logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 3 mart 2016

avatar

Adnan Oktar

İslamda himayəçilik sistemi var. Möminlər bir-birlərini öz qardaşları kimi qorumaqla mükəlləfdirlər.
A9 TV; 3 mart 2016
701
avatar

Adnan Oktar

Mömin sevgidə çox ustalaşanda, Allah onu cənnətinə alır. Sevgi öz-özünə meydana gəlmir, əziyyətlə, əzabla, təhsillə meydana gəlir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Bütün mahnılar həmişə ağlamağa həsr olunur. Çünki sədaqət yoxdur, vəfa yoxdur. Din nəyi təmin edir? Vəfa, sədaqət və səbri təmin edir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Sevgi olmasa cənnətin köşkləri, çayları, meyvələrinin heç bir mənası olmaz. Sevgi üçün də imtahan, yəni təhsil lazımdır, əziyyət lazımdır.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah sevilmək istəyir. Çünki sevgi olmasa cənnətin mənası olmaz. Kainatın mənası olmaz, heç nəyin mənası olmaz. Sevgi və eşqlə məna daşıyar.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Allah Özünü səmimiyyətlə, həqiqi mənada sevdiyimizi görmək istəyir. Bu da imtahanla mümkün olur. Allaha olan sevgimizə özümüz də şahid oluruq.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

"Xəbərçilik etməyin", (Hucurat surəsi, 12). Bu, xəbərçilik münafiqlərə aid ayədir. Müsəlmanları ona-buna şikayət edib çətin vəziyyətə salmağa çalışan alçaqlara qarşı Allahın Qurandakı əmridir.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Quranda, “xəbərçilik etməyin” ayəsi, casusluq etməyin mənasındadır. Xəbərçilik, casus sözündən gəlir. Casusluq etməyin, yəni müsəlmanlar barəsində məlumat toplamayın, bu məlumatı gedib başqalarına verməyin, əxlaqsızlıq, zalımlıq etməyin.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Şeytan namazdan uzaqlaşdırmaq üçün insanı təfsilatlara boğmaq istəyər. Namazı pozan minlərlə əlavələr gətirib namazı çətinləşdirirlər, halbuki namaz asandır. Buna görə də, Allah Quranda heç bir təfsilat qeyd etməmişdir; rüku, səcdə və qiyam. Qıl, çıx. Bu qədər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Qadının olduğu yerlərdə savaşmaq olmaz, gərginlik olmaz, nəzakət olar. Qadınların olmadığı yerdə kobudluq olar ümumiyyətlə. Bir qadın belə olsa hər kəs nəzakətlə davranar. Qadın hər yerə nəciblik, nəzakət gətirər.
A9 TV; 2 mart 2016
avatar

Adnan Oktar

Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Stalinizm heç vaxt dövlətsiz olmaz. Proletariat diktaturası Stalinizmin imtina edilməz xüsusiyyətidir. Yoxsa insan Stalinist olmaz. Yəni kommunist olmasının mənası qalmaz. İnsan partiyanı nə üçün qurur? Dövlət yaratmaq üçün qurur.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Gümrah gənclik əvəzinə ölü gənclik hədəf edilir. Ənənəvi ortodoks zehniyyətlə beyninizi, ruhunuzu çürütmək istəyirlər, fitrətinizi yox edirlər və qadın düşməni etməyə çalışırlar. Qadın gözəlliyini yox edirlər. Eləcə də, hiss etdirmədən bu yolla Yaxın Şərqi məhv etdilər. Heç kim bu oyuna düşməsin.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Yaxın Şərqin məhv olması planında tətbiq olunan şeytani üsullardan biri də, ənənəvi ortodoks İslam anlayışı ilə insan fitrətini tamamilə pozub, beyindəki gümrahlığı yox edib, beyin gücünü yox etməkdir. İnsanların beyni məhv olur, çürüyür sanki. Ruhunu, ağlını çürüdürlər və görürsünüz səfaləti, pərişanlığı.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Ortodoks İslam anlayışı insanların gümrahlığını yox edib beyinlərini iflic edir. Bunun nəticəsində həmişə əzilən cəmiyyətlər yaranır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

"Allahın rəhmətindən kafirlərdən başqası ümid kəsməz" deyir Allah. Bir insanın düzəlməsindən ümid kəsmək çox anormaldır. Nəsihət verib doğru yola gəlməsi üçün səy göstərmək lazımdır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Bəzi gənclər arasında istehsaldan, texnologiyadan, elmdən tamamilə uzaq, yaradıcı olmaqdan, incəsənətdən, estetikadan tamamilə uzaq, hazır olanı yeyən, hazır olanla bəslənən və müftəxor olan ruh sistemi çox sürətlə yayılır. Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilərək buna qarşı tədbir alınmalıdır.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Gənclər televiziya kanallarındakı boş proqramlarla vaxt keçirir. Bu, zehinləri boşaldan təhlükəli mədəniyyətdir. Milli şüura sahib nəsil yetişməlidir.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Sevgini yayaq. Müəllimlər məktəblərdə bir dəfə şagirdlərinə sevgidən bəhs etsələr, uşaqlar çox açılarlar. Sinif müəllimləri: "Uşaqlar bir-birinizi sevin, dost olun, qardaş-bacı olun" desə, "sevgi çox gözəl şeydir" desə, "sevgiyə bütün insanların ehtiyacı var" desə, uşaqlar bunu ömür boyu unutmazlar. Bunu bütün müəllimlərdən xahiş edirik. Bütün Türkiyə səviyyəsində sevgidən bəhs etsinlər. Bir kəlmə.
A9 TV; 1 mart 2016
avatar

Adnan Oktar

Hədislərə görə, İsa Məsih (ə.s) ilə Mehdi (ə.s) namaz vaxtı qarşılaşacaq. İsa Məsih, Mehdiyə: "İmam ol, namazı sən qıldır" deyəcək və Mehdi həmin andan etibarən dünyanın imamı olacaq.
A9 TV; 29 fevral 2016
avatar

Adnan Oktar

Xristianların, haşa “İsa ilahdır” demələri bir çox xristian gəncin dindən uzaqlaşmasına səbəb olur. Bu batil inancı yox etməlidirlər. İsa Məsihə Allahın Peyğəmbəri desən xristianlıq dünyanı əhatə edər. Lakin "İsa Allahdır" desən olmaz. Buna görə də, Avropada böyük kütlə dinsiz oldu.
A9 TV; 29 fevral 2016
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
İslamda çətinlik yoxdur. Allah asanlıq olmasını istəyir, ayədə dəfələrlə vurğulayır, "hz. İbrahim (ə.s)-ın dini kimi asandır" deyir. Başqa bir ayədə isə: "Allah sizin üçün çətinlik istəməz, asanlıq istəyər" deyir. İslam bayram kimidir, sevinc dinidir. Asıb-kəsmək, döymək, söymək və qadınlara həyatı zəhər etmək; bunlar yoxdur. İslamda qadınlar çiçək kimidir. Sitatlar
Mehdiyyət sevgi üzərində qurulub. Mehdiyyət həmişə sevgini, mərhəməti, dostluğu və qardaşlığı istəyər. Münafiq sistemi və dəccaliyyət sistemi isə tam əksidir. Sitatlar
Möminlərdən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Qurandan uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. İslam hərəkətindən uzaqlaşmaq, Allahdan uzaqlaşmaq deməkdir. Sitatlar
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən. Sitatlar
İslamı yaxşı tanıyan biri həlim olmağın gözəlliyini bilər. Hz. İsa Məsih həlimdi. Hz. İbrahim (ə.s) həlimdi, Allah həlimliyini tərifləmişdir. Yəhya (ə.s) həlim övlad idi. Peyğəmbərimiz Rəsulullah (s.ə.v) həlim insan idi. Mömin həlim olmalıdır. Sitatlar
Biz İslamın həyatın məhz özü olduğunu göstərdik. Rəqs etmək, gülmək, sevinc hissi, pul, zənginlik, gözəl olan hər şey müsəlmanlar üçündür. Sitatlar
Müharibə çətindir, döyüş çətindir, zülm çətindir. İnsanlara əzab çəkdirmək çətindir. Bunlar çox iyrəncdir. Sevgi, dostluq, qardaşlıq, rifah, zənginlik, bərəkət bunlar zövqlü və gözəl şeylərdir. Sitatlar
Türkiyə dünyanın sevgi mərkəzi olmalıdır, sevgi müəllimlərinin məktəbi olmalıdır. Mərhəməti, şəfqəti, sevgini, dostluğu, qardaşlığı, yaxşılığı, gözəlliyi, təmizliyi dünyaya biz anlatmalıyıq. Sitatlar
Mühüm hadisələr olduqda təxribat çox güclü olar. Fürsət gözləyənlər onsuz da bundan istifadə etmək istəyərlər. Təxribata qapalı bir üslubdan istifadə etmək lazımdır. Gərginliyi azaldacaq, qardaşlıq əlaqəsini gücləndirəcək, sevgini, şəfqəti artıracaq, məqbul, stabil rəftar əsasdır. Sitatlar
Dəhşətli dərəcədə bir qardaşlıq, dostluq və həmrəylik duyğusu yarandı. Onsuz da mehdiyyət də budur. Mehdiyyətin ən mühüm məqsədi reallaşmış oldu. Ən zəruri məqsəd reallaşmış oldu. Sitatlar
İslamın sevgisi, mərhəməti aparıcı olacaq, müasirlik, keyfiyyət, incəsənət, demokratiya, dünyəvilik, gözəllik, Allah qorxusu, Allah sevgisi, bütün dinlərə hörmət hər yerə hakim olacaq, Türkiyə də aparıcı olacaq. Sitatlar
Allah bir gecədə ayrılıqları aradan qaldırdı, qardaşlığı öyrətdi. Bu, mehdiyyətin təməl mərhələlərindən biridir. Qardaşlıq mehdiyyət ruhudur. Sitatlar
Mehdi deyildiyi zaman, düşüncələrində fərqli bir şey canlandıra bilərlər, Mehdi siyasətə əsla qarışmaz, siyasət bütün təşkilatlarıyla işləməyə davam edər. Mehdi yalnız sevgi, qardaşlıq, dostluq üzərində dayanacaq. Sitatlar
İslam adından sevgisiz, zorakılığa əsaslanan bir dünya modelini müdafiə edənlər İslamı deyil, müşrik sistemi müdafiə edirlər. Müşrik sistem ilə İslam eyni deyil. Sitatlar
Qınayanın qınağından çəkinməyən, yalnız Allahdan qorxan, heç bir mənfəət arxasında olmayan, bütün həyatını İslama həsr edən, bütün mənliyi ilə İslama xidmət edən, səhabə əxlaqını, İslamı yaymaq üçün səy göstərən, müasir, ziyalı, incəsənətdən və keyfiyyətdən zövq alan bir cəmiyyətik. Bizim bu xarakterimiz İslama qarşı olan bütün kütlələrə sanki mənəvi zərbə olur. Sitatlar
Bəzilərinin izah etdiyi İslam anlayışının yaşanması qeyri-mümkündür, onsuz da ən yaxınları və hətta özləri belə izah etdiklərini yaşamırlar. Belə donuq, ağır, elmdən və incəsənətdən uzaq üslubla İslam izah edildikdə gənclərə, onları yetişdirə biləcək bir sistem meydana gəlmir. Sitatlar
Müsəlmanların başında mənəvi bir lider olması və İslam Birliyinin reallaşması İslam əxlaqının tələbidir. Sitatlar
Bizim həyat dolu İslam anlayışımız Quran müsəlmanlığıdır. İnsanlara İslamı çətin göstərən dəccaliyyətdir. Gözəl olan hər şey İslamdadır. Sitatlar
Türkiyənin gələcəyi çox gözəldir. Türkiyə inşaAllah lider ölkə olacaq. İslam əxlaqı dünyaya hakim olacaq, hər kəs İslamın gözəlliyini görəcək. Sitatlar
İslam Birliyi dünya cənnətidir. Sülhün, qardaşlığın, sevginin olduğu, müharibənin və döyüşün olmadığı, incəsənət, gözəlliyin hər yerə hakim olduğu sistemdir. Sitatlar
Müsəlmanın yaxşı bir şeyi varsa, eynilə o yaxşı şeydən qardaşının da sahib olmasını təmin edər. Özünün xoşuna gəlsə belə əvvəlcə mömin qardaşına verər. Sitatlar
Türkiyənin hədəfi torpaq genişləndirmək deyil, bütün İslam aləminin birləşməsi, bütün dünyaya sevginin, qardaşlığın gəlməsi, müharibələrin bitməsidir. Sitatlar
Türkiyənin vurğulayacağı əsil şey hər zaman İslam Birliyi olmalıdır. Yəni İslam aləminin birləşərək müharibələrin, əzabların bitməsi, sevginin gəlməsidir. Sitatlar
Müsəlman din faşisti də deyil, irq faşisti də deyil. Bütün din mənsublarını qardaş tutmaq, bütün irqləri dost tutmaq anlayışına sahibdir. Sitatlar
Dindar musəvilər gözəl insanlardır. Minlərlə ildir ki, sədaqətlə hz. Musa (ə.s)-a bağlıdırlar. Lakin şeytan iman gətirənlər arasında düşmənçilik yaratmağa çalışır. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur