logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 18 may 2016

avatar

Adnan Oktar

Şəxsi dərdlərlə Peyğəmbər (s.ə.v)-in yanına getmək, onu kədərləndirməyə çalışmaq, şəxsi vəsvəsələrinin verdiyi narahat ruh halını ona əks etdirməyə cəhd etmək günah olar, çox çirkin olar. Bu münafiqlərdə çox mərhəmətsiz və əxlaqsızca olar, lakin bəzi müsəlmanlarda da məlumatsızlıqdan qaynaqlanar.
A9 TV; 18 may 2016
1767
avatar

Adnan Oktar

Peyğəmbər (s.ə.v)-in üstündə minlərlə məsuliyyət var. Münafiqlər düşməndir, kafirlər, müşriklər düşməndir. Düşmənlərinin sayı-hesabı yoxdur, çox çətin bir həyat yaşayır. Belə bir mühitdə Peyğəmbər (s.ə.v)-ə qarşı çox diqqətli olmaq lazımdır.
A9 TV; 18 may 2016
avatar

Adnan Oktar

Münafiqlik bir nöqtədə deyil, hər nöqtədə xülasə şəkildə, qısa-qısa təsvir edilsə qəlbində xəstəlik olan, münafiqliyə meylli olan düzələr. Həmçinin əsil münafiqin də müəyyənləşdirilməsini təmin edər.
A9 TV; 18 may 2016
avatar

Adnan Oktar

Sərt müxalifət demokratiyanın sağlam işlədiyini göstərər. Müxalifətin də elə canlı, aktiv olması yenə sağlam funksiya yerinə yetirdiyini göstərər.
A9 TV; 18 may 2016
avatar

Adnan Oktar

İslama, Qurana faydalı olan hər kəsə mənəvi cəhətdən dəstək vermək lazımdır.
A9 TV; 18 may 2016
avatar

Adnan Oktar

İslam aləmi dəhşət içində yaşayarkən, əsgərimiz, polisimiz Cənub-Şərqi Anadolu bölgəsində terrorla mübarizə apararkən bir çox insan öz dərdində olur. Halbuki özünü unudub müsəlmanları əsas götürməlidir. Öz dərdində olmaq eqoistlik olar. Bəziləri evlənmək dərdində, bəziləri futbol, bəziləri yarışma proqramının dərdində, bəziləri də televole mədəniyyəti ilə məşğul olur. Belə olmaz.
A9 TV; 18 may 2016
avatar

Adnan Oktar

Quran anlaşılmaz, mürəkkəb Kitab deyil. Olduqca sadədir, Allahın hökmləri də çox açıqdır.
A9 TV; 17 may 2016
avatar

Adnan Oktar

Birləşmək xoşbəxtlik gətirər, bölünmək xoşbəxtlik gətirməz. Bölünmək, asanlıqla yox edilmək üçün bir oyundur. İngiltərə dərin dövləti balaca tikə olduqda asanlıqla udacağını düşünür. Müsəlmanlar heç bir yerdə bu tələyə düşməməlidir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dəccaliyyətin yaratdığı təxribatın aradan qalxmasının yolu, ifşa olmasıdır. İslam aləmi bu mövzuda səy göstərməli və elmlə, irfanla İngiltərə dərin dövlətinin üstünə getməlidir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti rusların və Amerika xalqının da üzərinə kabus kimi çökmüş vəziyyətdədir. Bu cəmiyyətləri öz məqsədləri istiqamətində istədikləri kimi yönləndirmək istəyirlər.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dərin dövlətlərin xüsusiyyəti; xalqa həmişə yuxarıdan aşağı baxarlar, öz aləmlərində adam yerinə qoymazlar, əzərlər, öldürməyə cəhd edərlər. Həmçinin təməl fəlsəfələri darvinizm, homoseksuallıq və rumilikdir.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Dünyada axan bu qanlar, İslam aləminin parça-parça olması, müsəlmanların bir-birini qırıb keçməsi, çəkilən əzablar, homoseksuallığın belə yayılması, ateizmin bu qədər yayılması, darvinizmin bu qədər güclü olmasının tək səbəbi, İngiltərə dərin dövlətidir. İngiltərə dərin dövlətini bütün dövlətlər ifşa etsin.
A9 TV; 16 may 2016
avatar

Adnan Oktar

Allah üçün olana sevgi deyilər. Allahın rizasının ən çoxunu axtarırsansa sevgi çıxar. Yoxsa sevgi olmaz. O, texniki əməkdaşlıq olar.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Bir çox evlilik şirkət razılaşması kimi olur. Qadın kişinin gəlirini, kişi də qadının təmizlik etmə bacarığını soruşur, burada sevgi olmadığı aydındır.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Mehdi (ə.s) qorxusu tarixdə fironların görünməmiş qırğınlar törətmələrinə səbəb olmuşdur. Məsələn, Fironun oğlan uşaqlarına qarşı törətdiyi qırğının səbəbi, Tövratda Moşiyahın dünyaya hakim olacağıyla əlaqədar hökmdür. Bu gün də hz. Mehdi (ə.s)-ın oradan çıxacağından şübhələndikləri üçün, Suriyanı, İraqı yerlə-yeksan edirlər.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Fironun, İsrailoğullarının oğlan uşaqlarını qətlə yetirməsinin səbəbi Tövratda izah edilən mehdiyyətdir. Firon Mehdinin dünyaya hakim olmasını istəməmişdir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövlətini İslam aləminə və bütün Avropaya hər yerə ifşa edək və öyrədək. Çünki dəccalın ən böyük silahı gizlənməsidir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

İngiltərə dərin dövləti dəccaliyyətin mərkəzidir. Dünyaya İslamdan uzaq durmağı, müsəlmanlıqdan uzaqlaşmağı öyrədən bir sistemdir.
A9 TV; 15 may 2016
avatar

Adnan Oktar

Şiddət tərkibli filmlər ruhlarda çox təxribat törədər. Sinirləri də gərginləşdirər. İnsan çox zəif varlıqdır, sıxılar. Filmi seyr edərkən belə əli-ayağı, hər yeri sıxılar. Xəstə olar. Heç kim bunu etməsin.
A9 TV; 13 may 2016
avatar

Adnan Oktar

Darvinizmin yıxılması AKP üçün çox güclü fikri dayaq təmin etdi. Bu sayədə hökumət asanlıqla irəliləyə bilir.
A9 TV; 13 may 2016
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) münafiqlərə heç vaxt toxunmamışdı. Üç yüzə yaxın münafiq vardı; toxunmurdu. Onların yollarını kəsirdi, yollarını bağlayaraq zərərsizləşdirirdi. Əks halda müsəlmanların başına çox böyük bəla olardılar. Lakin çox məharətlə onları idarə etdi, İslama faydalı hala gətirdi.
A9 TV; 12 may 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslam aləmi dəhşət içində yaşayarkən, əsgərimiz, polisimiz Cənub-Şərqi Anadolu bölgəsində terrorla mübarizə apararkən bir çox insan öz dərdində olur. Halbuki özünü unudub müsəlmanları əsas götürməlidir. Öz dərdində olmaq eqoistlik olar. Bəziləri evlənmək dərdində, bəziləri futbol, bəziləri yarışma proqramının dərdində, bəziləri də televole mədəniyyəti ilə məşğul olur. Belə olmaz. Sitatlar
İnadla, sinə gərə-gərə İslamı yaşamaq lazımdır. Çünki küfr həzm etməyə çalışar, sən həzm olunduqda daha da həzm etməyə, səni küfrə qaytarmağa çalışar. Öldürənə qədər də üstünə gələr. Sən üstünə getsən o səndən qaçar. Sitatlar
Müsəlmanın canı şirin olmamalıdır. Canı şirindirsə, müsəlman ola bilməz. Sitatlar
Müsəlman əgər; "münafiqlərlə əlaqəli ayələr mənə xitab etmir" desə, harama girər. Oradakı ayələr bütün müsəlmanlara xitab edər. Münafiq onsuz da buna inanmır ki, ona təsir etsin. Mömin bundan təsirlənməlidir. Buna görə də, çoxsaylı münafiq ayələrini oxuyarkən müsəlman öz üstünə götürərək oxumalıdır. Sitatlar
Müsəlman sıxılmaz. Boş vaxtı olmaz. Etməyə heç nə yoxdursa gedib gül əkər. Etməyə heç nə yoxdursa ətrafı təmizləyər, gözəlləşdirər. Kitab oxuyar, təbliğ edər, yazı yazar. İnternetdə birinə İslam barəsində, Quran barəsində bir şey öyrədər. Bomboş gəzmək müsəlmana yaraşmaz. Sitatlar
Çəkingən, ürkək olmaq müsəlmanın igidliyinə yaraşmaz. Taledə nə varsa o olar. Taledən qaçmaqla heç nə dəyişməz. Sitatlar
Müsəlman səhv edə bilər, səhv etməkdən qorxmamaq lazımdır. Çox böyük səhv də edə bilər, müsəlman qardaşını xəbərdar edər, lakin xəbərdarlığa dəlicəsinə reaksiya vermək çox anormaldır. "Yaxşı düşünərəm" deyərsən, "Allah razı olsun etməyə çalışaram" deyərsən olub bitər. Həddindən artıq reaksiya vermək anormal hərəkətdir. Sitatlar
"Hər halda o münafiqdir" deyir. Yaxşı, belə olduğunu fərz edək; öyrət, təbliğ et, ayə söylə, səbir et, danış, elə deyil? O zaman heç kim heç kimlə görüşə bilməz ki, heç bir müsəlman başqa müsəlmanla görüşə bilməz. Ona münafiq de, buna kafir de, o birisinə xəstə de, axırda insan qalmaz. Sitatlar
Ateisti, dinsizi, İslam əleyhinə olanları qazanmağa çalışdığına görə, qəlbində xəstəlik olan, imanında zəiflik olan müsəlmanı daha çox qazanmağa çalışmaq lazımdır. Çünki o sənin yanında hazır vəziyyətdədir, onsuz da rahat danışa bilirsən. Nə qədər anormal olsa da, nə qədər tərs olsa da, bunun savabı çox olar. Sitatlar
Münafiqlər Allahın qurduğu tələnin puç ediləcəyini düşünərlər. Müsəlmanları zəif görərlər. Mömin İslamın qalib gələcəyinə inanır, münafiq də küfr əhlinin qalib gələcəyinə inanar. Şeytan tərəfinin qalib gələcəyinə inanar. Buna görə də, heç vaxt müsəlmanlara, İslama güvənməzlər. Sitatlar
Müsəlman son dərəcə həlim olmalıdır. Əziyyətə səbir edən, çətinliklərə səbir edən, acıya səbir edən olmalıdır. Zəiflik və kədərlənmə haqqul-yakin imanda olmaz. Sitatlar
Münafiq həyasız, əxlaqsız, şərəfsiz olduğu üçün möminlərin özünə bənzəməməsi onu qəzəbləndirər. Həmçinin müsəlmanlardan buna görə nifrət edər. Onları həmişə ağılsız görər, özünü çox ağıllı görər. Bu, şeytandan aldığı ilhamdan qaynaqlanar. Sitatlar
Münafiqlər hər dövrdə müsəlmanların başını bəlaya salmışdır. Liviyada, Suriyada və İraqda da küfrlə əməkdaşlıq edərək müsəlmanları məhv etdilər. Hələ də davam edirlər. Misirdə çevrilişin baş tutmasını təmin edənlər də münafiqlərdir. Müsəlmanları bir-birinə qırdıranlar yenə münafiqlərdir. Liviyadakı hadisələrin təməlində də yenə münafiqlər var. Sitatlar
Hiss etdirmədən küfrü əzmək, müsəlmanı dəstəkləmək çox çətindir. Bu da çox böyük sənətdir, Allahın gizli sənətlərindəndir. Bilinməyən sənətdir. Yaxşı düşünəndə heyrətamiz hadisədir. Sitatlar
İslam adı altında müsəlmanları gettolara dustaq edən, öz daxilində çürüyən bir sistem yaratmışdılar. Biz İslamın həyatın özü olduğunu göstərdik. Nəhəng və mərhəmətsiz bir hiyləni, müsəlmanları kilidləyən, çox kiçik dar bir sahəyə, gettolara həbs edən hiyləni yerlə-yeksan etdik. "Müsəlmanlar hər yerdədir" dedik. "İman hər yerdədir, Allah hər yerdədir" dedik. Sitatlar
İslamın etibarlı, nurlu, həqiqi üzüyük. Gözəllik, müasirlik, zənginlik, sevinc, əyləncə qətiyyən müsəlmanların ola bilməz deyirdilər. Bu yanlış inancı tamamilə yox etdik. Hamısı müsəlmanların haqqıdır. Sitatlar
Biz İslamın həyatın məhz özü olduğunu göstərdik. Rəqs etmək, gülmək, sevinc hissi, pul, zənginlik, gözəl olan hər şey müsəlmanlar üçündür. Sitatlar
Münafiqin son məqsədi müsəlmanların dağılmasıdır, lakin çox məqsədli hücum edər. Peyğəmbər (s.ə.v)-in buna etdiyi müdaxilə ilə həm cihadı çox mübarək olar, bərəkətli olar, həm də müsəlmanların gücü qat-qat artar. Sitatlar
Müsəlmanların, bir-birlərini öldürmələri şeytanın oyunu olduğunu anlamamaları heyrətamiz vəziyyətdir. Sitatlar
Müsəlman həmişə yaxşılıq etməyə çalışar, həmişə könül alandır, yaxşıdır. Münafiq isə heç nəyi bəyənməz. Hər şeydə qüsur tapar. Yəni şükür edən deyil. Sitatlar
Müsəlmana qarşı sui-zənn, yaxud şeytandan gələn məlumata inanmaq mömini məhv edər və yavaş-yavaş İslamdan uzaqlaşdırar. Allah qorusun cəhənnəmə doğru yaxınlaşdırar. Sitatlar
"Ey Rəbbim, mənə və bütün müsəlman qardaşlarıma" deyə dua edilər. Təkcə özünə dua etmək olmaz, çünki bütün möminləri cəhənnəmdən qurtarmaq üçün səy göstərmək fərzdir. Sitatlar
Müsəlmanın tətili olmaz. Suriyada, İraqda müsəlmanlar öldürülərkən, Əfqanistanda müsəlmanlar məhv edilərkən, Misirdə müsəlmanlar pərişan ikən, İslam aləmi dəhşət içində yaşayarkən bizim istirahətə ayıracaq vaxtımız olmaz. Hətta mövzulardan danışarkən belə, öncə ən təcili mövzulara yer verilməlidir. Sitatlar
İnsanları güllələmək, məkanları bombalamaq, bunlar vəhşilikdir. Hər cür zorakılığa qarşıyıq. Müsəlman dəhşəti, vəhşəti qəbul edə bilməz. Sitatlar
Müsəlmanların ağıllı, üstün, keyfiyyətli, mədəni, yaraşıqlı, zəngin, müasir olmasına bütün dünya alışacaq. Hər şeyin ən gözəli müsəlmanlar üçündür. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur