logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 11 iyun 2015

avatar

Adnan Oktar

Əhli-kef insanlar həm buraya, həm də oraya gedəcək, yaxud müsəlmanların yanına gələcək. Orada-burada kef çəkib yaşayacaq, amma ən kiçik bir çətinliklə üzləşəndə, mənfəətlərinə xələl gələndə qaçıb gedəcək. Yenə kefi çəkdikdə ətrafa göz qoyacaq, baxacaq. Təhlükə olmadıqda gələcək. O belə etməklə həqiqətən nəticə alacağını güman edir. Halbuki, bilərək və dərk edərək xəyanət edirsə, bunun qarşılığı daha da ağır olacaq. O arabir gəlməklə özünü xilas edə bilməz.
A9 TV; 11 iyun 2015
1054
avatar

Adnan Oktar

Allahın ən bəyəndiyi şey, Onun yolunda canını qurban verməkdir. Allah bunu ən böyük sevgi nümayişi kimi bildirir. Şəhidlik, yəni Allah üçün şəhid olmaq.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s)-ın xüsusiyyətlərindən biri, böyük vicdan sahibi olmasıdır. Digər insanlara görə daha böyük vicdan sahibidir, bu qədər. Yoxsa bu xüsusi bir qabiliyyətinin, xüsusi bir üstünlüyünün olmasından qaynaqlanmır.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyətə sakit, ən başdan qoşulmaq çox daha məqbuldur. Məsələn, sonradan Peyğəmbərimiz (s.ə.v)-ə qoşulan qruplar olmuşdur, amma onları qazandığı savab çox azdır. İlk qoşulanların savabı çoxdur. O ilk 313 nəfər, Bədr əhlinin sayı, onlar çox əhəmiyyətlidir.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət gizli və üstüörtülü halda fəaliyyət göstərir. Bu, münafiq xarakterli aciz insanları, dünyaya bağlanmış insanları ayırd etmək üçündür. Dünya insanları, qısqanc kimsələr və dünyaya vurulanlar, belə sakit mühitdə iradələrini və ağıllarını işlədə bilməzlər. Onlara mətanət, ətalət gələr, bu da onları kənara atar. Amma çox aktiv və fəal mühitdə ani həyəcanla həddən artıq birləşdirər. Bunu deyim ki, bu, o qədər məqbul deyil.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət normal axımına davam edir, lakin sürəti vaxtaşırı olaraq dəyişər. Bəzən sürət yüksələr, bəzən də məqbul olar. Bu sürəti Allah tənzimləyər. Yəni Allahın planladığı kimi hərəkət edər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

PKK silahı könüllü surətdə yerə qoymaq istəmirsə, məsələyə hərbi çıxış yolu gətirilər. Biz silahların kölgəsində yaşamaq istəmirik. Silahların hökmran olduğu Cənub-şərqi Anadolu bölgəsi istəmirik.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

HDP ilə koalisiya yaratmaq olmaz. Əvvəlcə PKK-nın kökü qanuni yollarla kəsilməlidir. MHP ilə koalisiya yaradılmalıdır. Yoxsa biz bu kabusdan qətiyyən xilas ola bilmərik. Əllərindəki silahı yerə qoymalıdırlar. Bu qədər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Türkiyənin Cənub-şərqi Anadolu bölgəsində PKK kimi qəddar bir kommunist təşkilatlanmanı sərbəst buraxmaq, orada onlar üçün yaşayış sahəsi təmin etmək, gələcək üçün də çox böyük fəlakət olar. Partiyalar bu məsələdə birləşsələr nəhəng bir güc meydana gələr. CHP, MHP, Səadəımız birlikdə, qanuni yollarla bunun kökünü kəsəcəyik deyə qərar almalıdırlar. Ortaq bəyanat verməlidirlər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

PKK Türkiyə üçün gələcəkdə də çox böyük bəladır. Bunu görməməzlikdən gəlmək olmaz. Vaxtında hüquq çərçivəsində hesablaşmaq lazımdır. Yubandırmağın heç bir faydası yoxdur, bu canavarı daha da gücləndirər.
A9 TV; 11 iyun 2015
avatar

Adnan Oktar

Bələdiyyə başçısını xalqın seçməsi Cənub-şərqi Anadolu bölgəsinin əldən getməsi deməkdir. Çünki PKK hakimiyyəti var. Əvvəlcə qanuni yollarla hüquqla PKK-nın kökünü kəs. Ondan sonra xalq bələdiyyə başçılarını seçsin.
A9 TV; 9 İyun 2015
avatar

Adnan Oktar

Bütün PKK-lıların kökü qanuni yollarla bölgədən kəsilməlidir. Hamısını toplasınlar, həbsxanaya atsınlar. Məsələ həll olsun.
A9 TV; 9 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyət layihə ilə, tənzimləmələrlə təmin edilməz. Allahın istədiyi bir quruluş var, bu normal olaraq yaranır. Ana bətnindəki uşağın inkişafı kimi. O uşağı özlərinin yaradacaqlarını zənn edirlər. O uşağı sən yarada bilməzsən, Allah yaradar. Vaxtı gəldikdə isə o uşaq doğular. Qarşısını ala bilməzsən.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah mehdiyyətin qarşısında heç nəyin, heç bir maneənin olmasını qəbul etmir. Heç bir fəaliyyətə güc vermir. Yalnız mehdiyyətin yolu açıqdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Mehdiyyəti saray hesab edirlər; sementdən götürərsən, dəmirdən götürərsən, bəzək vurarsan, al sənə hazır bir saray deyir. Belə bir şey olmaz. O saray Allah qatındadır. Mehdiyyət Allah qatındadır. Taleyin gedişindədir, bu filmdə olan bir şeydir. Metafizik şəkildə meydana gəlir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

“Mənim müsəlmanlıq tərəfim ayrı, sosial həyatım ayrıdır” deyir. Sən, məhz burada səhvə yol verdin. Halbuki həyat tamdır. İslam tamdır. İslam, həyatının hər anını, hər şeyi əhatə edər. Bu cür davam etsən özünü həlak edərsən.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfrə müəyyən qədər heyranlıq bəsləyir, bu da onu həlak edir, yandırıb yaxır. Məsələn, onların internetdəki rəftarlarına qibtə edir, orada özünü həlak edir. Yaxud onların haram həyat tərzindən xoşlanır. Qismən də olsa o həyatı yaşamaq istəyir.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Müsəlmanlar küfr əhlinin çirkabına bulaşdıqları zaman böyük iztirab çəkirlər. Üstündə bir qədər küfr əhlinin çirkabı olanda, iztirab və sıxıntı çəkməyə başlayır. Qəribə narahat olur, yerində dayana bilmir. Səbəbini bilmir. Halbuki azacıq küfr əhlinə meyl etdiyindən bunlar olur.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Küfr əhli qəribə formada narahatdır, sıxıntılıdır. İnsanın qəlbini parçalayar. Müsəlmanlıq olduqca rahatdır. Beynin rahat, ruhun rahatdır.
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan?
A9 TV; 8 iyun 2015
avatar

Adnan Oktar

Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa.
A9 TV; 8 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allah insanın tam müsəlman olub-olmadığına baxar. Yəni yarı münafiq, yarı müsəlman insan yoxdur. Allah; "etdiklərinin hamısı bütlərinin tərəfinə keçər" deyir. Məsələn, 5% Allah üçün edir, 95% bütlər üçün edir. Bu bütlərin tərəfinə keçir və ya tam əksinə 95% Allah üçün edir, 5% isə bütləri üçün edir. Bunun da hamısı bütlərinin tərəfinə keçir. Allah: “Yalnız Mənim üçün etməlisiniz” deyir. Sitatlar
Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan. Sitatlar
Münafiq mömin cəmiyyətin kiridir. Necə ki, mömin yuyunduqda kir ondan gedir, duş qəbul etdikdən sonra tərtəmiz olur. Sabunla yuyursan kir gedir, sağlam olursan. Sən: "Niyə murdarlıq yox olub gedir?" deyirsən. Mömin təmizdir, murdar yaşamaz. Murdarlığı yuyar, murdarlıq gedər, münafiq gedər, geriyə nur kimi möminlər qalar. Sitatlar
Münafiqin faydası olduqca böyükdür. Müsəlmanın şövqünü, həyəcanı artırar. Mübarizə əzmini artırar. Dünyagörüşünü və diqqətini açar. Əgər daxilində halsızlıq, yorğunluq varsa, onu yox edər. Daha çevik, daha istəkli olar. Sitatlar
Münafiq son anadək öz əxlaqsızlığını qəbul etməz. Axirətdə də qəbul etmir. Boşboğazlıq edir, bu dəfə isə, Allah danışığını kəsir. Allah dil gücünü yox edir. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: "Evlərimiz nəzarətsiz qalıb" deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? "Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb" deyir. "Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq" deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu? Sitatlar
Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər. Sitatlar
Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır. Sitatlar
Kafirlər və münafiqlər müsəlmanlarla mübarizə aparacaq. Əziyyət verəcəklər, böhtan   atacaqlar, oyun oynayacaqlar, problem çıxaracaqlar, əleyhinə xəbər hazırlayacaqlar.   Allah, bu əziyyətlərinə "fikir vermə" deyir. "Fikir vermə" nə deməkdir? Fərz deməkdir.   Təsirə məruz qalmamaq fərzdir, əgər fikir versə, onda harama girər. Belə ədəbsizlərin   qurduğu oyunlara fikir verməmək, diqqətə almamaq, əhəmiyyət verməmək fərzdir. Sitatlar
Müsəlmanla mübarizə apararlar. Müsəlman; mübarizə aparılan adam deməkdir.   Müsəlman; düşməni çox olan adam deməkdir. Əsl müsəlmandırsa, əsl mübarizə   adamıdırsa düşməni çox olar. Bir müsəlmanın ətrafında münafiq yoxdursa, onda o necə   müsəlman ola bilər?. Müsəlmanın ətrafında çoxlu kafir və münafiq olar. Sitatlar
Ailə, evlənmək, uşaq sahibi olmaq, bunlar həmişə münafiqlərin dindən üstün tutduqları xüsuslardır. Buna görə, din və bütləri arasında qərarsız qalarlar. Münafiq ailəsini bütləşdirər, uşağını bütləşdirər. Onu İslama qarşı bir fürsət hesab edər. Sitatlar
Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Bacardığım qədər zərər verim düşüncəsində olur. Sözüylə narahat etmək istəyər, rahatlığını pozmaq istəyər, pislik edəcəyini nəzərdə tutar. Kiçik, balaca bir zərər yaratmaq belə, onun üçün çox əhəmiyyətlidir. Halbuki öz aləmində verdiyi zərər müsəlmana hər dəfə savab, ona isə bəla qazandırar. Sitatlar
Münafiq müsəlmanı hər dəfə narahat etdikdə cəhənnəm onu bir qədər də özünə doğru çəkər. Həmçinin dünyada da, o bəlalar onu bir qədər də bürüməyə başlayar. Sitatlar
Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən. Sitatlar
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar. Sitatlar
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz. Sitatlar
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz. Sitatlar
“İmanımı da yaşayaram, küfr əhliylə də birlikdə olaram” deyir. Belə olduqda münafiqlik başlayır. Sən Peyğəmbərlə, müsəlmanlarla birlikdə olsan Allah bəyənər. Müsəlmanları tərk edərək öz aləmində çoxbilmişlik edirsən, lakin zənn etdiyin kimi olmaz. Sitatlar
Hz. Musa (ə.s) dövründəki münafiqlər izzəti və qüruru Fironun yanında axtardılar, onun mədəniyyətində axtardılar. O Misir yazıları, Misir heykəlləri onların hər biri onlar üçün bir marka idi. Evlərinin divarlarında Misir yazılarının olması, Misir paltarları geymək, Misir dilində danışmaq çox əhəmiyyət verdikləri bir şey idi. Sitatlar
Münafiq, iman gətirənləri də azdırmaq üçün çalışar, öz yoluna çəkmək istəyər. Öz qəlbində xəstəlik olduğundan, möminlərin də qəlbində xəstəlik olmasını istəyər, onları da öz məntiqinə çəkmək istəyər. Sitatlar
Küfr əhlinə güvənib müsəlmana güvənməmək kimi münafiq xarakterli bir dünyagörüşünə sahib olunduqda Allah mütləq intiqam alır. Sitatlar
Münafiqlər: "Müsəlmanlar bir gün dağıla bilər, əzilə bilər, lakin küfr əhli dağılmaz, devrilməz quruluşdur" deyə düşünürlər. Tarix boyu həmişə küfr əhlini güclü hesab etmiş və həmişə də məğlub olmuşdurlar. Sitatlar
İslam aləminin bu vəziyyətə gəlməsinin tək səbəbi münafiqlikdir. Dərin dövlətlər münafiqdən istifadə edər. Münafiqlər, dərin dövlətlərin ordusudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur