logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 22 oktyabr 2017

avatar

Adnan Oktar

İngiltərə dərin dövləti Darvinin türk millətini haşa inkişaf etməmiş heyvan kimi görmək fikrinə sahibdir və əzilməsinin lazım olduğuna inanır. Bu çirkin fəlsəfəyə qarşı, tamamilə milli bir ölkə olaraq, bütün qurumları bunlara qibtə edənlərdən təmizləyərək təsirli ola bilərik.
A9 TV; 22 oktyabr 2017
2258
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ailələrin bir çoxu gəncləri ən əhəmiyyətli yaşlarında tək qoyurlar. Uşaqlar və gənclər həyatı enişli-yoxuşlu öyrənməməlidirlər. Bir o divara, bir bu divara vuraraq özlərinin öyrənmələri olmamalıdır. Xüsusi qayğı və ağıllı rəftarla onlara yardımçı olmaq lazımdır. Sitatlar
Bar mühiti estetik olaraq gözəl mühitdir. Evlərdə dekorasiya olaraq da gözəldir, Kasablanka kimi filmlərdəki mühit də gözəldir. Alkoqol, narkotik maddələr və s. olmayan bir mühit olduğu zaman heç bir problem yoxdur. Bara gələn sağlamlıq qazanıb getməlidir, lakin hamısından əvvəl bu məkanlarda qadınlara sevgi və hörmətin ən yüksək səviyyədə olması lazımdır. Yüzlərlə içki növü ola bilər, bol zülallı üzüm suyu, portağal suyu, ananas suyu, ağla, xəyala gəlməyəcək hər meyvənin suyu ola bilər, içlərinə süd qarışdırıla bilər. Zülalı və mineralı yüksəldilmiş içkilər ola bilər. Çox gözəl asan hazırlanan yeməklər ola bilər. Musiqi sisteminin də mükəmməl olması təmin edildikdən sonra, barlarda gənclər çox gözəl əylənib xoşbəxt olarlar. Sitatlar
Bir hədisin doğru olub-olmadığını anlamağın iki üsulu var. Birincisi Qurana baxarıq və söylənilən hədis Qurana uyğundursa o hədis keçərlidir. İkincisi bir hadisəyə dair xəbər verilən hədislərdir. Məsələn, Axırzamana dair verilən xəbərlər eynilə reallaşırsa, o zaman o hədis doğru xəbərdir. Səhih olmaqdan da kənar qətiyyət qazanmışdır. Sitatlar
Bir-iki nəfərin kasıblara yardım etməsi həll yolu olmaz. Allahın Quranda bildirdiyi himayədarlıq sisteminin tam yaşanması lazımdır. Himayədarlıq sistemində hər insan, hər kəsdən öz doğma bacı-qardaşı, anası, atası kimi məsuldur. İstanbuldakı bir şəxs Vandakı bir şəxsdən öz ailəsi kimi məsuldur. O zaman nə kasıblıq, nə də yoxsulluq qalar. Sitatlar
Böyük Birlik Partiyasının MHP-AKP ittifaqına dəstək verməsi, uzun müddətdir xahiş etdiyimiz çox gözəl hadisədir. Türkiyənin yerli və milli ittifaqı Türkiyə əleyhinə yönəlmiş bütün planlara ən böyük cavabdır. Sitatlar
Bütün münafiqlər çirkin, xoşagəlməz, əxlaqsızdır, hamısı gizlin fırıldaqçı olduğu üçün bir-birilərinin üzünə baxmaqdan əzab çəkərlər. Birlikdə çəkdikləri əzab çox böyükdür. Qartlaşmış, yaşlı, qoxumuş, cəsədə dönmüş münafiqlər birlikdə olduqları zaman o murdar qoxunu, o qoxumuşluğun iyrəncliyini təsvir etmək qeyri-mümkündür. Sitatlar
Dəccaliyyətə qarşı ən təsirli mübarizə İslam aləminin birləşməsi ilə mümkündür. Müsəlmanlar birlik olsa dəccaliyyətə elmi zərbə olar. Sitatlar
Hörmətli Dəsticinin bütün milli məsələlərdə hökumətə dəstək olacağı açıqlaması çox gözəldir. Hörmətli Bahçəli, hörmətli Dəstici və Tayyib hocamın birlikdə hərəkət etməsi millətimiz üçün çox əhəmiyyətlidir. Sitatlar
Hörmətli Devlet Bahçeli və MHP-nin Tayyib hocama dəstək olmaları çox doğru siyasətdir. Tayyib hocamı dəstəkləmək partiyalardan kənar milli məsələdir. İngiltərə dərin dövlətinin azğın hücumlarına qarşı milli liderin ətrafından birləşmək çox əhəmiyyətlidir. Sitatlar
Hörmətli Dövlət Bahçelidən Allah razı olsun. Dəccaliyyətə qarşı hökumətimizə tam dəstək verməsini xahiş etdik və millətimizin bu xahişini yerinə yetirdi. Hal-hazırda çox milli və yerli hökumətimiz var. Səadət partiyası və Böyük Birlik partiyasının da bu ittifaq içində iştirak etməsi çox gözəl olar. Hörmətli Bahçeli maşaAllah çevik dəliqanlıdır, çox mühüm dövrdə çox gözəl xidmət göstərir. Tayyib hocamım və hörmətli Bahçelinin ömrünə verilən bərəkətin səbəbi İslama, Qurana xidmət etmələridir. Allah ömürlərini uzun etsin. Sitatlar
İngiltərəni məğlub edib Avropa çempionu olan Ampute milli komandamızı təbrik edirik. Allah həmişə gözəl müvəffəqiyyətlər nəsib etsin. Sitatlar
İnsanların bir hissəsi təkcə axşam yeyəcəyi yeməyi, toya nə geyinəcəyini, taxılan qızılın nə qədər olduğunu düşünür. Türkiyə necə bir dövrdən keçir, PKK terroru nələrə səbəb olur, Cənub-Şərqi Anadolu bölgəsində nələr baş verir heç düşünmür. PKK mübarizləri sistemlərini ölmək və öldürmək üzərində qurublar və dünyaya dair bir plan qurmur, bu yanlış inancları üçün özlərini həsr edirlər. Bunun müqabilində bizim də doğru olan inancı üçün canını ortaya qoyan, hər cür fədakarlığı gözə alan, milli şüuru çox güclü olan millət olmağımız əhəmiyyətlidir. Sitatlar
İslam aləminin daha kiçik hissələrə ayrılması deyil, birlik, bütövlük istəməsi lazımdır. İrqə əsaslanan kiçik hissələr yaratmaq, İngiltərə dərin dövlətinin asan udacağı tikə halına gəlməkdir. Sitatlar
MHP-nin Tayyib hocama verdiyi dəstək çox gözəldir. 2023-cü ilə qədər bu dəstəyin davam etməsi lazımdır. İngiltərə dərin dövlətinə qarşı Tayyib hocamın ətrafında möhkəm birləşək. BBP, SP və digər bütün vətənpərvər partiyalar bu möhkəm birləşmənin içində olsun. Hal-hazırda vətənin və dövlətin davamiyyəti əsas məsələdir, partiya məsələsi yoxdur. Dövlətin hər pilləsinə milli ünsürləri yerləşdirək. Tamamilə milli dövlət və ölkə olaq. Sitatlar
Milli liderin ətrafında möhkəm birləşmək çox əhəmiyyətlidir. Tayyib hocama sağ, sol bütün partiyaların dəstək verməsi lazımdır. Vətən millət dövlət məsələsi olaraq milli liderimizi qorumaq əsas şərtdir. Tayyib hocama güclü dəstək təmin etdikdən sonra İngiltərə dərin dövləti istədiyi qədər atılıb düşsə də heç nə edə bilməz. Sitatlar
Milli Məclisin ən az yarısının qadın olması lazımdır. Qadın kontingenti mütləq yüksək olmalıdır. Qadınların səsverməsi yüksək olmasa belə Məclisdə üstünlük onların olmalıdır. Türk qadınının keyfiyyətini, mədəniyyətini, nəzakətini, gözəlliyini, təmizliyini, alicənablığını canlı olaraq vurğulayan millət vəkili qadınların olması çox mühüm məsələdir. Sitatlar
Türk dövlətlərinin birləşməsi, Azərbaycan və Türkiyənin bir olması, dərhal ola biləcək gözəllikdir. Rusiyanı da mütləq bu birliyə almaq lazımdır. Sitatlar
Dövlətin başçısına sadiq olmaq türk millətinin 5 min illik adətidir. Dövlətin tək bir başçısı var və 83 milyon o liderə bağlı şəkildə hərəkət edəcəyik. Millət olaraq cəsuruq, dəliqanlıyıq, mərhəmətliyik, gözəl əxlaqlıyıq. Hamısından əhəmiyyətlisi Allahın lütfü altında olan millətik. Mütləq çox gözəl günlər görəcəyik. Sitatlar
PKK-nın bölgədən tamamilə silinməsi lazımdır. Bölgədə terrorçu strukturun mövcudluğunu heç bir ölkə qəbul etməz. Türk ordusu çox ağıllı və çox mərhəmətlidir. Dünyanın ən alicənab, ən mərhəmətli, ən şəfqətli ordusudur. Ordumuz istəsə bu əməliyyat çox qısa müddətdə bitər. Lakin mülki vətəndaşlara zərər gəlməməsi üçün tək-tək, seçərək, diqqətlə irəliləyirlər. Heç kim Türkiyəyə və ordumuza qarşı fərqli ittihamla çıxış edə bilməz. Sitatlar
Türk millətini yox etmək istəyənlərə qarşı, Türk millətinin hər mənsubu vətənini, millətini, bayrağını müdafiə etməyə məsuldur. Bizim üçün qazi olmaq, şəhid olmaq heç əhəmiyyətli deyil, biz gözə alırıq, şərəfdir bizim üçün. PKK-nı harada görsək nəfəs aldırmayacayıq, bütün yollarını kəsəcəyik. Tayyib hocamıza da dəstəyimiz tamdır. Polis, əsgər, dövlət hamımız yanındayıq. Milli lider dövlət deməkdir, milli liderin ətrafında birləşmək də dövlətin ətrafında sıx birləşmək deməkdir. Tayyib hocamızın ətrafında sıx birləşərsək düşmən qaçıb gedər. Sitatlar
Türk Millətini yox etməyə çalışanlara qarşı özümüzü qorumazsaq anormallıq olar. Hər Türk fərdi Tayyib hocamın bu haqlı davasında yanında və həmişə yanında olacaq. Millətimizə istiqamətli heç bir hücuma tamaşaçı qalmarıq. PKK-ya yol açılmasına millət olaraq icazə vermərik. Sitatlar
Afrin hərəkatı haqqında çıxarılan yalan xəbərlərə kimsə etibar etməsin. Türkiyə mülki şəxslərin qorunması mövzusunda çox həssas olduğu üçün son dərəcə diqqətli və təmkinli irəliləyir. Türk Ordusu mərhəmətli və vicdanlıdır. Əsgər şəhid sayını çox göstərmək istəyənlər də bəzi provokatorlar olur. Bu dövrdə ediləcək ən doğru şey milli liderin ətrafında birləşməkdir. Millət olaraq Tayyib hocamın və Ordumuzun yanındayıq evelAllah. Vətən torpağını dəccala təslim etmərik. İngilis dərin dövləti və yanındakılar bunu yaxşıca anlasınlar. Sitatlar
İngiltərə dərin dövlətində türk millətinə qarşı nifrət hakimdir. Darvin də türklərin guya aşağı və yox edilməsi lazım olan bir irq olduğunu söyləyirdi. Sitatlar
Həll Türk Silahlı Qüvvələrini gücləndirmək deyil, Türk milli mədəniyyətini gücləndirməkdir, Darvinizmin, materializmin etibarsızlığını elmi olaraq izah etməkdir. PKK-ya qarşı fikri mübarizə olmadığı müddət ərzində hər hansı bir nəticə əldə etmək mümkün deyil. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur