logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 19 dekabr 2012

avatar

Adnan Oktar

Ən gözəl nemət dərin imandır. Allaha şəksiz-şübhəsiz iman etməkdir. Diqqətin Allahın üzərində olması lazımdır. Bütün diqqət Allaha yönəlməlidir. Bütün sevgi Allahadır, insanları sevərkən Onun təcəllisi olaraq sevərsən.
A9 TV; 19 dekabr 2012
2079
avatar

Adnan Oktar

Maddə var. Amma insanların anladığı mənada mütləq varlıq deyil, kölgə varlıqdır. Biz o kölgə varlığın xəyalını görərik. Mütləq varlıq bir tək Allahdır.
A9 TV; 19 dekabr 2012
avatar

Adnan Oktar

İrandakı kürd qardaşlarımızı da, İraqdakıları da, Suriyadakıları da, Türkiyədəkiləri də İslam Birliyinin isti bağrında ən xoşbəxt şəkildə yaşadacağıq inşaAllah.
A9 TV; 19 dekabr 2012
avatar

Adnan Oktar

Dəccal ordularını məğlub edəcək gücü Cənab Allah türk əsgərinə, polisimizə nəsib edəcək. Çünki axır zamandayıq, Mehdiyyət dövründəyik. Onlar Allah tərəfdarı və hz. Mehdi (ə.s)-ın ordusudur. Allah tərəfdarları məğlub olmaz.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Elmi qaribi bilməyən cahil, məlumatsız və biliksizlər özlərinə görə hz. Mehdi (ə.s)-a mövqe götürəcəklər. Bir zaman keçdikdən sonra o pərdə qalxınca, hz. Mehdi (ə.s) elmin hikmətlərini açıqladığında cahiliyyə əhlinin ağzı açıq qalacaq. Bu elmi qaribə, yəni ledün elminə dəccalın söykənməsi mümkün deyil.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Ledün elminə dəccal çarə tapa bilməz. Yəni ledün elmi onu suyun duzu əritməsi kimi əridər. Çünki dəccal zahiri elmlə mübarizə edər. Batın elmi ilə mübarizə edə bilməz. Batın elmi hz. Mehdi (ə.s)-dadır. Onun zahir elmini hz. Mehdi (ə.s)-ın batın elmi yox edər. Onun üçün hz. Mehdi (ə.s) dəccalın bütün qapılarını, bütün pəncərələrini açar, onun gizli qalalarına girər. Ən girilməz zənn edilən barmaqlıqlarına hz. Mehdi (ə.s) girər.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Ledün elmi olmadan axır zamanda mübarizə edilməsi, dəccalın məğlub edilməsi mümkün deyil. Mütləq bu qeyb elminin, bu ledün elminin tətbiq olunması lazımdır.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

HZ. MEHDİ (Ə.S) LEDÜN ELMİNİN AXIR ZAMANDAKI SULTANIDIR. Elmi-ledün ilə hz. Mehdi (ə.s) müvəffəqiyyətli olacaq.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Axır zamanda gələcək hz. Mehdi (ə.s) heç kimin o dövrdə etmədiyi ledün elmini tətbiq edəcək. Ona görə bir çox adam hz. Mehdi (ə.s)-a müxalif olacaq. Bir çox adam "Hərəkətləri İslama ziddir" deyəcək, eyni Xızır (ə.s)-a hz. Musa (ə.s)-ın qarşı gəlməsi kimi bilmədən qarşı gələcəkdirlər.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Allaha səmimi iman edən bir mömin cəhənnəmə getməz. Cəhənnəmi seyr edər, görər, hiss edər, xəbərlərini alar, amma cəhənnəmə getməz. Ərazisinə gedər, görər amma acı çəkməz.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Allah heç kimə zülm etməz. Möminlər heç bir şəkildə cəhənnəmə getməz. Amma mömin cəhənnəmdən qorxacaq, cəhənnəm əzabından çəkinəcək. Amma təkrar deyirəm: bir mömin əsla və qətiliklə cəhənnəmə getməz.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Xitablar gözəl olsun. Qardaşlarımız jarqon danışmasınlar. Danışarkən yersiz sözlər işlətməsinlər. Gözəl sözlər desinlər. Xüsusilə xanımlara xitablarda jarqon qəti şəkildə olmaz. Çox çirkin olar, ədəb-ərkana yaraşmaz. Xanımlara sözün ən gözəli ilə xitab edilər.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Dua hər gün olacaq. Cənab Allaha dua etmək çox zövqlüdür. Sevinc verər, rahatlıqdır dua. Böyük nemətlərdən biridir.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Ağıllı bir insanın rəhbəri Qurandır. Qurandan çıxsan ağlın da gedər, Allah əsirgəsin. QURANLA HƏRƏKƏT ETSƏ MÜVƏFFƏQİYYƏT QƏTİDİR. Ayədə onu Allah dəfələrlə açıqlayır. Qəti müvəffəqiyyətli olarsınız, deyir Allah. Amma səbirli, əzmli olaraq Qurana tabe olacaq.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Quran çox sadə bir kitabdır. Allahın hökmləri çox sadədir, xeyli asandır. Həyatı çətinləşdirmək din deyil. Yəni murdar paltarlar, yeməklər, mühit, murdar görünüşlü qadınlar, murdar görünüşlü kişilər, qəmgin mühit, musiqi yox, şəkil yox, sənət yox, elm yox, estetika yox, çirkin bir quruluş, dayanmadan ağızlarında təhqir, böhtan, hamıya qarşı nifrət var. Belə din olmaz. Bunun dinlə əlaqəsi yoxdur.
A9 TV; 17 dekabr 2012
avatar

Adnan Oktar

Namazı 5 vaxtda qılın. Qıla bilmirsinizsə 4, qıla bilmirsinizsə 3, qıla bilmirsənsə 2 (bir səhər bir axşam), qıla bilmirsənsə 1 (sadəcə səhərlər və yaxud axşam), o da olmursa cümə namazlarını, o da yoxsa bayram namazını qılın. Namazsız qardaşımız qalmasın, mütləq qılın, inşaAllah.
A9 TV; 16 dekabr 2012
avatar

Adnan Oktar

Namaz şərtdir, müsəlmanın ayrılmaz parçası namazdır. Namaz müsəlmandan qopa bilməz. Müsəlmanla namaz bitişikdir, birlikdə nəfəs alıb vermək kimi, ürək döyüntüsü kimidir. Allaha təşəkkür etmədən yaşanarmı? Allaha sevginin ifadəsi, təşəkkürün ifadəsidir.
A9 TV; 16 dekabr 2012
avatar

Adnan Oktar

Allah sənə nemət verməkdən bezməz. Sən də Allaha təşəkkür etməkdən bezməyəcəksən. Allah səni sevməkdən bezməz, sən də Allahı sevməkdən bezməyəcəksən. Bir nemətdir. Nə gözəl. Sevgilidən bezilərmi?
A9 TV; 16 dekabr 2012
avatar

Adnan Oktar

Səcdədə qürurunu heç yerinə qoyursan. Cənab Allaha əyilirsən. Bunun idmanla əlaqəsi yoxdur, gimnastika ilə də əlaqəsi yoxdur. Orada təvazökarlığını göstərirsən. Allaha təşəkkür etmiş olursan.
A9 TV; 16 dekabr 2012
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Maddə var. Amma insanların anladığı mənada mütləq varlıq deyil, kölgə varlıqdır. Biz o kölgə varlığın xəyalını görərik. Mütləq varlıq bir tək Allahdır. Sitatlar
Sənətçilərə hər kəsin dəstək olması lazımdır, hər kəsin şəfqətlə yaxınlaşması lazımdır. Sənətçi bütün dünyaya aiddir. Sitatlar
21 dekabrdan sonra insanların ürəklərinə daha bir Allaha yaxınlıq, daha çox rahatlıq, daha dərin düşünmə gücü gələcəkdir. Özləri görməyə başlayacaqlar. Bu getdikcə artacaq, dünyada insanlar Allahdan başqa bir şey danışa bilməyəcək vəziyyətə gələnə qədər davam edəcək. Sitatlar
İnsan zəif varlıqdır, yazıqdır insan. Ona hüzur, gözəllik təqdim edəcəksən, şəfqət təqdim edəcəksən. Sakitlik, həlim mühit, insanlar beləcə rahatlayar. İnsan uşaq kimidir, çox diqqət tələb edir. Sitatlar
İnsanlar çətinliyə dözə bilmir. 60-70 % insanlar antidepressiyadan istifadə edirlər. Qeyri-adi bir qorxu dünyanı bürüyüb. Dost olaq, qardaş olaq, hər dinə, hər inanca mənsub insanla sevgi ilə, dostluq içində yaşayaq. Sitatlar
Xərçəng olan uşaqların dərmanını alması üçün, ödənişsiz müalicə olması üçün dövlət bir təməl qursun. Biz o təməli dəstəkləyək. Sitatlar
Qurana əl vurmağa qoymurlar, namaz qıldırmırlar, küçəyə çıxa ına əziyyət etməkdən əl çəkin. Qadına sevgi, hörmət göstərəcəksiniz, nəzakət göstərəcəksiniz. Siz necə azadsınızsa qadın da azaddır. Sitatlar
Dövlətin insanları qoruyub mühafizə etməsi, onlara malı bərabər paylaması, sərvəti bərabər paylaması Mehdiyyət ruhudur. Sitatlar
Müsəlman heyran olunan bir insandır. Mühüm olan iffətli olmalarıdır. Onlar harada nə geyinəcəyini bilərlər. İman, ağıl, iradə, iffət vardır. Sitatlar
Müsəlmanların mənəvi bir liderlərinin olması fərzdir. Sitatlar
Küçələrdə pişik köşkləri, pişik restoranları olması çox əhəmiyyətlidir. Sitatlar
Bütün Türkiyədə və bütün dünyada çoxlu fosil sərgisi edək. Fosilin gücü o qədər şiddətlidir ki, yazıya da bənzəmir, danışmağa da bənzəmir. Görən adama çox təəccüblü təsir edir. Dərhal qərara gəlir. Ona görə solun tarixində görülməmiş bir çaxnaşma yaşanır. Sitatlar
Mədəni fəaliyyətlərimiz elmlə, sevgi ilə və böyük bir coşğu ilə davam edir. Sitatlar
Massonların ən böyük idealı bütün dünyanın qardaş olmasıdır. Bunu ən yaxşı təmin edən nədir? İslamdır. Ona görə İslam Birliyini istəyirlər, amma xurafatı istəmirlər. Sitatlar
Hz. Mehdi (ə.s) dövründə bütün dünya İslama qaçacaq. Xristianlar, yəhudilər də onun ədalətindən məmnun olacaqlar. Bütün insanlar azad şəkildə dinlərini yaşayacaqlar, hüzur və bərəkət gələcək, döyüşlər dayanacaq, silahlar qalxacaq, qan axmayacaq, terror, anarxiya olmayacaq. Bir rahatlıq, gözəllik, sevinc bütün dünyanı əhatə edəcək. Sevgi dünyanın hər tərəfini əhatə edəcək. Sevgisiz heç bir yer qalmayacaq. Sitatlar
SEVGİNİ HEÇ BİR ŞƏKİLDƏ BURAXMAMAQ CƏNNƏT XÜSUSİYYƏTİDİR. Çünki cənnətdə sevgi heç buraxılmır. Cənnətdə sonsuza qədər sevgi buraxılmaz. Ən böyük nemətdir. Ən böyük gözəllikdir. Yoxsa cənnətin bir mənası olmaz sevgi olmazsa. Allahı sevdiyimiz üçün cənnətdə hər şeyi sevərik. Sitatlar
Sevgini ön plana çıxartmaq lazımdır. Bütün camaatı sevmək, qardaşlarımızı sevməə yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgiylə cavab vermək. Sitatlar
Kürd qardaşlarımız cavandır, igiddir, candır. Şərəflərinə, qürurlarına çox bağlıdırlar, dürüstdürlər. Qürurludurlar, gözəldir qürurları, tamahkar deyildirlər. Zadəgan və soyludurlar, sevgi doludurlar və çox hörmətlidirlər, kürd qardaşlarımız. Çox dindardırlar. Allahdan çox qorxarlar. Tərtəmiz insanlardır. Bütün Anadolunun insanları kimi onlar da qeyri-adi üstün gözəl xüsusiyyətlərə sahibdirlər, inşaAllah. Sitatlar
Madam polisə zidd olan insanlar var, biz də sevgi ilə, maddi dəstəklə polisimizə kömək edək. Millət olaraq dəstəkləyək. Onun üçün hər yerdə bir şəfqət dəstəyi, sevgi dəstəyi lazımdır və kiçik maddi dəstəklərin də böyük mənası var. Bir "Polisə sevgi kampaniyası" "Polisə məhəbbət kampaniyası" ola bilər. Sitatlar
Peyğəmbərlərə məxsus bir xüsusiyyət, hamısı igid olur. Peyğəmbərlər qorxmazlar. Möminlərin də bu şəkildə olması lazımdır. Allahdan başqa heç kimdən qorxmayacaqlar. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) çox nurlu idi, işıq saçırdı sanki ətrafa. Mehdi (ə.s) da elədir, nurludur. Onun izah etdiyi həqiqətlər, məsələn, Darvinizmi, materializmi çökdürməsi, Quran möcüzələrini, iman həqiqətlərini izah etməsi nur saçmaqdır. Sitatlar
Gəncliyin imanının çox gücləndirilməsi lazımdır, amma bu təbii ki, fiqh məlumatı ilə olmaz. Yəni fiqh məlumatı ilə iman artmaz. Artsa da qisməndir. İman həqiqətləri ilə artar iman, elmi dəlillərlə artar. Ağıla xitab edən, ürəyə xitab edən dəlillər, izahatlar olmalıdır. Sitatlar
Cənab Allah İsa Məsih üçün, "Əhli Kitabdan sənə iman etməyən heç bir fərd qalmayacaq." deyir. Nədir bu? Masson da iman edəcək deyir, Buddist olan da iman edəcək, hər kəs sənə iman edəcək deyir Allah. Amma İsa Məsih necə davranacaq? Hamısına sevgi ilə davranacaq, şəfqətlə. O dövrdə də İsa Məsih hər kəsi bağrına basırdı. Hər kəsə qarşı mərhəmətli idi. Sitatlar
PKK-dan bəhs edərkən həlli də söyləmək lazımdır. Ümumiyyətlə, həldən heç bəhs etmirlər. Həll İslam Birliyidir, iman həqiqətlərinin izah edilməsidir və Quran ruhunun bölgəyə hakim olmasıdır. Sitatlar
Küfr elə azad deyildir. Münafiq azad deyil. Adam zənn edir ki, azaddır. Azad deyil. Münafiq ucsuz-bucaqsız azad olduğunu zənn edir. Halbuki, ən kiçik incəliyinə qədər onun nə edəcəyi müəyyəndir. Qədərdəkini edə bilər, başqa bir şey edə bilməz. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur