logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 13 fevral 2018

avatar

Adnan Oktar

Türk Millətini yox etməyə çalışanlara qarşı özümüzü qorumazsaq anormallıq olar. Hər Türk fərdi Tayyib hocamın bu haqlı davasında yanında və həmişə yanında olacaq. Millətimizə istiqamətli heç bir hücuma tamaşaçı qalmarıq. PKK-ya yol açılmasına millət olaraq icazə vermərik.
A9 TV; 13 fevral 2018
2544
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək etsin, şəhadətlərini təbrik edirik. Allah ordumuzu havada, quruda, dənizdə həmişə müzəffər etsin.
A9 TV; 11 fevral 2018
avatar

Adnan Oktar

Hər insanın seyr etdiyi təsvirə hakim olan Sonsuz Güc haqlı olaraq Özü ilə həmişə əlaqədə olunmasını istəyər. İnsan Allahla əlaqədədirsə hər şey çox gözəl olar. İnsan Allah ilə əlaqəsini kəssə həyatının hər anında sıxıntı olar.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Allah ordumuza güc, qüvvət versin, xeyirlə, bərəkətlə, gözəlliklə, qələbə qazanmalarını nəsib etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah şəhidlərimizin şəhadətini mübarək və məqbul etsin. Dəliqanlılarımız bütün şəhidlərə salamımızı aparsınlar. Allah ailələrinə gözəl səbir, hüzur, bərəkət nəsib etsin. Millət olaraq Malazgirddən indiyədək şəhidlər verərək bu günə gəldik. Şəhid vermək millətimiz üçün şərəfdir. Allah şanlı ordumuzun qəzasını mübarək etsin.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Səmimi olan insan dünyanın ən keyfiyyətli insanıdır. Səmimi insanın Allah ilə səmimi əlaqəsi vardır. Allaha tam təslim olmuşdur. Hər hərəkəti, hər sözü, hər rəftarı çox keyfiyyətlidir. Bəziləri keyfiyyətli olduğunu iddia edir, millətə yuxarıdan-aşağı baxır. Elə keyfiyyət olmaz. Keyfiyyət, ruhdaki sevgi anlayışının ən yüksək halıdır.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İman zəifliyi insanlarda böyük sıxılmaya səbəb olur. Ən kiçik hadisədə dözümsüzlük göstərib bir-birilərinə qəzəblənmələrinin əsasında da bu sıxılma var. Bu güclü sıxılma ilə tez partlamaq və tezliklə gərginliyi üzərindən atmaq istəyirlər. İman zəifliyi olmadığı zaman belə problemlər olmaz.
A9 TV; 29 yanvar 2018
avatar

Adnan Oktar

Hz. İsanın imanı çox güclüdür. İnsanlara nümunə olacaq imanı vardır. Danışıqlarından, halından imanının dərinliyi anlaşılar. Üzü çox təmizdir. Heybətindən peyğəmbərliyi dərhal görünər. Baxışları, üzü peyğəmbər dərinliyinə malikdir. Zəkası çox güclüdür. İsa Məsih həm Tövrat, həm İncil, həm də Quran hafizidir. Ultramüasir dəliqanlı olacaqdır. Təvazökar və məzlum insandır. Normal insanlardan çox üstün ağlı və dərinliyi var. Mehdiyə vəzir olaraq dünyaya gələcəkdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Həqiqətən Allahdan qorxan, Allahın böyüklüyünü, ucalığını tam dərk edən insanın Quranı əksik yaşaması qeyri-mümkündür.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Dünya miqyasında bir-birini qoruyan və qəbilə kimi hərəkət edən homoseksual qruplaşma var. Kommunistlə mühafizəkar, homoseksuallıqda ittifaq edə bilir. Mühafizəkar üçün haşa dindən üstün olur homoseksual olmaq. Kommunist üçün ideologiyasından daha yüksək olur homoseksuallıq. Buna görə də, çox rahat anlaşıb ittifaq edə bilirlər. Birləşib dindar, səmimi, həqiqi möminlərə qarşı mütəşəkkil hərəkət edirlər. Bu təhlükəyə qarşı dövlətimizin bütün qurumlarının ayıq-sayıq olması əhəmiyyətlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Hər fikrə, hər düşüncəyə hörmət göstərmək lazımdır. Xristiana, musəviyə, ələviyə, sünniyə, ateistə, əylənən, gülənə, gülməyənə, qadınlara, hər kəsə hörmət göstərmək lazımdır. İnsanlara müdaxilə etmək çox lazımsızdır, istəyən istədiyi kimi yaşaya bilməlidir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Münafiqlərin dünyada dostları yoxdur, axirətdə də sonsuza qədər tək-tənha olacaqlar.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsan həssas varlıqdır. Sevgiyə görə yaradılmışdır. Evində, ailəsində, küçədə, məktəbdə, əyləncədə sevgini tapa bilmədikdə, insanlar böyük stressə düşür. 3-5 il sonra, əsrlərdir insanlardan getmiş olan sevgi geri qayıdacaq. Bunu hamımız birlikdə görəcəyik inşaAllah.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

Allahı əsas götürən insanın hər danışığı faydalı və xeyirlidir. Boş danışmaqdan qaçar. Müsəlman Allahın zamanı necə keçirdiyini soruşacağını bildiyi üçün zamanı ən yaxşı şəkildə dəyərləndirər. Zamanı israf etməz.
A9 TV; 28 yanvar 2018
avatar

Adnan Oktar

İnsanların çoxu bir-birinə güvənə bilmədikləri üçün bir-birilərini heç vaxt səmimi sevə bilmirlər. Sadəcə küsməyi bacarırlar. Ağıllı insanı axtarmaq lazımdır. Ağıllı, Allahdan qorxan, eqoist olmayan insanı tapıb onunla dost olmaq əhəmiyyətlidir. Həqiqətən sevməyi bacaran insan azdır, o insanı tapanda buraxılmaz.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

Dərviş əxlaqlı insan olmaq gözəldir. Eqoist olmamaq üçün mütləq maddi imkan lazım deyil. Maddi imkanı məhdud da olsa insan fədakar olar. Dünyadan imtina edən insan olunduğu zaman eqoistlik sıfır olar.
A9 TV; 9 fevral 2018
avatar

Adnan Oktar

İnsan keyfiyyətində azalma olmasını mühüm məsələ kimi görmək lazımdır. Daha nifrət dolu, daha bəsit, daha eqoist və dardüşüncəli adi insanların sayının artması cəmiyyət üçün mühüm təhlükədir. Bu insanlar müasirlik adı altında Allahın haram etdiyi homoseksuallığın müdafiə edilməsindən narahat olmurlar. Homoseksuallıq müdafiəçiləri sanki qəbilə kimi bir-birini müdafiə edir və dəstəkləyirlər. Görünüşdə mühafizəkar olurlar, lakin həmişə homoseksuallarla iç-içə olur, onları müdafiə edir, qanuniləşdirməyə çalışırlar. Homoseksuallıq Allahın haram buyurduğu böyük günahdır və bütün gənclərimizi bu fəlakətdən qorumaq milli məsələdir.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Allah; “yer üzündə fitnə qalmayana və dinin hamısı Allahın olanadək elmi yolla mübarizə aparın” deyə bildirir (Ənfal surəsi, 39). Homoseksuallıq, darvinizm, materializm, kommunizm, PKK və digər terror təşkilatları, hər cür azğınlıın hamısı fitnədir. Əgər bu fitnələrlə elmlə, irfanla var gücümüzlə mübarizə aparsaq, Allah onun bərəkətini gətirər, İslamı hakim edər.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Vicdansız insan qəlb qırmaqdan narahat olmaz. Tam əksinə sadistcə xoşbəxt belə ola bilər. İnsanları narahat etmək bəzilərinə qələbə kimi gələr. Yüksək əxlaqlı insan üçün belə şey vicdanən çox sıxıntı vericidir. Lakin münafiqlər kimi alçaq xarakterli, əxlaqsız insanlar üçün pislik normal haldır. Həyasız və arsız olduqları üçün pis olmaqdan narahat olmazlar.
A9 TV; 10 fevral 2018
avatar

Adnan Oktar

Quranda rəsm çəkmənin haram olduğuna dair ayə yoxdur. Rəsm çəkmənin haram olduğu, sadəcə xurafatdır. Rəsm nemətdir, gözəllikdir.
A9 TV; 29 yanvar 2018
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Bir mövzuda hökm verərkən ədalətli olmaq üçün heç kimin təsiri altında qalmamaq lazımdır. Ədalət ağıl işidir. Ən ağıllı, ən səmimi, ən doğru nədirsə ədalət onu tapar. Türkiyədə 28 fevral düşüncəsində olan bəzi kəslər ədaləti öz kin və qəzəblərini göstərmək üçün silah kimi istifadə etmək istəyirlər. Ədalət belə çirkin yollara girməz, ədalət dürüst və ağıllıdır, İslam nuruyla nurlanmışdır. Sitatlar
Bu qədər çox insanın, bu qədər çox ölkənin talib olduğu; fərqli-fərqli qrupların bir-birinin əleyhinə olduğu Yaxın Şərq kimi ərazidə sükunətin hakim olması çox çətindir. Türkiyənin də təkbaşına ucsuz-bucaqsız bir əraziyə gücünün çatmasını gözləmək səhv olar. Türkiyə özünü təhlükələrə qarşı müdafiə edən və qoruyan ölkədir. Liviya, İraq, Misir, Suriya, Əfqanistan kimi ölkələrin də içində olduğu belə geniş ərazidə sülh, İslam Birliyi, mehdiyyətin sevgisi və birləşdirici gücü ilə həll edilə bilər. Sitatlar
Darvinizmi elmi olaraq yerlə bir edən, İslam Birliyinin şübhəsiz reallaşacağını izah edən, İsa Məsih və Mehdini şövqlə gözləyən, qadınlara bu qədər dəyər verən, ənənəçi Ortodoks sistemin əsas ziddiyyətlərini Quran ilə ortaya qoyan, Qurandan heç vaxt güzəştə getməməyə diqqət göstərən, pul qarşılığı dinin təbliğ edilməyəcəyini izah edən, İslam əxlaqının dünyaya hakim olacağını müjdələyən tək cəmiyyət bizik. Sitatlar
Dövlətin başçısına sadiq olmaq türk millətinin 5 min illik adətidir. Dövlətin tək bir başçısı var və 83 milyon o liderə bağlı şəkildə hərəkət edəcəyik. Millət olaraq cəsuruq, dəliqanlıyıq, mərhəmətliyik, gözəl əxlaqlıyıq. Hamısından əhəmiyyətlisi Allahın lütfü altında olan millətik. Mütləq çox gözəl günlər görəcəyik. Sitatlar
PKK-nın bölgədən tamamilə silinməsi lazımdır. Bölgədə terrorçu strukturun mövcudluğunu heç bir ölkə qəbul etməz. Türk ordusu çox ağıllı və çox mərhəmətlidir. Dünyanın ən alicənab, ən mərhəmətli, ən şəfqətli ordusudur. Ordumuz istəsə bu əməliyyat çox qısa müddətdə bitər. Lakin mülki vətəndaşlara zərər gəlməməsi üçün tək-tək, seçərək, diqqətlə irəliləyirlər. Heç kim Türkiyəyə və ordumuza qarşı fərqli ittihamla çıxış edə bilməz. Sitatlar
Sevgi və güvən İslam Birliyi üçün zəruri komponentlərdir. İslam Birliyi hər yerdə tərtəmiz ədalət, köməkləşmə, bir-birini qoruma, dostluq, yoldaşlıq, mərhəmət, keyfiyyət və gözəlliyin hakim olması deməkdir. Sitatlar
Allah ordumuzun səfərini mübarək etsin, qələbə versin. Allah Türkiyənin düşmənlərini, namərdləri, xainləri çox pərişan etsin. Münafiqlərin, xainlərin rejimini yerlə-yeksan etsin. İslam əxlaqını dünyaya hakim etsin. Türk millətini müzəffər etsin, İslam Birliyinin öncülü etsin, bizi də Mehdiyə tələbə etsin. Sitatlar
Ərəblərlə türklər qardaşdırlar. Bizi bir-birimizdən ayırmağa çalışan İngiltərə dərin dövlətinin oyununa düşmərik. Buna görə də, bir səhv olduğu zaman təkcə o səhvi edənin məsul olduğunu vurğulamaq əhəmiyyətlidir. Bir cəmiyyəti, xalqı, irqi kütləvi halda ittiham etmək doğru olmaz. Ərəb, kürd, türk, bosniyalı, hamımız birlikdə qardaş olacağıq, İslam Birliyini yaradacağıq inşaAllah. Sitatlar
İngilis rumiliyi, İslam dininə qarşı istifadə etmək üçün İngiltərə dərin dövləti tərəfindən formalaşdırılıb. Anadolu mövləviliyindən fərqlidir. Ateistlər, darvinistlər, İslam əleyhinə olanlar rumiliyi müdafiə edib dəstəkləyirlər. Çünki bu rumilikdə dindən ayrı bir fəlsəfə müdafiə edilir. Sitatlar
İngiltərə dərin dövləti Darvinin türk millətini haşa inkişaf etməmiş heyvan kimi görmək fikrinə sahibdir və əzilməsinin lazım olduğuna inanır. Bu çirkin fəlsəfəyə qarşı, tamamilə milli bir ölkə olaraq, bütün qurumları bunlara qibtə edənlərdən təmizləyərək təsirli ola bilərik. Sitatlar
Milyonlarla müsəlman şəhid edilir. Həmişə əzilir, zülmə məruz qalır. Qanın dayanmamasına, hər gün axmasına insanlar sanki alışmış vəziyyətdədirlər. Lakin bu çox dəhşətli haldır. İslam Birliyi olsa tək damla qan axmaz, tək bir müsəlman haqsızlığa məruz qalmaz. İslam Birliyi mütləq olacaq, lakin ziyalı, müasir, Quran müsəlmanlığının liderliyində olacaq. Sitatlar
Münafiq Qurandan öz murdar əməlləri üçün istifadə etməyə cəhd edər. Bir qədər Qurandan, bir qədər küfr əhlindən öyrəndiyi məntiqlərlə ortaya çıxar. Küfr əhlinə qarşı çıxmaz. Lakin İslam Birliyinə qarşı çıxar. Mehdiyyətə şiddətlə qarşıdır. Peyğəmbərimiz (s.ə.v) dövründən etibarən münafiqlər mehdiyyətə qarşı çıxırdılar, buna görə də əhli-beyti şəhid etdilər. Münafiq, müsəlmanların mənəvi liderinin olmasını istəməz. Sitatlar
Türk dövlətlərinin birləşməsi, Azərbaycan və Türkiyənin bir olması, dərhal ola biləcək gözəllikdir. Rusiyanı da mütləq bu birliyə almaq lazımdır. Sitatlar
İngiltərə dərin dövlətində türk millətinə qarşı nifrət hakimdir. Darvin də türklərin guya aşağı və yox edilməsi lazım olan bir irq olduğunu söyləyirdi. Sitatlar
Fikir azadlığına “hə”, təhqirə “yox” deyək. Heç bir türk məhkəməsi kiməsə fikrinə görə cəza vermir. Təhqir, küfrə görə cəza verilər. Sitatlar
Muxtariyyət, federasiya, əyalət sistemi― bunların hamısı mədəni şəkildə bölünmə adlarıdır. Türk əsgərləri bu adlara etiraz etdikləri üçün şəhid oldular. Heç bir şəhid bunu qəbul etməz. Heç bir türk gənci, müsəlman övladı bunu qəbul etməz. Sitatlar
Türkiyədə yaşayıb, türklüyü qəbul edən, özünü türk olaraq qəbul edən hər kəs türkdür. Burada bir qövm üstünlüyü, bir irqçilik, bir kor-koranə inanc yoxdur. Bir qardaşlıq ruhu var. Bir millətin adı olmalıdır. Bu vətənin də adı Türkiyədir. Sitatlar
Mehdiyyət və İslam Birliyi anlayışı olmadan bir Türk-Birliyi təsirli olmaz. Türk dövlətlərlə ittifaqda Quran ruhu əsas olmalıdır. Sitatlar
Ağıl Quranla birlikdə inkişaf edər. Ağıllı bildiyimiz insan belə Quranı unutduğu zaman yolundan azar, ağıllı ola bilməz. Ağlın yaranması üçün Qurana tam tabe olmaq əsas şərtdir. Sitatlar
Allah axirətdə heç bir bəhanəni qəbul etməyəcək. Lakin Allah orada cəhənnəm əhlini sorğu-sual edəcək və danışdıracaq. Bunun səbəbi cəhənnəm əhlinin nə qədər alçaq və namərd olduqlarını və cəhənnəmə niyə layiq olduqlarını göstərmək və möminlərin qəlblərinə fərəhlik və hüzur olmasıdır. Sitatlar
Allah cəhənnəm əhlini ibrət olsun deyə dünyaya göndərir. Onların da mövcudluğu mühümdür, çünki onları görən möminlər imanlarının dəyərini anlayır, Allaha olan yaxınlıqları artır. Cəhənnəm əhlinin ruhu yoxdur, ölüdürlər. Allah onları insanlara göstərsə insanlar qorxudan küçəyə çıxa bilməzlər, lakin Allah onları bəlli etmir. Sitatlar
Allah, dini son dərəcə azad və rahat yaradır. Amma mövhumatçılar din belə olmaz, qadağalar və çətinliklər olmalı, buna görə biz bir az əlavə edək deyirlər. Bu şeytanın oyunudur. Şeytan yəni dəccaliyyət, dini kilidləmək, içindən çıxılmayacaq hala gətirmək, mürəkkəbləşdirmək, beləliklə kimsənin yaşayamayacağı hala gətirmək istəyər. Dəccaliyyət, səmimi olaraq həqiqi dini yaşamaq və izah etmək istəyənləri də dayandırmağa çalışır. Amma dəccal tərəfdarları hər nə edirsə etsin, boş yerə çırpınmış olur, xeyir və haqq hər zaman qalib gələcəkdir. Sitatlar
Allah əsgərimizə güc, qüvvət, sağlamlıq versin. Onlar dünyanın ən mərhəmətli, ən nəcib ordusunun igidləridir. Allah ordumuzu müzəffər etsin. Sitatlar
Allah Hakkaridə şəhid olan igidimizin şəhadətini mübarək etsin. Nə xoşbəxt ona. Onlar bizim quzumuzdur, igidimizdir, aslanımızdır. Axşam yeməyində Rəsulullah (s.ə.v) ilə birlikdədirlər nə gözəl. Allah bizə də şəhadət nəsib etsin. Sitatlar
Allah igidlərimizin şəhadətini qəbul etsin. Ailələrinə gözəl səbir nəsib etsin. Nə gözəl məqamları var, Allah bizə də o gözəl məqamı versin. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur