logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 31 may 2015

avatar

Adnan Oktar

Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
A9 TV; 31 may 2015
1721
avatar

Adnan Oktar

Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Kandil işğal altındadır, adamlar oradan polis bölməsi kimi istifadə edirlər. Əsgərləri, polisləri, müsəlmanları vurub şəhid edirlər. Türkiyə həm İran, həm də İraq hökumətiylə razılığa gəlib, Kandilə daxil olmalıdır. Oradakı mağaraların hamısını qanuni şəkildə təmizləməlidir. Bir dəfə mühasirəyə alsalar, üç aylıq mühasirədən sonra orada heç kim qalmaz.
A9 TV; 31 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Daha dindar olana Allah daha yaxşı imkanlar, daha gözəl nemətlər nəsib edər. Bu da gözlə görülər. Amma təbiidir ki, mömin səbir etməlidir. Yəni əziyyəti də, neməti də gözəl görməlidir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Dünyada hansı millət səmimi dindardırsa, Allah oraya daha çox bərəkət verir. Dindən uzadırlarsa Allah fəlakət verir, bərəkətsizlik verir. Bu ayrılıqda hər bir şəxs, hər bir fərd üçün məqbuldur.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Din nemətdir, insanların böyük bir hissəsi dini bəla hesab edir, haşa. Halbuki din dünyanın bəzəyi, həyatın sevinci, ağlın nuru, qəlbin rahatlığıdır, bərəkətdir.
A9 TV; 30 may 2015
avatar

Adnan Oktar

Yuxu dünya acizliyidir. Hər gün müəyyən saatdan sonra insanın yuxusu gələr. Ölmək üçün gedib yatır, ölür, bir neçə sonra isə dirilir. Duş qəbul edir, yeməyini yeyir. Axşam yenə yuxusu gəlir. Ölmə vaxtı gəlir, yenidən ölür. Sabah yenidən dirilir. Həyatı bu şəkildə ölüb dirilməklə davam edir. Nəhayət bir dəfə də ölür, bir də dirilir və özünü başqa aləmdə görür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Günəş ilə kölgə fövqəladə qanunlarla bir-biriylə əlaqəlidir. Allahın qanunları bir-biriylə əlaqəlidir. Günəşin işığı yoxdur, xarici aləmdə işıq yoxdur, zülmət qaranlıqdır. Buna görə, kölgə də yoxdur. Kölgə və işıq ayrı-ayrılıqda beyinin içində yaradılır. Rənglər bir-bir beyinin içində yaradılır. Xarici aləmdə rəng də yoxdur. Sarı, qırmızı, yaşıl; bütün rənglər beyində xüsusi olaraq yaradılır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Kölgə ayrı yaradılır, işıq ayrı yaradılır. Çünki işıq beyində yaradılır. Xarici aləmdə işıq yoxdur. Xarici aləmdə rəng də yoxdur. İşıq insan beynində yaradılır. Xarici aləm zülmət qaranlıqdır. Buna görə də, xarici aləmdə kölgə də yoxdur. İşıq olmadığına görə, kölgə də yoxdur. O zaman kölgə də ayrılıqda beyində yaradılmalıdır. Allah: “İkisini də ayrı-ayrılıqda yaradıram” deyir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

"Xəta elədikcə vicdan narahat olur, insan boğulurmuş kimi olur" deyir. Bu özünü şeytana boğdurmaqdan qaynaqlanır. Qardaşım bu nəyə lazımdır? Sən Allaha təvəkkül edirsən, tamam, Allaha tövbə edirsən. Tövbə nə deməkdir? Allahın tövbəni qəbul etməsini ümid edirsən. Onda niyə o vəziyyətə düşürsən? Deməli, belə çıxır ki, sən Allaha güvənmirsən. Xəta elədinsə taleyindəki xətanı edirsən. Bir daha etməməyə qərar verdinsə kifayətdir. Əzm etsən problem yoxdur.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir xəta edir, günah işləyir, özünü həlak edir. İztirab çəkir. Allah səndən belə şey istəmir ki. Yalnız tövbə et deyir, normal həyatına davam et deyir. Özünü pərişan et demir. Bunlar anormal, müşriklərə məxsus hərəkətlərdir. Sonunda sənə həmin xətanı etdirən də Allahdır. Bir xeyir var. Bir daha etməməlisən, bu qədər. Qərar verməlisən, etməməlisən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; "çox yorğunam" deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
A9 TV; 29 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır. Sitatlar
“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlinə məhv edər. Bunda da gizlənmiş bir sevgi var. Sitatlar
Din olduqca asan və sadədir. Sevgi, mərhəmət, dostluq, qardaşlıq, bağışlayıcılıq,   altruizm, fədakarlıq, igidlik, cavanlıq. Comərdlik necə də gözəldir. Məsələn, sevdiyin bir   insanın malı, mülkü olmur. Comərd davranırsan, xoşbəxt olur, sevinir. Bu sənə də xoş   gəlir. Sitatlar
Dindən uzaq olduqda, İslamdan uzaq olduqda, Allahdan qorxmadıqda, Allahı   sevmədikdə həyat kabus olur. Allahdan tək sözlə belə bəhs etmirlər. Bir dəfə "Allah" de.   Dilin mi qopar, bir "Allah" de, bir şey olmaz. Demirlər. İnanılmaz bir narahatlıq,   inanılmaz bir gərginlik var. Qətiyyən sevgi yoxdur. Sevgi deyə bir şey yoxdur, bitmişdir   sevgi. Hörmət də yoxdur, hörmət də qalmamışdır. Sitatlar
Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır. Sitatlar
Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar. Sitatlar
Cənnətdə hər şey gözəldir, Allah oraya aşiqləri göndərir. İnsanlar gözəl, bitkilər gözəl, çiçəklər gözəldir. Bütün məqsəd sevgidir, Allahın tək məqsədi sevgidir. Sitatlar
Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz. Sitatlar
Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin. Sitatlar
Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın. Sitatlar
Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər. Sitatlar
Təbliği çoxlu danışmaq və yazmaq olduğunu zənn edirlər. Bunların əvəzinə 15 dəqiqə sevgi göstərsə, 15 milyon dəfə çox səmərə əldə edər. Sitatlar
Həmd etmək, "əlhəmdülillah" demək sevgidir. "Ey Rəbbim sənə təşəkkür edirəm" deyir. Təşəkkür etmək nədir? Qəlbində sevgi yoxdursa bu sözün bütün mənası itir. Sevgi vardırsa tam məna qazanır. Sitatlar
Ey Rəbbim sənə şükürlər olsun, sənə təşəkkür edirəm, nə deməkdir? Səni çox sevirəm deməkdir, Sənə olan sevgimi dilə gətirirəm deyir, xoşbəxtəm deyir. Xoşbəxtəm nə deməkdir? Sevdiyim üçün xoşbəxtəm deməkdir. Sitatlar
Firavan yaşadıqlarında Allaha qarşı böyük qrup halında, demək olar ki, dünya   səviyyəsində birləşib üsyan qaldırırlar. Aclıq dərdi çəkdiklərində isə Allaha inanılmaz   şəkildə dua edib yalvarırlar. Belə aclıq dərdi çəkmək nəyə lazımdır? Belə eləmə, ağıllı   ol, Allaha tövbə et. Allaha həmd et. “Ey Rəbbim, Sən böyüksən” de, “Səni çox sevirəm”   de, sənə bol-bol nemət versin. Niyə başına bəla axtarırsan? Niyə azğınlaşıb   qudurursan? Niyə özünü alçaldırsan? Sitatlar
Allah dərindən sevilmək istəyir. Allah Özünə dərindən diqqət yetirilməsini istəyir.   Məsələn; "Mənə həmd edin, şükür edin, bol-bol təqdis edin" deyir. Allahın məqsədi, Özü   ilə həmişə əlaqə saxlanılmasını təmin etməkdir. Allah sevilməyi sevir. Amma həddindən   artıq sevilməyi sevir və bu Allahın haqqıdır. Çünki O hər şeyin, bütün gözəlliklərin   sahibidir. Sitatlar
Mömin Allaha ölümünə bağlanmalıdır. Şəhid olmağı da qəbul etməlidir, qazi olmağı da   qəbul etməlidir, həbsxananı da qəbul etməlidir, dəlixananı da qəbul etməlidir. Başına   gəldikdə həmd etməli, şükür etməlidir. O zaman Allah onun yolunu tamamilə açar. Sitatlar
İnsanların böyük hissəsi Allaha həmd etmək istəmir. Belə olduqda da, Allahdan nemət gəlmir, təkcə bəla gəlir, sel kimi. Həmd edilməyəndə bəla gəlir. Sitatlar
Cənnətdə səbir yoxdur, cəsarət yoxdur, cəsarətə ehtiyac yoxdur. Səbir, cəsarət, igidlik   edə bilməzsən. Təvəkkül göstərməli bir şey yoxdur. Təmizlik, fədakarlıq bunların heç biri   yoxdur. Yalnız əyləncə yurdudur. Əlbəttə ki, həmd etmə, şükür etmə ibadəti vardır,   Allahın təcəllisini görüb sevmək vardır. Sitatlar
Dünyada kasıblığı təşkil edən xüsusi bir sistem var. Bu sistemin başında duran şəxslər   var. Bunlara da əmr verənlər var. Əmir verənə, əmr verən var. Görə bilmədikləri əmr   verən biri var. Kasıblıq xüsusi olaraq yaradılır və kasıblığın qarşısını ala bilmirlər. Allah;   "Şükür edilmədikdə kasıblıq meydana gətirərəm" deyir. Allahın dediyi olur, insanlar   qarşısını ala bilmir. Sitatlar
Həyat möminlər üçün gözəldir, küfr əhli üçünsə, sıxıntılı, çətin dolanışıqlı və iztirablıdır. Mömin şükür edər, quru çörək də olsa Allaha şükür edər. Sitatlar
Şükür etdikdə bərəkət artar. Şükür etmək nə deməkdir? Qurana tabe olub, Allaha   təvəkkül edib, Allahdan razı olmaqdır. Adam Allahdan razı deyil. Daima şikayət edir.   Haşa Allahın özünə haqsızlıq etdiyi qənaətindədir. Onda bərəkət olarmı? Bərəkət olmur. Sitatlar
Sitatlar
Sitatlar
İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur