logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 sentyabr 2015

avatar

Adnan Oktar

Münafiq mömin cəmiyyətin kiridir. Necə ki, mömin yuyunduqda kir ondan gedir, duş qəbul etdikdən sonra tərtəmiz olur. Sabunla yuyursan kir gedir, sağlam olursan. Sən: "Niyə murdarlıq yox olub gedir?" deyirsən. Mömin təmizdir, murdar yaşamaz. Murdarlığı yuyar, murdarlıq gedər, münafiq gedər, geriyə nur kimi möminlər qalar.
A9 TV; 25 sentyabr 2015
1168
avatar

Adnan Oktar

Dövlət xərçəng xəstəsi olan kasıb ailələrə ciddi pul yardımı göstərsin. Xəstənin dərmanları və baxımı da pulsuz olsun. Yazıqdır, günahdır. Heç kəs: "Mənə nə dəxli var, onsuz da mən xəstə deyiləm, məni maraqlandırmaz" deməməlidir.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq.
A9 TV; 24 sentyabr 2015
avatar

Adnan Oktar

Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər.
A9 TV; 23 sentyabr 2015
avatar

Adnan Oktar

Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər.
A9 TV; 23 sentyabr 2015
avatar

Adnan Oktar

İgidlik üstün xüsusiyyətdir və sırf insana məxsusdur. Bunun nəticəsində ya şəhid olunar, ya da qazi. Amma mələklərdə belə şey yoxdur. Döyüş olur, heç nə olmur mələyə. Səbir deyilən şey də yoxdur. Bunun üçün Allah, əgər təqvalıdırsa, gözəl əxlaqlıdırsa, insanı mələkdən üstün yaratmışdır. İnsan, mələkləri qat-qat ötüb keçə bilər.
A9 TV; 21 sentyabr 2015
avatar

Adnan Oktar

Taledə Türkiyənin bölünməsi yoxdur. Bunu deyim ki, əgər pərgar Türkiyənin üstündə fırlanmış olsaydı Türkiyə parçalanardı, heç kim də bunun qarşısını ala bilməzdi, Allahın icazəsi ilə. Amma belə şey yoxdur. Buna görə, PKK boşuna tərs-düz salto edir, havalarda uçur. Onsuzda taledə onların həlak olacağı yazılmışdır. Həlak olacaqlar, PKK həlak olacaq.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

"Dünyada əziyyətlər var, əzablar var" deyir. Sən Allaha tam təvəkkül et və baxaq görək əzab çəkəcəksənmi? Allah əzab çəkməyin nə olduğunu bilər, lakin əzab çəkməz. İnsan da əzabın nə olduğunu bilər, lakin tam təvəkkül etsə, əzab çəkməz. Bu sirr, tam təvəkkülün sirri tapılmalıdır.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

Azadlıq olsun, demokratiya olsun. Bunun üçün hər kəs mümkün qədər mübarizə aparsın. Çünki azad mühitdə ağıl, incəsənət və elm inkişaf edər. Dövlət təzyiqi olduqda ağıl kütləşər. İnsanın müəllif gücü olmaz. İncəsənət xadimi çıxmaz, elm adamı çıxmaz. Sənaye də kütləşər, insanlar işləmək şövqlərini itirərlər.
A9 TV; 20 sentyabr 2015
avatar

Adnan Oktar

PKK bir anda yox olacaq bir şey deyil, çünki ideologiyasının təməli dövlətin çap etdirdiyi dərsliklərdə elmi həqiqətmiş kimi izah edilir. Onsuz da dövlət darvinist-materialist sistemi müdafiə edir. Buna görə, darvinist-materialist təhsil verilməyə davam etdikcə bu vəba xəstəliyi də davam edəcək.
A9 TV; 19 sentyabr 2015
avatar

Adnan Oktar

Əvvəlcə PKK deyilən bir xəstəlik olmalıdır ki, milli oyanış olsun, bu olmasa tam olmaz. Yəni firon olmasa Musa olmur. Nəmrud olmasa İbrahim olmur. Dəccal olmasa da Mehdi olmur.
A9 TV; 19 sentyabr 2015
avatar

Adnan Oktar

İslam dərin imandır, Allahı çox sevməkdir. Allahı sevdirə bilirsənmi? Yox. Bəs özün sevirsənmi? Heç sevənə bənzəmirsən. Allahdan qorxmaq və Allahı çox sevmək, bu təmin edilməlidir. Bunu təmin etdikdən sonra dinin aydın olmayacaq bir tərəfi yoxdur. Çox bilmiş kimi, böyük-böyük danışmağa ehtiyac yoxdur.
A9 TV; 18 sentyabr 2015
avatar

Adnan Oktar

Bu axan görünüşdə, bu filmdə mehdiyyət hakim olur. Filmin sonu belədir. İsa Məsih (ə.s) zühur edir, hz. Mehdi (ə.s) zühur edir, PKK yox olur, kommunizm yox olur, darvinizm yox olur. İnsanlar hazırda yerlərində dura bilmirlər, belə olmalıdır. Amma mehdiyyətin heyrətamiz yollardan müvəffəqiyyət qazandığını görəcəklər.
A9 TV; 18 sentyabr 2015
avatar

Adnan Oktar

Çox mürəkkəb kimi görünür, lakin gizlicə həm mehdiyyət, həm də məsihiyyət inkişaf edir. Nə İsa Məsih (ə.s)-ın mənəvi övladlarıyla, tələbələriylə mübarizə apara bilərlər, nə də hz. Mehdi (ə.s) ilə. Tale bu cürdür. Bu görünüşü dəyişdirə bilməzlər.
A9 TV; 18 sentyabr 2015
avatar

Adnan Oktar

Hz. Mehdi (ə.s) bir anlıq dünyadan çəkilsə qiyamət qopar. On dəqiqə çəkilmiş olsa qiyamət qopar. Bunun üçün də, mələklər hz. Mehdi (ə.s)-ın ətrafında ağlasığmaz dəqiqliklə fövqəladə blokada meydana gətirirlər. Bunu hədislərdən görürük. Cəbrayıl (ə.s), Mikayıl (ə.s) heç yanından ayrılmırlar.
A9 TV; 17 sentyabr 2015
avatar

Adnan Oktar

Yas saxlamaq müşriklərin adətidir. Qədim Şumerlərdə, Mesopotamiyada, Xetlərdə, Qədim Yunanıstanda, Qədim Misirdə tətbiq olunmuş bir adətdir. Peyğəmbərimiz (s.ə.v) bir çox hədislə yas saxlamağı qadağan etmişdir. Bu Qurana ziddir. Allahın lütfünə üsyan etməkdir. Bu müsəlmana yaraşan bir rəftar deyil, verdiyi məna çox pisdir. İslamda yas saxlamaq yoxdur.
A9 TV; 16 sentyabr 2015
avatar

Adnan Oktar

Amerika dərin dövlətinin bizim millətimizə baxış prizması xeyli pisdir, çox yanlışdır. İraqa baxış prizmaları tamamilə doğru çıxdı. Suriyaya da həmçinin. Amma Türkiyəyə baxış prizmalarının doğru olmadığını onlara göstərəcəyik. Bir də etdiklərinin qarşılığını almayacaqlarını, Türkiyədən necə gəldi istifadə edəcəklərini zənn edirlər. Belə bir şey olmaz.
A9 TV; 16 sentyabr 2015
avatar

Adnan Oktar

Mason lojalarının heç birində Quran yox idi. Mən bu lojaların hamısına Qurani-Kərim qoyulmasını təmin etdim, Allah məni vəsilə etdi.
A9 TV; 15 sentyabr 2015
avatar

Adnan Oktar

Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər.
A9 TV; 15 sentyabr 2015
avatar

Adnan Oktar

“Terrorla mübarizə” haqqında qanuna dəyişikliklər edilməlidir. Məsələn, PKK-lılara kömək edənə ən azı 10 il həbs cəzası verilsin. Eləcə də, PKK-nı tərifləyən, Abdullah Öcalanın lehinə şüarlarla çıxış edən, təşkilatla əlaqəsi olduğu açıq şəkildə bilinən hər kəsə bu cəza tətbiq edilsin. Bunu uzatmağa ehtiyac yoxdur. Başqa cür dayanmaz. Həbs etmək, ortalığı sakitləşdirər. PKK-nın bütün fəaliyyətlərini dayandırmış, qolunu-qanadını qırmış olarsan. Lazım gəlsə 10 min, 20 min, 30 min, 40 min, 50 min, 100 min insanı həbs edərsən. Doldur həbsxanaya, bitdi. Xüsusilə də, dəstə başçıları həbs olunsa məsələ bitər.
A9 TV; 14 sentyabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Münafiqin faydası olduqca böyükdür. Müsəlmanın şövqünü, həyəcanı artırar. Mübarizə əzmini artırar. Dünyagörüşünü və diqqətini açar. Əgər daxilində halsızlıq, yorğunluq varsa, onu yox edər. Daha çevik, daha istəkli olar. Sitatlar
Münafiq son anadək öz əxlaqsızlığını qəbul etməz. Axirətdə də qəbul etmir. Boşboğazlıq edir, bu dəfə isə, Allah danışığını kəsir. Allah dil gücünü yox edir. Sitatlar
Allah insanın tam müsəlman olub-olmadığına baxar. Yəni yarı münafiq, yarı müsəlman insan yoxdur. Allah; "etdiklərinin hamısı bütlərinin tərəfinə keçər" deyir. Məsələn, 5% Allah üçün edir, 95% bütlər üçün edir. Bu bütlərin tərəfinə keçir və ya tam əksinə 95% Allah üçün edir, 5% isə bütləri üçün edir. Bunun da hamısı bütlərinin tərəfinə keçir. Allah: “Yalnız Mənim üçün etməlisiniz” deyir. Sitatlar
Əhli-kef insanlar həm buraya, həm də oraya gedəcək, yaxud müsəlmanların yanına gələcək. Orada-burada kef çəkib yaşayacaq, amma ən kiçik bir çətinliklə üzləşəndə, mənfəətlərinə xələl gələndə qaçıb gedəcək. Yenə kefi çəkdikdə ətrafa göz qoyacaq, baxacaq. Təhlükə olmadıqda gələcək. O belə etməklə həqiqətən nəticə alacağını güman edir. Halbuki, bilərək və dərk edərək xəyanət edirsə, bunun qarşılığı daha da ağır olacaq. O arabir gəlməklə özünü xilas edə bilməz. Sitatlar
Münafiqlər Peyğəmbər (s.ə.v)-ə: "Evlərimiz nəzarətsiz qalıb" deyiblər. Nəzarətsiz qalıb da nə deməkdir? "Evdə oturan uşaqlarımız var, onların təhsili var, onlarla məşğul olmalıyıq. Xanımlarımıza yemək aparmalıyıq, onlarla maraqlanmalıyıq. Dükan da nəzarətsiz qalıb" deyir. "Ticarət yarımçıq qaldı, onunla məşğul olacağıq" deyir. Qardaşım, elədir də, müsəlmanları boğub-öldürürlər, şəhid edirlər. Sənin dükanın əhəmiyyətlidir, yoxsa bu? Sitatlar
Bəzən mömin münafiqə çox bənzəyər, lakin münafiq olmaz, müvəqqəti xəstəliyə tutulmuş olar. Onu bu xəstəlikdən xilas etdikdə, o normal müsəlman olaraq davam edər. Lakin bu müalicə münafiqə tətbiq edildikdə (burada çox böyük təhlükə var) eynilə o da xilas olmuş kimi görünər, lakin gizlində münafiqliyə davam edər. Sitatlar
Kafir və münafiqlərdə sürü psixologiyası vardır. Heyvanlarda olduğu kimi. Ortaq hərəkət edərlər. Məsələn, şimal maralları, bizon sürüləri necə sürü halında hərəkət edirlərsə, küfür əhli də bu cür sürü halında hərəkət edərlər. Bir yerdən bir təhlükə gəldikdə, bizon sürüləri sürü halında ona hücum etməyə başlayır. Küfr əhli də belədir, toplu halda hərəkət etmə xüsusiyyəti vardır. Sitatlar
Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan. Sitatlar
Ailə, evlənmək, uşaq sahibi olmaq, bunlar həmişə münafiqlərin dindən üstün tutduqları xüsuslardır. Buna görə, din və bütləri arasında qərarsız qalarlar. Münafiq ailəsini bütləşdirər, uşağını bütləşdirər. Onu İslama qarşı bir fürsət hesab edər. Sitatlar
Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər. Sitatlar
Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər. Sitatlar
Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Bacardığım qədər zərər verim düşüncəsində olur. Sözüylə narahat etmək istəyər, rahatlığını pozmaq istəyər, pislik edəcəyini nəzərdə tutar. Kiçik, balaca bir zərər yaratmaq belə, onun üçün çox əhəmiyyətlidir. Halbuki öz aləmində verdiyi zərər müsəlmana hər dəfə savab, ona isə bəla qazandırar. Sitatlar
Münafiq müsəlmanı hər dəfə narahat etdikdə cəhənnəm onu bir qədər də özünə doğru çəkər. Həmçinin dünyada da, o bəlalar onu bir qədər də bürüməyə başlayar. Sitatlar
Bir tümörün ilk hüceyrəsi Allahdan əmri alır. Sən münafiqlik edirsən, lakin hüceyrəyə söz keçirə bilmirsən. O səni bürüyər. Allah bəlanı verər. Sən özünü müstəqil zənn edirsən. Yazığın birisən. Sitatlar
Münafiq həmişə pislik axtarar. Necə ki, şeytan pislik etməkdən bezmirsə, münafiq də İblis ruhu daşıdığı üçün, həmişə yeni macəralara üz tutar. Sitatlar
Münafiq həmişə müsəlmanların əleyhinə çalışar. 24 saat nə şeytanlıq edəcəyini, nə pislik edəcəyini düşünər. Lakin imkan yaranmadığı üçün, bir yol tapa bilməz. Sitatlar
Münafiq şeytanın insan formasıdır. Həmişə şərəfsizlik edər. Bir murdarlıqdan çıxar, başqa murdarlığa daxil olar. Nəfsi həmişə şeytani əmrlər verdiyi üçün sakitləşə bilməz. Sitatlar
PKK bir tərəfdən qudurur, münafiqlər bir tərəfdən qudurur, kafirlər də başqa bir tərəfdən   qudurur. Hər cür alçaqlığı etməyə çalışırlar. Müsəlmanlar çox təmkinli, ağıllı hərəkət   etməlidirlər. Hər bir hadisəni Allahın yaratmış olduğunu bilməlidirlər. Hamısında bir xeyir   görüb, gözəl bir səbirlə, ağıllı surətdə Qurana görə hərəkət etməklə qarşılıq   verməlidirlər. Sitatlar
Münafiqlər, əsas qüvvə həmişə kənarda deyə düşünər. Amma müsəlmanda da bir az qüvvəni görsə, o zaman bir heyranlıq duymağa başlayar. Onun üçün, Peyğəmbərimiz (s.ə.v) həmişə qüvvə, güc göstərmişdir. O zaman münafiqlər də baş əydilər. Bu müsəlmanın vəsfidir. Sitatlar
Dövlət xərçəng xəstəsi olan kasıb ailələrə ciddi pul yardımı göstərsin. Xəstənin dərmanları və baxımı da pulsuz olsun. Yazıqdır, günahdır. Heç kəs: "Mənə nə dəxli var, onsuz da mən xəstə deyiləm, məni maraqlandırmaz" deməməlidir. Sitatlar
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən. Sitatlar
Sevgini verən Allahdır. Bu möcüzə olaraq meydana gəlir. Yəni ehtirası meydana gətirən Allahdır. Azğınlarda və dəlalətə düşənlərdə ehtiras olmur. Bunun üçün çalışırlar, lakin olmur. Nə etsələr də olmur. Filmlərdə bunu canlandırırlar, romanlarda canlandırırlar, lakin faktiki həyatda əsla alınmır. Niyə? Çünki bu iman gətirdikdə yaranan bir möcüzədir. İmanlı kişi və imanlı qadın arasında yaranan bir gözəllikdir. Sitatlar
Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq. Sitatlar
Keşikçi qardaşlarımız qətiyyən dövlətdən küsməsinlər, buna çox diqqət yetirsinlər. Bəzən bir problem yarandıqda dövlətə küsməyə meyl edirlər. Belə şey olmaz. Çünki öz mindiyin budağı kəsirsən. Öz sistemini yox etmiş olarsan. Dövlət küsülməli orqan deyil. Dövlət bərpa edilər. Sitatlar
Hər süni mehdi hərəkəti, istəsə də, istəməsə də mehdiyyətə xidmət edər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur