logo HARUN YƏHYA

Adnan Oktar A9 TV; 6 noyabr 2017

avatar

Adnan Oktar

Müasir olanın dinsiz olduğuna dair yanlış imic var idi. Bu imici biz aradan qaldırırıq. "Rəsm çəkən, rəqs edən, musiqi dinləyən, əylənən, dekolte geyinən, heykəl sevən dinsizdir. Məzlum, az düşünən, yaxşı təhsil almamış olan, ictimai həyatın içində olmayanlar isə dindardır" deyə düşünürdülər. Hazırda ziyalı, müasir, dərin düşünən, keyfiyyətli və gözəl yaşayanın dindar olduğunu bütün dünya görmüş oldu.
A9 TV; 6 noyabr 2017
614
avatar

Adnan Oktar

Ələvi demək sevgi insanı, incəsənət və gözəllikdən anlayan insan, dürüst müsəlman deməkdir. Ələvilər aslandır. Onlarla qürur duyuruq.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Millətin qüruru, xeyri və şərəfi əhəmiyyətlidir. Tayyib hocam millətin xeyri üçün qərarlar aldığı zaman şəxsi qürurla buna qarşı çıxmaq yaxşı olmaz.
A9 TV; 8 oktyabr 2017
avatar

Adnan Oktar

Nəcməttin Ərbakan hocamız İslama çox böyük xidməti olmuş, xalis, müttəqi, təmiz, mükəmməl müsəlman idi. Təriqət əhli idi. Vəli əxlaqına sahib idi. Allah qəni-qəni rəhmət eləsin.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allah bütün İslam aləminə xilas yolunun Quran əxlaqına sarılmaq, mənəvi lider ətrafında birləşmək, yəni mehdiyyət olduğunu göstərir.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dindar demək dünyanın ən ağıllı, ən müasir, ən keyfiyyətli, ən nəcib insanı deməkdir. Hər peyğəmbər öz dövrünün ən müasir insanıdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Dərin imanla Allahı heç unutmasan, Allah səni çox xoşbəxt yaşadar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim PKK-lı olaraq dünyaya gəlmir, sonradan aldıqları təhsillə PKK-lı olurlar. Təhsillə PKK-lı olan, təhsillə PKK-lı olmaqdan uzaqlaşar. Ən böyük səhvlik anti-PKK təhsilinin verilməməsidir. Bir insan yan gedirsə, doğru yolu göstərsən o doğru yolda getməyə başlayar. Yolu göstərmək əhəmiyyətlidir. Hərbi tədbir təkbaşına faydalı olmaz. Terrora qarşı həll yolu, anti-darvinist, anti-materialist, elmi, ağıllı təhsillə olar. Bütün Türkiyə və Yaxın Şərq miqyasında anti-darvinist, anti-materialist təhsil verilməsi lazımdır.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Qabilin qardaşını şəhid etməsi tarixdəki ilk Dəccal hərəkatıdır. Dəccaliyyət o gündən indiyədək davam etmişdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsanı ən xoşbəxt edəcək şey güclü imandır. Güclü iman olmadığı zaman insan nə etsə də həqiqi mənada xoşbəxt ola bilməz.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

İman zəifliyi insanı məhv edər. Nə geyinsə, nə yesə, hara getsə bədbəxt olar. İman güclü olduğu zaman gecəqonduda belə xoşbəxt olar.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər orqanizmdəki bədxassəli şişdir, murdarlıqdır. O murdarlığın atılması müsəlmanlar üçün fərəhlik və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər çox böyük əxlaqsızlıqlar etmişdir. Rəsulullah (s.ə.v)-in həyat yoldaşlarının pərdə arxasından danışması tədbiri münafiqlərə qarşı alınmış tədbirdir. Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşlarını təsir altına almağa çalışır, həmişə fitnə törədirdilər.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Münafiqlər Peyğəmbərimiz (s.ə.v)-in zənginliyinə heyrətamiz dərəcədə həsəd aparırdılar. "Əbul Qasımın yetimi necə zəngin oldu" deyə alçaqcasına və namərdcəsinə çıxışlar edirdilər. Yetim olan Rəsulullah (s.ə.v)-i Allahın zəngin etməsinə dözə bilmir, heyrətamiz qəzəb hissi keçirirdilər. Qənimətlərdən pay ala bilməmək də münafiqlərin içlərinə oturmuşdu. Qənimət qazanılması üçün müsəlmanların yanında mübarizə aparır, lakin qənimətə nail ola bilmirdlər. Peyğəmbərimiz (s.ə.v)-in qənimətləri Allah yolunda xərcləməsinə dözə bilmirdilər. Peyğəmbərin, onların vəsiləsi ilə zəngin olduğunu düşünür və qısqanclıqdan dəli olurdular. Dövrün dərin dövlətlərinə həmişə namərdcəsinə bilgi ötürür və alçaqcasına Peyğəmbərimiz (s.ə.v)-in həbs olunması və ya şəhid edilməsini ümid edirdilər. Sonunda qənimətləri əldə edə bilməyəcəklərini anlayanda 30-40 il İslama xidmət etdikdən sonra yolunmuş qaz kimi, axmaqcasına ortada qaldılar.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Uşaqlar təhsil aldıqları zaman nəzakət və keyfiyyətlərinin artacağını və çox seviləcəklərini, faydalı olacaqlarını bilsələr zövqlə məktəbə gedərlər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Qadın incəsənət əsəridir. Allahın yaratdığı ən nəzakətli, ən möhtəşəm, ən nazənin varlıqdır.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Heç kim pulun əsli ilə, qızılın, gümüşün əsli ilə təmasda olmaz. Heç kim köşkünün, yaxtasının, avtomobilinin əsli ilə təmasda ola bilməz. Sadəcə, beynində bunların filmini seyr edər. İndiyə qədər bir insan belə malın, mülkün xarici aləmdəki halı ilə təmasda olmamışdır. Tək bildiyi beynində ona seyr etdirilən filmdir.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Hər kəs öləcək. Bu dünyada heç kəs qalmayacaq. Şərəfli, gözəl axirət həyatı əhəmiyyətli olandır. Şəhidlərimiz ən şərəfli axirət həyatına qovuşurlar. Onların məqamına qibtə edirik.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

Allahı çox sevsən, Allah ilə ilahi dərinlik içində, yaxın əlaqədə olsan, Allah sənə sevəcəyin çox gözəl insanlar yaradar.
A9 TV; 4 noyabr 2017
avatar

Adnan Oktar

Mən səmimi olan hər kəsi sevərəm. Məsum musəvi, xristian, buddist, hər kəsə sevgi və şəfqətlə yanaşaram. Musəvilər minlərlə ildir ki, hz. Musaya sadiqdirlər. Allah Quranda Kitab əhlini qorumağımızı və onlara şəfqətlə yanaşmağımızı söyləyir. Məzlum musəvilər bizə əmanətdir. Onları hər zaman qoruyacağıq.
A9 TV; 5 noyabr 2017
avatar

Adnan Oktar

İnsan ağıllı və ağlabatan düşündüyü zaman kin və nifrətin mənasızlığını, təkcə özünə zərər verdiyini asanlıqla görə bilər.
A9 TV; 7 oktyabr 2017
avatar

Adnan Oktar

Quranı oxuyan insan mehdiyyəti çox dəqiq şəkildə anlayar.
A9 TV; 8 oktyabr 2017
PAYLAŞIN
Facebook
X
WhatsApp
Telegram
QR Code
QR Code
2023-cü il Allahın icazəsi ilə münafiqlərin elmi yolla tam məğlubiyyətə uğradığı günlər olacaq. Qanunla, elmlə, irfanla, hüquqla İngiltərə dərin dövlətinin Türkiyədəki bütün xainlərinin fəaliyyətlərini zərərsizləşdirəcəyik. Sitatlar
700 milyon fosil var, biri belə təkamülə dəlil deyil. 700 milyon fosilin hamısı bütün canlıları Allahın yaratdığını göstərir. Sitatlar
Ağıllı düşündüyün zaman qısqanclığın məntiqi yoxdur. İnsanın filmdəki bir təsviri qısqanması nə qədər məntiqsiz olursa, beynimizdə izlədiyimiz təsvirləri qısqanmaq da elə məntiqsizdir. İzlədiyin dünyanın Allah tərəfindən göstərildiyini və bu təsvirdəki bütün varlıqların da Allaha aid olduğunu bilsən qısqanclıq duyğusu qalmaz. Allah bütün qardaşlarımızı qısqanclığın olmadığı cənnətlə mükafatlandırsın. Sitatlar
Ağıllı və dürüst insanlar dünya hakimi olacaqlar, onların hakimliyində bütün insanlar hüzur və əmin-amanlıq içində yaşayacaqlar. Hər kəsin eyni fikirdə olması şərt deyil. Əhəmiyyətli olan müxtəlif inanc və düşüncəyə hörmət göstərmək, anlayışla yanaşmaqdır. Sitatlar
Ağlın məhək daşı Qurandır. Bir məsələ Qurana baxılaraq anlaşılar. Məsələn, hansı baxışın gözəl olduğunu anlamaq istəyirsən, Qurana baxarsan. Allah ruhdakı xainliyin baxışdan bilindiyini söyləyir. Beləliklə, biz gözəl baxışın nə olduğunu Qurandan anlamış olarıq. Sitatlar
Allah Atatürkə qəni-qəni rəhmət eləsin. Demək olar ki, bütün İslam ölkələri təlatüm içində olarkən, Atatürkün qurduğu sistem sayəsində Türkiyə Yaxın Şərqin ən müasir, İslamı ən gözəl yaşayan ölkəsi oldu. Onu rəhmət və hörmətlə yad edirik. Sitatlar
Allah insanı acizlik içində yaratmışdır. İmtahanın tələbi olaraq həyat asanlıqla Özünə çatılacağı kimi olmaz. Necə ki, maneəli qaçış yarışında cürbəcür maneələr vardırsa, insanın Allaha çatmasında da bənzər çətinliklər var. Dünyadakı bu yarışın çətin olması şərtdir. Asan olduqda dünyada təhsil almağımıza ehtiyac yoxdur. Çətin olması üçün də zehin dağınıqlığı, bədən yorğunluğu, insanların tərs danışıqları lazımdır, küfr əhlinin, münafiqlərin hücumu lazımdır, zəif insanların ümidsiz danışıqları lazımdır. Həmçinin Allah başqa pərdələr də yaradar. Məsələn, Axırzamana xüsusi olaraq dinsiz fəlsəfə minlərlə qoldan möminə hücum edir. Cürbəcür dinsizlik və dini pozacaq dini dəyişdirmə cərəyanları var. Mömin məhz bütün bunların arasından keçərək Allaha yaxınlaşır. Sitatlar
Atatürk əleyhinə proqram yayımlanmasını istəmirik. Biz 83 milyonuq. Atatürkü canımız kimi sevirik. Atatürkün əleyhinə söz eşitmək istəmirik. Qanunla, hüquqla buna icazə verməyəcəyik. Sitatlar
Bakı-Tbilisi-Qars dəmiryol xətti çox gözəl təşəbbüs oldu. Allah Tayyib hocamdan, hörmətli Əliyevdən və hörmətli Kvirikaşvilidən razı olsun. Bunlar inşaAllah Türk İslam Birliyinin ilk addımlarıdır. Bərəkətli və xeyirli olsun. Sitatlar
Biz adi varlıq deyilik. Allahın ruhunu daşıyırıq. Allahın ruhunu daşıyan qətiyyən cəhənnəmə getməz. Lakin mömin olaraq hər zaman cəhənnəmdən qorxmalıyıq, cəhənnəmin insanı olmaqdan Allaha sığınmalıyıq. Sitatlar
Biz Allahın ruhunu daşıyırıq, Allahın ruhundan təcəlliyik. Ruh, bütün hisləri qəbul edən varlıqdır. Biz necə ki, öz ruhumuzla eşidiriksə, ruh da Allaha aid olduğu üçün, Öz ruhunun eşitdiyini, Allah eyni şəkildə eşidər. Allah bizim gözlərimizdən baxar, bizim qulaqlarımızdan eşidər, bizim barmaqlarımızla toxunar. Allah bizim qəbul etdiyimiz bütün hisləri bilər. Sitatlar
Biz cahilik. Alim olan Allahdır. Allah elmimizi artırsın. Biz təkcə Allahın öyrətdiyi qədər bilərik. Sitatlar
Darvinizm Qiyamətə qədər belini qaldıra bilməyəcək şəkildə dağıldı. Texniki cəhətdən dağıtdığımız üçün bir daha belini qaldıra bilməz. Dəccaliyyətin, darvinizmin ayağa qalxması bundan sonra qeyri-mümkündür, elmlə yerlə-yeksan oldu. Sitatlar
Ənənəçi ortodoks sistem Türkiyədə fikri olaraq qəti şəkildə məğlub oldu. Quran müsəlmanlığı bir anda gözəl bitki kimi pöhrə verib hər yeri bürüdü. Sitatlar
Əvvəllər İslamdan bəhs edən kitablar eyni cür, keyfiyyətsiz kağızda dərc edilirdi. Kitablarda incəsənətdən istifadə etmək, İslamdan bəhs edərkən incəsənəti önə çıxartmaq bizə nəsib oldu. Sitatlar
Münafiq küfrə, dinsizliyə, dinsiz ideologiyalara qarşı heç bir iş görməz. Səhərdən axşama qədər təsirli olduğunu gördüyü müsəlmanlar əleyhinə kaftarlar kimi mırıldanar. Mənfəət əldə etmək istəyib edə bilmədiyi, yal tapıb yeyə bilmədiyi müsəlman cəmiyyətləri hədəf alar. Sitatlar
Musiqi, əyləncə, dekolte, incəsənət əleyhinə olanlar xüsusən sahil bölgələrində yaşayanların AKP-dən uzaqlaşmasına səbəb olur. Tayyib hocam müasirdir, baş nazirimiz müasir və ziyalıdır. AKP insanların həyat tərzlərinə hörmət göstərir, lakin bəzi kütlələrin üslubları AKP əleyhinə olur. Bunu insanları AKP-dən uzaqlaşdırmaq üçün xüsusi olaraq edə bilərlər. Musiqi, rəqs, qadın azadlığı, fikir azadlığı, sevinc, incəsənət, elm Quran əxlaqına görə halaldır. Allah insanların azad yaşamasını istəyər. Sitatlar
Dindar mühafizəkar sinfin böyük qismi dekolte geyinən qadınlara təbliğ etməyi düşünmür. Belə geniş kütləni gözdən çıxarmaq doğru deyil. Onlara təbliğ edilməsi bütün müsəlmanlara məsuliyyətdir. Biz o sinfə təbliğ edən demək olar tək qrupuq. O insanların dini sevməsinə, İslama yaxınlaşmasına, dinin asan olduğunu görmələrinə vəsilə olduq. Sitatlar
Kürdlər çox əfəndi, dindar, sadə insanlardır. PKK kimi dinsiz, Allahsız, Stalinist təşkilatın tərtəmiz kürdlərə müsəllət olmasını heç vaxt qəbul etmərik. Sitatlar
Deizmin yayılmasının əsl səbəbi Darvinizmdir. Əsas məsələ deizm deyil, Darvinizmdir. Darvinizm, Allahsız, dinsiz ideologiyaların təməlində yer alır. Darvinizmin elmi cavabı verilmədiyi müddətcə, məktəblərdə Darvinizm sanki elmi məlumat imiş kimi uşaqlara öyrədildiyi müddətcə deizmə qarşı tədbir alına bilməz. Darvinist təhsil, Konya kimi şəhərdə belə gənclər arasında deizmin yayılmasına səbəb olur. Daha çox yubanmadan, tez zamanda Darvinist təhsilin dayandırılması, hər yerdə gənclərə yaradılışın elmi dəlili olan fosillərin göstərilməsi, tək bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunun izah edilməsi lazımdır. Sitatlar
İman həqiqətlərini, Quran möcüzələrini, darvinizmin əsassızlığını izah edərək dinsiz materialist fəlsəfəni tamamilə zərərsizləşdirə bilərik. Sitatlar
Şən, xoş söhbət, azadlığı ön plana salan üslub hər zaman tələb olunar. "Azadlığı ola bildiyi qədər təşviq edirəm, azadlıq İslamın ruhunda vardır. İstər dekolte olsun, istər hicablı olsun hamısı başımızın tacıdır. Kimsə kimsəyə paltarına görə qarışa bilməz" açıqlamaları güvən verici olaraq çox əhəmiyyətlidir. Qatı, sevgisiz, təzyiq göstərən bir ovuc insanın səsinin çox çıxmasına görə xalqın bəzi kütləsində narahatlıq olur. Bu narahatlığı aradan qaldırmaq üçün güvən verən açıqlamalar və fəaliyyətlər etmək çox əhəmiyyətlidir. Sitatlar
Qadınlar rahatlıqla dekolte geyinsin, makiyaj etsin, həyat enerjilərini yox etmək istəyənləri heç vaxt ciddiyə almasınlar, azad yaşasınlar. Sitatlar
Dekolte, incəsənət, rəsm, heykəl, musiqi əleyhinə olan ölkədə turizm inkişaf etməz. Sitatlar
100 minə yaxın gənclə görüş keçirdik. Hamısı müasir, sevgi dolu, sülh və dostluqdan yanadır. Qadınların dəyər görməsini istəyir, dini sevirlər. Məhz bu Quran müsəlmanlığının və mehdiyyətin sürətli inkişaf etdiyinin sübutudur. Sitatlar

Alıntı Görseli Oluştur

Kontur