logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 9 may 2016

avatar

Adnan Oktar

Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz.
A9 TV; 9 may 2016
2335
avatar

Adnan Oktar

Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Hədisdə bildirildiyinə görə, Axırzamanda şeytan, insanın anası, atası görünüşündə gəlib onu Allahın yolundan döndərməyə çalışacaq.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Axırzamanda da müsəlmanlara hər cür əxlaqsız insan zərər vermək istəyəcək. Mehdi dövründə, Mehdi camaatından məhz bir dəstə gənc buna qarşı çıxacaq. Bu qəhrəmanlıq dastanına mehdiyyət deyilir və 40 il davam edir.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Evlənmələrin 99%-i sevgi evliliyi rolunu oynayan məntiq evliliyi olur. Sevgi evliliyi olması üçün, Allahı sevmək lazımdır, divanə olmaq lazımdır, Allah sevgisiylə alışıb-yanmaq lazımdır. Bu zaman Allah sevgi evliliyi meydana gətirər. Yoxsa əziyyət evliliyi olar, iztirab və əzab evliliyi olar.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Allah İslamı bizim fitrətimizə uyğun yaratmışdır. Mövhumatçılar İslamı dəyişdirmiş, başqa bir din halına gətirmişlər. Şirk dini halına gətirmişlər. O gördükləri din İslam deyil, bizim izah etdiyimiz din İslamdır; çünki tamamilə Qurana əsaslanır.
A9 TV; 9 may 2016
avatar

Adnan Oktar

Biz, İslam aləminin son qalasıyıq, türklük aləminin son qalasıyıq. Kiçilə-kiçilə onsuz da balaca bir torpaq qaldı əlimizdə. Bunu da parçalamaq istəyirlər. Bunu qəbul etmərik.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Hökumət məscidləri abadlaşdırsın, hz. Mehdi (ə.s) içini doldurar. Onların vəzifəsi abadlaşdırmaqdır; hz. Mehdi (ə.s)-ın vəzifəsi də sevgiylə, imanla, təqvalı möminlərlə doldurmaqdır. Çünki dövr hz. Mehdi (ə.s) dövrüdür.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Quran sənin həyatının hər yerində olmalıdır. Avtomobilində də olsun. Yastığının altında da olsun, bazarda da yanında olsun. Qorxma, heç nə olmaz. Quran səni sevər. Guya hörmət üçün əksini etsən Qurandan uzaqlaşmış olarsan. Bu tələyə düşmə.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

"Quranın olduğu otaqda mən uzana bilmərəm" deyir, "həyat yaşanmaz" deyir. Belə şey olarmı? Quranın yanında musiqiyə də qulaq asarsan, ayağını uzadıb yatarsan da. Yataqda uzandığın yerdə Quranı oxuyarsan, heç nə olmaz. Şortla da oxuyarsan, maykada da oxuyarsan. Şeytan insanları Qurandan uzaqlaşdırmaq üçün bir oyun oynayır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Şortla, maykada, dəstəmazsız olaraq da Quranı açıb oxuya bilərsən. O zaman Quran həmişə yanında olar. Sarılıb öpərsən. Eləcə də, Quran sənin həyatın, parçan olar.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Sevgi, dostluq yayılsa insanlar çox rahat olacaqlar. İnsanlar bir-birləriylə dost olmaq istəyir, lakin reaksiyalarının nə olacağını bilmirlər. Dostluğu başladan olmur. Məhz bu Mehdi (ə.s) ilə olacaq.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Qız uşaqlarına lüzumsuz yerə təzyiq göstərirlər, bəzi gənc qızlar da bu təzyiqi dəf etmək üçün, hiyləgərlik edirlər. Halbuki qız uşaqlarına həmişə sevgi göstərilsə, hər yerdə hörmət görsələr çox gözəl və keyfiyyətli olarlar.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Allah, möcüzələrini, sənətini yaddaşımızda saxlamağı və onlara heyrət etməyi nəsib etsin. Hər biri, yeri-yerindən oynatmağa kifayət edəcək yaradılış möcüzələridir. Normalda bu möcüzələr qarşısında dünya ayağa qalxmalıdır.
A9 TV; 8 may 2016
avatar

Adnan Oktar

Yeni konstitusiyada muxtariyyət və federasiya mövzusu tamamilə dayandırılmalıdır və yerli rəhbərliklərin səlahiyyətlərini artırma mövzusu da tamamilə dayandırılmalıdır.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Sən PKK-nı bir yerdən sürüyüb atdığın zaman, PKK təhlükəsi aradan qalxmır. Bir ay sonra yenə doluşur oraya. Çünki fikirlə mübarizə aparılmır. Darvinizm, materializm əzilmədikdən sonra, bu həmişə yerin altından qaynayacaq. Kökü qurudulmalıdır. Kökü darvinizmdir.
A9 TV; 7 may 2016
avatar

Adnan Oktar

Şok edici, heyrət verici məlumat qarşısında diqqət və təqdir gücünün zəif qalması insan beyninin, ruhunun acizliyidir. Bunu iradə toplaya bilmir. Yoxsa normalda nəfəsi kəsilməli, çox təəccüblənməlidir. Bu acizliyin üstəsindən gəlmək üçün dua edilməlidir.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

Allah həmişə sadə üslubdan istifadə edər, insanlarla həmişə nəzakətlə rəftar edər, bunun üçün heç bir peyğəmbərin də qəlbini qırmamışdır. Allah, nə dedilərsə uyğun dillə, sadə dillə cavablandırmışdır.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İmansız, dinlə lağ edən, İslama qarşı olan insanlar olmazsa sən imtahan oluna bilməzsən. Olmasa belə Allah bunu yaradar. Bu olacaq, sən bununla müqayisə olunacaqsan, bu yolla dəyər qazanacaqsan, bu olmadan mümkün deyil.
A9 TV; 6 may 2016
avatar

Adnan Oktar

İnsan imanla gözəl olar, qadın da, kişi də imanla gözəlləşər. Bir insanı ağlından, imanından, təmizliyindən, dərinliyindən ötrü çox sevərsən.
A9 TV; 6 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar. Sitatlar
İslam aləmi dəhşət içində yaşayarkən, əsgərimiz, polisimiz Cənub-Şərqi Anadolu bölgəsində terrorla mübarizə apararkən bir çox insan öz dərdində olur. Halbuki özünü unudub müsəlmanları əsas götürməlidir. Öz dərdində olmaq eqoistlik olar. Bəziləri evlənmək dərdində, bəziləri futbol, bəziləri yarışma proqramının dərdində, bəziləri də televole mədəniyyəti ilə məşğul olur. Belə olmaz. Sitatlar
Şəxsi dərdlərlə Peyğəmbər (s.ə.v)-in yanına getmək, onu kədərləndirməyə çalışmaq, şəxsi vəsvəsələrinin verdiyi narahat ruh halını ona əks etdirməyə cəhd etmək günah olar, çox çirkin olar. Bu münafiqlərdə çox mərhəmətsiz və əxlaqsızca olar, lakin bəzi müsəlmanlarda da məlumatsızlıqdan qaynaqlanar. Sitatlar
Müsəlman əgər; "münafiqlərlə əlaqəli ayələr mənə xitab etmir" desə, harama girər. Oradakı ayələr bütün müsəlmanlara xitab edər. Münafiq onsuz da buna inanmır ki, ona təsir etsin. Mömin bundan təsirlənməlidir. Buna görə də, çoxsaylı münafiq ayələrini oxuyarkən müsəlman öz üstünə götürərək oxumalıdır. Sitatlar
Müsəlman sıxılmaz. Boş vaxtı olmaz. Etməyə heç nə yoxdursa gedib gül əkər. Etməyə heç nə yoxdursa ətrafı təmizləyər, gözəlləşdirər. Kitab oxuyar, təbliğ edər, yazı yazar. İnternetdə birinə İslam barəsində, Quran barəsində bir şey öyrədər. Bomboş gəzmək müsəlmana yaraşmaz. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Mömin sevgidə çox ustalaşanda, Allah onu cənnətinə alır. Sevgi öz-özünə meydana gəlmir, əziyyətlə, əzabla, təhsillə meydana gəlir. Sitatlar
Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır. Sitatlar
Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin. Sitatlar
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir. Sitatlar
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz. Sitatlar
Allah sevgisinin əldə edilməsi üçün, mütləq əziyyət olmalıdır. Əziyyətin olması üçün də, şeytan olmalıdır. Şeytan da əsasən münafiqlərdən istifadə edər, küfr əhlindən istifadə edər. Sitatlar
Müsəlman son dərəcə həlim olmalıdır. Əziyyətə səbir edən, çətinliklərə səbir edən, acıya səbir edən olmalıdır. Zəiflik və kədərlənmə haqqul-yakin imanda olmaz. Sitatlar
Allah sevgisi, məşəqqət, səbir, ruhu çox gözəlləşdirdiyi zaman, insan cənnətdə Allahın təcəllisini gördüyü üçün, Allahı sevdiyi üçün çox güclü zövq alır. Buna görə də, dünyadakı hər 5-10 dəqiqə belə təhsil baxımından çox əhəmiyyətlidir. Sitatlar
Əziyyət Peyğəmbərimiz (s.ə.v)-i gözəlləşdirirdi. Əziyyət hz. Yusif (ə.s)-ı dünyanın ən gözəl insanına döndərdi. Həyatı həmişə əzab içində keçdi. Ağlasığmaz dərəcədə gözəl idi. Musa (ə.s) ömrü boyu əzab və əziyyət çəkdi. Əla yaraşıqlı idi, qövmün ən yaraşıqlısıydı. Sitatlar
Mən həmişə məzlumu müdafiə edərəm, Tayyib hocam da məzlum olduğu üçün müdafiə edirəm. Quran əxlaqı məzlumu müdafiə etməyi tələb edir. Sitatlar
Quranda bildirilən möhkəm iqtidar; demokratiyanın, azadlığın, zənginliyin, ədalətin mükəmməl olduğu, sülhün və xoşbəxtliyin olduğu iqtidardır. Sitatlar
Bizim həyat dolu İslam anlayışımız Quran müsəlmanlığıdır. İnsanlara İslamı çətin göstərən dəccaliyyətdir. Gözəl olan hər şey İslamdadır. Sitatlar
Biz heç kimin istifadə edilməsini, yox edilməsini istəmirik. Törədilən cinayətin hüquqi qarşılığı verilər, lakin hər zaman islah etmək, düzəltmək əsil məqsəddir. Sitatlar
Adi imtahan olunsaq dünyanın da, cənnətin də mənası olmaz. Təhsilin mükəmməl olması üçün Allah hər cür şəraiti yaradıb. Yaralanmadan, xəstələnmədən, əziyyət olmadan asan yaşayıb axirətə getmək olmaz. İmtahan çətin və ətraflı olmalıdır, bu təfərrüatların içində gözəlliyi tapmaq vacibdir. Sitatlar
İmtahan şirin olsa sonu acı olar. Yüngül imtahan gözləməsinlər, Axırzamandayıq. Allah böyük sevgi istəyir. İmtahan nə qədər şiddətlidirsə, sevgi o qədər böyükdür. Cənnətin bəzəyi sevgidir, sevgi böyük olmalıdır ki, cənnət mənalı olsun. İmtahanın müddəti qısadır, cənnət isə əbədidir. Əbədi böyük sevgi üçün imtahan güclü olmalıdır. Əziyyətə etiraz etmək olmaz. Sitatlar
Müsəlmanların keyfiyyətli, alicənab, mədəni, zövqlü, təmiz, baxımlı olması Quran əxlaqının tələbidir. Qorxunc görünməni din kimi göstərmək zülmdür. Sitatlar
Müsəlmanın Qurandan kənar dini olmaz. Müsəlmanın öz ağlına görə meyarları olmaz, Qurana görə əxlaqı və meyarları olar. Sitatlar
Gənclərə din adı altında içinə qapalı, sevgisiz model təqdim etmişdilər. Biz həm gəncliklərini, həm də həyatın gözəlliklərini yaşayacaqları Quran dinini göstərdik. Sevgisiz, incəsənət olmadan, qəmgin hallarıyla İslamı məhv etmək üzrə idilər. Keyfiyyətin, sevincin, müasirliyin dinlə iç-içə olduğunu göstərib bu oyunu pozduq. Sitatlar
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur