logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 29 may 2015

avatar

Adnan Oktar

İnsanın müqavimət göstərmə gücü çox böyükdür. Beyninə əmr verəcək, etməyəcək. Məsələn, İslama xidmət etməlidir; "çox yorğunam" deyir. Təlqinlə edirsən, yorğun olmaq da nədir? Sənə 5 min lirə verəcəklərini eşitsən göyə uçarsan. Yalan deyirsən, elə bir şey olmaz. Əldən düşmüşəm, yorğunam, az qala yerə düşəcəyəm deyir. Bir mənfəətin olsa, bax gör necə dəliyə dönərsən.
A9 TV; 29 may 2015
2083
avatar

Adnan Oktar

Şeytan insanı romantik hala salır, beyninə iynə yeridir, beyni keyləşir, sərxoş hala gəlir. İpi şeytanın əlinə verir, o da onu istədiyi kimi sürüyür. Müsəlman o ipi dərhal qoparmalıdır. Özünə; "nə baş verir?", "sən nə edirsən?" deməlidir, mən bu ipi qoparıram deyib, dərhal Allahın ipinə sarılmalıdır. “Hablullahul metin, urvetül vüska”, Allahın qopmaz, qoparılmaz ipi.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

İnsan şeytana uyarsa, onu inciklik və ya kin sürükləyər. Yəni boğazından yapışar, sürükləyər. Müsəlman güclü bir zərbə endirməklə o pəncəni boğazından qoparmalıdır. Sürüklənməyə razı olmamalıdır. Sürüklənmək çox alçaldıcı bir şeydir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Müsəlman üçün qəzəblənmək çox gülünc bir şeydir. Qəzəb alovu adamı bürüyür, heyvanların sürüklədiyi kimi sürükləyir. İnsan da qəzəbini yatırda bilmir, özünü rəzil-rüsvay edir. Belə olmaz. Ağlını işlətməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Əvvəla müsəlman anormal şeylərə müqavimət göstərməyi bacarmalıdır. Məsələn, qəzəblənməyə müqavimət göstərməyi bacarmalıdır. Qəzəblənmək heyvani instinktdir. Qəzəblənməmək insani üstünlükdür.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bilə-bilə səhvi təkrarlamamaq, davam etdirməmək lazımdır. Buna baxmayaraq, meydana gələn hadisələrdə daim müsəlman üçün xeyir vardır. Taleyindəki hadisədir. Amma səbəbə sarılmalıdır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ağlı istifadə etmək, səmimi olaraq Allahla əlaqə içində olub təlaşlanmadan şeytanın, ağlı harada pozacağını düşünərək Allahın işarəsini görməyə çalışmaqdır. Çünki ağlı onsuz da Allah istiqamətləndirər. İnsan vicdanına tabe olduğundanda səhvi, təhlükəni fərq edər. Allah ona ilham edər, hiss etdirər.
A9 TV; 29 May 2015
avatar

Adnan Oktar

Allah imtahanın tələbi olaraq şeytana imkan verir. Bu vəsiləsiylə də insanlar mükəmməl imtahana çəkilmiş olur. İnsanın nəfsi, şeytanla mübarizə apararaq yetkinləşir, kamilləşir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Ayələrdə cihaddan bəhs edilərkən mübarizə aparmaq nəzərdə tutulur. Elmi mübarizə, çalışma, hər cür fəaliyyət. İnsanlar həmişə asıb-kəsmək kimi başa düşürlər. Cihad, Allah yolunda səy göstərməkdir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bir şey bir az tərs getsə belə, müsəlman onda xeyir olduğunu düşünməlidir. Tərslik oldu deyir. Sən Allaha tam mənasıyla təvəkkül etsən, meydana gələn hadisə xeyirli olandır.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Bəziləri din deyildikdə qəribə romantizmə və ruh halına bürünürlər. Allah ağıllı rəftarla zikr edilməlidir.
A9 TV; 29 may 2015
avatar

Adnan Oktar

Səbir etmək və təvəkkül etmək. Bunlar Allahın sevdiyi, bəyəndiyi iki əxlaq xüsusiyyətidir. Təvəkkül nə deməkdir? Deməli, mömin böyük hadisələrlə qarşılaşacaq ki, təvəkkül edəcək, səbir edəcək. Belə olduqda təşvişə qapılmır, kədərlənmir, qorxmur.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allahın vədi üçün olan vaxt artıq bitdi. Yəni qiyamətə təxminən yüz illik bir vaxt qalır. Hakimiyyət yalnız bu əsrdə təmin edilə bilər. Onun üçün artıq masonluq da, tampliyerlər də, sanhedrin də, dərin dünya dövləti də qərar verməlidir. Çünki başqa cür olduqda, dünya tamamilə yox olacaq. Artıq İslam Birliyini hakim etməyin vaxtı gəlib çatdı.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Göz çox mükəmməl bir orqandır. Sən mutasiya yoluyla, bayağı yolla meydana gəldi deyirsən. O, bayağı yolla meydana gəlməz. Bayağı bir şey səni kor edər. Mutasiya səni ayaq üstə dayana bilməyəcək hala gətirər. Mutasiya, ancaq korluq, karlıq meydana gətirər. Mövcud sistemi yox edər. Başqa bir şey olmaz.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah əsil dindarlığı nəzərdə tutur. Yoxsa sosial həyatı vardır, bir də guya dini yaşayır; belə şey olmaz. Sosial həyat deyə bir şey ola bilərmi? Din hər yerə hakimdir. Möminin hər şeyinə hakimdir. Sosial həyat nə deməkdir? Bebek məhəlləsinə gəzməyə gedərsən, Allah rizası ona hakimdir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allahı sevmək həm zövqlü, həm bərəkətli, həm də qəlbə rahatlıq, hüzur verən bir şeydir. Eləcə də tezliklə bərəkət gəldiyi görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü göstərər.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah dünyada milyonlarla, milyardlarla, trilyonlarla möcüzə yaradır, saymaqla bitməz. Allah nemətin təqdir olunmasını istəyir, sənətinin görülməsini, sənətinin ayrı-ayrılıqda təqdir edilməsini istəyir. Allah: "Qruplara ayırıb saysanız belə, yenə də sayıb bitirə bilməzsiniz nemətləri" deyir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v)-in iman gücü səhabələri həyəcanlandırmışdır. İmanlı insanın başqalarının arasında olması böyük şeydir. Bunun üçün şeyxləri sevərlər, təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ən azından ətrafındakı insanlar bu cür gördükləri üçün.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Ölüm, müsəlman üçün elə də çətin şey deyil. Qəfildən yuxudan oyanma kimi olur. Allah "asanlıqla" deyir, Allah, tam asanlıq mənasında söyləyər, yarım asanlıq mənasında söyləməz. Məsələn, insanın canı bir qədər ağrıyırsa, bir qədər çətinlik çəkirsə buna asanlıq deyilməz. Heç bir çətinliyin olmamasına asanlıq deyilər.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

Allah gözəl bir imtahanla imtahan edir. Əslində, eyni zamanda gözəl təhsil də verir. Sonunda yetkin, nəzakətli, cənnət əxlaqına uyğun bir xarakter meydana gəlir.
A9 TV; 28 may 2015
avatar

Adnan Oktar

İnsan gözündə böyütdüyü təqdirdə, səbir etməkdə çox çətinlik çəkər. O zaman dözməli olar. Dözmək ayrı, səbir ayrı şeydir. Səbir zövqlə, asanlıqla edilən ibadətdir.
A9 TV; 28 may 2015
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
Ən yaxşı dincəlməyin sirri (təbiidir ki, Allah dincəltsin deyə etmərik, ancaq Allah rizası üçün edərik) Allahla tam əlaqə qurmaqdadır. Başqa cür dincəlmək olmaz. Yəni Allahla olan əlaqə qətiyyən zəiflədilməməlidir. "Sonra artıraram" demək də səhvdir. Sitatlar
İnsanlar Allaha tam təslim olmurlar. Mənfəətləriylə zidd düşəcəyi vaxt, dini tərk edəcək çox böyük bir insan kütləsi olduğunu görürəm. Mehdi (ə.s) isə, bütün mənfəətləriylə zidd düşsə belə, daim Allahın razılığını istəyən bir insandır. Çünki həyatın bütün yönlərindən əl çəkdiyi hədislərdən aydın olur. Sitatlar
Bəziləri ehtiyac sahibi qardaşlarımıza kömək etmək məsələsində “pulu haradan tapacağıq?” məntiqiylə danışırlar. Allah qat-qat bərəkətini gətirər. Savabı əhəmiyyətlidir, Allahın rizasını qazanmaq əhəmiyyətlidir. Rizasını qazansan Allah da bərəkətini gətirər. Rizasını qazanmaq əvəzinə xəsislik etsən, Allah əlindəkini də alar, malın-mülkün hamısı əlindən gedər. Sitatlar
Sevgidə şirk olarsa bu olmaz. Məsələn; "mən yoldaşımı çox sevirəm, həyat yoldaşımı çox sevirəm" deyir. Bəs Allahı necə? "Onu da sevirəm" deyir. Olmaz. "Mən həyat yoldaşımı Allah rizası üçün sevirəm, yoldaşımı da Allah rizası üçün sevirəm" deməlidir. "Allahın təcəllisi olaraq sevirəm" deməlidir. Sitatlar
Peyğəmbərimiz (s.ə.v)-in dünyaya gəlişi bizim üçün toydur, bayramdır. Dünyaya nur   saçdı, işıq saçdı. Allah, ondan razı olsun. Biz ondan razı olduq, o da inşaAllah axirətdə   bizlərdən razı olar. Əlbəttə ki, hamısından vacib Allahın razılığıdır, inşaAllah. Sitatlar
Allah rizası üçün, İslama xidmət üçün, bir gün yuxusuz qal desən, yıxılıb özündən gedər. Lakin bu avtomobili sənə verəcəyik desən, üç gün yatmaz, oyaq qalar. Özü də ayaq üstə. Məhz insan xarakterinin kiçikliyini, səthiliyini, heyvanlara necə uyğun olduğunu buradan görürük. Sitatlar
Təbliğdə nə olacaq? Əziyyət, məşəqqət, çətinliklər, təhdid olacaq. Bunlar artdıqca  təbliğin dəyəri artar, Allahın razılığını daha çox qazanarsan. Məqsədin əgər Allahın   rızasını qazanmaqdırsa, rəhmətini qazanmaqdırsa. İki günlük dünya həyatı üçün elə   qorxaqcasına, ürkəkcəsinə yaşamaq çox alçaldıcı bir vəziyyətdir. Sitatlar
Gördüyü işi Allah rizası üçün görməyən mütləq məğlub olar. Ölçü Allah rizasıdır. Allahın rizasını qazanmağa çalışanın, yolu həmişə açıq olar. Bu gizli bir gücdür, naməlum bir gücdür. Sitatlar
Biz Allahdan razıyıq. Allahın etdiyi hər şeyi hikmətlə və gözəl etdiyinə inanırıq. Şəhidlərimizlə də fəxr edirik. Yas tutmuruq, matəmə girmirik. Bunun da şirk olduğunu bilirik. Heç kim, bizi belə çirkin günaha, harama dəvət etməsin. Sitatlar
İman həm dünyada, həm də axirətdə nemətə nail edən gözəllikdir. Lakin biz Allaha dünyada və axirətdə nemət versin deyə iman gətirmirik; varlığı açıq həqiqət olduğu üçün qəti olaraq, haqqəl-yakin iman gətiririk, aşiq olduğumuz, çox sevdiyimiz üçün iman gətiririk. Allahın rizası üçün yaşayırıq. Sitatlar
Allah rizası üçün sevməyin öyrədilməsi lazımdır. Allah rizası üçün sevmək öyrədilməsə “daha zəngini”, “daha gözəli” axtarışı olur. Qətiyyən əbədi sevgi yaranmır. Sitatlar
Gələcək cənnətdir, Allahın rizasıdır. Bu dünyada təbii ki, çalışarsan, mühəndis olarsan, həkim olarsan, lakin nə üçün edərsən? Çörək yemək, yemək yemək üçün deyil, Allahın rizası üçün edərsən. Sitatlar
Allah üçün olana sevgi deyilər. Allahın rizasının ən çoxunu axtarırsansa sevgi çıxar. Yoxsa sevgi olmaz. O, texniki əməkdaşlıq olar. Sitatlar
Küfrdə möhkəmlik yoxdur. Adamla danışırsan, bir də görürsən ki, gedib pislik edir. Kənarda azğınlıq, manyaklıq edir. Mənfəəti qədər yanaşmaq istəyir. Mənfəəti olmayanda gəlmək istəmir. Halbuki, İslamda mənfəət olmadan Allaha qul olmaq var. Ona görə çox gözəl yaşanır. Davamlı olaraq sabit bir düzgünlük var. Sitatlar
Bir insan yalnız Allahın rizasını istəsə, bəzi şeylərdən məhrum qaldığını düşünsə belə dünyanın ən xoşbəxt, sevgini ən gözəl yaşayan insanı olar. Sitatlar
Din olmasa həyatın bir mənası yoxdur, Allah qorusun. Mən din üçün, Allah üçün yaşayıram. Hamımız eləyik, inşaAllah. Sitatlar
Allahın rizasını qazanmaq üçün səy göstərəni Allah insanlara da sevdirər. Sitatlar
Mənim dostlarımın dünyaya bağlılığı yoxdur, çox təvəkküllüdürlər və yalnız Allahın rizasına görə hərəkət edərlər. Sitatlar
Mömin Allah rizası üçün yaşayar, Allah rizası üçün də ölər. Allah rizası üçün yaşamadığı zaman həyatı cəhənnəmə dönər. Hər şey Allah rizası üçün olarsa o zaman həyat gözəl olar. Cənnət də Allahın rizasıyla gözəl olur. Sitatlar
Biz bir insanı sevsək Allah rizası üçün sevərik. Allah rizası İslama xidmətinə görədir. Bu, müsəlmanları birləşdirirmi? Vəhdəti təmin edirmi? Fitnəni qaldırırmı? Müxalifliyin qarşısını alır mı? Bunları görürüksə Allah rizası üçün sevməyimiz lazımdır. İbadət olaraq sevərik. Sitatlar
İman gətirən bir insan Allah rizası üçün evlənər, münafiq isə yox olmaq instinktini aradan qaldırmaq üçün evlənər. Sitatlar
Müsəlman Allah rizasının ən çoxunu qazanmaq üçün ailə sahibi olar, Allah yolunda çalışmaqdan qaçmaq, müsəlmanlardan uzaq qalmaq üçün deyil. Sitatlar
Mömin malı və mülkü Allah yolunda mübarizə aparmaq üçün, Allahın rizasını axtarmaq üçün istəyər. Əks təqdirdə o mal insana bəla olar. Sitatlar
Bizim könlümüz axirətdədir. Bizim könlümüz Rəbbimizin razılığındadır. Vəzifədə, mövqedə deyil. Sitatlar
Dünyada görülən hər iş Allah rizası üçün olarsa dünyanın dəyəri olar. Allah rizası üçün olmazsa, bu zaman dünyanın da dəyəri olmaz. Axirəti məqsəd qoyaraq Allah rizası üçün edilsə faydası olar. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur