logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 Mart 2013

avatar

Adnan Oktar

Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
A9 TV; 23 Mart 2013
2413
avatar

Adnan Oktar

Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür.
A9 TV; 25 Mart 2013
avatar

Adnan Oktar

Türkiyə böyük gücdür deyiləndə əsgəri, tankları, topları olan, hərbi güc mənasında başa düşürlər. Əslində isə sevgi, mehdiyyət böyük gücüdür. İsa Məsihdən qaynaqlanan, Allaha əsaslanan mükəmməl bir gücdür. Sevgi və məhəbbət, mərhəmət, şəfqət və qulluqdan qaynaqlanır. Yoxsa qoçuluq, böyüklük, böyük qardaşlıq, sıraya gətirmək ruhu deyil.
A9 TV; 25 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir. Sitatlar
Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur. Sitatlar
Ehtirasın təqlidi olmaz, ehtirası Allah yaradar. Allaha tam təslim olanda ehtiras böyüyər. Həqiqi ehtiras da, qarşı tərəfə Allah rizası üçün hiss edilər. Sitatlar
Təvazökarlığı qəbul etməsən, lovğalansan, təkəbbürlü olsan Allah bəla verər. Allah göstərməsin. Amma məzlum, təvazökar olsan bərəkət, hüzur, dinclik gəlir. Daxilin, xaricin, hər yerin nur olar. İşlərin rahatlıqla gedər. Əks təqdirdə Allah hər yerindən, hər şeydən çətinliyə salar. Bərəkət, hüzur, dinclik, ağıl, fikir, nur qalmaz. Allah əsirgəsin. Allah üzərinizdən nurunu qaldırar. Sitatlar
Bizi Allah, Quran, İslam Birliyi maraqlandırar. Allah bütün dünyaya hakimdir. Biz yaxşı olsaq səhv yolda olanlar bizə zərər verə bilməz. Güc Allahındır. Sitatlar
Mehdi (ə.s) təzyiq görüb əziyyət çəkəcək. Allah zər aləmində "Bu çətinliklərə dözəcəksənmi?" deyir. "Bacaracam, ya Rəbbim", "Qürurla, şərəflə" deyir. Mehdi (ə.s) zər aləmindən 6000 il sonra dünyaya göndərilir. Və o zər aləmindəki sözünü yerinə yetirir. Sitatlar
İsa Məsihi, Mehdi (ə.s)-ın zühur etdiyini görəcəyik. Mehdi peyğəmbərimiz (s.ə.v)-in jiletini geyinəcək. Uğurlu olsun deyə rəsulullah (s.ə.v)-in qılıncını belinə bağlayacaq. Mehdi (ə.s)-a beyət ediləcək: 2021-ci, 2022-ci, 2023-cü illərdə sevgi, dostluq beyəti ediləcək. Sitatlar
Millətimizin nə inancı, nə müqaviməti qırılar. Bizim millətimiz ballistik polad kimidir. Sitatlar
İslam aləmində peyğəmbərimiz (s.ə.v)-in jiletinin Mehdi (ə.s)-ın uğurlu olması üçün, sevgi ifadəsi ilə, Mehdi (ə.s)-ın jileti öpməsi və üzünə toxundurması ilə ümmətdə bir rahatlıq, coşğu olacaq, inşaAllah. Sitatlar
Xəstəyə şəfqət çox əhəmiyyətlidir. Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) haqqında demişdir ki, xəstəni başında daşıyacaq. Sitatlar
Xristianların heç biri üçləmə inancına inanmaz. Danışarkən hamısı "Allah birdir" deyirlər. Hamısının ürəyində də gizli bir hz. Məhəmməd (s.ə.v) sevgisi var. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) üçün "övladım" deyir. Mehdi (ə.s)-ın müvəffəqiyyəti Peyğəmbərimiz (s.ə.v)-in müvəffəqiyyətidir. Sitatlar
PKK ancaq inanc və imanla dayandırıla bilər. Sitatlar
İsa Məsih (ə.s)-ın yenidən dünyaya gəlişi ilə əlaqədar üç Quran ayəsi vardır. Sitatlar
İdeologiyanı elə ideologiya ilə, inancı inancla məhv etmək olar. Sən onun qarşısına elə bir güclü inanc çıxaracaqsan ki, məğlub edə biləsən. Sitatlar
PKK-nın  inancı, ideologiyası, idealı, hədəfi vardır. Bu inanc sistemini dağıtsan, parçalanarlar. Onlar kommunist, Marksist, Leninist, Darvinist və materialistlərdir. Sitatlar
Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir. Sitatlar
İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah. Sitatlar
Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan. Sitatlar
İnsanlarda ağılasığmaz xurafatlara inanmaq meyli var. Bu çox təəccüblüdür. Bir qismi də əslində inanmadığı halda, təkidlə özünü inanırmış kimi göstərir. Sitatlar
Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir. Sitatlar
Yalnız müqavimət göstərən deyil, fəal hərəkət müvəffəqiyyətli olar. PKK-nın fəal bir fəaliyyəti var. Bunun qarşılığı olaraq bizim gəncliyimizin də mütləq İslam Birliyi idealı olmalıdır. Sitatlar
"Məhv olsun PKK" deməklə bir nəticə əldə etmək olmaz. PKK-ın düşüncəsinin dəyişdirilməsi lazımdır. Sitatlar
Hökumətimiz 150 ildir davam edən “dərin dövlət” şəbəkəsini diz üstə çökdürdü. Halal olsun, maşAllah. Sitatlar
Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur