logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 10 dekabr 2016

avatar

Adnan Oktar

İngiltərə dərin dövləti Əbdülhəmid dövründən indiyədək azğınlığını davam etdirən təhlükəli quruluşdur, həmişə fikri olaraq üstlərinə getmək əhəmiyyətlidir. Ən mühüm mövzuları həmişə gündəmə gətirdik. Birtərəfli darvinizm təhsili gənclərin sevgisiz və eqoist olmasına səbəb olur, dayandırılsın dedik. Əbdülhəmid dövründən indiyədək dövlətin içinə gizlicə daxil olaraq xalqı degenerasiya edən içkini, tütünü, fahişəliyi yayaraq fəaliyyət göstərən İngiltərə dərin dövlətinin fəlsəfəsini, tərəfdarları ilə necə əlaqə yaratdığını, necə təşkilatlanma içində fəaliyyət göstərdiyini təfərrüatları ilə qeyd etdik. Bu sürətlə getsə İngiltərə dərin dövlətinin tam mənası ilə bitdiyini görəcəyik. Osmanlının övladları 200 illik hadisənin fikri olaraq intiqamını alır.
A9 TV; 10 dekabr 2016
2321
avatar

Adnan Oktar

Allah pulu, malı, mülkü toplayıb yığmağı deyil, xeyriyyəçilik işlərində istifadə etməyi əmr etmişdir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Sevgini bilməyən insanlara biz sahib çıxaq. Səbirlə, ayələrlə, sevgi ilə izah edərək Rəhmanın tərəfinə keçmələrinə vəsilə olaq.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Türkiyədə gənclərin bir hissəsini nifrətə meyilli, kinli, nəzakətsiz, sevgiyə qapalı, ruhu və bədəni çirkli insanlar halına gətirdilər. Bəzi gəncləri belə sevgisiz və xəstə ruhlu yetişdirmələrinin səbəbi bu insanlardan hər cür alçaq və Türkiyə əleyhinə olan işlərdə istifadə etməkdir. Zarafatları keyfiyyətsiz, ruh və fiziki cəhətdən inkişaf etməmiş cansıxıcı gənclərin yetişməsi İngiltərə dərin dövlətinin xüsusi təşkil etdiyi vəziyyətdir. Vücudu və ruhu özünə küsmüş, dünyadan zövq ala bilməyən, qəmgin tiplər xüsusi olaraq yetişdirilir, bu insanları israrla sevgiyə dəvət etmək lazımdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq çox boşboğaz, lovğa, nalayiq, lakin şeytani qabiliyyətlə hazırcavabdır, çox ardıcıl yalanlar söyləyər. Peyğəmbərimiz (s.ə.v) də münafiqlərin boşboğaz olduqlarına diqqət çəkmişdir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqin namərd xüsusiyyətlərindən biri də Qurandan istifadə edərək müsəlmanlara qarşı mübarizə aparmasıdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq İslama, Qurana xidmət etməmək üçün min bir cür bəhanə irəli sürər. Hamısı namərdcə, alçaqca bəhanələrdir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlərin Peyğəmbərlə özəl danışmaq istəməsinin səbəbi əxlaqsızlıqlarına müsəlmanların şahid olmasına mane olmağa çalışmaqdır.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq Peyğəmbərin mərhəməti və şəfqətindən alçaqca qurduğu tələyə vəsait kimi istifadə etmək istəyər. Mərhəmət, hörmət, nəzakət kimi bütün ülvi duyğulardan alçaqca və namərdcə müsəlmanların əleyhinə istifadə etməyə çalışar.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Sağlamlığını bəhanə edərək müsəlmanları narahat etmək, onlardan mənfəət əldə etmək münafiqin ən alçaq cəhətlərindən biridir. Münafiq haşa Peyğəmbəri, müsəlmanları düşünməyən biri kimi göstərmək üçün sağlamlığını irəli sürüb; "bu istidə döyüşə çıxmayaq" deyər.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqin ruhunda anarxiya olduğu üçün həmişə xaos istəyər, qaraya ağ, ağa qara deyərək hər mövzuya mütləq müxalifət edər.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Münafiqlərdə şeytan zəkası olduğu üçün şeytani qabiliyyət yaranır. İngiltərə dərin dövləti də münafiqlərdən şeytan ordusu kimi istifadə edir.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Allah sevgisi həyatın ən mühüm nemətidir. Allah sevgisi olmadan heç bir sevgi olmaz, heç nəyin mənası da olmaz.
A9 TV; 10 dekabr 2016
avatar

Adnan Oktar

Mən Allahın aciz quluyam. Heç vaxt Mehdilik iddiam olmadı və olmayacaq.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

İsa Məsihin palçıqdan düzəltdiyi quşun o anda canlı olub uçması təkamüllə yaradılış var deyənlərə qəti cavabdır.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Üst ağıl İngiltərə dərin dövlətidir. Bu üst ağılın Osmanlını parça-parça etdiyini bütün sənədləri ilə göstəririk.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Müsəlmanların əziyyət görməməyini istəyən İslam Birliyini istəməlidir, Mehdi və İsa Məsihin gəlişi üçün dua etməlidir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanların yanında təkəbbürlüdür, lakin küfr əhlinin yanında acizdir. Küfr əhli münafiqlərin alçaqlığını bildiyi üçün onları çox alçaldar.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq şərəfsiz olduğu üçün yalan söyləməkdən utanmaz, insanın gözünün içinə baxa-baxa yalan söyləyər. Münafiq yalan söyləyərkən üzərində yalan söyləməkdən irəli gələn heç bir narahatlıq olmaz. Bu arsızlığın səbəbi şeytanın nəzarəti altına girməsidir. Münafiqin ağzından yalan, su kimi axar. Yalanlarının ardı-arxası kəsilməz.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq müsəlmanlara sevgi göstərirsə, bunun ardınca mütləq xainlik və pislik gələcək deməkdir.
A9 TV; 9 dekabr 2016
avatar

Adnan Oktar

Münafiq ən dostyana göründüyü anda ən böyük xainliyi edər. Müsəlmanın ayıq-sayıq olduğu dövrdə münafiq hücum etməz.
A9 TV; 9 dekabr 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Türkiyənin sərhədində həmişə terrorist yetişdirən kommunist, Stalinist quruluş var. Bu quruluşun əsil fikrinin aradan qaldırılması lazımdır. YPG/PKK-nın fikri zəmini aradan qaldırılmadığı müddətcə terror bitməz. PKK/YPG və digər terror təşkilatları üçün insan tapmaq çətinliyi olmur. İnsanların inancının aradan qaldırılması lazımdır ki, sistem bitsin. Sitatlar
PKK-ya qarşı da İŞİD-ə qarşı da mütləq elmi mübarizə aparılması lazımdır. Elmi mübarizə terrorun zəminini tamamilə aradan qaldırar. Sitatlar
PKK-nın silahı yerə qoyub ölkədən kənara çıxması deyə bir şey olmaz. Onlar ideologiyası üçün on minlərlə insanı qətlə yetirmiş, ölməyə, öldürməyə əzm etmişlər. Adamları çəkindirəcək hüquqi tədbirlərlə yanaşı, mütləq şiddəti müdafiə edən ideologiyasını fikirlə aradan qaldırmaq lazımdır, yoxsa əl çəkməzlər. Sitatlar
Terrorist əhvali-ruhiyyə ilə ayaqda dayanır, bunların əhvali-ruhiyyəsini korlayacaq olan fikirlərinin yanlışlığının söylənilməsidir. Bomba, silah bunları daha da şövqləndirər. Ölməyə əzm ediblər. Lakin fikirlərinin əsassızlığından danışsan yıxılar, tamamilə çökər. Anti-darvinist, anti-materialist təhsil verilməlidir. Sitatlar
Normalda hər insanın çox normal və stabil olması lazımdır, lakin insanlarda yaxşılıq zənginliyi olduğu qədər pislik zənginliyi də olur. Qısqanclıq, qəzəb, eqoistlik, dava-dalaş, dedi-qoduçuluq kimi mənfi xüsusiyyətlər bəzi insanlara heyrətamiz şəkildə hakim olur. Sitatlar
Kommunizmlə, Stalinizmlə ideoloji, fəlsəfi hesablaşma aparılmadıqdan sonra PKK terroru mövcudluğunu davam etdirər, hətta güclənər. Sitatlar
Terrorla mübarizədə yanlış üsul tətbiq edilir. Əvvəlcə təhsil müəssisələrində gənclərə; "sizin əcdadınız meymun idi, ilk əcdadlarınız da ibtidai icma həyat yaşayırdı, tarix bir parabola izləyir və indi yenidən əcdadlarımızın yaşadığı ibtidai icma cəmiyyətinə doğru qayıdırıq, hazırkı sistemi dağıtmağın yolu da zorakılıqdır" deyilir. Buna görə də "məhv olsun terror" demək deyil, terrorun bu fikri zəminini aradan qaldıracaq mədəni iş görmək lazımdır. Sitatlar
Tək bir insanı öldürmək bütün dünyanı öldürmək kimidir. Zorakılıq heç vaxt qəbul edilə bilməz. Mübarizə ancaq fikirlə və elmlə aparılar. Sitatlar
Qarşı tərəfin irəli sürdüyü fikir zəif də olsa, qarşı fikir ortaya qoyulmadığı müddətcə müvəffəqiyyətli nəticə əldə etmək mümkün olmaz. Mütləq əks ideoloji mübarizə aparmaq lazımdır. Qarşı tərəfin fikrini elmi olaraq tam çürütmədikcə müvəffəqiyyət qazanıla bilməz. Sitatlar
Ruhlarında iman gücü olmayan insanların Allah sevgisini, iman həqiqətlərini, cənnət gözəlliklərini izah edən cümlələri olmur. Lakin mübahisə, söz ilişdirmə, dedi-qodudan söhbət gedəndə çox qabiliyyətli olurlar. Sitatlar
Qeybət haramdır. Allah qorxusu və Allah sevgisi olmadıqda bəzi insanlar güclü istəklə dedi-qodu edirlər. Sitatlar
Arda Turan tərbiyəli, nur kimi müsəlmandır. Sevgisiz insanların zəhərli dilləri ilə özünü narahat etməyə çalışmalarına heç etibar etməsin. Sitatlar
Bədən Allahın insana təmin etdiyi gözəl portretdir, lakin bədən incəlik, ədəb, yüksək keyfiyyət və sevgi ilə bəzənmədikdən sonra insana xoşagəlməz gələr. Sitatlar
Allah sevgisi güclü olduğu zaman dərin şəfqət, mərhəmət və fədakarlıq olar. Fələstin-İsrail probleminin həll edilməsi də Allah sevgisi ilə olar. Fələstinli gənclər də, İsrailli gənclər də, Allahı çox sevib səmimi dindar olduqları təqdirdə bir-birlərinə hörmət və sevgi bəsləyərlər. Sitatlar
Nifrətlə nəticə əldə etmək olmaz. Əsəbi, kinli anlayışla heç bir problem həll edilməz. Allah sevgisindən irəli gələn sevgi və mərhəmət olmalıdır. İsrail-Fələstin məsələsində torpaq problemi deyil, sevgisizlik problemi var. Nifrət aradan qalxsa, sevgi və qardaşlıq ruhu yaransa, dərhal sülh hakim olar. Sitatlar
Qadının əsas xüsusiyyəti sevmək və sevilməkdir. Sevgi olmadıqda qadın yorulmağa başlayar, həyat zövqü tamamilə əlindən gedər. Sitatlar
Kommunist terrorist təşkilatlara və PKK-ya qarşı ediləcək ən mühüm həmlə darvinizmi fikri olaraq yerlə-yeksan etməkdir. Bu, terrorun beynini dağıtmaq olar. Sitatlar
Darvinizmi elmlə, dəlillə, fikri olaraq əzməyimiz bütün dünyada təsir oyatdı. Sitatlar
Bazara gedir meyvələrə tərəvəzlərə heyran olur, bitkiyə baxır heyran olur, heyvanlara heyran olur. Bütün bunlar necə yarandı deyirik, təsadüf deyir. Hər şey təsadüflə yarandı demək, tarixin ən alçaldıcı, ən məntiqsiz izahıdır. İnsanlar bir müddət sonra bunu necə dedik deyə təəccüblənəcəklər. Sitatlar
Bərzanini referendumdan əvvəl dəfələrlə xəbərdarlıq etdik. İngiltərə dərin dövlətinin sözünə güvənmə dedik. Bölgə xalqlarını bir-birinə qırdırmaq üçün oyun var dedik. Sözümüzə qulaq asmadı. Sitatlar
İngiltərə dərin dövləti hiyləgərcəsinə fəaliyyətlərini gizlədən strukturdur. 200 ildir ki, özünü quzu kimi göstərən əjdaha olaraq fəaliyyət göstərir. Bunların oyunlarına qarşı çox diqqətcil olmaları əhəmiyyətlidir. Xüsusilə siyasətçilər və bürokratların ayıq-sayıq olmaları lazımdır. Sitatlar
İsa Məsihi görmək bütün dünyanı çox həyəcanlandıracaq. 2000 il sonra insanlar Peyğəmbər heybətini təkrar görəcəklər. Sitatlar
Münafiqlər ətə dadanmış quduz it kimi hərisliklə yaşadığı üçün yaşının ötdüyünü də görməz. İt kimi illərlə müsəlmanlara xidmət edər. 20 il ərzində Allah onun fərasətini, bəsirətini bağlayar. 20 il eşşək kimi çalışar, müsəlmanlara xidmət edər. 20 ilin sonunda bağıra-bağıra, tullana-tullana qaçar. Lakin alnındakı axmaqlıq yazısını silə bilməz. Uzaqdan həmişə möminləri seyr edər. Möminlərin böyük rahatlıq, fərəh, zənginlik içində yaşamasını gördükcə əzabı daha da artar. Sitatlar
Son 10 ildə 20 milyon müsəlman həyatını itirdi. Münafiqlərin hamısı bu 20 milyon müsəlmanın şəhid olmasına göz yummaq, yəni təhrik etməkdən məsuldurlar. Çünki Allah rizası üçün elmi yolla mübarizə aparmağı tərk edib öz nəfslərini seçirlər. Dünyada və axirətdə bunun hesabını verəcəklər. Sitatlar
Qardaşlarımızın çoxu İngiltərə dərin dövlətinin son 200 ildir ki, millətimizə qarşı oynadığı oyunları bilmir. Biz ingilis xalqını və İngiltərə dövlətini sevir, hörmət edirik. Lakin İngiltərə dərin dövlətinə qarşı elmi mübarizəmiz həmişə davam edəcək. Bu günə qədər Türkiyə əleyhinə nə qədər hadisə vardırsa, arxasından həmişə İngiltərə dərin dövləti çıxmışdır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur