logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 dekabr 2015

avatar

Adnan Oktar

Milli mənfəət məsələsi olmamalıdır. Hər kəsin mənfəəti üçün çalışmalıyıq. Özümüz əziyyət çəksək də, başqalarının xoşbəxtliyi üçün çalışmalıyıq. Belə nəcib millətə, nəcib dövlətə bu yaraşar. Bizə mənfəətpərəstlik, eqoistlik yaraşmaz.
A9 TV; 22 dekabr 2015
1421
avatar

Adnan Oktar

Bizim silahımız, hər şeydən üstün iman və imandan qaynaqlanan sevgimizdir, bu qədər. Güclü dindar olmalıyıq, həm də çox sevgi dolu olmalıyıq. Heç kəsdən intiqam almayan, hər kəsi barışdırmağa çalışan və hər kəsin yaxşı olması üçün çalışan insanlardan olmalıyıq.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Avropa və dünya səviyyəsində bütün insanların bizə dost olması, eləcə də, ən başda Allahın bizi sevməsi üçün, heyrətamiz sevgi müəllimi olmalıyıq. Yəni dünyada görülməmiş xarakter nümayiş etdirməliyik. Dünya bizi heyrətlə izləməlidir. Həmçinin daha çox müasir olmalıyıq.
A9 TV; 22 dekabr 2015
avatar

Adnan Oktar

Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Təsadüf dünyadakı ən məntiqsiz izahdır. Təsadüf; narı, portağalı, limonu, zeytunu, naringini necə yarada bilər? Eynşteynləri, Nyutonları təsadüf necə yarada bilər? Şirləri, pələngləri, zürafələri və arıları necə yarada bilər? Bunların hər biri bir-birindən mükəmməl varlıqlardır.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Terror təşkilatıyla mübarizədə ən mühüm məsələ, əhval-ruhiyyəsini sıfıra yaxınlaşdırmaqdır. Alçaltmaq bir yoldur, lakin ideologiyasının yanlışlığını sübut etmək ən təsirli yoldur. Ən təsir edən şey, ideologiyasının, fəlsəfəsinin yanlışlığından danışmaqdır. Bütün gücünü yox edərsən, əhval-ruhiyyəsi sıfıra yaxınlaşar, yəni əzələ gücü, baş gücü sıfıra yaxınlaşar, heç bir şey edə bilməyəcək hala gələr.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

İsrail düşmənçiliyi sanki bir mərifətmiş, bir təqva əlaməti və ya üstünlükmüş kimi göstərilir. Əhli Kitaba düşmənçilik bəsləmək çirkin hərəkətdir. Biz yəhudiləri və xristianları sevirik. Ateistlərə də şəfqət duyuruq.
A9 TV; 21 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyət iddia deyil, isbatdır. İslam dünyaya hakim olar. Bir şəxs İslam aləminin başına keçər, biz o zaman onun “Allahualəm Mehdi (ə.s)” olduğunu düşünərik, bu qədər. Qəti şəkildə iddia da etmərik. "Allahualəm, yəqin ki, elədir" deyəcəyik.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Din dedikdə, ayələri əzbərləmək, Quranı su kimi əzbər bilmək, onu təcvidlə oxumağı başa düşürlər. Halbuki, Quranın hikməti və mahiyyəti əhəmiyyətlidir. Yəni oradakı mənanı həyata keçirmək vacibdir. Yoxsa onu təcvidlə oxumaq deyil. Bunu ərəblər çox yaxşı şəkildə edirlər. Lakin Quranı tətbiq etməyənlərin bir hissəsi də, yenə ərəblərin arasından çıxır.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) insanları özünə dəvət etmədi. Qurana dəvət etdi. Heç bir peyğəmbər özünə dəvət etmədi. Həmişə Allahın Kitabına dəvət etdilər. Məsələn, hz. Musa (ə.s) Tövrata dəvət etdi. Hz. İsa (ə.s) İncilə dəvət etdi. Mehdi (ə.s) da insanları Qurana dəvət edəcək.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Hikmət Allahın bəyəndiyi gözəllikdir. İnsanların bir hissəsi çox, lakin hikmətsiz danışar. Hikmətin çox biliklə, boşboğazlıqla əlaqəsi yoxdur. İnsan yeriyən kitabxana kimidir, lakin o dərinliyi, o hikməti görə bilmir. Məlumatın yalnız çoxbilmişlik, modabazlıq tərəfini qəbul edir. Halbuki informasiyadan hikmət üçün işlətmək lazımdır.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Qiyamətin və ölümün müsəlmanları narahat edəcək heç bir tərəfi yoxdur. Əgər müsəlman özünə zülm ediləcəyinə, yaxud əzab çəkəcəyinə inanırsa, bu Allahın xoşuna gəlməz. Çünki Allah: "Mənə güvən. Sən yaxşı əməl sahibisənsə, sənə zərər gəlməz" deyir. Mömin həmişə Allaha hüsnü-zənn etməlidir.
A9 TV; 20 dekabr 2015
avatar

Adnan Oktar

Bütün məsələ Allaha səmimi-qəlbdən təslim olmaqdır, Allahı sevməkdir. Bu cür olsan, yavaş-yavaş yoluna doğru irəliləyərsən. Sürətli getməyə çalışarsan, lakin Allah sənin sürətlənmənə icazə verməz. Mehdiyyət yavaş irəliləyən sistemdir. Mehdi tələbələri də yavaş təkmilləşərlər. İstədikləri qədər can atsınlar, nə edirlərsə etsinlər, Allah o müddəti tamamlayar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətin əsası hikmət və səmimiyyətdir. Ədəbi, həyəcanlı danışıqlar insanlara mahnı və türkü kimi gələr, heç bir təsiri olmaz.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

İslamın bu cür böyük xərclər, böyük fəaliyyətlər, mütəşəkkil hərəkatlar, gizlicə nələrsə etmək kimi şeylərlə hakim olacağını zənn edirlər. Qurana baxın, İslamın hakimiyyəti həmişə metafizikdir. Bütün məsələ səmimi olmaqdır.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Mehdiyyətə kömək göstərilər. Mehdiyyət iddiasıyla ortaya çıxılmaz. Tarixə diqqətlə baxın, hamısı məğlubiyyətlə nəticələnmişdir. Lakin mehdiyyətə kömək iddiasıyla ortaya çıxan hər kəsin, Allah yollarını açmış və hamısı bəxtiyar olmuşdur.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Bütün süni mehdilik hərəkatları yox olar. Çünki bu, mehdiyyətlə lağ etmək deməkdir. Allah başına keçirər. Hər süni Mehdi namizədi məğlubiyyətlə nəticə qazanar.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Əyləncə, İslam, Quran, yemək-içmək, hər şey; həyat tək halda bütövdür. İslamdan ayrı həyat yoxdur. Yəni; "bir hissəsi İslami, bir hissəsi də qeyri-islami" olmaz. Hər nəfəsində İslam var; əylənərkən, gülərkən, yatarkən, uzanarkən, qalxarkən; ağlına gələn hər yerdə İslam var. İslamın olmadığı bir yer qəflət deməkdir, pərişanlıq deməkdir.
A9 TV; 19 dekabr 2015
avatar

Adnan Oktar

Biz olduqca müasir ölkə olsaq, çox ziyalı ölkə olsaq, qadın haqlarında ən qabaqcıl səviyyəyə gəlsək, elmdə, incəsənətdə, estetikada, keyfiyyətdə önə çıxanlardan biri olsaq dünyanın ən güclü ölkəsi olarıq. Lakin başqa cür olsa; Yaxın Şərq səviyyəsində qalan bir ölkə olacağıq, gələn vurar, gedən vurar, məhv olarıq Allah qorusun.
A9 TV; 18 dekabr 2015
avatar

Adnan Oktar

İman zəifliyi olduqda insan duyğusuz olar. İslamı yaymaq həyəcanı olmaz. Allahdan qorxma gücü olmaz. Öz mənfəətinin, öz problemlərinin ardınca qaçar. Bu böyük fəlakətdir.
A9 TV; 18 dekabr 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər. Sitatlar
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən. Sitatlar
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən. Sitatlar
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr. Sitatlar
Ayrılığın səbəbi iman zəifliyidir. Allah üçün sevsən niyə ayrılasan ki? Amma mənfəət üçün sevsən; mənfəət üçün gələn, mənfəət üçün gedər. Sitatlar
Münafiq eqoist olduğu üçün sırf öz mənfəəti üçün yaşayar. Öz böyüklüyü, öz eqoistliyi, öz əzəməti üçün yaşayar. Başqaları üçün yaşamaq istəməz. Sitatlar
Vətənin bölünmə təhlükəsindən söhbət gedərkən eqoist olmaq, öz dərdinə düşmək, dünyanı yaşamağa çalışmaq münasib olmaz. Sitatlar
Səmimiyyət insana baha başa gələr. Əzab çəkər, yorular, hətta bəzi hallarda başı   bəlaya da girər. Sən çox yaxşı yaşayırsan. Lazım gələndə mənfəətini güdürsən.   Mənfəətini bir körpəni qoruyan kimi qoruyursan. Burada səmimiyyət vardırmı? Sitatlar
Münafiqlər eqoistdir, müsəlmanlardan nifrət edərlər, birlikdə yaşamaq istəməzlər. Müsəlman qadınları və kişiləri də yalqız etmək istəyərlər. Sitatlar
Sitatlar
Birlikdə bərəkət vardır. Məsələn, Avropa ölkələri birləşdi, amma aralarında bir iman   bağı, bir sevgi bağı olmadığı üçün müvəffəqiyyət qazana bilmədilər. İslam aləmi   birləşdikdə aralarında bir sevgi bağı da olacağı, sərhədlərsə olmayacağı üçün; yəni   viza, pasport kimi şeylər olmayacağı üçün ticarət də, dostluq da asan olacaq. Çevik,   aktiv, canlı, gur-gur guruldayan bir həyat olacaq. Sevgiyə, comərdliyə əsaslanan,   eqoistlikdən uzaq bir həyat. Sitatlar
Sevgisizliyi əhəmiyyətsiz bir şey hesab edirlər. Bütün dünyanı bu sistem məhv  etmədimi? Amerika çökdü, Rusiya çökdü. Hələlik ilk mərhələsindədirlər, daha da   çökəcəklər. Avropa məhv oldu, Avropa iflasa uğradı. Tək səbəbi sevgisizlikdir,   eqoizmdir. Dünya bütün insanlara min dəfə bəs edər. Sitatlar
Eqoistcəsinə yaxınlaşdığın təqdirdə, onsuz da sevgi olmaz. Eqoistlik, xudbinlik   sevginin düşmənidir. Eqoist, xudbin olmasan Allah yolunu açar. Eqoist, xudbin olsan,   Allah ayağına dolandırar. Sitatlar
Mənfəət görmədiyi zaman müsəlmanların əleyhinə rəftar edəcək kəslərə qarşı diqqətli olmaq lazımdır. Dostluq etibarlı, alicənab insanlarla edilər. Sitatlar
İslamı təbliğ etmək üçün, dini izah etmək üçün qarşılıq istənilməsi qorxunc vəziyyətdir. Din mənfəət gözləmədən izah edilər. Sitatlar
Eqoistlik alçaldıcı və utancvericidir. İnsana təvazökar olmaq, başqasını düşünən olmaq yaraşar. Sitatlar
Sevgi - terroru, anarxiyanı, eqoist olmağı, xəsisliyi ortadan qaldırar. Sitatlar
Nəfs, qısqanclıq və eqoizm nəticəsində bədəndə anormal hərəkətlər baş verir. Bir zərər vermədiyini zənn edir. İnsanı məhv edər. İntihar edənlərin təhrikedici gücü nəfsdir. Onları dəli edib intihara sövq edir. Cinayətdə də nəfsə uyğun olduğu üçün cinayət törədir. Sitatlar
Vətənin və millətin mənfəəti şəxsi mənfəətlərdən üstündür. Müsəlman canı bahasına olsa da haqqı müdafiə edər. Sitatlar
Dünyanın son zamanlarındayıq hal-hazırda. Dəccalın mənfəətinə yarayacaq hər cür hərəkətdən qaçınmalıyıq. Haqq dinlərə, məzhəblərə qarşı düşmənlik, dəccala xidmət etmək deməkdir. Sitatlar
İsrail bölgənin zəki, ağıllı bir dövlətidir. Anti-kommunist və Allahdan yana olan bir dövlətdir. Türkiyə istənilən halda İsraillə çox yaxşı dost olmalıdır. Sitatlar
Bizim silahımız, hər şeydən üstün iman və imandan qaynaqlanan sevgimizdir, bu qədər. Güclü dindar olmalıyıq, həm də çox sevgi dolu olmalıyıq. Heç kəsdən intiqam almayan, hər kəsi barışdırmağa çalışan və hər kəsin yaxşı olması üçün çalışan insanlardan olmalıyıq. Sitatlar
Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar. Sitatlar
Bəzi mövhumatçıların əlinə müəyyən imkan keçsə, nə musiqi dinlənilməsinə icazə verər, nə heykəl qalar, nə rəsm əsərləri qalar, nə qadınlar makiyaj edə bilər və nə də küçəyə çıxa bilərlər. Çoxu gözü dönmüş insandırlar. Bunun üçün də, Türkiyə müasir dindarlığa doğru sürətlə irəliləməlidir. Sitatlar
Avropanın ən müasir ölkəsi olmalıyıq. Ankara Parisi keçməlidir. İstanbul Londondan daha keyfiyyətli olmalıdır. Müqayisə etmək mümkün olmamalıdır. Hər yerdə nəzakətli, xoşsöhbət və sülhsevər insanlar olmalıdır. Çay evlərində, küçələrdə, hər partiyadan, hər fikirdən olan insan, eləcə də, hər kəs bir-birini sevməlidir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur