logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 aprel 2017

avatar

Adnan Oktar

Əgər Türkiyə müasir, incəsənətə, keyfiyyətə əhəmiyyət verən mövqedə olsa, Avropa da Türkiyəni müdafiə edər və dəstəkləyər.
A9 TV; 27 aprel 2017
734
avatar

Adnan Oktar

Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır.
A9 TV; 27 aprel 2017
avatar

Adnan Oktar

Darvinizm olmadıqda marksist leninist düşüncə də qalmaz. Darvinizm bitdikdə terror da bitər. İmani fəaliyyətdən başqa bu bəla üçün sədd yoxdur.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Kommunizm iman zəifliyindən irəli gəlir. Dağa çıxmağa mane olmağın qəti yolu kommunizmin dayaq nöqtəsi olan darvinizmin aradan qaldırılmasıdır.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Mühafizəkar mətbuatın böyük hissəsi də açıqca Adəm və Həvvadan yaradıldığımızı izah etmir, bilərəkdən və ya bilməyərəkdən təkamül təbliğatı aparır. Mühafizəkar təbəqənin bir qismi darvinizmi elm zənn etdiyi üçün hələ ən başından məğlubiyyəti qəbul edir, elm ilə qarşı izah verə bilmir.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Allahın açıqca inkar edildiyi, insanlara “Allah yaratmadı” deyə təhsil verildiyi müddətcə bəlalar, əzablar əskik olmaz. “Atalarımız mikrobdur” deyən zehniyyətlə gənclər yetişdirilsə bu gənclərin zorakılığa, kommunizmə, terrora sürüklənməsi çox asanlaşar.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər yerdə Allahın ruhu var. Bir çobanyastığının, yoldakı tək bir otun içində Allahın ruhu var. O tək çobanyastığıdan Allah istəsə yeni kainat yaranar. Allah istədikdə hz. Musanın əsasını bir anda canlı ilana döndərir, istəsə saraya da döndərər.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər şeyi təsadüflə izah etməyə çalışan darvinizm elm deyil. Təsadüfün elmdə yeri yoxdur. Darvinizm batil şumer əfsanəsidir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İmansız gənclik xəstə olur. Allah insanları imanla normal yaşayacaq şəkildə yaradıb. İman olmadıqda həm ağıl, həm orqanizm sağlamlığı problemli olur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İnsanın qəzəblənməyi özünə yaraşdıra bilməməsi və gülünc hesab etməsi lazımdır. Qəzəbi ciddi hesab etməsi qəribə haldır. İnsanın özünü o qədər itirəcəyi bir mövzu ola bilməz. Qəzəb mühakimənin pozulmasına səbəb olar. Bu, qəzəbin qabaqcadan bəlasıdır. İnsanın dərisini, ağlını, saçını, bütün qabiliyyətlərini öldürər. Qəzəbin şeytani şəhvəti var. Bu ziyan verici şəhvətə qapılmamaq lazımdır. Allah müsəlmanları qəzəbdən çəkindirir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəpərəst ortodoks təzyiq gənclərin sevincinin yox olmasına səbəb oldu. İkisinə qarşı da elmi tədbir almaq lazımdır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Şeytan insanları yorğun etmək istəyər. Bu yorğunluğa qarşı mübarizənin adı imandır. Yorğunluğa təslim olsan səni əsir alar.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Davası olmayan insan sürüklənən bomboş kötük kimidir. Haqq iddiası olan insan isə geniş suda şərəflə irəliləyən görkəmli gəmi kimidir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

PKK-nı zərərsizləşdirməyin yolu silah, bomba deyil, mədəni mübarizədir. Terror və zorakılığın zəmini darvinist təhsildir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Dünya imtahan üçün gəldiyimiz qısamüddətli kursdur. Burada hər kəsin səhvləri, əksikləri ola bilər. Şəfqət əhəmiyyətlidir, şəfqət sakitləşdiricidir. Şəfqətlə baxmağı bacarmayan insan qəzəblənməyə çox meylli olar. Bu qəzəb də Allah qorusun qəlbi parça-parça edər. İsrarla şəfqətdən yana olmaq lazımdır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Mömin insanları qorxaqlığa deyil, cəsarətə sövq edər. Allah üçün hər cür fədakarlığa, coşğuyla hazır ruha sövq edər.
A9 TV; 24 aprel 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır. Sitatlar
Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz. Sitatlar
Küfr əxlaqındakı vicdansızlıq onlara o qədər böyük əzab çəkdirir ki, sanki cəhənnəm oduna düşmüş kimi yaşayırlar. Buna görə belə qəzəblidirlər. Özləri sevgini, gözəlliyi, dostluğu, səmimiyyəti yaşaya bilmədikləri üçün iman gətirənlərin təmiz, nurlu, keyfiyyətli həyatı onların içinə dərd olur. Sitatlar
Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır. Sitatlar
Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur. Sitatlar
Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir. Sitatlar
Biz azadlıqlar, keyfiyyət və demokratiya ilə öz ölkəmizi Avropaya bənzədək, hətta daha üstün hala gətirək ki, bütün dünya Türkiyəyə heyran olsun. Sitatlar
Türkiyəni müasir mövqeyə gətirmək üçün yürüdüləcək siyasəti bütün millətimiz dəstəkləyər. Sitatlar
Mövhumatçı, sevgisiz, keyfiyyətsiz, hər şeyə düşmən, insanların sevincini əlindən alacaq bir zehniyyətin Türkiyəni qaraltmasına əsla icazə vermərik. Türkiyəni tərtəmiz parlaq gələcək gözləyir. İncəsənət, gözəllik, elm, keyfiyyət düşmənləri boşuna həvəslənməsinlər. Sitatlar
Tayyib hocamın müasir Türkiyəni hədəfləməsi, keyfiyyəti, incəsənəti, gözəlliyi ön plana alması çox gözəl olar. Bəzi reaksiyalar onu heç usandırmasın. Sitatlar
Yaxın Şərq və Şərqin ümumi xüsusiyyəti keyfiyyət çatışmazlığıdır. Millət olaraq bunu dəyişdirək. Türkiyə keyfiyyətin, incəsənətin qalası olsun. Türkiyə keyfiyyətin qalası ola bilərmi? deyirlər, olar. Ya Allah, bismillah deyib başlamaq lazımdır. Sonrası, arxası kəsilmədən gələr inşaAllah. Sitatlar
Hər peyğəmbər öz dövrünün ən müasir insanı idi. Müasirliyi çirkin qarşılamaq məntiqsizlikdir. Sitatlar
Müasir mənada İslamın yaşana biləcəyini göstərmək, İslam əxlaqının dünyaya hakimiyyətinin aydın dəlilidir. Buna görə də bəziləri təşvişə qapılır. Məzhəblər meydana gətirib bir-birinə düşmən edərək onsuz da müsəlmanları öz içinə çökdürüblər. Bundan əlavə müasirlikdən uzaq, içə qapalı, incəsənəti, elmi, gözəlliyi olmayan bir İslam anlayışı yaradaraq müsəlmanların əl-ayağını tam bağlamaq istəyirlər. Sitatlar
Türkiyə ultramüasir olsa, keyfiyyətə, incəsənətə, qadın hüquqlarına ən yüksək dəyəri versə Avropadakı Türkiyə əleyhinə mövqe və PKK dəstəyi bitər. Sitatlar
Avropanı əsil narahat edən keyfiyyətsizlikdir. Heykələ, rəsmə, musiqiyə düşmən insanları öz həyatlarının içində görmək istəmirlər. Bəzi həqiqətləri anlamazlıqdan gəlmək vaxt itkisinə səbəb olur. Türkiyədə təcili surətdə Keyfiyyət Nazirliyi yaradılmalıdır. Dövlət keyfiyyəti təşviq etməlidir. Sitatlar
Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər. Sitatlar
Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir. Sitatlar
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir. Sitatlar
Evanqelistlər də, mühafizəkarlar da darvinizmə necə elmi cavab verəcəklərini bilmirlər. Təkcə bizim fəaliyyətlərimiz elmi cavab xüsusiyyətindədir. Sitatlar
Əgər Türkiyə darvinizmi fikri olaraq aradan qaldırsa, bu Türkiyə əleyhinə olanların hamısına bir anda vurulmuş ən təsirli “elmi şillə” olar. İngiltərə dərin dövlətinin ədabazlığı arxasını darvinizmə dayamasından irəli gəlir. Türkiyə darvinizmi aradan qaldırsa elmi şilləni vurmuş olar. Türkiyənin darvinizmi aradan qaldırması İslam aləminə də nümunə olar. Onlar da güclənərlər. Allah “yoxdur” deyilən bu fitnəni bitirmiş olarıq. Sitatlar
Darvinizmin aradan qaldırılması terrorun və fitnənin beynindən elmi yolla vurulması, darmadağın edilməsi deməkdir. Bu xidməti Türkiyə etməlidir. Sitatlar
Ağaclar çox yaxşı qorunmalıdır. Ağaclara lövhə vurmağın, ağacın dibinə yuyucu vasitəli su tökməyin qanunlarla qadağan edilməsi lazımdır. Sitatlar
İngiltərə dərin dövləti Osmanlının son dövrlərindən etibarən pəncəsini Türkiyəyə keçirdi. Bu pəncəni elmlə yox edəcək olan mehdiyyətdir. Sitatlar
Xüsusi təyinatlıların sayını mütləq sürətlə artıraq. Təhsil üçün yeni məktəblər da açılsa çox yaxşı olar. Sitatlar
Allah insanların düşünməsi üçün baxdıqları hər yerdə çoxlu iman həqiqəti yaradıb. Buna baxmayaraq, insanların heç düşünməməsi böyük zalımlıqdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur