logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 fevral 2015

avatar

Adnan Oktar

Ənənəvi Ortodoks İslam yaşanılası deyil. Ağlagəlməz dərəcədə çətindir. Musiqi dinləyə bilməzsən, şəkilə baxa bilməzsən, gülə bilməzsən, xanımlar təmiz geyim geyinə bilməz, baxımlı, zərif ola bilməz. Saçlarını boyaya bilməz, qaşını ala bilməz, özünü gözəlləşdirə bilməz.
A9 TV; 22 fevral 2015
2200
avatar

Adnan Oktar

Şeytan qəsdən İslamı çətinləşdirib məhv etdi dünyada. Dini çətin göstərmək çox şeytani bir metoddur. Şeytanın o pis zəkasının bir məhsulu olaraq ortaya çıxdı.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Allah fədakarlığı sevir. Buna görə də Allah şəhidliyi sevər. Allahın ən sevdiyi gözəlliklərdən biridir. Allah: "İki gözəllikdən biri" deyir. "Gözəllik" deyir. "Şəhidlik və qazilik". Allah adamın, Onun yolunda qolunu, ayağını itirməsini çox bəyənir.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Ev nəticədə səni üşüməkdən qoruyar. Öz həbsxanan, dünyadakı həbsxanan. Əgər iman gözüylə baxsan evin, cənnət evlərindən olan bir ev olar. Amma küfr gözüylə baxsan evin, cəhənnəm hücrələrindən olan bir hücrə olar, səni sıxar. Divarları sıxar, hər yeri sıxar, sıxılarsan.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Allah: "Təlaş etməyin. Təvəkküllü olun. Mənə buraxın. Ölərkən də çox rahat öləcəksiniz" deyir. Allah: "Amma təlaş etsəniz, təvəkkül etməsəniz canınız yanar" deyir.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Allah, təvəkküllə gözəl bir dünya meydana gətirir. Təvəkküllü olanda Allaha qarşı dürüst, səmimi olmaq lazımdır. Dürüst olmadıqda Allah da insanın canını yandırmağa başlayır.
A9 TV; 22 fevral 2015
avatar

Adnan Oktar

Əsgərin gözü çox qaradır. O Allah, Kitab, vətən, bayraq, millət, dövlət üçün yaşayır. Əsgərin həyatda başqa bir məqsədi yoxdur. Əgər əsgər vətənin bölünəcəyini anlasa, onu heç kim tutub saxlaya bilməz. Jandarmanı da heç kim tutub saxlaya bilməz, polisi də heç kim tutub saxlaya bilməz. Kim alçaqlıq, xainlik edibsə qanunla və hüquqla onu sürükləyib meydana çıxarar.
A9 TV; 21 fevral 2015
avatar

Adnan Oktar

Osmanlı ordusunun hamısı bektaşi idi. Osmanlı padşahlarının bir çoxu da bektaşi idi. Bektaşilik və ələviliyin ruhunda; insanlıq, sevgi, gözəllik, dərinlik hakimdir. Eqoistlik nədir bilməzlər. Tərslik nədir bilməzlər. Qatı dinçilərdə inanılmaz bir eqoistlik vardır, bir çoxunda böyük bir azğınlıq vardır.
A9 TV; 20 fevral 2015
avatar

Adnan Oktar

Cənub-Şərq bölgəsində xalqın HDP-yə dəstək verməsinin səbəbi PKK-dan qorxmalarıdır. Başqa bir şey deyil.
A9 TV; 20 fevral 2015
avatar

Adnan Oktar

Heç kim Türkiyənin bölünməsinə izin verməz. Abdullah Öcalanı da heç kim azadlığa çıxarmaz. Buna heç bir türk polisi izin verməz. Bizim bütün polislərimiz millətçidir. Vətən, millət, bayraq deyilən kimi, hamısının gözü dönər. Hamısı Allah üçün, vətən üçün, bayraq üçün ölümü gözə alar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Bektaşilik Türkiyədə bir o qədər bilinmir, Ələvilik də bilinmir. Möhtəşəm bir dünyagörüşüdür. Onlar çox gözəl sevgi müəllimidir. Dostluq və qardaşlıq müəllimidirlər. Onların söhbətindən doymaq olmaz, söhbətləri çox gözəldir. Məclisləri gözəldir, natiqlik qabiliyyətləri də gözəldir. Yetkinliyin, insanlığın, dərinliyin ağlını, sirrini bilən insanlardır, mübarək, möhtəşəm insandırlar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Müsəlmanla mübarizə apararlar. Müsəlman; mübarizə aparılan adam deməkdir. Müsəlman; düşməni çox olan adam deməkdir. Əsl müsəlmandırsa, əsl mübarizə adamıdırsa düşməni çox olar. Bir müsəlmanın ətrafında münafiq yoxdursa, onda o necə müsəlman ola bilər?. Müsəlmanın ətrafında çoxlu kafir və münafiq olar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

İmana və sevgiyə əsaslanan bir sistemin olmaması, bir dəhşət sistemi meydana gətirir və bu dünyaya təsvir edilməyən bir bəla kimi hakim olmuş vəziyyətdədir.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Cəmiyyətlərdə hər atanın, ananın özünəməxsus bir din anlayışı olur. Gənclərin də özünəməxsus din anlayışları olur. Onlar bir-birləriylə ziddiyyət təşkil edir. O onu bəyənmir, o onu bəyənmir. Halbuki, hər kəs Qurana tabe olsa, onda vahid bir ümmət olarlar.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Dünyada bir çox insan boş-boş baxar. Cəzbedici olmaq çox çətindir. Çox ağıllı insanlarda meydana gələr.
A9 TV; 19 fevral 2015
avatar

Adnan Oktar

Əlindən bir şeylər çıxırsa bir xeyir vardır. Sən burada əbədi yaşamağa gəlmədin. Əlindən cüzi bir şey çıxır, bunu özünə böyük dərd bilir. Çıxsa nə ola bilər ki?. Sən gözündə böyüdürsən, ağıllı tərzdə baxdığında heç bir şey olmadığını görərsən.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Təvəkkülsüzlüyün nə faydası var? Yalnız əzab çəkmiş olacaq, boş yerə özünü alçaltmış olacaq. Allah qarşısında xəcalət çəkəcək. Özünü əzəcək və ağılsız, məntiqsiz anormal bir hərəkət etmiş olacaq.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Allah, təhlükəsizlik və hüzuru imanın inkişafı üçün bir zəmin olduğunu qeyd edir. Buna görə də, döyüş və səs-küy mühitində, gərgin bir mühitdə iman elə də inkişaf etmir.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

İki cür şirk var. Birincisi açıq-aydın görünən şirkdir. Məsələn, büt düzəldib, açıq şəkildə ona sitayiş edir. Bu açıq-aydın görünən şirk olur. Bir də gizli şirk vardır. Bu isə qüvvətin Allahda deyil, başqalarında olduğuna inanmaqdır. Məsələn, insanda ayrı bir qüvvə olduğuna inanmaq. Halbuki, hər insanı danışdıran, hər insana bir şeylər dedirdən və etdirən Allahdır.
A9 TV; 18 fevral 2015
avatar

Adnan Oktar

Əylənərkən Allahı düşünmək olmaz deyə bir inanca sahibdirlər. Məsələn, toya, diskotekaya getdiyində, yaxud radioda bir musiqi çalınırsa, Allahı unutmasının lazım olduğuna inanır. Bu çox böyük səhvdir.
A9 TV; 16 fevral 2015
avatar

Adnan Oktar

Dində həyatın bütün gözəllikləri vardır. Musiqi, əyləncə, nəşə, sevinc, sevgi vardır. Din həyatın hər anını əhatə edir və hamısını halal etmişdir. Qeyri-qanuni, haram olan çox az şey vardır. Halal şeylərin sayı-hesabı yoxdur.
A9 TV; 16 fevral 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Osmanlı ordusunun hamısı bektaşi idi. Osmanlı padşahlarının bir çoxu da bektaşi idi.   Bektaşilik və ələviliyin ruhunda; insanlıq, sevgi, gözəllik, dərinlik hakimdir. Eqoistlik nədir   bilməzlər. Tərslik nədir bilməzlər. Qatı dinçilərdə inanılmaz bir eqoistlik vardır, bir   çoxunda böyük bir azğınlıq vardır. Sitatlar
Qatı dinçilərin içləri qapqaradır. Fitnə-fəsad onu nə Mehdi (ə.s)-a, nə də doğru yola   yaxınlaşdırar, yalnız qaranlığa yaxınlaşdırar. Sitatlar
Hər əxlaqsızlıq, hər zülm, hər cinayət Allahdan qorxmayan kəslərin törətdiyi   hadisələrdir. Kommunistlər, darvinistlər, materialistlər, yəni Allaha inanmayanlar   Allahdan qorxmaz. Onların arasından çıxar. Məsələn, xurafatçılar da Allahdan   qorxmadıqları üçün əxlaqsızlıq edirlər. Sitatlar
Qatı dinçilər müsəlmanların üstünə elə ağır yük yüklədilər ki, elə bil, müsəlmanları   dəliyə döndərdilər. Sağa dönə bilmir, sola dönə bilmir, gülməsi qadağandır, qadınların   danışması qadağandır. Allah sənin gülməyini istəyir, şən olmağını istəyir. Niyə boş-  boşuna özünə əzab verirsən? Özlərindən qadağalar qoyurlar. Gül, istədiyin kimi gül,   istədiyin kimi gəz, evinin divarından portret də as, heykəl də qoy, gənc qızlar istədikləri   kimi makyaj etsinlər, baxımlı olsunlar. Gənc oğlanlar rəqs etsin, əylənsin. Qurana görə   bunların hamısı halaldır. Sitatlar
Xurafatçıların, qatı dinçilərin uydurma xurafatları atılsa, geriyə yalnız saf, xalis, əsil   İslam dini qalar. Sitatlar
Xurafatçı yaradılarkən mehdiyyət düşməni olaraq yaradılır. Halbuki, onun düşmənçiliyi,  mehdiyyətin məqamını yüksəltmək üçün xüsusi olaraq hazırlanmış bir sistemdir. O,   yalnız mehdiyyətin mövqeyini yüksəltmək üçün, yaradılmış bir cəhənnəm adamıdır.   Allah cəhənnəm üçün yaradılmış o adamları sayəsində Mehdi (ə.s)-ın mövqeyini   yüksəldir. Sitatlar
Sitatlar
Ənənəvi Ortodoks İslam anlayışında qadın məhv olur. Nə geyinə, nə bəzənə, nə gülə,   nə otura, nə də qalxa bilir. Yemək yeməsi belə günahdır. "Çox yemək yedirsəniz azar.   Başınıza bəla olar" deyir. "Gözəl paltar geydirsəniz, küçəyə çıxmağa çalışar" deyir. Sitatlar
Sitatlar
Ənənəvi Ortodoks İslam anlayışında hər yer qəbiristanlıq, hər yer əzab yeridir. Bir yun   jaket, bir tikə, sürünmənin digər adıdır. Acı, iztirab hər yerə oturmuş vəziyyətdədir.   Gülmək qadağandır, şən olmaq qadağandır, şəkil, musiqi, televizor qadağandır. Ağıla   gələn hər gözəl şeyin hamısı qadağandır. Kin, nifrət və qəzəb bəsləmək sərbəstdir. Sitatlar
Onsuz da yaşamaq çox çətindir, həyat çox çətindir, Allah belə yaratmışdır. Bir də   bununla yanaşı, gülməməlisən, küçəyə çıxmamalısan, telefonla danışmamalısan kimi   hökmlər verən qatı dinçilik kimi bir qanun gətirsən cəmiyyət məhv olar, xoşbəxt insan   qalmaz. Zehni də durar, beyni də durar, işləyə bilməz, heç nə edə bilməz, heç nə   istehsal edə bilməz, sənət gücü də qalmaz. Yəni “ənənəvi ortodoks İslam anlayışıyla”   bir yerə çıxmaq olmaz. İnsanlar məhv olar. Sitatlar
Bədiüzzaman Türkiyədə dini, dinin həqiqətini təkmilləşdirdi, Atatürk də xurafatçılığı   təmizlədi. Türkiyə bu iki dəyərli şəxs tərəfindən hal-hazırki gözəlliyə qovuşmuşdur.   Birincisi Atatürk, ikincisi isə Bədiüzzamandır. Bir-birlərinə zidd kimi görünmələri leduni   bir elmdir. Onu hər kəs başa düşə bilməz. Bir-birinə zidd kimi görünməsi, onun   üsuludur. Sitatlar
Qatı dinçilər insanlara həmişə; “ayıbdır, günahdır” deyərək həyatı cəhənnəmə   çevirmişlər. Bunun nəticəsində, içinə qapalı, şizofreniyalı cəmiyyətlər meydana gəlir.   İnsanlar xəstə olur. Sitatlar
Sitatlar
Əgər sənəti pis qarşılasan, musiqiyə, rəsmə, heykələ, memarlığa qiymət verməsən,   sənətçini əzməyə çalışsan, rəsm olan evdən qaçmağa çalışsan, "it şeytandır, gördüyün   vaxt qov" desən, onda o ölkə inkişaf etməz. Avropa ölkələrinin inkişafının səbəbi   sənətə, elmə dəyər vermələridir. Sitatlar
Namaz qılmayan və zəkat verməyən insanların öldürülməsi lazımdır kimi bir inanca   sahib olub, bunu insanlara izah etsən, onda Avropa İttifaqı səni qəbul etməz. Amma   mehdiyyət ruhuyla, Quran əxlaqıyla yaxınlaşsan Avropa səninlə qonşu olmağına   sevinər. Sitatlar
Avropa Birliyinə mehdiyyət dövründə daxil olacağıq. O zaman qatı dinçilik aradan   qalxacaq, insanlar musiqiyə haram gözüylə baxmayacaq, dekolteli xanımlara hörmət   göstərəcəklər. Heykəl, şəkil, musiqi bunlar gözəllikdir. Bunlara qarşı çıxan böyük bir   kütlə yaratdığın təqdirdə Avropa səni qəbul etmək istəməz. Sitatlar
İslam hər yerə hakimdir. Əyləncə mərasimində də Allah barəsində danışarsan, toyda   da. Əyləncə mərasimində Allah barəsində danışmaq olmaz kimi bir şey yoxdur. Bu   dinsizliyi rəvac edəcək şəkildə yaymağa çalışan bir məntiqin əsəridir. Çünki, insanlar   musiqiyə və əyləncəyə maraq göstərir. "Musiqi, əyləncə olduqda Allah barəsində heç   danışmayın, susun" deyirlər. Dinsizlik məhz bunun nəticəsində yaranır. Sitatlar
Xurafatçılıqla İslamı bütün dünyada dəyərdən saldılar. İslam günəşini söndürmək   istəyirlər. Asma, kəsmə, döymə, qadınları alçaltma, qadınlara "yarım varlıq" demə   vardır, musiqi yoxdur, şəkil yoxdur, incəsənət yoxdur, xeyirxahlıq yoxdur, gözəllik   yoxdur, məhəbbət yoxdur, o yoxdur, bu yoxdur. Siz dəlisiniz? Sanki cəhənnəm   həsrətindədirlər. İslamda belə bir şey yoxdur. Sitatlar
Mehdi (ə.s)-ın dini asanlaşdırması demək; Quranda olmayan haramları aradan   qaldırması deməkdir. Məsələn, musiqi haramdırmı? Deyil. Quranda belə bir ayə yoxdur.   Musiqinin haram olduğunu iddia edənlərə musiqinin halal olduğunu söyləyəcək. Sitatlar
Allah dünyanın bəzəkli olmasını, gözəl olmasını istəyir. Dünyanı möhtəşəm şəkildə   bəzəyir. Qatı dinçilər isə qaranlıq olmasını istəyir. Allahın yaratdığı bəzəyə toxunmayın.   Allahın yaratdığı bəzəyi yox etməyə cəhd etməyin. Siz Allahın yaratdığı bəzəyi ən gözəl   şəkildə göstərməlisiniz. Sitatlar
Qatı dinçilər başlarını, daim Peyğəmbərimiz (s.ə.v)-in evlilik həyatı, qadınlara olan   sevgisiylə məşğul etmişdirlər. Həm bu mövzuyla əlaqəli ayələri heç söyləmək istəməz,   həm də bu barədə danışmaq belə istəməzlər. Gizlətmək istəyirlər. Məsələn, cənnətdə   xanımlar olduğunu da söyləmək istəmirlər. Sitatlar
İslam dinini bütün dünyada, haşa, bəla kimi göstərən, cəhənnəm həyatı kimi göstərən   qatı dinçilər ortaya çıxdı və müsəlmanları məhv etdilər. Əfqanistanda müsəlmanları   boğdurdular, İraqda, Suriyada, Liviyada boğdurdular. Dünyanın hər yerində əzdirdilər. Sitatlar
Qatı dinçilər müsəlmanları bir-birinə də qırdırırlar. O bunu öldürür, bu onu öldürür. Fəxr   edir sonrada. “Allaha çox şükür, bu gün iki yüz şiəni öldürdük” deyir. Digərləri də;   “Allaha çox şükür biz bu gün üç yüz sünnini öldürdük. Havadan bombaladıq” deyir. Qatı   dinçi İslam anlayışı özü ilə məhz bu fəlakəti gətirdi. Sitatlar
Qatı dinçilər, həyatı cəhənnəmə çevirən, İslamı cəhənnəm kimi göstərən hərəkətin, ən  təqvalı hərəkət olduğuna inanırlar. Məsələn, namazı qıla bilməyəcək hala gətirərsə,   onun təqvalı bir hərəkət olduğuna inanırlar. Dəstəmazı alına bilməyəcək hala gətirərsə,   bunun da təqvalı bir hərəkət olduğunu düşünürlər. Halbuki, Allah Quranda dəstəmazın   tərifini bir sətirlə vermişdir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur