logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 20 noyabr 2017

avatar

Adnan Oktar

İnsanlara və dünyaya əhəmiyyət verməmək lazımdır. Sadəcə yaxşı insanlara əhəmiyyət vermək kifayətdir. Bütün diqqəti səbir və qətiyyətlə Allaha cəmləşdirmək lazımdır. Dünya ilk baxışdan əyləncəli kimi gələ bilər, lakin Allahı unutsan o dəqiqə dünya insanı boğar. Allahdan diqqəti heç vaxt kəsməmək əhəmiyyətlidir. Ağıllı insan heç vaxt Allahdan diqqətini ayırmaz. Allah ilə əlaqəni kəsmək çox sıxıcıdır.
A9 TV; 20 noyabr 2017
1090
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Açıq şüurla, ağıllı insanın Allahı inkar etməsi qeyri-mümkündür. Sitatlar
Ağıl, Allahdan qorxan insanın Qurana görə özünə və ətrafına faydalı olmasını təmin edən həyat formasıdır. Sitatlar
Ağıllı insan özünə və ətrafına zərər verməz, hüzurludur. İnsan yanında sıxılmaz. Mövcudluğu təsiredicidir, göz həmişə onu axtarar. Ağıllı baxış çox mənalı və gözəl olar. Ağıllı insan sakitləşdiricidir, qəlbə fərəhlik verər. Ağıllı insan gəldiyi zaman insanlar təbii olaraq onun həmişə Allah ilə birlikdə olduğunu hiss edərlər. Ağıl Allahdan gələn nurdur. Sitatlar
Ağıllı, səmimi insanın tənqidi qiymətlidir. Səmimi sevən dostun insanın yaxşı olması üçün göstərdiyi səyi təqdir etmək lazımdır. Necə də gözəl, sənin lehinə olub sənin görə bilmədiyini görən bir göz sənə faydalı olur. Al o tənqidi başının üstünə qoy. Lakin sırf əxlaqsızlıq olsun deyə, qarşısındakını pərt etmək üçün tənqid edən olduğu zaman onun cavabını gözəl şəkildə vermək lazımdır. Sitatlar
Ağlını dondurmuş insanın üzündə sevgi ifadəsi yaranmaz. Sevgini axmaqlıq kimi görər. Kinliliyi, nifrəti, qeyri-səmimiliyi ayıq-sayıqlıq zənn edər. Bataqlığın içində ömrünü çırpınaraq keçirdiyini də anlaya bilməz. Sevgini axmaqlıq kimi görmək çox böyük ağılsızlıqdır. Sitatlar
Allah dünyaya dair gözəlliklərə qarşı insanların qəlbinə sevgi qoyduğunu, lakin bunun imtahanın bir hissəsi olduğunu bildirir. Allah dünyanın həqiqətindən çox təfsilatlı bəhs edir. Bəzi insanlar buna baxmayaraq, Allahı unutduqları üçün dünyaya aludə olurlar. Sitatlar
Allah insanları çətinliklər və əziyyətlərlə tərbiyə edər. Qocalıq, xəstəlik, aclıq, qorxu da insanların tərbiyəsində əhəmiyyətlidir. Məsələn, münafiqlərə çox bəla gələr, lakin heç vaxt anlamazlar, tərbiyə olunmazlar. Bu tərbiyənin məqsədi də sevgini öyrənməkdir. Dünya sevginin öyrədildiyi mükəmməl məktəbdir. Sitatlar
Allah nemətlərdən danışın və yada salın deyir. Allahın, İslamdan bəhs etməyimiz üçün bizə verdiyi imkanları xatırlamaq ibadətdir. 1979-cu ildə təbliğə başladığımız zaman dünya miqyasında izah edə biləcəyimiz imkansız kimi görünürdü. Bu gün Allah, Allaha həmd olsun, 47 ölkədə 216 qəzet və jurnalda məqalələrimin dərc olunmasını təmin edir. Bu, çox güclü və gözəl təbliğ imkanıdır. Sitatlar
Allahı dərin sevsə, insan çox fərqli aləmdə yaşayar, bütün dünya o insana görə hərəkət edər. Bu, Allahın gizli sənətidir. İnsanlar bunu çox vaxt hiss etməzlər. Sitatlar
Allahı heç vaxt tərk etməsən, hər şey sənə görə hərəkət edəcəyi üçün mütləq ağıllı olarsan. Allah ilə əlaqəsini heç vaxt qoparmayan insan ağıllıdır və bu ağla görə bütün dünya formalaşar. Bu ağla bütün dünya, hətta şeytan belə xidmət edər. Hal-hazırda bütün dünya təkcə mehdiyyətin hakimiyyəti üçün çalışır. Allahı tərk etdiyin anda isə şirkə girərsən və ağıl yaranmaz. Sitatlar
Allahı unudan insan dünyanın ən təhlükəli heyvanı olar. Allah o varlığın üzünü dünyanın ən qorxunc heyvanı halına gətirər. Heç bir heyvan nursuz, imansız, ağılsız münafiq qədər çirkin və qorxunc olmaz. Münafiqlər buna görə məxluqların ən bərbadı, ən murdar, ən qorxunc olanıdır. Sitatlar
Allahın bəndəsini sevdiyini göstərən xüsusi sirr sistemi var. O qulunun xeyir yolunda etmək istədiklərinin hamısına qapını açar. Biz dünya səviyyəsində təbliğ etmək istəyirdik, Allah bu əsrdə interneti yaratdı, oturduğumuz yerdən bütün dünyaya təbliğ edirik. Allahdan sevgini istədik, Allah sevəcəyimiz insanlar yaratdı. Mənim sevgimdə və dostlarımın mənə olan sevgisində təcəlli edən Allah sevgisidir. Mehdiyyətdən bəhs etmək istədik, Allah yerdə və göydə 600 əlamət yaratdı. Peyğəmbərin sözünün haqq olduğunu göstərdi. Sırf mehdiyyətə dəstək olsun deyə, cüt quyruqlu ulduz Lulini, ondan əvvəl Halleyi yaratdı. Tam Mehdinin zühur etdiyi ildə Ramazan ayında Ay və Günəş tutulması yaratdı, bunların hamısı Allahın xüsusi dəstəyidir. Sitatlar
Bütün güc-qüvvət Allahın əlindədir. Allahın icazəsi ilə sevgi məsələsində dünyaya liderlik etməyə, bütün dünyaya sevgi hakim olana qədər səy göstərməyə davam edəcəyik. Sitatlar
Bütün münafiqlər mehdiyyətə bütövlükdə qarşıdırlar. Çünki mehdiyyətlə İslam aləminin birləşəcəyini, İslamın dünyaya hakim olacağını və müsəlmanların xilas olacağını bilirlər. Sitatlar
Darvinist təhsil millətin imanına bilavasitə yönələn vəziyyətdir. Darvinizmdə Allah inancı yoxdur. Əxlaq yoxdur, ailə yoxdur. Belə şeyə qapı açmaq çox böyük günahdır. Darvinist təhsil Allahı inkaretmə təhsili deməkdir. Müsbət təhsil adı altında təsadüflərlə kainatı izah etməyə çalışmaq ağıl və məntiq cəhətdən də olmaz, əxlaq, vicdan, iman cəhətdən də olmaz. Darvinist təhsil aradan qaldırılsa dünya miqyasında dəccaliyyətə ən böyük elmi zərbə endirilmiş olar. Sitatlar
Darvinizim, dəccaliyyətin dinidir. Dəccaliyyətin dinini əllərindən almış olmağımız, Allahın bizə lütf etdiyi çox mühüm müvəffəqiyyətdir. İkincisi də bütün dünyaya Quranın kafiliyindən danışmağımızdır. Sitatlar
Dünya iki cür qavranılacaq kimidir. Bir metafizik cəhətdən, bir də əhli dünya gözü ilə, həyatın həqiqətləri gözüylə görüləcək kimidir. Müsəlman metafizik gözlə baxar. O zaman o metafizik gizli qanunlar fəaliyyətə keçər, mömin müvəffəqiyyətli olar. Əhli dünya gözü ilə baxıldığı zaman əhli dünyanın gizli, qaranlıq qanunları fəaliyyətə keçər və o insanı əzər. Peyğəmbərlər mütləq müvəffəqiyyətli olur, Əbu Cəhillər mütləq batır. Bu gizli sistemdir, Allahın xüsusi qanunudur. Bu gizli metafizik cəhəti görən mömin Allah ilə dost olar, Allah ilə birlikdə hərəkət edir. Sitatlar
Dünya xalqı çox məzlumdur, lakin bir qrup quldur dünya əhalisini əsir alıb. Milləti məhv edən, savaşdıran, dəhşət saçan, terror təşkilatlarını təşkil edən bir qrup şeytan ordusu var. Bunlar fikri olaraq zərərsizləşdirilsə dünya bir anda cənnətə dönər. Dünya xalqı birləşsin, dünyaya qan qusduran bu sistemi əl birliyi ilə elmi yolla dayandıraq. Sitatlar
Dünya yaradıldığı ilk gündən bəri təxminən 15 milyard ildir ki, atomlar heç dayanmadan fırlanaraq Allahı zikr edirlər. Sitatlar
Hal-hazırda yuxuda olduğumuz aydın görünür. Ölüm də yuxudan oyanmaq kimi olacaq. Öldüyümüz zaman dünya həyatının çox-çox qısa yuxu olduğunu anlayacağıq. İnsanlardan dünyada nə qədər qaldınız deyə soruşduqda, təəccüblü şəkildə qısa olduğunu söyləyəcəklər. Ölümlə birlikdə təsvir o qədər aydınlaşar ki, dünyanın qətiyyən yuxu olduğuna tam qənaət gələr. Möminlər ölən kimi şən, gözəl qarşılanma görər. Küfr əhli üçünsə ölüm anından etibarən hər şey dəhşət vericidir. Sitatlar
İngiltərə dərin dövləti son 200 ildir ki, dünyaya dəhşət saçır. Bunlar şeytani düşüncə insanıdırlar. Gecə-gündüz düşünüb, fəlsəfə yaradıb, insanların şəxsiyyətsiz olanları tapıb, onlara tətbiq etdirərək, günahsız dünya xalqlarını əzirlər. Birinci dünya müharibəsi, ikinci dünya müharibəsi və digər bütün dağıdıcı ideologiyalar İngiltərə dərin dövlətinin əsəridir. Sitatlar
İnsanların əksəriyyəti axirəti düşünməz, dünya malının və çoxalmağın dərdindədir. Sitatlar
Mehdiyyət dövründə təxminən 50 il dünya himayədarlıq sistemini yaşayacaq inşaAllah. Yoxsulluq, aclıq, haqsızlıq deyə bir məsələ qalmayacaq. Sitatlar
Qadınlar getdikləri hər yeri Günəş kimi işıqlandırar. Mənim qız dostlarımın iffəti, imanı, sevgi dərinliyi əsas təsiri yaradır. Dünyanın hər yerində yeni il qeyd edilir, insanları o qədər maraqlandırmır. Lakin dostlarımın mənəvi gözəlliyi heyrətamiz cazibə yaradır və insanların ən çox diqqətini bu çəkir. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur