logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 yanvar 2015

avatar

Adnan Oktar

A9 TV; 3 yanvar 2015
1830
avatar

Adnan Oktar

Birlikdə bərəkət vardır. Məsələn, Avropa ölkələri birləşdi, amma aralarında bir iman bağı, bir sevgi bağı olmadığı üçün müvəffəqiyyət qazana bilmədilər. İslam aləmi birləşdikdə aralarında bir sevgi bağı da olacağı, sərhədlərsə olmayacağı üçün; yəni viza, pasport kimi şeylər olmayacağı üçün ticarət də, dostluq da asan olacaq. Çevik, aktiv, canlı, gur-gur guruldayan bir həyat olacaq. Sevgiyə, comərdliyə əsaslanan, eqoistlikdən uzaq bir həyat.
A9 TV; 3 yanvar 2015
avatar

Adnan Oktar

Demokratiya ilə gələn demokratiya ilə gedər. Seçki ilə gələn seçki ilə də gedər. Hakimiyyətə gələn rəhbərlik üç-beş video kasetlə, üç-beş kəlimə ilə dərhal hakimiyyətdən devrilə bilirsə, təhdidlə devrilə bilirsə, deməli ortada demokratiya yoxdur.
A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

Hz. Musa (ə.s) da sənin peyğəmbərin, hz. İbrahim (ə.s) da sənin peyğəmbərindir. "Onlar yəhudilərin peyğəmbəridir" deyir, "O isə xristianların peyğəmbəridir" deyir. Onlar sənin peyğəmbərindir, İslam peyğəmbərləridir. Onlar müsəlmandır.
A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in dünyaya gəlişi bizim üçün toydur, bayramdır. Dünyaya nur saçdı, işıq saçdı. Allah, ondan razı olsun. Biz ondan razı olduq, o da inşaAllah axirətdə bizlərdən razı olar. Əlbəttə ki, hamısından vacib Allahın razılığıdır, inşaAllah.
A9 TV; 2 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

Şirk meylinə qarşı daim ayıq-sayıq, diqqətli olmaq lazımdır. Xəstəliklərdə, universitet imtahanlarında, yoldaş seçimində hər şeydə bu şirk başlarına bəla olur. Halbuki, daim Allah ilə əlaqədə olub, daim dua etməklə Onunla iç-içə olmalıdırlar. Onda bərəkət çox olar.
A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

İçimizə əmanət bir ruh qoyulmuşdur, ən zəif maddədən yaradılmışıq. Qaya, polad, dəmir bunların hamısı möhkəmdir; amma ət-sümük ən davamsız maddədir. Dərhal dağılır. Dərhal çürüyər, dərhal parçalanar. Onun içindəki ruh orada gözləyir. Ət-sümük öldüyündə, o sərbəst olur.
A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

Döyüşə yer yoxdur, nifrətə yer yoxdur. Dünyaya sevgini öyrədəcəyik. Nifrət xeyli iztirab verici, əzab verici, yorucu və iyrənc bir şeydir. Sevgi xeyli gözəldir. İsrail, İordaniya, oralar inanılmaz dərəcədə gözəl yerlərdir. Barışın, qucaqlayın bir-birinizi, qardaş olun.
A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

Milli Kəşfiyyat Təşkilatı Cənub-Şərq bölgəsindəki işçilərin sayını artıra bilər. Yəni xalqın içərisində çox sayda işçi saxlaya bilər. Bu həm xalqa fayda verər, həm də təhlükəsizlik baxımından çox yaxşı olar. İnformasiya axını çox güclü olmalıdır. Ən kiçik bir hərəkətdən belə xəbər alınmalıdır.
A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

PKK təhdidinin olduğu yerdə seçki aparıla bilməz. O seçki etibarlı olmaz. Əgər ora əsgərlər və polislərlə dolsa, xalqın təhlükəsizliyi tam təmin edilsə, PKK tamamilə oradan çıxardılsa, onda olar. Başqa cür olduqda adam məcburən PKK, yaxud HDP-yə səs verər.
A9 TV; 1 yanvar 2015
avatar

Adnan Oktar

A9 TV; 31 dekabr 2014
avatar

Adnan Oktar

A9 TV; 31 dekabr 2014
avatar

Adnan Oktar

PKK: "Müdafiə sistemi ləğv edilsin" deyir. Bu nə deməkdir? Bu; müdafiə sistemi iki mislinə qaldırılmalıdır, deməkdir. İndi bunlar ağ dedisə qaradır. Qara dedisə ağdır. Müdafiə sistemi ləğv edilsin nə deməkdir? “Bu onlar üçün ən əhəmiyyətli təhlükələrdən biridir” deməkdir.
A9 TV; 31 dekabr 2014
avatar

Adnan Oktar

Bəzi müsəlmanlar ildə bir dəfə xristianların milad bayramını qeyd etməsinə qarşı çıxmağı böyük bir cihad kimi qəbul edirlər. O gün qəhrəmanlıq etməklərindənsə, bütün il boyu təbliğ etsinlər, İslamı izah etsinlər, Quran möcüzələrini izah etsinlər.
A9 TV; 30 dekabr 2014
avatar

Adnan Oktar

Millət özünü alçaltmayana səs verər. Özünü adam yerinə qoyana, özünə yuxarıdan aşağı baxmayana, özünə hədə-qorxu gəlməyənə, üzündə azğın ifadə olmayana, öz dəyərləriylə mübarizə aparmayana, sevdiyi kimsələri təhqir etməyənə səs verər. Allahına, Kitabına, dininə, imanına sevgi bəsləyənə səs verər. Mövzunun sirri budur.
A9 TV; 30 dekabr 2014
avatar

Adnan Oktar

CHP gecə-gündüz Allahdan bəhs etsin, cənab Kılıçdaroğlu ayələrlə danışsın, İslam Birliyini müdafiə etdiklərini açıq şəkildə bildirsinlər. Sülhü, qardaşlığı, sevgini, Bədiüzzamanı tərifləsinlər, Süleyman Hilmi Tunahanı tərifləsinlər. Bir sözlə, Atatürkün dindarlıq anlayışını müdafiə etsinlər. Eynilə Atatürk kimi olsunlar, qalib gələrlər, 70% səs çoxluğu ilə hakimiyyətə gələrlər.
A9 TV; 30 dekabr 2014
avatar

Adnan Oktar

Çətinliklərin möminlər üzərindəki təsiri kafirlər üzərindəki təsirinin tam əksidir. Bu təsir kafirləri bilavasitə çökdürdüyü halda, möminləri də bilavasitə mükəmməlləşdirər. Bu Allahın gizli bir elmidir, Onun ledün elmidir, diqqətlə baxmayan bunu görməz. İmanın nuruyla baxan görər.
A9 TV; 30 dekabr 2014
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Birlikdə bərəkət vardır. Məsələn, Avropa ölkələri birləşdi, amma aralarında bir iman   bağı, bir sevgi bağı olmadığı üçün müvəffəqiyyət qazana bilmədilər. İslam aləmi   birləşdikdə aralarında bir sevgi bağı da olacağı, sərhədlərsə olmayacağı üçün; yəni   viza, pasport kimi şeylər olmayacağı üçün ticarət də, dostluq da asan olacaq. Çevik,   aktiv, canlı, gur-gur guruldayan bir həyat olacaq. Sevgiyə, comərdliyə əsaslanan,   eqoistlikdən uzaq bir həyat. Sitatlar
Eqoistlik bölünməyə gətirib çıxarar. Adam malına bağlanar. Eqoistliyin xüsusiyyəti   budur. Amma eqoistlik yoxdursa, səxavətli olmaq vardır. Səxavətli olmaq hədd-hüdud   bilməz. Məhz belə də olmalıdır ki, sən rahat şəkildə comərdlik edə biləsən, dostluğunu,   sevgini rahat şəkildə göstərə biləsən. Sitatlar
Sevgisizlik, eqoistlik insanı bölünməyə aparar, parçalanmağa aparar. Sevgi isə  birləşməyə aparar. İnsan sevdiyindən ayrılmaq istəyərmi? Sevməyəndə ayrılmaq   istəyər. Nifrət etdiyi kimsəni görmək istəməz. Dünyadakı bu bölünmələrin səbəbi   sevgisizlikdir. Sitatlar
Sevgisizliyi əhəmiyyətsiz bir şey hesab edirlər. Bütün dünyanı bu sistem məhv  etmədimi? Amerika çökdü, Rusiya çökdü. Hələlik ilk mərhələsindədirlər, daha da   çökəcəklər. Avropa məhv oldu, Avropa iflasa uğradı. Tək səbəbi sevgisizlikdir,   eqoizmdir. Dünya bütün insanlara min dəfə bəs edər. Sitatlar
Eqoistcəsinə yaxınlaşdığın təqdirdə, onsuz da sevgi olmaz. Eqoistlik, xudbinlik   sevginin düşmənidir. Eqoist, xudbin olmasan Allah yolunu açar. Eqoist, xudbin olsan,   Allah ayağına dolandırar. Sitatlar
Sitatlar
Bir cəmiyyəti eqoistlik, sevgisizlik və mənfəətpərəstlik əhatə etsə, qardaşlıq onun üçün çox gülməli olar. "Nə qardaşlığı?" deyər adam. "Mən zənginəm, ayrılmaq istəyirəm. Kasıblardan da xoşum gəlmir" deyir adam. Sitatlar
Yaşamaq üçün yaşatmayacaqsan məntiqi çox eqoist və çox mərhəmətsiz bir hərəkətdir. Elə yaşamağın bir mənası yoxdur, o zaman heç yaşamamaq daha yaxşıdır. Elə eqoist, vəhşicə yaşayacaqsansa heç yaşama. İnsan kimi yaşamaq üçün yaşanar. Müsəlman kimi yaşamaq üçün yaşanar. Vəhşicə yaşamaq üçün yaşanılmaz. Sitatlar
Sevgi şərtdir. Eqoistliklə nəyisə əldə etməyə çalışsan, elə qarşındakı eqoistliklə səni boğar. Sən hiyləgərlik etmək istəsən, o da hiyləgərliklə səni boğar. Sən idarə eləməyə çalışsan, qarşındakı da on qat artıq idarə etməyə cəhd edər. Əmr etməklə, oyunla, saxtakarlıqla gözəllik əldə etmək olmaz, dürüstlüklə, səmimiyyətlə, sevgi ilə əldə edilər. Sitatlar
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr. Sitatlar
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən. Sitatlar
Müsəlman güclünün tərəfdarı deyil, haqlının tərəfdarıdır. Bunun əksi eqoistlik olar. Sitatlar
Qəddar, eqoist olan insanı heç kim Allahın əzabından qurtara bilməz. Sitatlar
Müsəlmanlar birdirlər. Eqoistliyi Allah qəbul etmir. Quran ayələri bütün müsəlmanları əhatə edən üslubdadır. Məsələn, Allah "Ey möminlər" deyərkən bütün dünya müsəlmanlarına xitab edir. Təkcə sünnilərə, şiələrə, vəhhabilərə xitab etmir, hamısına müraciət edir. Sitatlar
Milli mənfəət məsələsi olmamalıdır. Hər kəsin mənfəəti üçün çalışmalıyıq. Özümüz əziyyət çəksək də, başqalarının xoşbəxtliyi üçün çalışmalıyıq. Belə nəcib millətə, nəcib dövlətə bu yaraşar. Bizə mənfəətpərəstlik, eqoistlik yaraşmaz. Sitatlar
Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər. Sitatlar
İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən. Sitatlar
Yardımsevər olmaq lazımdır. İnsanların yaxşı olması üçün səy göstərmək lazımdır. Çünki insanlar acizdirlər. Gücü olanın zəif olana kömək etməsi çox əhəmiyyətlidir. BAŞQA YOLLA XOŞBƏXTLİK OLMAZ. Çünki eqoist olduğunu hiss edib inciyə bilərsən. Sitatlar
Münafiq eqoist olduğu üçün sırf öz mənfəəti üçün yaşayar. Öz böyüklüyü, öz eqoistliyi, öz əzəməti üçün yaşayar. Başqaları üçün yaşamaq istəməz. Sitatlar
Vətənin bölünmə təhlükəsindən söhbət gedərkən eqoist olmaq, öz dərdinə düşmək, dünyanı yaşamağa çalışmaq münasib olmaz. Sitatlar
Münafiqlər eqoistdir, müsəlmanlardan nifrət edərlər, birlikdə yaşamaq istəməzlər. Müsəlman qadınları və kişiləri də yalqız etmək istəyərlər. Sitatlar
Normalda hər insanın çox normal və stabil olması lazımdır, lakin insanlarda yaxşılıq zənginliyi olduğu qədər pislik zənginliyi də olur. Qısqanclıq, qəzəb, eqoistlik, dava-dalaş, dedi-qoduçuluq kimi mənfi xüsusiyyətlər bəzi insanlara heyrətamiz şəkildə hakim olur. Sitatlar
Eqoistlik alçaldıcı və utancvericidir. İnsana təvazökar olmaq, başqasını düşünən olmaq yaraşar. Sitatlar
Öz ölkəsinə, torpağına, ailəsinə və ən başda özünə eqoist insanlar bütün dünyaya əziyyət edir. Mehdiyyət eqoistliyi tamamilə aradan qaldıracaq. Sitatlar
Eqoistlik insana əzab verər, insanı kirlədər, çökdürər və insanı mənəvi cəhətdən xəstə edər. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur