logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 16 iyun 2015

avatar

Adnan Oktar

Ənənəvi bataqlığa düşmək dibsiz quyuya düşmək kimidir, insan getdikcə çirklənər. Qatı dinçilik fasiləsiz surətdə qat-qat artan bir bəladır. Adam; "mən qatı dinçiyəm" deyir. Başqası da; "mən daha çox qatı dinçiyəm" deyir. Yarış halında ağlasığmaz bir çirkabın içinə girərlər.
A9 TV; 16 iyun 2015
1903
avatar

Adnan Oktar

İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Musiqi olsun, rəsm olsun, heykəl olsun, estetika olsun, gənc qızlar çox baxımlı gəzsin, gənc oğlanlar bu cür yaraşıqlı, nümunəvi halda gəzsinlər. Hər yer sənət qalereyası kimi olsun. Bu təqdirdə dünya müsəlmanlara heyran olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Ən əhəmiyyətli şey keyfiyyət və estetikadır. Həyata rəng qatan, gözəllik qatan şey budur.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Hökmən bütlə mübarizə aparmaq lazım deyil. İnsan yeri gəlsə bütün tərəfini tuturmuş kimi görünüb imanını qoruya bilər. Yəni təhlükəlidirsə, büt onu zərər verəcək, öldürəcəksə, dinini yaşamasına mane olacaqsa, zərər verəcəksə özünü bütün tərəfini tuturmuş kimi göstərə bilər. Bu ayədə də var, insan bundan ötrü məsuliyyət daşımaz.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İman sayəsində Allahın olduğu hər yer - olmadığı heç bir yer yoxdur - cənnət olar. Allaha inanmırsansa, hara gedirsən get ora sənin üçün cəhənnəm olar.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

İslamı müşrik, bütpərəst bir sistemə çevirdikləri üçün, Allah da yola gətirmək, islah etmək üçün bəla, fəlakət, aclıq, müharibələr, terror yaratmaq üsullarından istifadə edir. Allah imtina etsinlər deyə inanılmaz dəhşət meydana gətirir. O zaman daha çox bütünə sarılır. “Qurtuluş bütə sarılmaqdadır” deyir. Bütünə sarıldığın üçün bu hala düşürsən.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Bütün bölgə xalqı PKK-ya nifrət edir. Zorakılıq tətbiq edən bir birliyə qarşı insanların hörmət göstərməsi və sevgi bəsləməsi mümkün deyil.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Dünya tarixində həmişə bütə nifrət edilmişdir. Amma birləşdirici olduğu üçün də, ona qarşı saxta hörmət göstərilmişdir.
A9 TV; 16 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) səssiz, sakit, həlim bir insandır. Hədisdə Mehdi (ə.s) üçün; "evindən idarə edər" deyilir. Sevgi müəllimidir. Bütün dünyanın bir-birini sevməsini təmin edəcək bir insandır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Maddə olmayan beyinin içində səs meydana gəlir. Xarici aləmdə səs yoxdur. Amma maddə olmayan beyinin içində səs olur, işıq olur. Xarici aləmdə dad deyə bir şey yoxdur. Dad beyinin içində meydana gəlir. Amma bu ətdən beyin deyil. Nurdan olan beyin. Biz nurdan olan beyin sayəsində danışıb düşünürük.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

ABŞ-ın “Böyük Orta Şərq” layihəsinin məqsədi Mehdiyyəti dayandırmaqdır. Çünki Mehdiyyət bütün İslam aləmini birləşdirəcək bir sistemdir; Böyük Orta Şərq layihəsi də bütün İslam aləmini parça-parça edəcək bir sistemdir.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

MHP-AKP koalisiyasına Amerika dərin dövləti, İngiltərə dərin dövləti qarşı çıxar. Bütün bunları gözə alaraq bu koalisiyanı yaratmalıdırlar. Bu, ABŞ-ın “Böyük Orta Şərq” layihəsini təməlindən yox edəcək bir koalisiyadır.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Ən ağlabatan şey AKP-MHP koalisiyasının yaradılmasıdır. CHP-AKP koalisiyasından bir şey çıxmaz. Mənim qənaətimə görə həm CHP, həm də AKP zəifləyər. İkisi də kiçilərlər. Ağıllı bir şey olmaz.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

Türkiyənin raket sənayesinə üstünlük verməsi əhəmiyyətlidir. Müdafiə Nazirliyindən xahiş edirik, on minlərlə, yüz minlərlə raketimiz olmalıdır. Min kilometr, iki min kilometr mənzilli, üç min kilometr, beş min kilometr. Qorxuducu güc baxımından İran kimi olmalıyıq.
A9 TV; 15 iyun 2015
avatar

Adnan Oktar

PKK yetişdirdiyi bütün gəncləri bilavasitə məqsədyönlü olaraq öyrədir. Tamamilə həyatın sosial tərəflərindən uzaqlaşmışlar. Yalnız hədəfə bağlanmışdırlar. Türk gəncliyi də belə olmalıdır. Milli-mənəvi hədəflərə bağlanmalıdırlar. Allah qorusun, belə olmasa fəlakət gələr.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

PKK-lıya kürd demək kürdlüyü təhqir etməkdir. O kürdlüyünü itirmiş, insanlıqdan və heyvanlıqdan çıxmışdır. Məxluqata çevrilmişdir.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

TRT-yə baxıram; "Kürd üsyançılar" deyildiyini görürəm. Allahsız, kitabsız, Stalinist, kommunist PKK-lılar deyin buna. Onlar necə kürd ola bilər? Kürdlər belə bir şey edərmi? Kürdlər nurdur. Kürdlər alicənabdır. Kürdlərin adına xələl gətirirsiniz.
A9 TV; 14 iyun 2015
avatar

Adnan Oktar

Mehdi (ə.s) haradadırsa, mərhəmət də oradadır. Mehdi (ə.s) haradadırsa, şəfqət də oradadır. Bütün Orta Şərqin ən şəfqətli dövlətiyik. Bölgədə geniş şəkildə zülm yayılmışdır. Burada da, geniş şəkildə mərhəmət yayılmışdır.
A9 TV; 14 iyun 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam olduqca müasir, şən, sağlam, elmə, incəsənətə, gözəlliyə və estetikaya açıq olaraq yer üzündə zühur edəcək. Cənnət kimi zühur edəcək. İslam, murdar, qaranlıq, əzablar çəkdirən, asan, kəsən, estetikadan uzaq, leş kimi qoxuyan insanların yaşadığı bir mühit şəklində təzahür etməz. Allah İslama belə pislik etdirməz, müsəlmanlara da etdirməz. Sitatlar
Müasir, aydın, sevgi dolu, sevgini əsas götürən bir İslam anlayışı dünyaya hakim olacaq. Bundan savayı boş-boşuna çalışmasınlar. Müasir İslam anlayışından başqa hər hansı bir şey olması qeyri-mümkündür. Sitatlar
İnsan fitrətinə uyğun olmayan bir İslam anlayışını dünya əsla qəbul etməz. Ən başda Allah qəbul etməz. Hər dəfə zorla belə üfunətli, çürümüş, cəhənnəmi xatırladan, çirkli, pis din anlayışını gətirməyə çalışdıqlarında Allah onları zəlil edər, rəzil edər, yerlərdə sürüyər, məhv edər, açıq şəkildə deyirəm. Bunu unutmalıdırlar. Sitatlar
Təkidlə deyirəm; Misirdə müasir İslam anlayışını müdafiə etsələr bütün Avropa, Amerika, hər kəs dəstək verər. İnanılmaz bir güc olaraq bütün dünya da sevər. Namazını qılacaqsan, orucunu tutacaqsan, zəkatını verəcəksən, həccə gedəcəksən, sadəcə müasir olacaqsan. Onun üçün müqavimət göstərirlər. Sitatlar
Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan? Sitatlar
Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz. Sitatlar
İslam aləmi hal-hazırda xurafatlardan ötrü sürünür, məhv olmuş vəziyyətdədir. Qatı dinçilik özü ilə qorxaqlıq da gətirir. Bu zaman insanlar səhabələr kimi cəsur və igid olmurlar. Sitatlar
Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar. Sitatlar
İnsanları dindən soyutmağa çalışırlar. Məsələn; "dində musiqi yoxdur" deyir. Belə olduqda insan da dinə qarşı soyuqluq duyur. Başqa? "Rəsm də yoxdur" deyir. Gülmək? O da haramdır. Qardaşım, sən adamı dəli etmək istəyirsən? Gənc qızlar makyaj edə bilmir, baxımlı ola bilmir. Qoy əylənsinlər, gözəl olsunlar. Din adı altında cəhənnəmi təqdim edirlər. Sitatlar
Dini içindən çıxılmaz hala gətirmək bacarıq deyil. İnsanları dinsiz edən müsəlmanların böyük hissəsinin bu qatı dinçi zehniyyətidir. Sitatlar
"Niyə İslam hakim olmur?" deyə soruşur. Sən insana İslam olaraq cəhənnəmi təqdim edirsən. İslam sevgidir, gözəllikdir, nəşədir, sevincdir, xoşluqdur, səmimiyyətdir, dürüstlükdür, təəs sən nə edirsən? Cəhənnəmi təqdim edirsən. Hər şeyi qadağan edirsən və Allah adından istifadə edərək qadağan edirsən. Quranda vardırmı? Yoxdur. Özündən uydurur. Sitatlar
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər. Sitatlar
Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür. Sitatlar
Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun. Sitatlar
Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək. Sitatlar
Xurafatçılara nifrət etmək də hörmətsizlikdir. Onlar bu cür yetişdirilmişlər, səmimi qatı dinçidirlər, tərslik çıxsın deyə qatı dinçi olmurlar. Qatı dinçiliyin, dinin ən yaxşı tətbiq forması olduğunu düşünürlər. Yəni həyatı özünə zəhər edərək, dünyanı cəhənnəmə çevirərək yaşadıqları vaxt, İslama uyğun hərəkət etdiklərini düşünürlər. Yanlış bilirlər, onları nəzakətlə öyrətməlisən. Sitatlar
İncəsənət insanın ruhunu nəcibləşdirər, gözəlləşdirər, insan ruhunun qidasıdır. Onu Avropa çox tez müəyyənləşdirdi və tez də tətbiq etdi. Sonunda isə, çox gözəl nəticələr aldılar. Qatı dinçilər İslam aləmini incəsənətdən uzaqlaşdıraraq ən böyük zərbələrdən birini vurdular. Sitatlar
Ənənəvi ortodoks qardaşlarımız bir Mehdi gələcəyini, mövcud olan qatı dinçiliyi çox zəif görəcəyini zənn edirlər. "Belə də qatı dinçilik olar? Bunun yüz mislini edəcəyəm" deyəcəyini və dünyanın zülmət qaranlığa qərq ediləcəyini zənn edirlər. Hz. Mehdi (ə.s) yüz misli qatı dinçiliyi həll edəcək. Sitatlar
Hz. Mehdi (ə.s) zühur etdikdən sonra mövcud qatı dinçiliyin on qat artacağını zənn edirlər. Belə olmayacaq. Mövcud qatı dinçiliyin yüz misli yox olacaq, normal asan həyat olacaq. Sitatlar
Ənənəvi ortodoks İslam anlayışıyla İslam izah edilməz. "Hacı əmi"ləri televiziya   ekranına çıxarırlar, onlar da 1930-1940-cı illərdə mövcud olan zehniyyətlə öz   xurafatlarından danışırlar (dini mövzuları tənzih edirəm). Həmyaşıdı olan, öz   zehniyyətindəki insanlara xitab edir. Gənclər də bunları təəccüb və ibrətlə seyr edirlər.   Halbuki dini izah etmək üçün nə uyğun mədəniyyətə, nə də məlumata sahibdirlər. Sitatlar
Qatı dinçilərin göstərdiyi din cəhənnəmdir. Musiqi yox, şəkil yox, əyləncə yox, sevgi yox,   dostluq yox, yoldaşlıq yox, heç nə yoxdur. Bəla var, tərbiyəsizlik var, məntiqsizlik var,   xurafat var, batil inanclar var. Sitatlar
Ayə deyirik; "Allah Quranda belə deyir" deyirik. "Hocalar belə demir" deyir. Sən niyə   Qurana etibar etmirsən? Allahın Kitabına etibar etmirsən. Hökmən atalarının dinini   Quranda tapmalıdır. Tapmasa qəbul etmir. Din birbaşa Qurandan öyrənilər. Atalardan   öyrənilməz. Sitatlar
İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala,   yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir   hissəsi İslam dinini yaşamır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur