logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 23 Mart 2013

avatar

Adnan Oktar

İsa Məsih çox ağıllıdır. Mənim qənaətim belədir ki, hal-hazırda türkcə daxil olmaqla yeddi xarici dil bilir. Daha əvvəl demişdiniz, deyə bilərsiniz. Quranı, Tövratı, İncili su kimi əzbərdən bilər, amma Qurana tabe olacaq. Bir müddət sonra dediyimin doğru olduğunu görəcəksiniz, inşaAllah.
A9 TV; 23 Mart 2013
1840
avatar

Adnan Oktar

Hal-hazırda Amerikan xarici siyasəti məsihiyyətə görə planlıdır. Hal-hazırda dünya siyasəti Məsihə görə istiqamətlənir.
A9 TV; 23 Mart 2013
avatar

Adnan Oktar

Hal-hazırda orta şərqə əzab verən Məsih inancıdır. İraqla edilən döyüşün mənşəyində, Əfqanıstanın işğalında Məsih inancı vardır. Suriyanın hal-hazırkı mövqeyi Məsih inancından qaynaqlanır. İsraildə Məsih inancı əsas inancdır. Yəni Şiloh-Mehdi inancı var. İslamda da Şiloh Mehdi dörd məzhəbdə haqq olan bir inancdır. Şiəlikdə etiqad məsələsidir.
A9 TV; 23 Mart 2013
avatar

Adnan Oktar

Din çox sadədir. Gözəl əxlaqlı, mehriban, səmimi olacaqsan. Onsuz da halallar bəllidir. Halallar sonsuzdur. Haram olanlar isə çox azdır. Onlar da Quranda ifadə edilmişdir. Onlara diqqət yetirəcəyik, vəssalam. Yaxşı insan olacaq, mehriban, Allaha təslim, Allahı çox sevən olacaqsınız. Başın qarışıq olmayacaq, dürüst olacaqsan.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Din çox kompleks bir şey deyil. Din çox sadədir. Yəni aylarla, illərcə oxuyub öyrənəcək, təhsillə qavrayacağımız bir şey kimi deyil. İslam iki-üç saat ərzində də insanın rahat şəkildə anlayacağı kimidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çoxluqla öyünməyi Allah bəyənmir. Bəzi xurafatçılar "Bizim sayımız çoxdur" deyir, onunla öyünür. Halbuki, bu bərəkətsizdir. Çoxluq əhəmiyyətli deyil. Allahın razılığı, keyfiyyət əhəmiyyətlidir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Sənə aid olan mal yoxdur. Sən gözətçisən. Bütün bunlar Allahın malı-mülküdür. Mal Allahındır, insana aid mal yoxdur.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənub-şərqin xoşbəxt olacağı sistem İslamdır, İslam əxlaqıdır, sevgidir. Hökumət cənub-şərqdəki qardaşlarımızın şərəfini qorumaq mövzusunda bütün səyini göstərsin. İqtisadi cəhətdən rahatlıqlarını təmin etmək üçün səylə çalışsın. Bölünməyə qarşı hər cür tədbir görsün.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Cənnətdə hər şey bir tərəflidir. Məsələn, qaranlıq yoxdur, həmişə işıqlıqdır. Pislik yoxdur, yaxşılıq vardır. Məsələn, mənfi enerji yoxdur, müsbət enerji vardır. Hər şey təkdir, inşaAllah.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bura imtahan yeridir, rahatlığı unutsunlar, elə bir şey olmaz. Bura cənnətlə cəhənnəmin qarışığı bir yerdir. İmtahan verdiyi üçün 50% cənnət, 50% də cəhənnəmə bənzəyər. Cənnətdə rahatlayacaqlar.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Bütün güc Allahın əlindədir. Çətinliyi verən də, yox edən də Allahdır. Ayədə belə buyurur: "Xəstələndirən və şəfa verən". Xəstəliyi və şəfanı verən Cənab Allahdır.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Çətinlik hər kəsdə olar. İmtahanın gərəyi bu dünyada çətinlik olar: ilıq su içmək, bədəni susuz qoymamaq, yuxusuz qalmamaq, bir az hərəkət etmək. Amma ən əhəmiyyətlisi Allaha aşiq olmaq, tam təslim olub təvəkkül etmək, özünü tamamilə Allaha həsr etmək, heç bir şəkildə səbəbin, vəsilənin əsas olmadığını bilməkdir.
A9 TV; 16 Mart 2013
avatar

Adnan Oktar

Kimsə İslam Birliyini istəyir , amma, haşa, Allah, peyğəmbər, Mehdi (ə.s) olmadan istəyir. Bu düzgün deyil. Allaha, peyğəmbər (s.ə.v)-ə, peyğəmbər (s.ə.v)-in göndərdiyi liderə, İsa Məsihə tabe olacaqsan. Bundan başqa yol yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Ərəb dilini bilməyən tək alim Mehdi (ə.s)-dır. Elə bir alim olmayıb ki, ərəb dilini bilməsin. Hamısı ərəb dilini su kimi bilərlər. Peyğəmbərimiz (s.ə.v) bir tək onun üçün xüsusi olaraq söyləyir. "O ərəb dilini bilməz" deyir. Bir tək onun üçün deyir, möcüzədir.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Allah qədərdə İslam Birliyinin yolunu açdı, səddini qaldırdı. Yəni o səddin yıxılması çox əhəmiyyətli idi. Cənab Allah o maneəni aradan qaldırdı. Daha əvvəldə maneə yaradan Allah idi.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Yəhudilərə, xristianlara qarşı bizim qədər şəfqətli olan birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Bizim qədər iman həqiqətlərini əhatəli izah edən başqa biri yoxdur. Quranı bu qədər ağıllı, sadə və səmimi izah edən, komplekssiz, dəqiq, qısa və köklü izah edən yoxdur. Bu qədər Quran möcüzəsi izah edənləri görmədik.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Darvinizmi bu qədər mükəmməl, dünya səviyyəsində, elmi dəlillərlə məhv edən bizdən başqa bir kimsə yoxdur. Materializmi bizim qədər, bu qədər güclü fikirlə əzən yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Dünyada mehdiyyəti bizim qədər ağıllı, elmi dəlillərə, qaynaqlara əsaslı şəkildə isbat edən, Risalə-i Nura, hədislərə, Qurana əsaslanan şəkildə, isbatlı izah edən heç bir birlik yoxdur.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) Mehdi (ə.s) barədəki hədisində belə bildirir: "İnsanlar haqqa dönənə qədər mübarizəsinə davam edəcək". Yəni vaz keçmək yoxdur. Əhatəsi nə qədərdir? Bütün insanlıq haqqa dönənə qədər, Mehdi (ə.s)-ın əzmi budur. Bütün insanlıq: Şimal qütbü, Afrika və s. Haqq İslamdır.
A9 TV; 24 Mart 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər.
A9 TV; 24 Mart 2013
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Peyğəmbərimiz (s.ə.v) bildirir ki, Mehdi (ə.s)-a qarşı, Mehdi (ə.s)-ın çıxışına maneə yaratmaq üçün yetmiş min müsəlman alim mübarizə aparar, amma daha sürətlə, güclü şəkildə inkişaf edər. O yetmiş min adam katalizatordur, daha da sürətləndirir. Elə fikirləşirlər ki, dayandıra bilərlər amma daha da sürətlənər. Sitatlar
Amerika böyük gücdür, amma vurub yıxmaq mənasında deyil. Türkiyə mükəmməl sevgi gücüdür, mükəmməl iman gücüdür, Quranın mükəmməl gücüdür. Sitatlar
İsraili üzr istədiyi üçün günahkar çıxarmaq səhv olardı. Üzr istəyənin üzrü qəbul edilib, ona nəzakət göstərilər. Amma "necə də üzr istətdik " kimi ifadələr alçaq hərəkətdir, çirkinlikdir. Türk millətinin alicənablığı vardır, buna yaraşan şəkildə hərəkət edilər. Üzr istəyənin qüruru alçaldılmaz. Sitatlar
Müsəlman səmimi olur. Eşqlə Allahı sevir. Simasını dəyişmir, canından olur. Səmimiyyətimizə təəccüblənirlərsə qoy təəccüblənsinlər. Sona qədər səmimi olmağa davam edəcəyik, inşaAllah. Sitatlar
Fələstinin qurtuluşu da, İsrailin qurtuluşu da İslam Birliyinə, mehdiyyətə bağlıdır, inşaAllah. Sitatlar
Hz. Süleyman (ə.s)-ın məscidini yenidən inşa edəcəyik, inşaAllah. Fələstinlilərlə israillilər qardaş olacaq. Hər kəs öz ibadətini azad şəkildə edəcək. Neçə illərdir davam edən bu çətin, iztirablı həyat bayram sevincinə çevriləcək. Cənab Allah bunu Moşiyahın edəcəyini Tövratda, peyğəmbərimiz (s.ə.v) də hədislərində bildirir. Sitatlar
Bütün mehdilərə, peyğəmbərlərə lağ edilmişdir. Amma Allah ayədə deyir: "istehza etdikləri əzab onları bürüyəcək". Onlar axmaqlıqlarına görə sonda məğlub olurlar. Peyğəmbərə, mehdilərə lağ etmək axmaqlıq əlamətidir. Axmaqlığın 101 əlamətindən biri də peyğəmbərlərə lağ etməkdir. Axmağın xeyli əlaməti vardır. Sitatlar
Mehdiyyət dövründə sənətçilər ortaya çıxacaq. Memarlar, mühəndislər, elm adamları böyük bir coşğu ilə ortaya çıxacaqlar, inşaAllah. Sitatlar
Müsəlman olmaq gözəllikdir. Kürd, çərkəz, türk, hamı eynidir. Üstünlük təqva ilədir, inşaAllah. Sitatlar
Osmanlı gözəl idi, amma İslam Birliyi qeyri-adi gözəl olacaq. Sitatlar
Hal-hazırda Mehdiyyət bütün dünyaya sakit şəkildə istiqamət verir, hər yerdə qabaqcıldır, yol göstərir. Sitatlar
PKK-nın öyrədilməsi mümkün ikən, onları özümüzdən uzaqlaşdırmaq doğru deyil. Silahını tərk etdikdən sonra getməyinə ehtiyac yoxdur. Onları da elmlə öyrədər, düşüncələrini dəyişdirərik. Elmlə, Quranla müalicə edərik, inşaAllah. Sitatlar
Müxalifətin olması faydalıdır. Bu, bilvasitə hökuməti gücləndirər. Amma hökuməti zəiflədəcək hərəkət doğru olmaz. Ağıllı hərəkət o olardı ki, istər daxili, istərsə də xarici güclərə qarşı millət tərəfindən hökumətin əlini gücləndirək. Sitatlar
Təhqir edənə qanuni lazım olan cəza veriləndə bir daha təhqir edə bilmir. Danışığını düzəldir. Deməli, düz danışmağı bilir. Hüququn, qanunların belə tərbiyə edici, gözəl tərəfləri vardır. Sitatlar
Nə Allaha, nə dinimizə, nə özümüzə qarşı təhqir edilməsinə yol vermərik. Bunu unudacaqlar. Türkiyənin də bölünməsinə icazə vermərik. Sitatlar
İnsan dünyanı ağlına görə şərh etdiyində heç bir zaman üçün doğru diaqnoz qoya bilməz. Amma Qurana və hədisə görə şərh etdiyində dünyaya tam doğru diaqnoz qoyar. Sitatlar
Xristian aləminin başına müsəlman olaraq İsa Məsih keçəcək. Mehdi (ə.s) da İslam aləminin başına keçəcək. İsa Məsih Mehdi (ə.s)-a tabe olduğu üçün xristian aləmi də İslam aləminə tabe olmuş olacaq və beləcə dünyada tək bir quruluş, qardaşlıq yaranacaq. Döyüş, terror, anarxiya hamısı sona çatacaq. Aclıq, səfalət qalxacaq. Yerini qardaşlıq, sevinc və bayram tutacaq. Bunu heç kim gecikdirməsin. Sitatlar
Cənabı Allah peyğəmbərimiz (s.ə.v)-ə vəhy edir: "Mən Mehdi (ə.s)-ı göndərəcəyəm. Mehdi (ə.s)-a tabe olsunlar. Əgər Mehdi (ə.s)-a tabe olsalar işlərini asan edəcək, dünya hakimiyyəti verəcəyəm " deyir. "Mehdi (ə.s)-a tabe olmasalar, iztirab, kədər, göz yaşı dayanmayacaq". Sitatlar
Müsəlmanların parçalanmamasnın tək çıxış yolu Mehdi (ə.s)-a tabe olmaqdır. Sitatlar
ALLAH QANUNA TABE DEYİL, QANUNLAR ALLAHA TABEDİR. Allah yüzlərlə qanun, yüzlərlə kimya və fizika qanunları yaradır. Cazibə qanununu dəyişdirər, tərsinə çevirər, tamamilə aradan qaldırar. Buna görə Allahın hər hansı qanuna tabe olması mümkün deyil. Sitatlar
İsa (ə.s)-ın enişi və Mehdiyə tabe olmağa müqavimət göstərməməlidirlər. Hər ikisinə də sevgiylə, həyəcanla hazır olmalı və gözləməlidirlər. Həm də Cənabı Allahdan istəməlidirlər. Bunu istəmədikləri müddət ərzində dünyadakı bu fəlakətlər getdikcə artacaq. Sitatlar
Hələ tarixin başlanğıcı yazılmayıırmırlar . Doğru olaraq yazılmış tarix ğru yazmağa icazə vermirlər.Dünya tarixi beş-on nəfər tarixçinin əlindədir. Tarixi elm adamlarına təhvil vermək lazımdır. Arxeoloji tapıntı olur, gizlədirlər, yaxud parçalayırlar. Bu ədəbiyyat  Hz. Mehdi (ə.s)-ın zühurunda bitəcək. Nə qədər gizlədirlər gizlətsinlər, heç bir xeyiri olmayacaq . Kim bilir nə sirlər var dünyada, kim bilir nələr var, bunların hamısı ortaya çıxacaq. Sitatlar
Hər gün orqanizmin bütün hüceyrələrinə molekullar tərəfindən nəzarət edilir, bir zədə vardırsa dərhal bərpa edilir. Həmçinin bu 70-80 il insan yaşadığı müddətcə davam edir. Molekul zədəni tanıya bilir, müvafiq bölməni tapıb ona xəbər verə bilir, əlaqəli molekul gəlib təmir işini görür. Hər təfsilatında böyük ağıl olan bu sistemin təsadüf məhsulu olduğunu iddia etmək tam məntiqsizlikdir. Sitatlar
Darvinistlərin düşünə bilmədikləri məsələlərdən biri də insan balasının, anasının baxımı və zəhməti olmadan canlı qalmasının mümkün olmamasıdır. Heyvan balaları anasını əmməyə getməyi bilir, təmizlənməyi bilir. Lakin insan balası belə deyil, hər ehtiyacı üçün ağıl sahibi, qoruyan varlığa, anasına ehtiyacı var. Sitatlar
Gənclərin geyim tərzinə qarışmaq ədəbsizlikdir. Bəziləri həm gənclərin tərzini anlamır, həm də öz zövqsüzlüklərini gənclərə zorla qəbul etdirmək istəyirlər. Gənclər gözəlliyi çox yaxşı bilir və tətbiq edirlər. Heç kimin qarışmaması lazımdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur