlardan dünyada nə qədər qaldınız deyə soruşduqda, təəccüblü şəkildə qısa olduğunu söyləyəcəklər. Ölümlə birlikdə təsvir o qədər aydınlaşar ki, dünyanın qətiyyən yuxu olduğuna tam qənaət gələr. Möminlər ölən kimi şən, gözəl qarşılanma görər. Küfr əhli üçünsə ölüm anından etibarən hər şey dəhşət vericidir. Sitatlar
İnsanlara və dünyaya əhəmiyyət verməmək lazımdır. Sadəcə yaxşı insanlara əhəmiyyət vermək kifayətdir. Bütün diqqəti səbir və qətiyyətlə Allaha cəmləşdirmək lazımdır. Dünya ilk baxışdan əyləncəli kimi gələ bilər, lakin Allahı unutsan o dəqiqə dünya insanı boğar. Allahdan diqqəti heç vaxt kəsməmək əhəmiyyətlidir. Ağıllı insan heç vaxt Allahdan diqqətini ayırmaz. Allah ilə əlaqəni kəsmək çox sıxıcıdır. Sitatlar
İslam Birliyinin vaxtı üçün təqdir edilmiş zaman var. Əlamətlərə baxaraq bu vaxtın artıq yaxın olduğunu anlayırıq. Peyğəmbərimiz (s.ə.v) 1400 il əvvəl görmüş kimi bu gün yaşananlardan danışmış və dedikləri bir-bir olmuşdur. Sitatlar
Münafiq arsızlığının ən əhəmiyyətli nümunələrindən biri də Peyğəmbərimiz (s.ə.v)-i fitnə üçün qurduqları öz məscidlərinə dəvət etmələridir. Özlərinin daha təqvalı olduğunu iddia edir və Rəsulullah (s.ə.v)-i də bu məscidə dəvət edirlər. Halbuki bu məscidə silah toplamış və Peyğəmbərimiz (s.ə.v)-i şəhid etməyi qarşılarına məqsəd qoyublar. Sitatlar
Münafiq küfr əhlinə diqqətini yönəltməz. Küfr əhli münafiqi heç maraqlandırmaz. Tək hədəfləri Peyğəmbər və Peyğəmbərin ətrafındakı müsəlmanlardır. Bütün enerjisini və diqqətini müsəlmanların dağılmasına sərf edər. Var gücü ilə müsəlmanların dağılıb ayrılmasını istəyər. Bunun səbəbi də münafiqin kinidir. Peyğəmbərə 10 il, 20 il ərzində xidmət etməyin acısından içləri qovrular. Bu qovrulma və nifrətlə ağılsızca həmlələr edər. Sitatlar
Münafiq onsuz da murdardır, hər cür alçaqlığı etməyə hazır Dəccal öncülüdür. Şeytan üstünə çökdüyü zaman tam Dəccal olar. Bu tiplər uşaqlıqda da quldur xarakterlidir. Hələ kiçik yaşda olarkən insanlara zərər verərlər. Bütün həyatları rəzalət, söyüşkənlik, fırıldaqçılıqla keçər. Müsəlmanların yanına gəldikləri zaman arada böyük ziddiyyət yaranar. Donuz sürüsünün tərtəmiz dünya ilə qarşılaşdığını düşünün, müsəlmanların təmiz dünyasını görəndə; "bizi də aranıza alın" deyə donuz olduqlarını gizlətməyə çalışarlar. Müsəlmanların sahib olduqlarından istifadə etməyi planlaşdırdıqları üçün var gücləri ilə müsəlmanların daha zəngin, daha güclü olması üçün səy göstərərlər. 20 il müsəlmanları zənginləşdirmək üçün çalışarlar. Allah bunların donuz zehnini bağlayar, axmaqlıqlarını görə bilməyəcəkləri şəkildə 20 il ərzində müsəlmanlara xidmət edərlər. Tamamən yal yalayıcısı olarlar. Bu axmaqlıqlarını gördükləri zaman isə yolunmuş qaz kimi qaçarlar. Allaha haşa oyun oynamağa cəhd edəni Allah belə rəzil edər. Sitatlar
Osmanlı Peyğəmbərimiz (s.ə.v)-in əmanətlərini İstanbula gətirməklə, o dəyərli əmanətləri oğurluqdan qorumuşdur. İngiltərə dərin dövləti müqəddəs əmanətləri Londona apara bilməməyin acısını yaşayır. Söhbət haşa oğurluqdan deyil, oğurluqdan qorumadan gedir. Sitatlar
Cənnət dünyaya çox oxşayır, amma yeni yuxu şəkli kimidir. Məntiq hörgüsü tamamilə dəyişir, ancaq o məntiq bizə çox məqbul gələcək. Yuxuya necə ki heyrətlənmirik, cənnətdə də heç bir şeyə heyrətlənməyəcəyik. Evlər, bağlar, bazarlar hər sevdiyi şey cənnətdə də olacaq. Cənnətin ən böyük zövqü isə Allah sevgisi olacaq. Sitatlar
Allah cənnətdə həmişə yeni qoxular, yeni rənglər, yeni zövqlər yaradar. Allahın sonsuz ağlını və sonsuz sənətini ən gözəl şəkildə cənnətdə görəcəyik inşaAllah. Sitatlar
İncəsənətin donması faciədir. Yeni əsər yaradıla bilməməyin fəlakət olaraq görünməsi və incəsənət xadimlərinin çox yaxşı dəstəklənməsi lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur