logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 25 sentyabr 2016

avatar

Adnan Oktar

Dünyada hər şey məhdud və çatışmazlıq içində olur. Cənnətdə isə insan sevdikləriylə doya-doya görüşür.
A9 TV; 25 sentyabr 2016
2213
avatar

Adnan Oktar

Başda xəlifə varkən, İslam hakim ikən Osmanlı torpaqlarında darvinist təbliğat aparılması İngiltərə dərin dövlətinin təsirini göstərir.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Quranda təkamül var yalanını söyləyənlər hz. Musanın əsasının necə bir anda canlı ilana çevrildiyini izah edə bilmirlər.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Önümüzdəki illər çox böyük hadisələr baş verəcək. Heç kim təlaşlanmasın, həyəcanlanmasın, sonu mütləq xeyirlə bitəcək inşaAllah.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmidin təhqir edilməsinə əsla icazə vermərəm, lakin edilən səhvləri müdafiə etmək, həqiqətləri gizlətmək də düzgün hərəkət deyil. Heç kim səhvsiz və qüsursuz deyil. Edilən səhvləri görməzlikdən gəlmək, mən də bu səhvləri müdafiə edirəm mənasını verər.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövrünü müdafiə edirlər, lakin fahişəxanalar açıldığını, darvinizmin yayıldığını ört-basdır etməyə çalışırlar, bu tam səmimiyyətsizlikdir. İslam aləminin paytaxtı olan İstanbul fahişəxanalarıyla məşhurlaşır. Xəlifə fahişəxana açılması üçün məktub verirsə bunun müdafiə ediləcək tərəfi yoxdur. Əbdülhəmidin yaxşı cəhətlərini hər kəs bilir və görür, lakin səhvlərini müdafiə etmək Qurana uyğun olmaz. Səhv olanı tənqid etmək lazımdır.
A9 TV; 25 sentyabr 2016
avatar

Adnan Oktar

1400 ildir ki, ilk dəfə "Mehdi gəlməyəcək" söhbətləri bu qədər çox olur. Bu da Mehdinin zühur əlamətlərindən biridir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Dəccaliyyət mütləq məğlub olacaq. Mehdi də zahir olacaq. Nə etsələr də buna mane ola bilməzlər.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Ziyalılarımızın böyük əksəriyyəti İngiltərə dərin dövlətinin fərqinə vardı. İngiltərə dərin dövlətinin 200 illik planı bu dəfə tamamilə çökəcək.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətinin vermək istədiyi mesaj; İslam heç vaxt hakim ola bilməyəcək, müsəlmanların parça-parça olması daha yaxşıdır mesajıdır. Bu günə qədər edilən tətbiqlər müsəlmanlara sizin müvəffəqiyyətli olmağınız qeyri-mümkündür, hər dəfə məğlub olarsınız mesajı idi. Bu planı ifşa etdik.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Əbdülhəmid dövrü İngiltərə dərin dövlətinin cinayətlərinin ən kəskin meydana gəldiyi dövrlərdən biridir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti adı İslam olan, lakin Qurandakı İslamla əlaqəsi olmayan bir baxış prizması formalaşdırıb. Bunu hiyləgərcə planlaşdırıblar. Onların müdafiə etdiyi İslam düşüncəsində darvinizm var, haram olan homoseksuallıq və şərab halal qəbul edilir, rumilik var.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Türkiyə, Suriyanın bölünməsinə icazə verməsin. Suriyada bir teknokrat hökuməti yaradılsın. İngiltərə dərin dövlətinin oyununu puç edək.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Türkiyə, Rusiya və İranla güclü dostluq yaratsın. Şiələr tərtəmiz müsəlmandırlar. İran və Rusiya ilə yaxşı dost olsaq bölgə üçün faydalı olar.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Darvinist materialist təhsil verilən gənclər səhv yola getdiyi zaman, çıxış yolu onların öldürülməsi deyil, fikirlərinin düzəlməsi üçün öyrətməkdir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Öldürməklə terror bitməz. Fikrən öyrətmədiyin insanı havadan bombalamaq qəbul edilməz. Kim olursa olsun silahla insan tərbiyə edilməz.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Darvinizmə, materialist ideologiyalara təslim olmuş insanlar, silahla bombalama ilə dəyişməz. İnsanlara inanclarının yanlışlığı deyilməlidir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Allahdan sənətini daha çox bilməyi, yaddaşımızda daha çox saxlamağı və sənətinə heyrət etməyi həmişə istəmək lazımdır.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Hüceyrədə heyranedici xüsusiyyətlər var, lakin insanların çoxu çox az düşünə bilir. İnsan ən çoxu bir və ya iki mövzunu yadda saxlaya bilər. Hüceyrənin daxili ucsuz-bucaqsız bir kainat kimidir və möhtəşəm dərəcədə kompleksdir. Hüceyrənin təfərrüatlarının öyrənilməsi dinsizliyə ən böyük zərbə oldu.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

İnsan ağlı 100 möcüzəni eyni anda düşünəcək potensialda olsa, mənəvi cəhətdən sanki sərxoş olar. Allahın sənəti çox sarsıdıcı və çox möhtəşəmdir.
A9 TV; 24 sentyabr 2016
avatar

Adnan Oktar

Hər şey Allahın nəzarəti altındadır. Dəccal da, İngiltərə dərin dövləti də Allahın nəzarəti altındadır, yazıq varlıqlardır. Güclü olan Allahdır.
A9 TV; 23 sentyabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Mömin Cənnətə saniyələr ərzində alışar və bu dünyada fövqəladə hesab etdiyi bir çox şey orada özünə çox normal gələr. Sitatlar
Allah dini həm zövqlü, həm də insan fitrətinə uyğun şəkildə yaradıb. Dinsiz həyat cəhənnəm kimidir. Lakin bəziləri dini cəhənnəmə döndərmək istəyir. Sitatlar
İmtahan şirin olsa sonu acı olar. Yüngül imtahan gözləməsinlər, Axırzamandayıq. Allah böyük sevgi istəyir. İmtahan nə qədər şiddətlidirsə, sevgi o qədər böyükdür. Cənnətin bəzəyi sevgidir, sevgi böyük olmalıdır ki, cənnət mənalı olsun. İmtahanın müddəti qısadır, cənnət isə əbədidir. Əbədi böyük sevgi üçün imtahan güclü olmalıdır. Əziyyətə etiraz etmək olmaz. Sitatlar
İmtahan olmadıqda, təfərrüatlar olmadıqda cənnətin qiymətini anlamaq da, Allahın sənətini anlamaq da mümkün olmur. Adi imtahan olsa adi cənnət həyatı olar. İmtahan nə qədər qarmaqarışıq olsa, həyat o qədər gözəl olar, sevgi o qədər böyük olar. Allah xüsusən Axırzamanda yüksək imtahan istəyir. İmtahan nə qədər yüksəkdirsə, insanın cənnəti də o qədər yüksəkdir. Sitatlar
Adi imtahan olunsaq dünyanın da, cənnətin də mənası olmaz. Təhsilin mükəmməl olması üçün Allah hər cür şəraiti yaradıb. Yaralanmadan, xəstələnmədən, əziyyət olmadan asan yaşayıb axirətə getmək olmaz. İmtahan çətin və ətraflı olmalıdır, bu təfərrüatların içində gözəlliyi tapmaq vacibdir. Sitatlar
Hər şeydən alınan zövqün ən yüksək və ən keyfiyyətlisi cənnətdə olacaq. Sitatlar
Din cənnətdir. Dini cəhənnəm kimi göstərənlərə qarşı həqiqi İslamdan həmişə bəhs edəcəyik. Sitatlar
Şəhidlik aləmi cənnət kimi bir dünyadır, şəhidlər orada yalnız müsbət imtahan olunar. Axirətdə birbaşa cənnətə keçəcəklər. Sitatlar
Mömin olduğu hər yeri cənnətə döndərmək üçün səy göstərər. Bəziləri isə girdikləri hər yeri həm maddi, həm də mənəvi cəhətdən çirkinləşdirərlər. Sitatlar
Müsəlmanın cənnətdəki məqamı münafiqlərlə, şeytanla, nəfslə fikri mübarizə ilə yüksəlir. Sitatlar
Bütün şəhidlərimiz cənnət quzusudur, yeni məkanlarında çox rahat olacaqlar. Sitatlar
Vətəni müdafiə edərkən şəhid olan bir insan üçün “yox oldu” deyilməz. Bir insan ya cənnətə, ya da cəhənnəmə gedər. İslama görə “yox olmaq” yoxdur. Sitatlar
İnsan nəticədə ətdən, sümükdən əmələ gəlmiş bir varlığın görünüşüdür. Eqoistlik, təkəbbürlülük edəcək halı yoxdur. Bunu edən üçün çox böyük zəiflik olar. Bir məntiqi də yoxdur. Böyük olan Allahdır. Allahın yanında insan heç nədir. Sitatlar
Şiddət tərkibli filmlər ruhlarda çox təxribat törədər. Sinirləri də gərginləşdirər. İnsan çox zəif varlıqdır, sıxılar. Filmi seyr edərkən belə əli-ayağı, hər yeri sıxılar. Xəstə olar. Heç kim bunu etməsin. Sitatlar
Mömin şən olmalıdır, sevincli olmalıdır. İnsan zəif yaradılmışdır, ayə var. Sən zəif bir varlığı gecə-gündüz kədərləndirsən, qorxutsan, narahat etsən, ümidsizliyə salsan, şövqünü yox etsən, həyəcanını yox etsən, əqli sağlamlığını korlasan, bədən tarazlığını da pozarsan. Sitatlar
Allah çətinlikləri, xəstəlikləri və acizlikləri insanların düşünməsi, Özünü sevmələri üçün yaradar. Sitatlar
Müsəlman küsməz. Qəlb həmişə Allah ilə birlikdədir. Dünya qısamüddətli kursdur, qısamüddətli təhsildir. Burada nə göstəriş edilər, nə ağıllı olma iddiası, nə də zəkalı olma iddiası, heç nə edilməz. Dünya kosmosdan baxıldıqda toz kimidir. Bir qədər də uzaqlaşdıqda heç görünmür. Tozun içində, tozun tozudur insan. Aciz varlıqdır. Nəyindən ötrü təkəbbür edirsən? Ölüb gedəcəksən. Sitatlar
Allah dünyanı xüsusi olaraq nöqsanlı yaradıb, insanlar həmişə acizlik içindədir, xəstəliklər var. Lakin Allah hamısının dərmanını da, şəfasını da yaradıb. Sitatlar
Ən gözəl bədən belə torpağın altında parçalara bölünəcək. Həyat çox qısadır. Hal-hazırda Allahın verdiyi orqanizmə həmd edirik, şükür edirik, lakin insan bu bədənə bağlana bilməz. Dünya gözəli birinin məzarı açılır; skelet, kəllə sümüyü, qollar, sümüklər. Neçə pəhləvanlar, neçə aslanlar məzarda sümükləri çürümüş vəziyyətdə yatırlar. Sitatlar
Güclü, qüdrətli olan Allahdır. Biz Allahın acizlik içində olan zavallı qullarıyıq. Bütün qüvvət Allaha məxsusdur. Allah taledə nə yazdısa o olar. Biz Allaha boyun bükmüş insanlarıq. Allahın verdiyi güclə hərəkət edirik. Sitatlar
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir. Sitatlar
Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür. Sitatlar
Küfr əhlinə yaltaqlıq edib, İngiltərə dərin dövlətindən bir kəlmə belə bəhs etməyən, hərdənbir ənənəçi anlayışını zəif şəkildə müdafiə edənlər, alçaqca və namərdcəsinə müsəlmanların nöqsanını axtarırlar. Bu, çox böyük acizlik və şəxsiyyətsizlikdir. Sitatlar
Münafiq müsəlmanlardan mənfəət təmin edə bilməyəcəyini anladıqda ac çaqqallar kimi yeni mənfəət qapıları axtarar. Sitatlar
Başda xəlifə varkən, İslam hakim ikən Osmanlı torpaqlarında darvinist təbliğat aparılması İngiltərə dərin dövlətinin təsirini göstərir. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur