logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 27 aprel 2017

avatar

Adnan Oktar

Sevgidən, nəzakətdən, keyfiyyətdən xəbəri olmayan kütlələrin yaranması ehtimalı ciddi təhlükədir. Buna qarşı təhsil səfərbərliyi olmalıdır.
A9 TV; 27 aprel 2017
2361
avatar

Adnan Oktar

Darvinizm olmadıqda marksist leninist düşüncə də qalmaz. Darvinizm bitdikdə terror da bitər. İmani fəaliyyətdən başqa bu bəla üçün sədd yoxdur.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Kommunizm iman zəifliyindən irəli gəlir. Dağa çıxmağa mane olmağın qəti yolu kommunizmin dayaq nöqtəsi olan darvinizmin aradan qaldırılmasıdır.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Mühafizəkar mətbuatın böyük hissəsi də açıqca Adəm və Həvvadan yaradıldığımızı izah etmir, bilərəkdən və ya bilməyərəkdən təkamül təbliğatı aparır. Mühafizəkar təbəqənin bir qismi darvinizmi elm zənn etdiyi üçün hələ ən başından məğlubiyyəti qəbul edir, elm ilə qarşı izah verə bilmir.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Allahın açıqca inkar edildiyi, insanlara “Allah yaratmadı” deyə təhsil verildiyi müddətcə bəlalar, əzablar əskik olmaz. “Atalarımız mikrobdur” deyən zehniyyətlə gənclər yetişdirilsə bu gənclərin zorakılığa, kommunizmə, terrora sürüklənməsi çox asanlaşar.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Terror, təkcə əsgərlə, polislə həll edilə bilməz. Onların bir fəlsəfəsi var, bu fəlsəfəni məğlub etmədən terrorun silinməsi qeyri-mümkündür. Onlar işçilərini sən təsadüf məhsulusan, qarşındakı da təsadüf məhsuludur, öldürərək, vuruşaraq inkişaf edəcəksən deyə yetişdirir. Bu fikri yox etmədikcə, fikri olaraq əsassızlığını elmi dəlillərlə ortaya qoymadıqca onlar zorakılıqdan əl çəkməyəcəklər.
A9 TV; 26 aprel 2017
avatar

Adnan Oktar

Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Cənnətdə qədəhlər, ən gözəl süfrələr, ən gözəl musiqi, ən nəfis incəsənət var. Bu gözəlliklərin hamısı dünyada da müsəlmanlar üçün nemətdir. Rəsm əsərini, heykəli, musiqini, elmi, zənginliyi, ehtişamı, sevinci müsəlmanlar sahiblənməlidir. Bu nemətləri tərk etmələrinə dini cəhətdən heç bir ehtiyac yoxdur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər yerdə Allahın ruhu var. Bir çobanyastığının, yoldakı tək bir otun içində Allahın ruhu var. O tək çobanyastığıdan Allah istəsə yeni kainat yaranar. Allah istədikdə hz. Musanın əsasını bir anda canlı ilana döndərir, istəsə saraya da döndərər.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Tək bir alma ağacındakı ağıl insanlarda yoxdur. Hər bir almanın içindəki vitamin, mineral, zülal tam tarazlıdır, qoxusu, dadı, qatılığı tam nizamlıdır. Tək bir alma çəyirdəyinin içində ağacın bütün məlumatları və gələcək nəsillərdəki bütün alma ağaclarının məlumatı kodlanmışdır. İçi sanki dünyalarla doludur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Qadına ən mənfi təsir göstərən şey ağıl zəifliyidir. Qadının axtardığı ağıl, iman, dərinlik və ehtirasdır. Dərin düşünə bilməyən, nə dediyini bilməyən, ağlı zəif birini gördükdə qadın sevib bağlana bilməz. Beyni qapanar, özünü zorlasa da sevə bilməz.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Hər şeyi təsadüflə izah etməyə çalışan darvinizm elm deyil. Təsadüfün elmdə yeri yoxdur. Darvinizm batil şumer əfsanəsidir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İmansız gənclik xəstə olur. Allah insanları imanla normal yaşayacaq şəkildə yaradıb. İman olmadıqda həm ağıl, həm orqanizm sağlamlığı problemli olur.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

İnsanın qəzəblənməyi özünə yaraşdıra bilməməsi və gülünc hesab etməsi lazımdır. Qəzəbi ciddi hesab etməsi qəribə haldır. İnsanın özünü o qədər itirəcəyi bir mövzu ola bilməz. Qəzəb mühakimənin pozulmasına səbəb olar. Bu, qəzəbin qabaqcadan bəlasıdır. İnsanın dərisini, ağlını, saçını, bütün qabiliyyətlərini öldürər. Qəzəbin şeytani şəhvəti var. Bu ziyan verici şəhvətə qapılmamaq lazımdır. Allah müsəlmanları qəzəbdən çəkindirir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəpərəst ortodoks təzyiq gənclərin sevincinin yox olmasına səbəb oldu. İkisinə qarşı da elmi tədbir almaq lazımdır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Şeytan insanları yorğun etmək istəyər. Bu yorğunluğa qarşı mübarizənin adı imandır. Yorğunluğa təslim olsan səni əsir alar.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Davası olmayan insan sürüklənən bomboş kötük kimidir. Haqq iddiası olan insan isə geniş suda şərəflə irəliləyən görkəmli gəmi kimidir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

PKK-nı zərərsizləşdirməyin yolu silah, bomba deyil, mədəni mübarizədir. Terror və zorakılığın zəmini darvinist təhsildir.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Dünya imtahan üçün gəldiyimiz qısamüddətli kursdur. Burada hər kəsin səhvləri, əksikləri ola bilər. Şəfqət əhəmiyyətlidir, şəfqət sakitləşdiricidir. Şəfqətlə baxmağı bacarmayan insan qəzəblənməyə çox meylli olar. Bu qəzəb də Allah qorusun qəlbi parça-parça edər. İsrarla şəfqətdən yana olmaq lazımdır.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Mömin insanları qorxaqlığa deyil, cəsarətə sövq edər. Allah üçün hər cür fədakarlığa, coşğuyla hazır ruha sövq edər.
A9 TV; 24 aprel 2017
avatar

Adnan Oktar

Küfr əhlinin cəhənnəmdə yaşadığı əzab bizim bildiyimiz mənada olan əzab deyil, Allahualəm. Lakin Allah sözünü mütləq yerinə yetirər.
A9 TV; 24 aprel 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Əgər Türkiyə müasir, incəsənətə, keyfiyyətə əhəmiyyət verən mövqedə olsa, Avropa da Türkiyəni müdafiə edər və dəstəkləyər. Sitatlar
Əgər Türkiyə qadın haqlarını, incəsənəti, elmi, keyfiyyəti ön plana alıb, Avropadan daha qabaqcıl mədəniyyəti müdafiə etsə, PKK-nı da heç kim dəstəkləməz. Sitatlar
Qadınlar cənnətin də, dünyanın da bəzəyidirlər. Qadınlara sevgi və hörmət göstərməyi bacarmayanlar əvvəlcə içlərindəki sevgisizliyi aradan qaldırmalıdırlar. Sitatlar
Cənnətdə hər şey sevgi üçündür, Allaha şükür etməyimiz üçündür, cənnətdəkiləri də Allahı sevdiyimiz üçün sevərik. Sitatlar
Hədislərə görə hz. Mehdi (ə.s) kömür kimi olmuş qəlbləri sevgi ilə almaza döndərəcək. Sitatlar
Küfr əxlaqındakı vicdansızlıq onlara o qədər böyük əzab çəkdirir ki, sanki cəhənnəm oduna düşmüş kimi yaşayırlar. Buna görə belə qəzəblidirlər. Özləri sevgini, gözəlliyi, dostluğu, səmimiyyəti yaşaya bilmədikləri üçün iman gətirənlərin təmiz, nurlu, keyfiyyətli həyatı onların içinə dərd olur. Sitatlar
Allah bütün diqqətin Özündə olmasını istəyir. Evləri, televizorları, kompyuterləri, bütün dostlarımızı yaradan Allahdır. Əsil sevgi Allahadır. Sitatlar
Sevdiyin insanı da, sevmə hissini də yaradan Allahdır. Allah sevgi duyğusunu alsa insan heç nə edə bilməz. Buna görə də, həqiqi sevgi Allaha olmalıdır. Sitatlar
Türkiyə incəsənət və keyfiyyətin qalası olsun. Həqiqi Avropa, Türkiyə olsun. Hər kəs qaçaraq Türkiyəyə gəlmək istəsin. Hər yerdə meyvə bağları, salxım çiçəklər, heykəllər, hovuzlar və keyfiyyət olsun. Türkiyəni həqiqi Avropa edək. Buna nail olmaq çox asandır. Sitatlar
Türkiyə çox müasir olmaq məcburiyyətindədir. Həm dindarları çox yaxşı qoruyan, həm də ultramüasir, mümkün qədər azadlıq təmin edən ölkə olacağıq. Tayyib hocam müasir sağın lideridir. Həm dindarları qoruyur, həm də müasir anlayışa sahibdir. Türkiyəni daha da müasirləşdirəcəyik. Millətimiz incəsənətə, gözəlliyə, keyfiyyətə, müasirliyə, dekolteyə qarşı olan bir qrup insanın zehniyyəti ilə deyil, parlaq anlayışla yaşamaq istəyir. Sitatlar
İslam əxlaqının dünyaya hakim olması demək, sülhün, sevginin, demokratiyanın, azadlığın, keyfiyyətin hakim olması deməkdir. Bunu hər kəs istəyər. Sitatlar
Bəzi gənclərin həyatı sevgisizlikdən məhv olmuş vəziyyətdədir. Bu kəsləri ağılla, səbirlə öyrətmək lazımdır, yavaş-yavaş bu üslubdan xilas olarlar. Sitatlar
Taxta stullar üzərində, havasız siniflərdə deyil, filmlərdən istifadə edərək, bağçada sevinc içində söhbət edərək təşkil edilmiş təhsil sistemi olmalıdır. Uşaq məktəbə getməyi əziyyət kimi deyil, ümumi biliyinin, keyfiyyətinin artacağını bildiyi əyləncə olaraq görməlidir. Bu zaman öyrəndiyini unutmaz. Mənanı unutduran təhsil sistemi olduqda uşaq dərinlik ala bilmir, sevgisizlik yayılır, fəlakət addım-addım inkişaf edir. Sitatlar
Uşaqları sərgilərə, muzeylərə aparmaq, hər mövzunu vizual üsullar işlədərək izah etmək əhəmiyyətlidir. Tarix, coğrafiya, hər mövzuda muzeylərdə izah edilə bilər. Sitatlar
Təhsilin təməli nəzakətli insan olmağa təşviq olmalıdır. İmtahanlarla uşaqları sıxışdırmaq deyil, zövqlə öyrənmələrini təmin etmək lazımdır. Uşaqlara nəzakətli, mədəni olmağın zövqünü hiss etdirmək vacibdir. Mədəni olduğu zaman həyatın hər sahəsində müvəffəqiyyətli olacağını göstərmək lazımdır. Sitatlar
Uşaqlara mütləq praktik tibb biliyinin də verilməsi əsas şərtdir. Təkcə tibb fakültəsinə gedən deyil, təhsil alan hər kəs təməl bilikləri öyrənməlidir. Uşaqlara mütləq incəsənət təhsili də verilməlidir. Gözəl insan, gözəl məkan, gözəl mühit necə yaradılar, bunlar məktəblərdə öyrədilməlidir. Sitatlar
Lisey illərinə qədər dindar olan bir çox gənc darvinizmi öyrəndikdən sonra dindən uzaqlaşıb kommunist ideologiyanı mənimsəyir və şiddəti, qarşıdurmanı, terroru guya qanuni görməyə başlayır. Buna qarşı həll yolu, ancaq gənclərə düzgün təhsil verilməsi ilə mümkün olar. Sitatlar
Dostlarım Allahı çox sevən, Allahdan qorxan, sevgini, mərhəməti bilən, nəzakətli, keyfiyyətli insanlardır. Bir çox insan dostluğumuzu qısqanır. Bizim dostluğumuzu qısqananlar öz cəhənnəm kimi dünyalarından qəzəblə bizi izləyirlər, biz öz cənnət kimi dünyamızda yaşayırıq. Sitatlar
İman zəifliyi olduqda cəhənnəm kimi həyat yaşanır. Əxlaqı az, nəzakəti, keyfiyyəti olmayan, Allah sevgisini bilməyənlərin həyatı qorxuncdur. Sitatlar
Qadınların dekolte geyinməsinə, həyatına qarışmaq təhsil və nəzakət çatışmazlığından, hörməti bilməməkdən irəli gəlir. Sitatlar
Sevgini, nəzakəti, mədəniyyəti, gözəlliyi, keyfiyyəti bilən qadınlar yeni sevgi mədəniyyəti yaradırlar. İngiltərə dərin dövlətinin sistemi çökdü. Sitatlar
İffət, ağıl, ədəb, dərinlik, ehtiras və sevgi qadını heyrətamiz dərəcədə gözəlləşdirər. Bunların hər biri qadının bəzəyidir. Qadınları ən çox yoran sevgisizlik olur. Sevgisizlik sanki bütün hüceyrələrini öldürür. Sitatlar
Darvinizm bütün dünyada zorla qəbul etdirilməyə çalışılır. Darvinizmi qəbul etməyən akademiklər işləyə bilmirlər. Sitatlar
Darvinizm İngiltərə dərin dövləti tərəfindən dəstəklənən və qorunan inkar fəlsəfəsidir. Sitatlar
PKK-nın fəlsəfəsi marksist leninist düşüncədir. Darvinizm olmadan marksizm leninizm olmaz. Terrorun təməlindəki fəlsəfə darvinizmdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur