logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 15 yanvar 2016

avatar

Adnan Oktar

Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik.
A9 TV; 15 yanvar 2016
2384
avatar

Adnan Oktar

Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

İslamda yəhudilərə nifrət yoxdur, xristianlara nifrət yoxdur. Onlar Quranda Kitab əhli kimi qorunurlar. Sinaqoqlarına və kilsələrinə də düşmənçilik göstərə bilməzsən. Allah Quranda xristian və yəhudi qadınlarla evlənə bilərsiniz deyir. Peyğəmbərimiz (s.ə.v)-in yəhudi və xristian həyat yoldaşları vardı.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Hər yerdə həqiqi, səmimi, dürüst, müasir dindarlar ön planda olmalıdır. Müasir, səmimi bir dindar, ateist üçün də çox böyük zəmanətdir, yəhudilər və xristianlar üçün də. Çünki Allahdan qorxur, vicdanıyla hərəkət edir. Bu, hər kəs üçün bir zəmanətdir.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Mömin şən olmalıdır, şövqlü olmalıdır. Bir şeyə görə kədərlənirsə, sıxılırsa, beyninə salırsa, artıq bədən özünü qorumaq, ondan xilas olmaq üçün özünü uyutmaq istəyər. Lakin mömin şən olarsa vücudu uyumaq istəməz, həyatı yaşamaq istəyər.
A9 TV; 14 yanvar 2016
avatar

Adnan Oktar

Türkiyənin bölünməsi, bütün İslam aləminin məhv olması deməkdir. Fövqəladə bir ölkədir, bölünə bilməz. Türkiyə Türk aləminin beynidir. Türkiyə ölsə, Türk aləmi də ölər. İslam aləminin də beynidir. Türkiyə ölsə, İslam aləmi məhv olar.
A9 TV; 13 yanvar 2016
avatar

Adnan Oktar

Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Əgər nəfsi özbaşına buraxsan, birbaşa heyvan kimi baş bəlası olar. Yəni özünü ibtidai heyvan kimi göstərər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

İnsanı nəzarətsiz buraxsan, onsuz da bədəni heyvan kimidir; dərhal acar, yuxusu gələr, qorxar, eqoistləşər. Bu heyvani yönünü imanla tarazlamalısan. Heyvan olmasına icazə verməməlisən.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Səhabələr Allah üçün mübarizə aparırlar. Münafiqlər isə; “evimiz nəzarətsiz qalıb”, “vuruşa bilsəydik gələrdik” deyirlər. "Sənə qırx kisə qızıl veriləcək, bu şərtlə ki, vuruşa bilmədiyin halda, gəlib vuruşmalısan" desən dərhal gələr. Çünki, mənfəət vardır. Məhz insanın mənfəəti gözəl əxlaq olmalıdır. Qızıl yerinə, pul yerinə imanını qoymalıdır, vicdanını qoymalıdır. Başqa cür olsa insan heyvana dönər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Münafiqlər öz aləmlərində müsəlmanlara hörmət göstərməzlər, lakin küfr əhlinə ağlasığmaz hörmət göstərərlər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Quran çox sadə bir Kitabdır. Lakin fövqəladə bir ağıl Quranı büsbütün əhatə etmişdir
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

İnsan səmimiyyətsizdisə, müsəlmanları çirkin görməyə çalışar, küfr əhlini isə, təmiz görməyə çalışar. Hər şeyi beynində tərsinə çevirməyə başlayar. Lakin müsəlman Allahı səmimiyyətlə gördükdə (özünü sıxmasa, səmimi olsa dərhal Allahı görər, özü də tam açıq şəkildə, bütün ehtişamıyla görər) dərhal Qurandakı ağıla uyar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

İnsan səmimiyyətsizdisə inkarçıları axtarar. Kitablarda, internetdə, orda-burda axtarar. İnkar edən insanları tapmağa çalışar. İnkar edənlərə heyranlıq duyar. Əvvəllər inkar edən dostlarını unuda bilməz. Onlarla xoşbəxt olmaq düşüncəsində olar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Səmimi olduğumuz vaxt, çətinlik çəkmədən, Yaradan böyük bir gücü, Allahı dərhal görərik. Lakin bir insan səmimiyyətsizdisə, Allahın varlığını inkar etmək üçün, harada pis kanal, qaranlıq kanal vardırsa, ona girməyə çalışar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Kin, nifrət, qəzəb, sevgisizlik, şəfqətsizlik və eqoistlik olduqda göz qaralar, dil qaralar, danışa bilməz insan. Sevgini qəbul etməyənlərin dilinə diqqət yetirin, heç bir şəkildə danışa bilməzlər. İki sözü bir yerə gətirə bilməzlər.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Sevgi gözə yerləşər, göz gözəlləşər. Düzgün baxmağa başlayar. Dilə yerləşər, düzgün danışmağa başlayar. Səs tellərinə yerləşər, səsi gözəlləşər. Məsələn, dəriyə yerləşər, dəri sevgidən ötrü gözəlləşər. Yəni insanın hər şeyi xoş və təravətli olar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Sevgiyə gəl desən dərhal gələr. Çox asandır sevgi. Sevgi gələn kimi dərhal qəlbə yerləşər, beyinə yerləşər. Onsuz da sevgi insanı sevər; Allahı sevər, buna görə insanı sevər. Beyinə yerləşdikdə beyin rahatlayar. Qəlbə yerləşdikdə qəlb rahatlayar. Dərhal insanın üfüqü açılar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Sevgi bir niyyətlə dərhal ayağımıza gələr. Sevgi qapıda gözləyər. "Sevgi, bura gəl" deyərsən, dərhal gələr. Sevgi dərhal insanın içini bürüyər. Ruhunda dərhal xidmətə hazır olar. Allah belə yaratmışdır. Lakin qapıda saxlayır insanlar. İçəri buraxmırlar sevgini. Bunun əvəzinə pislik, davakarlıq, kin, soyuqluq, şübhəcilik, mərhəmətsizlik, ədəbsizlik, nəzakətsizlik və kobudluğu qapının önündə saxlayırlar.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Sevgini dünya üçün çox lüks kimi göstərirlər. Şeytan insanlara əsrlər boyu bunu öyrətdi. Hal-hazırda insanlara sevgi deyildikdə, bunu çox uzaqda olan, əlçatmaz kimi qəbul edirlər. Halbuki sevgiylə iç-içə yaşayırıq onsuz da. İnsanın gündəlik yeməyi kimi, normal bir ehtiyacıdır sevgi.
A9 TV; 12 yanvar 2016
avatar

Adnan Oktar

Birisi : "Məndə sevgi, hörmət yoxdur, lakin pul vardır" deyir. Bu qadın üçün nə qədər qorxunc şeydir, kabusdur. Nə qədər əzab dolu bir həyatdır. Qəsrdə, sarayda yaşasa belə hər gün onun üçün əzab olar. Sevgi görmədikdən sonra, qiymətləndirilmədikdən sonra, o yeməyi, o paltar nəyinə lazım.
A9 TV; 12 yanvar 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar. Sitatlar
Müsəlmana romantiklik və qəzəbli olmaq yaraşmaz. Çünki müsəlman həmişə Allah ilə birlikdə hərəkət edən varlıqdır. Həmişə ağıllı və düzgün düşünməlidir. Çox qorxunc görünən hadisəni belə Allahın yaratdığını unutmamalıdır. Sitatlar
Ən dəlisov, anormal kimi görünən hərəkətin belə yaradıcısı Allahdır. Bunu kimsə özü edə bilməz. Taledən kənar heç kəs nəsə edə bilməz. Bunun üçün hadisələrə mötədil, sabit və ağıllı baxmaq lazımdır. Sitatlar
Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən. Sitatlar
Zahirdə imtahanda, batində isə təhsil prosesindəyik, kurs kimi. Çünki Allah bizim nə etdiyimizi bilir. Onsuz da Yaradan Odur. Yəni sonsuz əvvəldən nə etdiyimizi bilir. Biz onsuz da əməl edib qurtarmışıq. Bizi öyrədir, bizim nə olduğumuzu, özümüzə göstərir. Bizi bizə göstərir. Yəni bizi bizə sevdirir. Axirətə hazırlayır. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan. Sitatlar
Allah hər şeyi planlı və gözəl yaradır. Lakin hikmət həmişə axtarılmalı, baxılmalıdır. İnsan hikməti görməsə sıxılar dünyada. Qəlbi daralar. Hikmət gözüylə baxsa qəlbi rahatlayar. Sitatlar
Şiddət tərkibli filmlər ruhlarda çox təxribat törədər. Sinirləri də gərginləşdirər. İnsan çox zəif varlıqdır, sıxılar. Filmi seyr edərkən belə əli-ayağı, hər yeri sıxılar. Xəstə olar. Heç kim bunu etməsin. Sitatlar
Münafiq özünü çox sərbəst zənn edər. Halbuki sərbəst güc deyil, etdiyi bütün əməllər, danışdığı, gecə qurduğu tələlər, üzünü turşutması, etdiyi əxlaqsızlıq, sifətinə verdiyi pis ifadə, Peyğəmbər (s.ə.v)-ə yaxınlaşmaq istəməməsi, etdiyi hər alçaqlıq Allah tərəfindən onsuz da əzəldən bilinir, ən incə nöqtəsinə qədər. Sitatlar
Hər hadisəni Allah etdiyinə görə “Dost”un etdiyi hər şeydə xeyir var. “Dost”un etdiyi heç nədən ötrü kədərlənmək olmaz. Sitatlar
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir. Sitatlar
Mələklərə iman, taleyə iman. Bunlar barədə ayrı-ayrılıqda düşünmək, təfəkkür edilib beyində tam iman kimi oturtmaq lazımdır. Yəni xalqın böyük hissəsində səthi məlumat şəklində bunlara qarşı inanc var. Lakin sarsılmaz məlumat olaraq, bu yalnız təqvalı müsəlmanlarda olur. Möhkəm məlumat halına gətirmək lazımdır. Sitatlar
Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür. Sitatlar
"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur. Sitatlar
Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır. Sitatlar
Mehdiyyəti heç kim dayandıra bilməz. Bu Allahın qərarıdır, Allahın yazdığı taledir; dayandıra bilməzsən. Çırpındıqca Allaha qarşı xoşagəlməz rəftar göstərmiş olarsan. Sitatlar
Allah vətənimizi, millətimizi fitnədən, xaosdan qorusun, fitnəni yox etsin. Ən xeyirlisi, ən gözəli nədirsə Allah həmişə bunu yaradar. Taledə xəta olmaz. Taledə yanlışlıq olmaz. Sitatlar
İnsan nəticədə ətdən, sümükdən əmələ gəlmiş bir varlığın görünüşüdür. Eqoistlik, təkəbbürlülük edəcək halı yoxdur. Bunu edən üçün çox böyük zəiflik olar. Bir məntiqi də yoxdur. Böyük olan Allahdır. Allahın yanında insan heç nədir. Sitatlar
Dünyada hər şey məhdud və çatışmazlıq içində olur. Cənnətdə isə insan sevdikləriylə doya-doya görüşür. Sitatlar
Allah çətinlikləri, xəstəlikləri və acizlikləri insanların düşünməsi, Özünü sevmələri üçün yaradar. Sitatlar
Allah dünyanı xüsusi olaraq nöqsanlı yaradıb, insanlar həmişə acizlik içindədir, xəstəliklər var. Lakin Allah hamısının dərmanını da, şəfasını da yaradıb. Sitatlar
Allah insanların dünyanı sevməməsi üçün hər şey yaratmışdır. Lakin insanlar bu qədər acizliklərinə baxmayaraq dünyaya dəli kimi bağlanarlar. Acizlikləri ilə boğuşarkən bir tərəfdən də dəli kimi dünyaya bağlanırlar. Sitatlar
Küfr əhlinə yaltaqlıq edib, İngiltərə dərin dövlətindən bir kəlmə belə bəhs etməyən, hərdənbir ənənəçi anlayışını zəif şəkildə müdafiə edənlər, alçaqca və namərdcəsinə müsəlmanların nöqsanını axtarırlar. Bu, çox böyük acizlik və şəxsiyyətsizlikdir. Sitatlar
Günahsız yəhudiyə nifrət etmək haramdır. Lakin günah işləmiş, zülm etmiş olan vardırsa, onun şəxsinə nifrət edə bilərsən. Cinayət törədibsə qanun və hüquq normaları çərçivəsində mübarizə apar. Lakin bütün İsrail millətini qarşına alırsan, bu haramdır. İslama uyğun bir şey deyil. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur