Adnan Oktar A9 TV; 9 may 2016
Adnan Oktar
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar.A9 TV; 9 may 2016
1484
Adnan Oktar
Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz.A9 TV; 9 may 2016
Adnan Oktar
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən.A9 TV; 9 may 2016
Adnan Oktar
Hədisdə bildirildiyinə görə, Axırzamanda şeytan, insanın anası, atası görünüşündə gəlib onu Allahın yolundan döndərməyə çalışacaq.A9 TV; 9 may 2016
Adnan Oktar
Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir.A9 TV; 9 may 2016
Adnan Oktar
Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.A9 TV; 9 may 2016
Adnan Oktar
Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.A9 TV; 9 may 2016
Adnan Oktar
Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik.A9 TV; 8 may 2016
Adnan Oktar
Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür.A9 TV; 8 may 2016
Adnan Oktar
Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.A9 TV; 8 may 2016
Adnan Oktar
"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.A9 TV; 8 may 2016
Adnan Oktar
Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar.A9 TV; 8 may 2016
Adnan Oktar
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır.A9 TV; 8 may 2016
Adnan Oktar
Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq.A9 TV; 8 may 2016
Adnan Oktar
Qız uşaqlarına lüzumsuz yerə təzyiq göstərirlər, bəzi gənc qızlar da bu təzyiqi dəf etmək üçün, hiyləgərlik edirlər. Halbuki qız uşaqlarına həmişə sevgi göstərilsə, hər yerdə hörmət görsələr çox gözəl və keyfiyyətli olarlar.A9 TV; 8 may 2016
Adnan Oktar
Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.A9 TV; 8 may 2016
Adnan Oktar
Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.A9 TV; 7 may 2016
Adnan Oktar
Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.A9 TV; 7 may 2016
Adnan Oktar
Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.A9 TV; 6 may 2016
Adnan Oktar
Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.A9 TV; 6 may 2016
Adnan Oktar
İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.A9 TV; 6 may 2016











_15.jpg)
_12.jpg)


_11.jpg)
_09.jpg)


