logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 dekabr 2014

avatar

Adnan Oktar

Eqoistcəsinə yaxınlaşdığın təqdirdə, onsuz da sevgi olmaz. Eqoistlik, xudbinlik sevginin düşmənidir. Eqoist, xudbin olmasan Allah yolunu açar. Eqoist, xudbin olsan, Allah ayağına dolandırar.
A9 TV; 13 dekabr 2014
1202
avatar

Adnan Oktar

Allahı sevənlər, insanları sevənlər sürətlə bir araya gəlirlər və dünyadakı əsl güclər onsuz da onlardır. Onların bir araya gəlməsi nəticəsində dünyaya sevgi və sülh hakim olacaq.
A9 TV; 13 dekabr 2014
avatar

Adnan Oktar

Dünyada həqiqətən vəhşilik və sevgisizlik hakimdir, heyrət ediləcək dərəcədə insanlar bir-birlərini sevmirlər. Bu bəlanı insanları sevənlər, Allahı sevənlər aradan qaldıracaq.
A9 TV; 13 dekabr 2014
avatar

Adnan Oktar

İki müsəlman qrupun, iki haqq qrupun bir-biriylə mübarizə aparması haramdır. Müsəlmanların da barışdırmaq üçün səy göstərmələri, hamı üçün fərzdir. Yəni fərzi- kifayə deyil, hamıya fərzdir. Səy göstərməlidirlər.
A9 TV; 13 dekabr 2014
avatar

Adnan Oktar

Amnistiya ikiqat cinayətdir. Əgər bir insan əsgəri, polisi öldürdüsə, şəhid etdisə və bunların da sayı on minlərlədirsə, on minlərləsini də şikəst etdisə, sən də bunu halal edəcək şəkildə belə bir şeyə izin versən, deməli, PKK-dan milyonlarla dəfə daha alçaq, daha namərd, daha xainsən.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

Abdullah Öcalan: "Mən Allaha inanırdım, mənə darvinist təhsil verdilər, Allahı inkar etdim, dinsiz oldum" deyir. Yaxın Şərq darvinist-materialist təhsildən ötrü məhv oldu. Osmanlı imperiyası darvinist təhsildən ötrü süqut etdi. Hələ də bu yanlışlıq davam edir.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

Gənclər məktəbdə darvinist-materialist təhsil alırlar, dinlərini, imanlarını itirirlər. Bu qorxunc vəziyyətin düzəlməsi lazımdır. Məsələn, PKK-lılar da məktəbdə darvinist- materialist təhsil alırlar, sonra da yoldan çıxırlar.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

"Hökumət PKK-nı əfv etməli, Abdullah Öcalanı sərbəst buraxmalı, bölgəyə muxtariyyət verməlidir" kimi sözlər deyilməsi hökumətə edilən təhqirdir. Hökumət bu təhqirlərə qarşı tədbir alsın. Özünü belə təhqir etdirməsin. Bu çox alçaldıcı bir təhqirdir. Dəccalın belə qəbul edə bilməyəcəyi bir vəziyyətdir.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

Əgər biri çıxıb da; (HafezanAllah) "PKK-nın əfv edilməsi lazımdır" desə, belə ki, bunun mənası aydındır; bu "etdikləri çox normal idi, əsgər də vurular, polis də vurular, əlbəttə ki, şəhid edəcək (haşa neuzubillah) əllərinə sağlıq". Bu adam PKK- dan milyonlarla dəfə daha alçaq, daha namərd və daha xaindir. Onda PKK bu adamın yanında süddən çıxmış ağ qaşıq kimi olar. Deməli, dünyanın ən alçaq, ən namərd insanıdır bu adam.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

PKK bir mafiya qruplaşmasıdır, amma dünyanın ən qəddar mafiyasıdır. Mehmetciyimizi, əsgərimizi, polisimizi namərdcəsinə şəhid edən, on minlərlə igidimizi qorxulu mühitlərdə şəhid edən bir qruplaşmadır.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

Cinayəti, əsgəri polisi vuranları bağışlayıb bunu halal, qanuni hala gətirmək, cinayətə sövq etmək mənasını verər. Əsgəri, polisi heç yerinə qoymaq mənasını verər. Bu şəhid ailələrinə edilmiş ən böyük təhqir olar. Bunu edən insan da dünyanın ən alçaq adamı olar.
A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 12 dekabr 2014
avatar

Adnan Oktar

Allah camaatla hökuməti barışdırsın. Allah hər iki tərəfə də xeyir yolda müvəffəqiyyət versin. Allah şeytanı məhv etsin. Bizə şeytanı məğlub etməyi nəsib etsin. Allah Dəccala aman verməsin.
A9 TV; 11 dekabr 2014
avatar

Adnan Oktar

Allah camaat ilə hökumətin aralarını düzəltsin, qəlblərinə rahatlıq versin. Allah bütün müsəlmanların qəlbindəki qəzəbi, ədavəti, düşmənçiliyi yox etsin, Rəbbim qəlblərə rahatlıq, fərahlıq, gözəllik versin. Allah millətin üzərindəki çətinliyi aradan qaldırsın. Allah onları qardaşlıq, sevgi, məhəbbət ruhu ilə bir-birinə bağlasın.
A9 TV; 11 dekabr 2014
avatar

Adnan Oktar

Hökumətlə camaatı barışdırmaq lazımdır. Bunları seyr etmək olmaz. Haram olar. Bütün islam aləminin tək ümidi bizik. Pakistan, Hindistan, Suriya, bunların hamısı, bütün məzlumlar bizdən nə isə gözləyir. Hal-hazırda buradakı bu döyüş bizə necə təsir edər? Bu işin axırı hara gedir? İnadkar və qərarlı bir surətdə sülh yaratmaq səyinə davam etməliyik. Həmçinin də dua edək.
A9 TV; 11 dekabr 2014
avatar

Adnan Oktar

Din dərsində ələvilik, sünnilik, vəhhabilik, xristianlıq, yəhudilik, bunların hamısı izah edilsin. Bütün dinlər, məzhəblər izah edilməlidir. Onda ələvisi də, sünnisi də, hamısı bu dərslərdə iştirak edib, bu əhəmiyyətli mədəniyyəti mənimsəmiş olarlar.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Əli qolu bağlı, polislərin arasında aparılan bir insanın üzərinə hücum etmək, ağzını burnunu əzmək olduqca ayıb, çirkin və aciz olan bir hərəkətdir. Həbsxanada adam döymək, polis bölməsində adam döymək, qandallı adamı döymək, bu kimi hərəkətlər dəliqanlılıq deyil. Tam əksidir.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Əgər insanlar Tayyib hocamı aradan götürməyi qəbul edərlərsə, vəfasızlıq ucbatından bütün insanların qəlbində bir acı meydana gələr. Tayyib hocamı mütləq qorumaq lazımdır. Müxaliflər də daha vicdanla yaxınlaşsalar, daha gözəl olar.
A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 10 dekabr 2014
avatar

Adnan Oktar

Təbliğdə nə olacaq? Əziyyət, məşəqqət, çətinliklər, təhdid olacaq. Bunlar artdıqca təbliğin dəyəri artar, Allahın razılığını daha çox qazanarsan. Məqsədin əgər Allahın rızasını qazanmaqdırsa, rəhmətini qazanmaqdırsa. İki günlük dünya həyatı üçün elə qorxaqcasına, ürkəkcəsinə yaşamaq çox alçaldıcı bir vəziyyətdir.
A9 TV; 10 dekabr 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Allahı sevənlər, insanları sevənlər sürətlə bir araya gəlirlər və dünyadakı əsl güclər   onsuz da onlardır. Onların bir araya gəlməsi nəticəsində dünyaya sevgi və sülh   hakim olacaq. Sitatlar
Sitatlar
Əgər sevgi olmasa, Allah qorxusu olmasa, mərhəmət olmasa, onda 2015-ci ilin  dəhşətlərin, ağrıların yaşanacağı bir il olacağı məlum olur. Allah mehdiyyətə tam   mənası ilə diqqət çəkincəyə qədər bu hadisələr baş verməyə davam edəcək. İnsanların   mehdiyyəti bir qurtuluş olaraq görəcəyi günə qədər bu davam edəcəkdir. Sitatlar
Bütün millətlər sevilərsə, hər millət rahatlıq tapar. Amma mən bir millətə zülm edəcəyəm   desən, bütün millətlərin üzərinə zülmün qapısı açılar, olmaz belə şey. Sevirsənsə   hamını sevərsən, sevmirsənsə heç kəsi sevməzsən. Sitatlar
Türkiyədə digər ölkələr, digər millətlər az sevilir. Sən Allahın digər qullarını sevmirsənsə,   onda Türkiyəni də sevməzsən. Səmimi ol. Suriyalını, ərəbi, yunanlını, rusu, iranlını,   avropalını, amerikalını sev. Hamısı Allahın quludur, rəngarəng nə gözəl. Allah onu bir   nemət olaraq yaratmışdır. Sitatlar
Sevmək üçün Allah qorxusu, Allah sevgisi lazımdır. Ət, sümük sevilməz; Allahın təcəllisi sevilər. Əgər ölüb gedəcək, yox olacaq bir varlıq kimi düşünürsənsə, onda nəyini sevməlisən? Əbədi olan sevilər. Əbədi olan Allahdır, Allahın təcəllisi olaraq sevə bilərsən. Sitatlar
Məqbul, məntiqli, demokratik, mehriban, bütün insanları sevən, hər bir dinə mənsub insanı sevən nəsillər yetişdirmək lazımdır. Yəhudilərə nifrət öyrədilir, xristianlara nifrət öyrədilir, şiələrə nifrət öyrədilir, sünnilərə nifrət öyrədilir; belə olmaz. Sitatlar
Sevgisizliyi əhəmiyyətsiz bir şey hesab edirlər. Bütün dünyanı bu sistem məhv  etmədimi? Amerika çökdü, Rusiya çökdü. Hələlik ilk mərhələsindədirlər, daha da   çökəcəklər. Avropa məhv oldu, Avropa iflasa uğradı. Tək səbəbi sevgisizlikdir,   eqoizmdir. Dünya bütün insanlara min dəfə bəs edər. Sitatlar
Döyüşə yer yoxdur, nifrətə yer yoxdur. Dünyaya sevgini öyrədəcəyik. Nifrət xeyli iztirab  verici, əzab verici, yorucu və iyrənc bir şeydir. Sevgi xeyli gözəldir. İsrail, İordaniya,   oralar inanılmaz dərəcədə gözəl yerlərdir. Barışın, qucaqlayın bir-birinizi, qardaş olun. Sitatlar
Birlikdə bərəkət vardır. Məsələn, Avropa ölkələri birləşdi, amma aralarında bir iman   bağı, bir sevgi bağı olmadığı üçün müvəffəqiyyət qazana bilmədilər. İslam aləmi   birləşdikdə aralarında bir sevgi bağı da olacağı, sərhədlərsə olmayacağı üçün; yəni   viza, pasport kimi şeylər olmayacağı üçün ticarət də, dostluq da asan olacaq. Çevik,   aktiv, canlı, gur-gur guruldayan bir həyat olacaq. Sevgiyə, comərdliyə əsaslanan,   eqoistlikdən uzaq bir həyat. Sitatlar
Sitatlar
Eqoistlik bölünməyə gətirib çıxarar. Adam malına bağlanar. Eqoistliyin xüsusiyyəti   budur. Amma eqoistlik yoxdursa, səxavətli olmaq vardır. Səxavətli olmaq hədd-hüdud   bilməz. Məhz belə də olmalıdır ki, sən rahat şəkildə comərdlik edə biləsən, dostluğunu,   sevgini rahat şəkildə göstərə biləsən. Sitatlar
Sevgisizlik, eqoistlik insanı bölünməyə aparar, parçalanmağa aparar. Sevgi isə  birləşməyə aparar. İnsan sevdiyindən ayrılmaq istəyərmi? Sevməyəndə ayrılmaq   istəyər. Nifrət etdiyi kimsəni görmək istəməz. Dünyadakı bu bölünmələrin səbəbi   sevgisizlikdir. Sitatlar
Sitatlar
Bir cəmiyyəti eqoistlik, sevgisizlik və mənfəətpərəstlik əhatə etsə, qardaşlıq onun üçün çox gülməli olar. "Nə qardaşlığı?" deyər adam. "Mən zənginəm, ayrılmaq istəyirəm. Kasıblardan da xoşum gəlmir" deyir adam. Sitatlar
Yaşamaq üçün yaşatmayacaqsan məntiqi çox eqoist və çox mərhəmətsiz bir hərəkətdir. Elə yaşamağın bir mənası yoxdur, o zaman heç yaşamamaq daha yaxşıdır. Elə eqoist, vəhşicə yaşayacaqsansa heç yaşama. İnsan kimi yaşamaq üçün yaşanar. Müsəlman kimi yaşamaq üçün yaşanar. Vəhşicə yaşamaq üçün yaşanılmaz. Sitatlar
Sevgi - terroru, anarxiyanı, eqoist olmağı, xəsisliyi ortadan qaldırar. Sitatlar
Nəfs, qısqanclıq və eqoizm nəticəsində bədəndə anormal hərəkətlər baş verir. Bir zərər vermədiyini zənn edir. İnsanı məhv edər. İntihar edənlərin təhrikedici gücü nəfsdir. Onları dəli edib intihara sövq edir. Cinayətdə də nəfsə uyğun olduğu üçün cinayət törədir. Sitatlar
Allah qorxusu olmadan sevgi olmur. Allah qorxusu olmazsa eqoist olarsan, xudbin olarsan. ''Çox sevirəm'' deyir, eqoistsən, mərhəmətli deyilsən, səxavətli deyilsən. Necə sevəcəksən? Getdi sevgi, yandırdın getdi. Allah qorxusu sevginin təməli olan bütün ehtiyaclarını təmin edir. Sitatlar
Qəddar, eqoist olan insanı heç kim Allahın əzabından qurtara bilməz. Sitatlar
Milli mənfəət məsələsi olmamalıdır. Hər kəsin mənfəəti üçün çalışmalıyıq. Özümüz əziyyət çəksək də, başqalarının xoşbəxtliyi üçün çalışmalıyıq. Belə nəcib millətə, nəcib dövlətə bu yaraşar. Bizə mənfəətpərəstlik, eqoistlik yaraşmaz. Sitatlar
Sitatlar
Mən kürd qardaşlarımızda əxlaqi cəhətdən ayrı bir üstünlük görürəm. Özlərinə   məxsus xüsusi bir gözəllikləri var. Anadoluda hakim olan bu əxlaq onlarda çox gözəl   şəkildə təcəlli edir. Sitatlar
Dünyada həqiqətən vəhşilik və sevgisizlik hakimdir, heyrət ediləcək dərəcədə   insanlar bir-birlərini sevmirlər. Bu bəlanı insanları sevənlər, Allahı sevənlər aradan   qaldıracaq. Sitatlar
Zaman axır. Zaman bizi daima həyatın sonuna doğru yaxınlaşdırır. Ölüm bizə doğru   gəlir, biz də ölümə doğru gedirik. Bir görüşmə nöqtəsi var, oraya doğru gedirik. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur